Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-723/2026 23.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı İddiaçı, cavabdehlər cavabdeh2 və cavabdeh1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ## ###### 2020-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan cavabdeh2 və cavabdeh1, İddiaçı ##.##.2020-ci il tarixdə etibarnamə verərək, onlara məxsus (harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq) bütün əmlakın idarə olunması və s. hərəkətlər etməyi etibar etmişlər. Etibarnamənin 60 il müddətinə verilməsi və ##.##.2080-ci il tarixədək qüvvədə olması qeyd edilmişdir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Ağcabədi rayon sarıcalı kəndində yerləşən 2.7796 ha torpaq sahəsi ümumi birgə mülikiyyət hüququ əsasında cavabdeh2 və cavabdeh1 və qeyrilərinə məxsusdur.
3. Cavabdehlər cavabdeh2 və cavabdeh1 Ağcabədi RPŞ-də verdikləri izahatlarından göstərilmişdir ki, cavabdeh2 və cavabdeh1 Ağcabədi rayonu, Sarıcalı kəndində yerləşən 0.92 ha torpaq sahəsinə görə İddiaçı 5000 manat pul almışlar və pulu aralarında bölərək hərəsi 2500 manat pul götürmüşlər.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 5000 manat borc məbləğinin və 71 manat dövlət rüsumu pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2020-ci ildə Ağcabədi rayonu, Sarıcalı kəndində yerləşən 0.92 ha torpaq sahəsini 60 il müddətinə etibarnamə ilə almış, 5000 manat pulu isə etibarnaməni Ağdam rayon Notarial ofisində verərkən, həmkəndlilərinin şahidliyi ilə vermiş, qeyd olunan məbləği borc-xərc edərək bir araya gətirmiş, yaxın günlərdə cavabdehlərin ona verdiyi etibarnaməni ləğv etdirərək, sözü gedən torpaq sahəsini başqasına satdıqlarını, ondan xəbərsiz belə bir iş gördükləri üçün polis şöbəsinə müraciət etdiyini, polis şöbəsində məsələnin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etməli olduğunun ona izah edilmişdir. Cavabdehlər qeyd olunan pulu qaytarmaqdan əsassız olaraq yayınmışlar.
6. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddianın təmin edilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 5000 (beş min) manat məbləğində pulun və ödənilmiş 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 2020-ci ildə tərəflər arasında Ağcabədi rayonu, Sarıcalı kəndində yerləşən 0.92 ha torpaq sahəsinə görə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla (etibarsız) əqd bağlanmışlar və cavabdehdlər həmin əqdə görə iddiaçıdan 5000 manat pul almışlar. Cavabdehlər qeyd olunan əqd üzrə aldıqlarının hamısını digər tərəfə, yəni iddiaçıya qaytarmalıdılar.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 337, 389, 394 və 1096-1097-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
9. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində Ağcəbədi rayonu, Sarıcalı kəndi ərazisində 0,92 ha və bacısı cavabdeh1 mülkiyyətində 0,92 ha torpaq sahəsi var. Onlar torpağı icarəyə vermək istəyirdilər. 2020-ci ilin noyabr ayının ortalarında İddiaçı həyat yoldaşı Nazim Həsənovla torpağın 5 il müddətinə icarəyə verilməsi haqqında razılığa gəlmişlər və torpaq sahələrinə görə hər birinə 2500 manat, cəmi 5000 manat icarə haqqı ödənilmişdir. İcarə haqqı 2020-ci ilin noyabr ayında onların evində iddiaçı tərəfindən həyat yoldaşına verilmişdir. 2020-ci ilin dekabr ayının 04-də iddiaçı ona və bacısı cavabdeh1 torpağın idarə olunması üçün etibarnamə verməli olduğunu bildirdi və onunla notarisa getməyi xahiş etdi. O, bu barədə həyat yaldaşına məlumat vermək istəsə də, iddiaçı yoldaşına deməyə ehtiyac olmadığını, yoldaşının bir söz deməyəcəyini, təcili sənəd lazım olduğunu bildirdi. O və cavabdeh1 iddiaçı İddiaçılə notariusa getdi və orada etibarnamə verdi. Hüquqi savadı olmadığı üçün etibarnamənin verilmə müddətinə fikir vermədilər. İcarə vaxtı tamam olanda həyat yoldaşı iddiaçıdan torpağı boşaltmasını xahiş etmiş və torpağa taxıl əkmək istədiyini bildirmişdir. Ancaq iddiaçı torpağı verməyəcəyini və 60 illik etibarnaməsi olduğunu bildirmişdir. İddiaçı etibarnamənin müddətini onların xəbəri olmadan 60 il müddət yazdırmışdır. İddiaçı onları məqsədli şəkildə aldadmışdır. İddiaçı torpaq sahəsindən 5 il müddətinə istifadə etmişdir. Bu səbəbdən də o, aldığı 2500 manatı icarə haqqı kimi istifadə etmişdir. Həmin pulu iddiaçıya qaytarmalı deyildir. Qətnamadə onun izahatıda qeyd olunanlar həqiqəti əks etdirmir, təhrif olunubdur. O, elə izahat verməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmək üçün onun demədiyi sözlərdən istifadə edib izahat yazıbdır. Hesab etmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamışdır. Onlar arasında icarə münasibətləri mövcud olmuş və o, torpaq sahəsini 5 il müddətinə icarəyə vermişdir. İddiaçı həmin müddətdədə torpaqdan istifadə edib və icarə münasibətləri başa çatmışdır. Məhkəmə tərəfindən tərəflər arasında yaranmış mülki hüquq münasibətləri düzgün qiymətləndirilməmişdir. Məhkəmə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş, apellyasiya şikayətininin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, müharibə vaxtı iddiaçıya torpaq sahəsi etibarnamə ilə verilmişdir. ## ###### 2020-ci ildə təxmini 1 ha torpaq iddiaçıya etibarnamə ilə verilmişdir. Torpağın 5 illik verildiyi etibarnamədə qeyd edilmişdir. İddiaçı 5.000 manat pul vermiş, onun 2500 manatını ona, 2500 manatını isə bacısına verilmişdir. Torpaq hal-hazırda onlardadır. Pulu qaytarmamışlar.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, müharibə vaxtı iddiaçıya torpaq etibarnamə ilə verilmişdir. İddiaçı onların qohumu olduğu üçün ona inanmışlar. Onlara iddiaçı bildirmişdir ki, torpaq sahəsini əkib-becərmək üçün sənəd lazımdır. Ona görə də, onlar etibarnaməni imzalamışlar. Torpaq sahəsini onlar 5 illik icarəyə vermişlər. İddiaçı torpaqdan istifadə etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, cavabdehin torpaq sahəsi onun ki ilə qonşuluqda yerləşirdi. 5 il əvvəl 90 sot torpaq sahəsini 5000 manata satın almışlar. Rəsmiləşdirilən zaman bacıların bəziləri razı olmadıqları üçün 60 illik etibarnamə verilmişdir. Sonra müəyyən edilmişdir ki, torpağı başqası başqa adama satmışdır. Hazırda pulunu geri tələb edir.
15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş, apellyasiya şikayətininin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı pulu həyətdə vermişdir. Onun yerini istifadə etmişdir. Onlar torpaq sahəsini 5 illiyə satmışdır. O, müqavilə bağlamamışdır. İddiaçı torpaqdan 5 il istifadə etmişdir. Torpaq sahəsi çox idi, ona görə bir torpaq sahəsini 5 illik satmışdır. Hər il 8.000-10.000 manat torpaqdan qazanc və təxmini 3-4 ton məhsul götürürdü. Torpaq sahəsi uzaqda olduğuna görə gedib-gələ bilmirdi. Ağcabədi rayonu Sancılı kəndində yerləşir. İddiaçı torpaqdan istifadə etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
17. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
18. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
19. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
20. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
25. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
26. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi təmin edilməlidir.
31. Belə ki, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Tərəflər arasında olan hazırki münasibətlərə məhz Mülki Məcəllənin 58-ci fəslində təsbit edilmiş hüquq normaları tətbiq edilməlidir. Belə ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
32. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehlər cavabdeh2 və cavabdeh1 ##.##.2020-ci ildə iddiaçı İddiaçı 5000 manat məbləğində pul almış, hər biri 2500 manat olmaqla, həmin pulu aralarında bölmüşlər. Bunun müqabilində iddiaçı İddiaçı Ağcabədi rayonu, Sarıcalı kəndində yerləşən 0.92 ha torpaq sahəsi üçün 60 il müddətinə etibarnamə vermişlər.
33. Məhkəmə kollegiyasının araşdırması və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçının niyyəti həmin əmlakı satın almaq olmuşdur. Cavabdehlər isə göstəmişlər ki, həmin torpaq sahəsini cavabdehə 5 illik icarəyə vermişlər. Tərəflər arasında heç bir alqı-satqı və icarə müqaviləsi olmamışdır.
34. İş materiallarının 13-cü vərəqində olan ## ###### 2020-ci il tarixdə verilmiş etibarnamədən görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan cavabdeh2 və cavabdeh1, İddiaçı ##.##.2020-ci il tarixdə etibarnamə verərək, onlara məxsus (harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq) bütün əmlakın idarə olunması və s. hərəkətlər etməyi etibar etmişlər. Etibarnamənin 60 il müddətinə verilməsi və ##.##.2080-ci il tarixədək qüvvədə olması qeyd edilmişdir. Hazırda həmin etibarnamə ləğv edilmişdir. Tərəflər arasında alqı-satqı müqaviləsi və ya hər hansı əqd olmamışdır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Tərəflər bununla bağlı heç bir sübutu təqdim edə bilməmişlər.
35. Apellyasiya şikayətinin dəlillərində və məhkəmə kollegiyasının iclasında verdiyi izahatlarda cavabdehlər göstərmişdir ki, 5 illik müddət ərzində iddiaçı həmin torpaq sahəsindən istifadə etmiş qazanc və məhsul götürmüşdür. Ona görə də, aldıqları pulu qaytarmaq istəmirlər.
36. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, tərəflər arasında heç bir əqd bağlanmamış, onlar arasında olan şifahi razılaşmanın isə həqiqi niyyətlərinin müəyyən edilməsi onların qarşılıqlı verdikləri ziddiyətli izahatlarına ilə mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı tərəflərin Ağcabədi Rayon Polis şöbəsində verdikləri izahatları ilə hazırki izahatları eynilik təşkil etmişdir. Cavabdehlər həmin pulu icarə müqaviləsi əsasında aldıqlarını bildirsələr də, icarə müqaviləsini və bununla bağlı hər hansı digər mötəbər sübutu kollegiyaya təqdim edə bilməmişlər. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər.
37. Göründüyü kimi, cavabdehlər mübahisəli torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı dəlillərini sübuta yetirə bilməmişlər.
38. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün nəticəyə gəlsə də, tərəflər arasında yaranmış münasibətə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, tərəflər arasında yaranmış münasibətlər əsassız varlanmadan irəli gələn münasibətlərdir. Belə ki, cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa söykənir. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
39. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin mənasına görə, qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilmiş faktlardan irəli gələn nəticə onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olsa da, birinci instansiya məhkəməsi mübahisənin mahiyyətini düzgün müəyyən etməyərək, mübahisənin maddi hüquq normasının tətbiqində səhvə yol verilmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi təmin edilməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh cavabdeh2 2.500 (iki min beş yüz) manat və cavabdeh cavabdeh1 2.500 (iki min beş yüz) manat məbləğində pul və ödənilmiş 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutularaq, iddiaçı İddiaçı xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.