Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-724/2026 22.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Hakimlər X12 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə X6 qızının katibliyi Cavabdeh Temurazov Baxış Vidadi oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbi barədə mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bərdə Rayon Polis X13 təhqiqatçısı X2 HK-*/**** saylı material üzrə qəbul etdiyi cinayət işi başlanmasının rədd edilməsi haqqında ##.##.2025-ci il tarixli və baş təhqiqatçı X5 qəbul etdiyi ##.##.2024-cü il tarixli qərarlarının surətindən görünür ki, İddiaçı Cavabdeh şikayət edərək 15000 manat pulunu ala bilməməsini göstərmiş və cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin vaxt Bərdə Rayon Polis Şöbəsinə izahat verən Cavabdeh İddiaçı 10000 manat borc aldığını etiraf etmişdir.
2. Qəbzin məzmunundan görünür ki, cavabdeh 2023-cü ildə iddiaçıdan 15 manat pul aldığını, iddiaçıya 2025-ci ilin yanvar ayının 10-na kimi 5000 manat verəcəyini, ondan sonra hər ay 1000 manatdan az olmayaraq qalan pulu ödəyəcəyi öhdəsinə götürmüşdür.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdeh Cavabdeh 14600 (on dörd min altı yüz) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan 15000 manat borc almış, pulu vaxtında qaytarmamış, iddiaçı cavabdehdən Bərdə Rayon Polis Şöbəsinə ərizə vermişdir. Cavabdeh izahatında 7300 manat borcunun olduğunu göstərmiş, lakin öz xətti ilə 15000 manat borcunun olduğunu yazmışdır. Guya 2025-ci ilin yanvar ayının 10- na kimi 5000 manat verəcək, ondan sonra hər ay da 1000 manatdan az olmayaraq ödəyəcək. Göründüyü kimi 2025-ci ilin senyabr ayına kimi cəmi 400 manat pul ödəmişdir. Ona görə də iddiaçı də məcbur qalıb məhkəməyə müraciət etmişdir.
5. Cavabdeh məhkəməyə iddia ərizəsinə dair etiraz ünvanlayaraq göstərmişdir ki, iddianı etiraf etmir. İşin faktiki halları ondan ibarətdir ki, cavabdeh iddiaçını tanıyır, iddiaçı cavabdehin anası ilə qonşudur. İddiaçı sələmə pul verməklə məşğuldur. Cavabdehin ərinin əmisi gəlini X9 övladının diplomunu almaq üçün cavabdehdən 5000 manat borc istəmiş, cavabdeh də pulunun olmadığını bildirmişdir. Ülviyyə sələmə pul verən tanıyıb-tanımdığını cavabdehdən soruşmuş, cavabdeh də Tərtərdə yaşayan İddiaçı sələmə pul verdiyini demişdir. Ülviyyə şəxsiyyət vəsiqəsini və əmək haqqı kartını cavabdehə verərək İddiaçı ona sələmə pul götürüb verməsini demişdir. Cavabdeh iddiaçıya müraciət etdikdə sonuncu Fəxriyyəyə 4500 manat verə biləcəyini bildirmişdir. Cavabdeh Ülviyyənin əmək haqqı kartını iddiaçıya verib, sonuncudan 4500 manat sələmə pul götürüb Ülviyyəyə vermişdir. Sonradan cavabdeh özünə pul lazım olduğu üçün müxtəlif vaxtlarda cəmi 2800 manat İddiaçı sələmə pul götürmüş və həmin pula görə cavabdeh iddiaçıya 22550 manat sələm ödəmişdir. Həmin pulları cavabdeh qardaşı Anar Əliyev və «Milliön» aparatı vasitəsi ilə ödəmişdir. Cavabdeh iddiaçıdan cəmi 7300 manat sələmə pul götürmüş və ona 22550 manat sələm ödəmişdir. İddiaçı cavabdehə hədə qorxu gələrək sonuncudan yazılı qəbz almışdır. Həmin qəbzin məzmununda 7300 manatı həyacanlı olduğu üçün cavabdeh qeyd etməmişdir. Qəbzdə göstərilən məbləğ 7300 manat olmalıdır. Cavabdeh qəbzə əsasən birinci dəfə beş min manatdan az olmayaraq, qalan borcu isə 1000 manatdan az olmayaraq ödəyəcəyini qeyd etmişdir. Cavabdeh iddiaçının hədə qorxusuna görə iddiaçıya əl çəkməsinə görə sentyabr və oktyabr aylarında cəmi 550 manat pul ödəmişdir. Pulu ödəməkdə məqsədi iddiaçının ondan əl çəkməsi və onu sakit buraxması olmuşdur. Cavabdehin iddiaçıdan 7300 manat sələmə pul götürməsini və buna görə 22550 manat sələm ödəməsini X4, X3 və Əliyev İlham Musa oğlu da təsdiq edə bilərlər. Ona görə də iddia rədd edilməlidir.
6. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim M.Ş.Niftəliyev) iddianın qismən təmin edilməsi, Cavabdeh 14450 (on dörd min dörd yüz əll) manat alınaraq İddiaçı verilməsi, Cavabdeh 133 (yüz otuz üç) manat 35 (otuz beş) qəpik dövlət rüsumu tutulması, İddiaçı Cavabdeh qarşı olan iddiasının qalan –150 (yüz əlli) manat tələbinə dair hissəsi rədd edilməsi qət edilmişdir.
7. Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında 15000 manat məbləğin borc verilməsinə dair yazılı formada müqavilə bağlanmadığından mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əsassız varlanmaya dair müddəaları tətbiq edilməlidir.
8. Mülki işə baxılarkən məhkəməyə məlum olmuşdur ki, cavabdeh iddiaçıya məxsus 15000 manat məbləğində pulu heç bir hüquqi əsas olmadan əldə etmiş, sonradan isə 550 manat qaytarmışdır. Belə olan halda cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən 14450 manat məbləği geri qaytarmalıdır. Həmin maddədə göstərimişdir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,529.1, 529.3, 386.1, 739.1, 739.2, 740.2, 1091.1,1091.2-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29 və 60-cı maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1,76.2, 77.1, 88, 104.1, 124-cü maddələrinə istinadla əsaslandırmışdır.
10. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə Cavabdeh vəsatəti təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddət buraxılmasının səbəbi üzrlü hesab edilərək bərpa edilməsi, Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayəti baxılmasından ötrü mülki işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya İddiaçı 7300 manat borcu qalmışdır. İddiaçı BərdəRayon Prokurorluğuna ərizə verərək şikayət etmişdir. Bərdə Rayon Prokurorluğunda izahat verdi ki, Bərdə Rayon Polis Şöbəsinə dəvət olunmuş , izahat vermiş, Bərdə Rayon Polis Şöbəsində izahat verdi ki, İddiaçı 7300 manat borcu qalmışdır. Yazılan qəbzə diqqət edilsə, 15 manat borc yazıldığı görünəcək. İddiaçı 15000 manat borcu yoxdur. Polisdə verdiyi ifadənin tarixi aşkar edilsə, hər şeyin açıq –aydın məlum olduğu çox güman ki, bilinir. Cavabdeh Bərdə polis şöbəsində təhqiqat bölməsinə izahat vermişdir. Həmin izahat birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Araşdırma zamanı X9 təhqiqat bölməsində etiraf etmişdir ki, Cavabdeh 7300 manat pul almışdır. Birinci istansiya məhkəməsində qərəzli qərar qəbul edilmişdir. Cavabdeh Polis şöbəsində Tərtər rayonunda yaşayan Güldanə adlı şəxsdən iştirakı ilə 7300 manat pul alıb vermişdir. Birinci instansiya məhkəməsinin hakimi işə qeyri-obyektiv yanaşmışdır. Cavabdeh polisə izahat vermiş və etiraf etmişdir ki, Cavabdeh 7300 manat pul almışdır. Məhkəmə iclasında iddiaçı ona qarşı şər- böhtanlar atmışdır. İddiaçı onu kənar qüvvələrin təsiri ilə qorxu və həyəcanlar altında saxlamışdır. İddiaçı Tərtər rayonunda məşhur sələmçidir. Vətəndaşları müəyyən qurumlarla əlbir olaraq təzyiq altında saxlayaraq saxta qəbzlər yazdırıb boyunlarına pul qoyulur. Birinci istansiya məhkəməsinə maddi sübut etdiyi sənədlər formal rəsmi statusu olmayan sənədlərdir. Məhkəməyə maddi sübutlar təqdim etmiş, məhkəmə bunları nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 13.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları 14.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinni məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, borcun yarısını ödəmiş və qəbzləri də mövcuddur. 15.İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2026-cı il taixli Qərarı Beləliklə, fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Mülki Məcəllənin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir; - mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın 2-ci bəndi Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə iddia təmin edildiyindən, apellyasiya şikayətində cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmanılıdır.
22. Hazırkı iddia tələbi pul məbləğinin geri qaytarılması tələbidir. İddiaçı bildirir ki, o, 15000 manat məbləğində pulu cavabdeh tərəfə vermiş, cavabdeh isə pulu geri qaytarmamışdır.
23. Həmçinin işdə olan sadə yazılı qəbzdən görünür ki, cavabdeh iddiaçıdan 2023-cü ildə on beş (qəbzin məzmunu onu deməyə əsas verir ki, cavabdeh on beş min manat nəzərdə tutmuşdur.) manat aldığını, həmin pulu hissə-hissə beş min manatdan az olmayaraq ödəyəcəyini bildirmişdir. İddiaçı tələbində bildirir ki, cavabdeh ona 400 manat qaytarmışdır.
24. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan normasının tələbindən göründüyü kimi, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Hazırkı işin araşdırılan hallarından aydın olur ki, iddiaçı tərəfindən cavabdehə verilən pul vəsaiti 15000 manatdır, lakin tərəflər arasında bu məbləğlə bağlı yazılı qaydada borc müqaviləsi imzalanmamışdır. İşdə olan sadə yazılı qəbz yalnız cavabdeh tərəfindən imzalandığına görə müqavilə hesab edilə bilməz. Ona görə ki, müqavilə iki və daha çox şəxsin daxil olduğu münasibətdir və deməli sadə yazılı sənədin müqavilə hesab edilməsi üçün iradə ifadə edən hər bir tərəf həmin sənədə imza etməlidir.
25. Kollegiya qeyd edir ki, iş materiallarında olan cavabdehin borcunun etirafı barədə qəbzə iddia tələbinin əsaslılığını təsdiq edən sübut kimi yanaşılmalıdır. Cavabdeh həmin qəbzi təsir və təzyiq altında yazdığını bildirsə də, bu halı təsdiq edə biləcək hər hansı sübut təqdim etməmişdir. Ona görə də, kollegiya qəbzi mötəbər sübut hesab edir.
26. Cavabdeh tərəfin iddiaçının sələmə pul verməsi, bu səbəbdən onun daha az məbləğdə götürdüyü pulun artması barədə dəlili də təsdiq edilmir. Belə ki, cavabdehin daha əvvəl az məbləğdə borc götürməsi və ya iddiaçıya qaytardığı borclarla bağlı hər hansı sübut təqdim edilməmişdir.
27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.