Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-71/2026 24.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi. Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. ## #### 2024-cü il tarixli IXP ******* nömrəli inzibati X4 surətindən görünür ki, cavabdeh1 ##.##.2024-cü il tarixdə saat 10:14-də Tərtər şəhəri, Şıxəli Qurbanov küçəsi ilə idarə etdiyi “Volkswagen Passat”minik markalı ** BK *** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkəti haqqında qanunun tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikası IXMin 327.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur.
2. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2014-cü il buraxılışlı, ağ mirvari rəngli, Ban nömrəsi JMYLYV97WEJ714394, **-HR-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero” minik markalı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır.
3. “Azavtovaz Texniki Xidməti Sənaye Ticarət Birliyi Tərtər Texniki Xidmət Sahəsi” tərəfindən verilmiş *** saylı ##.##.2024-cü il tarixli rəydən görünür ki, Tərtər rayon Polis Şöbəsinin sifarişinə əsasən **-HR-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero” minik markalı avtomobilə mütəxəssislər tərəfindən baxış keçirilmişdir. Baxış zamanı avtomobilin qəzaya uğradığı məlum olmuşdur. Avtomobilə dəymiş ziyan - qabaq bufer - 400 manat, fara - 1200 manat, duman farası - 45 manat, “podkrelnik”- 70 manat, bufer daraq - 35 manat, fara yuyucu-268 manat, duman nikeli - 25 manayt olmaqla, ümumilikdə 2043 manat, usta haqqı, dəmirçi, malyar, elektrik üçün cəmi 450 manat, ümumilikdə 2493 manat təşkil etmişdir.
4. “xxxx” MMC tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli UNI/A **-***/**** nömrəli ekspert rəyindən görünür ki, **-HR-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero” minik markalı avtomobilin bərpası və təmiri üçün ehtiyyat hissələrinin qiyməti- 1 ədəd yeni qabaq bufer 450 manat, 1 ədəd yeni fara 1200 manat, 1 ədəd yeni dumanlı fara dəsti 110 manat, 1 ədəd yeni padkrelnik 85 manat, 1 ədəd yeni buferin darağı 35 manat, 1 ədəd faraya su vuran motor 140 manat, 1 ədəd yeni faraya su vuranın qapağı və 1 ədəd yeni dumanlı nikel 35 manat olmaqla, ehtiyyat hissələri cəmi 2100 manat və təmir xərcləri üçün 450 manat olmaqla, ümumilikdə 2550 manat təşkil etmişdir.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan **-HR-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı avtomobillə ## #### 2024-cü ildə saat 08 radələrində Tərtər rayonu, H.Əliyev prospekti istiqamətindən Şıxəli Qurbanov küçəsi istiqamətinə hərəkətdə olarkən sol tərəf istiqamətində yan tərəfdən gələn cavabdeh X1 yol hərəkəti qaydalarını pozaraq etibarnamə əsasında idarə etdiyi 99-BR 622 dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” markalı avtomobillə onun avtomobilinin qabaq sol hissəsindən vurmuşdur. Hadisədən dərhal sonra minik avtomobilinə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi üçün Tərtər rayon Polis Şöbəsinin sifarişi əsasında “Azavtovaz Texniki Xidməti Sənaye Ticarət Birliyi Tərtər Texniki Xidmət Sahəsi” tərəfindən avtomobilə baxış keçirilmiş, ehtiyyat hisslərinin dəyəri 2043 manat və təmir xərclərinin dəyəri 450 manat olmaqla, avtomobilə dəyən ziyanın miqdarı, cəmi 2493 manat məbləğində qiymətləndirilmiş və bununla bağlı ## ###### 2024-cü il tarixli, *** №-li rəy tərtib edilmişdir. Bu zərəri ilkin zərər hesab etmişdir. Məhkəmənin gedişatında ona vurulmuş zərərin miqdarının təxminən 8000 manat təşkil etməsinə dair rəsmi arayış təqdim edəcəkdir. cavabdeh1 Azərbaycan Respublikası IXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinməsi də sübut edir ki, cavabdehlər avtomobilinə vurulan zərəri tamamilə ödəməlidirlər.
7. Iddiaçı İddiaçı iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə təqdim edərək cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı yol-nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan **-HR-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero” markalı avtomobilə dəymiş zərərin əvəzi olaraq 12000 manat və dövlət rüsumunun əvəzi qismində 45 manat cavabdehlər cavabdeh2 və cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Tərtər Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim K.Rzayev) iddia qismən təmin edilərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 dəymiş zərərin əvəzi olaraq 2550 (iki min beş yüz əlli) manat pul vəsaiti və ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu müştərək qaydada alınaraq iddiaçı İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096, 1097-i maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 78.1, 88, 106.1, 213 216-220, 233 və 360-cı maddəsinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı özəl ekspertiza təyin olunsada, lakin özəl ekspertiza mərkəzi köhnə qiymətlərə istinad edərək rəy vermişdir. Halbu ki, rəsmi distribütor “Mitsubishi Pajero” servisdə qiymətlər təmamilə fərqlidir. Ilkin qiymətləndirmə polisdə araşdırma aparılan zaman verilmişdir. Məhkəmə iddianı 2550 manat təmin etsədə, avtomobilə dəymiş zərər əslində 12000 manatdır. İddiaçı sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər cavabdeh2 və cavabdeh1 məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
16. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır.
17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
18. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 384.0.3. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
24. Maddə 376.2. Işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
25. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmaması hissədə mübahisələndirildiyindən, hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
29. Işin müəyyən olunmuş faktiki hallarından görünür ki, cavabdeh cavabdeh1 etibarnamə əsasında idarə etdiyi (iş üzrə digər cavabdeh cavabdeh2 tərəfindən verilən) “Volkswagen Passat” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə ## #### 2024-cü ildə saat 10:14 radələrində Tərtər şəhəri, Şıxəli Qurbanov küçəsində hərəkətdə olarkən, yol nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili qabaq sol hissədən vurmişdur. Hadisə nəticəsində “Mitsubishi Pajero” markalı avtomobilə zərər dəymiş və cavabdeh1 Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Iddiaçı İddiaçı avtomobilə dəymiş zərərlə bağlı çəkilmiş xərcin ödənilməsini cavabdehlərdən lərdən tələb etsədə, sonuncular ödəniş etməkdən imtina etmişlər. Bu səbəbdən də iddiaçı İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir. Yuxarıda da qeyd olunduğu kimi iddianın təmin edilməsi hissədə qətnamədən apellyasiya şikayəti verilməmişdir. Iddianın təmin edilməməsi hissədə qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti vermişdir.
30. Kollegiya apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
31. Belə ki, yuxarıda da qeyd olunduğu kimi cavabdeh cavabdeh1 ## #### 2024-cü ildə “Volkswagen Passat” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətməsi, hadisənin baş verməsində təqsirnin olması və hadisə nəticəsində iddiaçı İddiaçı məxsus “Mitsubishi Pajero” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə zərər dəyməsi işin mübahisəsiz hallarıdır. Işin mübahisə doğuran tərəfi dəymiş ziyanın hansı məbləğdə olmasıdır.
32. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı “xxxx” MMC tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli UNI/A **-***/**** nömrəli mütəxəssis rəyində **-HR-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero” markalı avtomobilin bərpası və təmiri üçün ehtiyyat hissələrinin qiyməti, yəni 1 ədəd yeni qabaq bufer 450 manat, 1 ədəd yeni fara 1200 manat, 1 ədəd yeni dumanlı fara dəsti 110 manat, 1 ədəd yeni padkrelnik 85 manat, 1 ədəd yeni buferin darağı 35 manat, 1 ədəd faraya su vuran motor 140 manat, 1 ədəd yeni faraya su vuranın qapağı və 1 ədəd yeni dumanlı nikel 35 manat olmaqla, ehtiyyat hissələri cəmi 2100 manat, təmir xərcləri üçün 450 manat, cəmi 2550 manat göstərilmişdir.
33. Iddiaçı İddiaçı isə istər izahatında, istərsədə apellyasiya şikayətində qeyd etmişdir ki, ilkin araşdırma zamanı dəymiş ziyan 2550 manat müəyyən edilsədə, əslində qeyd olunan ehtiyat hissələrin satış (original) qiyməti bahadır və birinci instansiya məhkəməsi tərəfindən isə bu hal hərtərəfli araşdırılmamışdir.
34. Şikayətin bu dəlilini nəzərə alan məhkəmə kollegiyası ## ##### 2026-cı il tarixli qərardadla “Mitsubishi Pajero” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın müəyyən edilməsi üçün ehtiyyat hissələrin, yəni 2014-cü il buraxılışlı, Ban nömrəsi JMYLYV97WEJ714394, mühərrik gücü3828 olan, “Mitsubishi Pajero” markalı avtomobil üçün 1 ədəd qabaq bufer, 1 ədəd fara, 1 ədəd dumanlı fara dəsti, 1 ədəd yeni padkrelnik, 1 ədəd bufer darağı, 1 ədəd faraya su vuran motor, 1 ədəd faraya su vuranın qapağı və 1 ədəd dumanlı nikel ehtiyyat hissələrinin satış (təzə original) qiymətlərinin neçə manat olması, eləcədə hər biri ayrıayrılıqda göstərilməklə üstalara ödəniləcək xərcin qiyməti barədə (işçilik, dəyişən hissələrin rənglənməsi, eləcədə digər xərclərin tələb olunduğu təqdirdə sərf olunacaq əlavə mal-materialın qiymətləri nəzərə alınmaqla) qiymətləndirmə təyin etmiş və qərardadın icrası Bakı-Sumqayıt şosesinin 6-cı kilometrliyində fəaliyyət göstərən “X2” şirkətinin Azərbaycan Respublikasında olan rəsmi distribütoru “X6” həvalə olunmuşdur.
35. Qərardadın icrası ilə bağlı “xxxx” MMC-nin X6 tərəfindən verilmiş ## #### 2026-cı il tarixli, MI-****** nömrəli qiymətləndirmə rəyindən müəyyən olunmuşdur ki, bir ədəd ön bufer 1400 manat, bir ədəd ön fara 3500 manat, bir ədəd obodok 45 manat, bir ədəd dumanlı fara 375 manat, bir ədəd ön bufer salackası 12,91 manat, bir ədəd qanadaltı 116,36 manat, bir ədəd farayuyan 210,61 manat olmaqla, cəmi 5659,88 manat təşkil edir. Eləcədə həmin rəydə qeyd olunmuşdur ki, görüləcək işlər üçün armaturçu işinə görə 236 manat, rəngsaz 295,28 manat, elektrik 35,49 manat, dəmirçi 118,19 manat olmaqla, cəmi 684,97 manat tələb olunur. Təmir və ehtiyyat hissələrinin ümumi dəyəri 6344.85 manat təşkil edir.
36. Qeyd edilməlidir ki, Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsinin hüquqi əsaslarını müəyyən edən 21-ci maddəsində zərər anlayışının tərifi verilmişdir. Həmin tərifə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
37. Kollegiya “xxxx” MMC-nin X6 tərəfindən verilmiş qiymətləndirmə rəyini sübut kimi qəbul edir. Beləki yuxardada qeyd olunduğu kimi mərkəz “X2” şirkətinin Azərbaycan Respublikasında olan rəsmi distribütorudur və onlar tərəfindən verilmiş qiymətləndirməyə dair (ehtiyyat hissələri və işçilik barədə) mütəxəsis rəyini kollegiya daha dolğun və dəqiq olduğu qənaitinə gəlir. Buda özlüyündə onu deməyə əsas verir ki, dəymiş ziyana görə iddiaçı İddiaçı xeyrinə cavabdehlər cavabdeh2 və cavabdeh1 tutulacaq məbləğ qeyd olunan bu qiymətləndirmə rəyi həddində olmalıdır.
38. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qimən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər cavabdeh2 və cavabdeh1 dəymiş zərərin əvəzi olaraq 2550 manat pulun tutulması hissədə dəyişdirilməli, həmin hissədə dəymiş ziyan məbləği 6344.85 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi “cavabdehlər cavabdeh2 və cavabdeh1 dəymiş zərərin əvəzi olaraq 2550 manat pulun tutulması” hissədə dəyişdirilsin. Həmin hissədə vurulmuş maddi zərərin məbləği 6344.85 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.