Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-768/2026 17.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alimentin artırılması və uşaq üçün əlavə xərclərin ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin artırılması və uşaq üçün əlavə xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynov Ramiz Urfan oğlu ## ##### 2020-ci ildə Göygöl şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında ## ### 2020-ci il tarixdə ** nömrəli qeyd edilmişdir.
2. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynov Ramiz Urfan oğlu ## ##### 2020-ci ildə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında ## #### 2025-ci il tarixdə 05 nömrə ilə qeyd edilmişdir.
3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışın surətindən görünür ki, ## ##### 2020-ci il təvəllüdlü X1 “kvadroplegik spastik serebral iflic” diaqnozu qoyulmuşdur. İkinci dərəcəli əlildir. Orqanizm funksiyalarını 80% itirmişdir.
4. Gəncə şəhər Z.Məmmədov adına Xəstəxananın Oftalmologiya şöbəsi Publik Hüquqi şəxsin ## #### 2026-cı il tarixli *** saylı tibbi rəyindən görünür ki, ## ##### 2020-ci il təvəllüdlü X1 hər iki gözdə daxili çəpgözlük. Tor qişanın distofiyası. Sağ gözdə mürəkkəb miopik astikmatizm. Sol gözdə qarışıq astiqmatizm” diaqnozu qoyulmuşdur. Gəncə şəhər X5 Hüquqi Şəxs F.Məmmədov adına Gəncə şəhər uşaq xəstəxanasının *** nömrəli stasionar xəstənin tibb kartasından çıxarışın surətindən görünür ki, ## ##### 2020ci il təvəllüdlü
5. X1 “mərkəzi sinir sisteminin pozğunluğu fonunda tetraparez, psixomotor inkişafın geriliyi” diaqnozu qoyulmuşdur.
6. Daşkəsən Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh iddiaçı İddiaçı ## ##### 2020-ci ildə doğulmuş X1 atası olması, ## ##### 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay cavabdeh Cavabdeh 150 (bir yüz əlli) manat məbləğdə aliment tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
7. Daşkəsən * saylı Mediasiya təşkilatının ## ###### 2025-ci il tarixli MŞD/MT***/****-***** nömrəli ilkin mediasiya sessiayasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı öhdəliyin icra edilməsi tələbi üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh ## ###### 2025-ci il tarixdə saat 12:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən Cavabdeh ## ###### 2025-ci il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir.
8. ## ###### 2025-ci il tarixli BPM************ nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 60 manat məbləğində ilkin mediasiya xərci ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşkəsən Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə ## ##### 2020-ci il təvəllüdlü Hüseynov Ramiz Urfan oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 150 manat məbləğində alimentin miqdarının artırılaraq hər ay cavabdeh Cavabdeh 260 manat məbləğində aliment və üşaq üçün əlavə xərc olaraq 200 manat məbləğin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə birgə yaşadıqları müddətdə ## ##### 2020-ci ildə Ramiz adlı bir uşaqları doğulmuşdur. Uşağa atalıq müəyyən edilmişdir. Hazırda oğlu II qrup xəstədir. İflic olduğu üçün yerimir, danışmır, hər iki gözü çəp və zəifdir. Uşağın daima müayinə və müalicəsinə ehtiyac vardır. Cavabdeh isə təyin edilmiş alimenti vaxtıvaxtında ödəmir. Heç bir yerdə işləmədiyi üçün uşağın müalicə xərclərini ödəyə bilmir.
11. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qətnaməsi (hakim Kənan Vəliyev) ilə, iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh ## ##### 2020-ci ildə doğulmuş Hüseynov Ramiz Urfan oğlunun xəstəliyi və əlilliyi ilə əlaqədar olaraq əlavə xərclərə cəlb edilməklə ondan hər ay 120 manat pul vəsaitinin tutulub, iddiaçı İddiaçı ödənilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin cavabdeh Cavabdeh alınıb, iddiaçı İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1, 81.2 və 81.3-cü maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 216-220, 227, 233, 234 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, 1-ci instansiya məhkəməsi almentin miqdarının artırılması hissəsində iddianı təmin etməməsində düzgün qənaətə gəlsə də, ## ##### 2020-ci il təvəllüdlü Hüseynov Ramiz Urfan oğlunun xəstəliyi və əlilliyi ilə əlaqədar olaraq əlavə xərclərə cəlb edilməklə ondan hər ay 120 manat pul vəsaiti tutulub, iddiaçı İddiaçı ödənilməsi iddiasını təmin etməkdə haqlı olmamışdır. Belə ki, o, əvvəlki məhkəmə iclasında da bildirmişdir ki, çobanlıq edir, ayda 200 manat zəhmət haqqı alır. Yayda Daşkəsən rayonunun Əmirvar kəndində, qışda isə Yevlax rayonunun Cırdaxan kəndində yataqda heyvanları otarmaqla məşğul olur. Ayağında problem olduğu üçün ağır fiziki işlə məşğul ola bilmir. İddiaçı yalan danışır, ayda 200 manat əmək haqqı alır, ondan hər ay 150 manat aliment pulu ödəyir, 50 manatı isə öz məsrəflərinə xərcləyir. İddiaçı uşağın əlliliyinə görə hər ay 500 manat müavinət və əlavə olaraq 120 manat Prezident təqaüdü alır. Daşkəsən Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli 2(30)-677/ **** saylı qətnaməsi ilə ## ##### 2020-ci il təvəllüdlü Hüseynov Ramiz Urfan oğlununun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat məbləğində aliment verməyinə baxmayaraq, ondan uşağın xəstəliyi və əlilliyi ilə əlaqədar olaraq əlavə xərclərə cəlb edilməklə hər ay 120 manat pul vəsaitinin tutulması hissəsində məhkəmənin qətnaməsini ədalətli hesab etmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etirazını bildirərək, izahatında göstərmişdir ki, cavabdeh ilə birgə yaşadıqları müddətdə ## ##### 2020-ci ildə Ramiz adlı bir uşaqları doğulmuşdur. Uşağa atalıq məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Hazırda oğlu Ramiz II qrup xəstədir. İflic olduğu üçün yerimir, danışmır, hər iki gözü çəp və zəifdir. Uşağın daima müayinə və müalicəsinə ehtiyac vardır. Cavabdeh isə təyin edilmiş alimenti vaxtı-vaxtında ödəmir. Heç bir yerdə işləmədiyi üçün uşağın müalicə xərclərini ödəyə bilmir. Uşağa verilən pul isə onu ödəmir. Ağır maddi ehtiyac işində yaşayır. Aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiası qismən təmin edilmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. İş üzrə cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, ona məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
18. Maddə 17. II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
19. Maddə 34. IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
20. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
21. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
22. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
23. Maddə 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.
24. Maddə 86. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.
“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2015-ci il tarixli Qərarı
25. “Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər - digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
26. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir.”
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına
31. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə;
32. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər
Apellyasiya baxışının hədləri
39. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
42. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, iddiaçı qətnamənin ləğv edilməsini mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı tam yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
44. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh 2018-ci ildə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Lakin, rəsmi nikah qeydiyyatından keçməmişlər. Birgə yaşadıqları müddətdə ## ##### 2020-ci ildə X1 doğulmuşdur. Daşkəsən Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh iddiaçı İddiaçı ## ##### 2020-ci ildə doğulmuş X1 atası olması, ## ##### 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay cavabdeh Cavabdeh 150 manat məbləğdə alimentin tutularaq, iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Tərəflərin birgə münasibətlərindən anadan olmuş ## ##### 2020-ci il təvəllüdlü X1 “kvadroplegik spastik serebral iflic” diaqnozu qoyulmuşdur. O, ikinci dərəcəli əlildir. Orqanizm funksiyalarını 80% itirmişdir.
47. İddia tələbinin azyaşlı Ramiz üçün müalicə xərcinin tutulması hissəsi ilə bağlı kollegiya qeyd edir ki, həmin tələbin hüquqi əsasını təşkil edən valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakını tənzimləyən Ailə Məcəlləsinin 81.1-ci maddəsində göstərilmişdir ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
48. Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
49. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi).
50. Sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, azyaşlı Ramizin müalicəsi üçün cavabdehdən hər ay pulun tutulmasına yetərli əsaslar vardır. Çünki, artıq yuxarıda qeyd edildiyi kimi iş materialları ilə müəyyən edilir ki, ## ##### 2020-ci il təvəllüdlü X1 “kvadroplegik spastik serebral iflic” diaqnozu qoyulmuşdur. O, ikinci dərəcəli əlildir. Orqanizm funksiyalarını 80% itirmişdir. Göründüyü kimi, azyaşlı uşağın mütəmadi və davamlı olaraq müalicəyə ehtiyacının olması işin faktiki halları ilə öz təsdiqini tapmışdır. Bu işin mübahisəsiz halıdır.
51. Lakin, cavabdeh çoban işlədiyini və ayda 200 manat əmək haqqı aldığını, maddi vəziyyətinin zəif olduğunu bildirir.
52. Bununla bağlı kollegiya qeyd edir ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
53. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
55. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
58. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” ## ###### 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
59. Məhkəmə Kollegiyası tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, baxılan işdə müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh 2018-ci ildə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar və nikahlarını rəsmi qeydə aldırmamışlar. Onların ##.##.2020-ci ildə Ramiz adlı uşaqları doğulmuşdur. Daşkəsən Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh iddiaçı İddiaçı ## ##### 2020-ci ildə doğulmuş X1 atası olması, ## ##### 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay cavabdeh Cavabdeh 150 manat məbləğdə alimentin tutularaq, iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Tərəflərin birgə münasibətlərindən anadan olmuş ## ##### 2020-ci il təvəllüdlü X1 “kvadroplegik spastik serebral iflic” diaqnozu qoyulmuşdur. O, ikinci dərəcəli əlildir. Orqanizm funksiyalarını 80% itirmişdir. Göründüyü kimi uşaq ağır xəstədir. Apellyator şikayətində çoban işlədiyini və 200 manat əmək haqqı aldığını qeyd etmişdir. Göstərilən xüsusatlarla bağlı apellyator məhkəmə kollegiyasına hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Yuxarıda göstərildiyi kimi, kollegiya qeyd edir ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
60. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti mübahisələndirilən hissədə alimentin illik məcmusu 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1,372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.