Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-744/2026 07.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X6 (sədrlik edən məruzəçi), Muradov Rəhman Şaban oğlu və X7 ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xixmətinin İddiaçı cavabdeh Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xixmətinin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ##.##.2025-ci il tarixli inzibati X8 və ##.##.2025-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh verilməsi haqqında Qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilmiş və 400 manat cərimə edilmişdir.
2. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli *(*-***)-**/**** saylı qərarından görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh verilməsi haqqında qərar təqsiri sübuta yetmədiyi üçün ləğv edilmişdir.
3. Birinci instansiya Məhkəməsində şahidlər X9 və X1 ifadə verərək bildirmişlər ki, Cavabdeh meşə ərazisində qanunsuz olaraq mal-qara otarmışdır. Onlar Cavabdeh ilə fərdi söhbətlər apararaq meşə ərazisində mal-qara saxlamasının qanunsuz olduğunu və bunun meşə fonduna ziyan vurduğunu ona bildirmişlər. Lakin Cavabdeh bu xəbərdarlıqlara məhəl qoymamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin İddiaçı cavabdeh Cavabdeh qarşı X3 vurmuş olduğu 92.40 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı hesabına ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Saratovka meşəbəyliyinin * saylı meşə dolayısıyla Mərkəzin əməkdaşları tərəfindən ## ###### 2025-ci il tarixdə yoxlama aparılan zaman Gədəbəy rayonu Şahdağ kənd sakini Cavabdeh qanunsuz olaraq mal-qara otararaq X3 zərər vurması faktı müəyyən edilmişdir. Yoxlama apararkən dolayıda olaraq 14 baş iri buynuzlu mal-qaranı otararaq X3 ziyan vurması aşkar edildiyi üçün təqsirli bilindiyinə görə barəsində akt və inzibati protokol tərtib edilmişdir. Bununlada o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2019-cu il tarixli ** saylı qərarının * nömrəli əlavəsinin 3.2.1-ci hissəsinin tələblərini pozduğuna əsasən X3 92,40 (doxsan iki manat qırx qəpik) manat maddi zərərin vurulması müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsinin tərkibi olduğundan barəsində ##.##.2025-ci il tarixli, MN № ******* saylı inzibati X8 tərtib eilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanılmış material İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixdə, **/***/d saylı məktubla * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Cavabdeh barəsində ##.##.2025-ci il tarixdə, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin qərardan şikayət verilməmiş vəö qərar qanuni qüvvəsini almışdır. ##.##.2025-ci il tarixdə, № *-**-**-**/*-***/**** saylı məktubla Cavabdeh vurduğu zərərin əvəzinin könüllü olaraq ödənilməsi üçün bildiriş məktubu göndərilsədə göndərilmiş bildiriş məktubuna cavab verməmişdir. Eyni zamanda ##.##.2025-ci tarixdə, № *-**-**-**/*-***/**** saylı məktubla tərtib edilmiş inzibati X8un surəti Cavabdeh göndərilmişdir.
6. Gədəbəy Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması ilə cavabdehin hüquqa zidd təqsirli əməllə iddiaçıya zərər vurması halı sübut edilməmişdir.
8. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 16, 25, 64-cü, Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
9. Gədəbəy Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xixmətinin İddiaçı apellyasiya şikayəti verərək, Gədəbəy rayon məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ** saylı RMTM-in Saratovka meşəbəyliyinin * saylı meşə dolayısnda ##.##.2026-ci ildə aparılan qəfil yoxlama zamanı vətəndaş Cavabdeh tərəfindən özünə məxsus 14 (on dörd) baş mal-qaranı meşə ərazisində otarılması faktı müəyyən edilmiş və nəticədə X3 92,40 manat məbləğində ziyan dəyməsi aşkarlanmışdır. Beləliklə ##.##.2025-ci il tarixdə ** saylı RMRM-nin meşə əkini üzrə baş mühəndisi X1, Gədəbəy rayonu üzrə meşə mühafizə mühəndisi X9 və Saratovka meşəbəyliyinin meşəbəyisi X4 tərəfindən meşə qanunvericiliyinin pozulması aşkar olunan əraziyə baxış keçirilməsi üçün qeyd olunanlara əsasən Gədəbəy rayonu Şah dağ kənd sakini Cavabdeh ilə görüşüldü tutduğu əmələ görə vətəndaşın iştirakı ilə baxış keçirilmişdir. Araşdırma aparılan zaman müəyyən olunmuşdur ki, Cavabdeh heç bir icazə sənədi olmadan qanunsuz (özbaşına) olaraq özünə məxsus 14 baş mal-qaranı meşə ərazisində otarılması faktı müəyyən edilmiş və nəticədə X3 92,40 manat məbləğində ziyan dəyməsi aşkar edilmiş və buna görədə mərkəzin əməkdaşları tərəfindən ##.##.2025-ci il tarixdə vətəndaş Cavabdeh təqsirli olduğu üçün barəsində akt, dəymiş ziyana görə qiymətləndirmə cədvəli və inzibati X8 tərtib edilmişdir. Beləliklə Gədəbəy rayonu Şah dağ kənd sakini Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinentinin "Meşə Qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında ## ###### 2019-cu il tarixli ** saylı qərarının 3-cü əlavəsinin 3.2.1 bəndinə əsasən X3 92,40 manat məbləğində ziyan vurmuşdur və nəticədə dövlətin maraqlarına zərər dəymişdir. Dövlət meşə fondunun vəsaiti ölkə ərazisində meşələrin bərpası, məhsuldarlığının artırılması, meşə fondunun mühafizəsi üçün istifadə edilir və dövlətin bu sahədə olan maraqları təmin edilmişdir. Hər bir ağacın yetkin bir ağac halına gəlməsi üçün çəkilən əziyyət və zaman nəzərə alınsa, bu kontekstdə təbiətə, cəmiyyətə və dövlətə mühüm zərər vurmuşdur. Odur ki, meşə ərazisində təbii cücərtilərin mal-qara tərəfindən otarılması nəticəsində X3 vurulan hesablanır. Həmin məbləğ hesabına otarılmış, kəsilmiş və ya korlanmış ağacların yerinə meşə bərpa tədbirləri həyata keçirilmişdir. Odur ki, dolayıda dövlətin mühüm maraqlarının müdafiə olunması üçün tələblərə ciddi riayət etməlidir. Buna uyğun olaraq vətəndaşın qanunsuz hərəkəti nəticəsində Mərkəzə vurulmuş zərər cavabdeh tərəfindən ödənilməlidir. Göründüyü kimi, cavabdeh Gədəbəy rayonu Şah dağ kənd sakini Cavabdeh meşə ərazisində mal-qaranı qanunsuz otarması kimi hərəkətlərin edilməsində payı olmadığını sübuta yetirməlidir. Məhkəmə şəxsin sözlərinə istinad edərək, mülahizələrin nəticəsi obyektiv olmayan qərar qəbul etmiş, dövlətin bu sahədə olan maraqlarını diqqətə almadan şəxsdən dediklərini təsdiq edən sübutlar təqdim etməyi istəməmişdir. Halbuki, ərazidə mal-qaranın otarılması aşkar olunmasına dair Mərkəz tərəfindən tərtib olunmuş akt, inzibati tənbeh vermə haqqında protokol mövcuddur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 11.Apellyasiya şikayətinə etiraz təmin edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
13. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq, onun pay torpağının olduğunu, mal-qaranı ona məxsus pay torpağında otardığını və mal-qaranın meşəyə girmədiyini bildirmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür:
16. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır;
17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
18. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
21. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
24. Maddə 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
25. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
30. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı istinad etdiyi hala dair mötəbər sübut növü təqdim etməmiş, cavabdeh tərəfindən maddi ziyan vurulmasına səbəb olacaq mülki hüquq pozuntusu törədilməsi halını sübut edə bilməmişdir.
31. Kollegiya qeyd edir ki, iddiaçı sübutetmə vasitəsi kimi iddia ərizəsinə MN seriyalı ******* nömrəli İnzibati X8, ## ###### 2025-ci il tarixli ****** saylı Akt akt və MN № ******* nömrəli inzibati tənbeh verilməsi haqqında qərar əlavə etmişdir. Həmin İnzibati X8da Saratovka meşəbəyliyinin * saylı meşə dolayısının ərazisində mal-qara otarılmasına dair hüquqazidd hərəkətin cavabdeh tərəfindən törədilməsi göstərilsə də, protokol tərtib edilən zaman cavabdeh Cavabdeh iştirakının təmin edilməsi müəyyən edilmir. Protokolda sadəcə Cavabdeh adı qeyd olunaraq “imtina” yazılmışdır. Belə ki, protokol yalnız mərkəzin əməkdaşları tərəfindən tərtib olunaraq imzalanmış, lakin möhürlənməmişdir. Həmçinin Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli *(*-***)-**/**** saylı qərarı ilə Cavabdeh barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh verilməsi haqqında qərar Cavabdeh təqsirliliyi sübuta yetirilmədiyindən ləğv edilmişdir. Ona görə də, birinci instansiya məhkəməsi haqlı olaraq həmin aktları, protokolu və qərarı mötəbər sübut növü kimi qəbul etməmişdir.
32. Cavabdeh isə məhkəmə kollegiyasına verdiyi izahatında onun pay torpağının olduğunu, mal-qaranı ona məxsus pay torpağında otardığını və mal-qaranın meşəyə girmədiyini bildirmişdir.
33. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
34. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
35. Digər tərəfdən birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 və X1 İddiaçı əməkdaşları olmaqla eyni zamanda MN seriyalı ******* saylı protokolu tərtib edən şəxslərdir. Bu hal isə onu deməyə əsas verir ki, şahidlərin izahatları “əsaslı şübhədən kənar” sübut kimi qəbul edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
36. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
Qət etdi :
Gədəbəy Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.