Məhkəmə qərarları › İş №2(3-7)-757/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-757/2026

22.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-757/2026 22.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İslam oğlunun cavabdeh Samux rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru Cavabdeh İsgəndər qızına qarşı iş üzrə Hakimlər X2 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Cavabdeh Cavabdeh İsgəndər qızının iştirakı ilə Samux Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı İslam oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq qərardad qəbul etdi. İşin halları

1. İddiaçı İddiaçı İslam oğlu cavabdeh Samux rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru Cavabdeh İsgəndər qızına qarşı “əmrin ləğv edilməsi, maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 6000 (altı min) manat maddi ziyanın, 3000 (üç min) manat mənəvi ziyanın cavabdeh Samux rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru Cavabdeh İsgəndər qızından onun xeyrinə tutulması və Samux rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbin ##.##.2024-cü il tarixli *** nömrəli əmrinin qanunvericiliyin tələbinə zidd olduğu üçün ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Samux Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia təmin edilməmişdir.

3. Samux Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ## ###### 2026-cı il tarixdə iddiaçı İddiaçı İslam oğluna məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir. İddiaçı İddiaçı İslam oğlu tərəfindən qətnamədən ## ##### 2026cı il tarixdə “elektron kabinet” vasitəsi ilə apellyasiya şikayəti verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. Samux Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadına əsasən iddiaçı İddiaçı İslam oğlunun Samux Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti müddət keçdiyi üçün geri qaytarılmışdır.

5. İddiaçı İddiaçı İslam oğlu ## ### 2026-cı il tarixdə Samux Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadından şikayət verərək, Samux Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadının ləğv edilərək apellyasiya şikayətinin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

6. Şikayət onunla əsaslandırılmışdır ki, o, cavabdeh Samux rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbinin direktoru Cavabdeh İskəndər qızına qarşı “əmrin ləğv edilməsi maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin ##.##.2026-cı il tarixli 2(058)- ****/**** nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən onun tərəfindən verilən apellyasiya şikayəti məhkəmənin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə geri qaytarılmışdır. Məhkəmə apellyasiya şikayətinin geri qaytarmasına əsas onu göstərmişdir ki, o, şikayətin verilmə müddətini ötürmüş, qətnamə onun elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilmişdir, o, isə şikayəti ##.##.2026- cı il tarixdə vermişdir. Məhkəmənin nəticəsi tamamilə səhvdir, belə ki o, həmin qətnaməni ##.##.2026-cı il tarixdə almışdır. Məlum olduğu kimi elektron məhkəmə sistemi işləməməsi səbəbindən o, həmin qətnaməni mart ayının 13-ü açıb oxuya bilmişdir və ##.##.2026-cı il tarixdə elektron şikayət vermişdir, məhkəmənin qeyd etdiyi kimi ##.##.2026-cı il tarixdə yox. Göründüyü kimi məhkəmə bu faktı nəzərdən qaçıraraq sübutları düzgün qiymətləndirməmiş, sübutları kifayət qədər araşdırmamış, formal mülahizələrə əsaslanaraq qərar qəbul etmişdir. Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadı maddi və prosessual hüquq normaları pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir.

7. Samux Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə Samux Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı İslam oğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Qərardaddan şikayətə qarşı etirazın dəlilləri

8. Qərardaddan şikayətə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh şikayətin təmin edilməməsini xahiş etdi.

10. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı tərəfə rəsmi qaydada məlumat verilmiş, lakin tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Konstitusiyası

M a d d ə 7 2 . Vətəndaşların vəzifələrinin əsası

İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. III. Qanunu bilməmək məsuliyyətdən azad etmir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 227.4. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

“C.İsmayılzadənin şikayətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2007-ci il tarixli Qərarı

“Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.”

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilərək qərardadla həll edilməli olan məsələ həll edilməlidir.

16. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Samux Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ##.##.2026-ci il tarixdə iddiaçı İddiaçı İslam oğluna məxsus şəxsi elektron kabinetində yerləşdirilmiş, lakin iddiaçı İddiaçı İslam oğlu tərəfindən həmin qətnamədən ## ##### 2026-cı il tarixdə “elektron kabinet” vasitəsi ilə apellyasiya şikayəti verilmişdir. Bununla da, iddiaçı İddiaçı İslam oğlu apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş 1 aylıq müddəti ötürmüşdür.

17. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, prosessual qanunvericilik prosessual müddətin bərpasını yalnız müddətin buraxılmasının səbəblərinin üzrlü olduğu halla, yəni apellyatordan asılı olmayan hallarla şərtləndirmişdir.

18. Hazırkı işdə ərizəçinin belə bir hal səbəbindən müddəti buraxması müəyyən edilmişdir. Belə ki, müəyyən edilir ki, şikayətin verildiyi ərəfədə elektron sistemdə texniki poblemlər olmuşdur. “Elektron məhkəmə” sistemində yaranan müvəqqəti texniki səbəblərdən dolayı iddiaçının elektron kabinetinə daxil olmağında problem yaranmış və prosessual müddəti ötürmüşdür.

19. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı tərəfin həmin qətnamədən apellyasiya şikayətinin verməsi üçün qanunvericilikdə müəyyən olunmuş prosessual müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün əsaslar mövcuddur.

20. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Samux Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadı ləğv edilərək, qərardadla həll edilməli olan məsələ həll edilməlidir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir.

22. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

23. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Samux Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadı ləğv edilərək, iddiaçı tərəfindən apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməsi üzrlü hesab edilsin. İddiaçı İddiaçı İslam oğlunun Samux Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti mahiyyəti üzrə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar