Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(3-7)-77/2026 02.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Ağdam Rayon Məhkəməsinin 2(013)-2690/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-2690/2025 saylı qətnaməsi ilə X8 Hasnain Akhterin iddiası təmin edilərək Cavabdeh 20000 (iyirmi min) manat və ödənilmiş dövlət rüsumu əvəzində 150 (yüz əlli) manat – cəmi 20150 (iyirmi min yüz əlli) manat alınaraq X8 Hasnain Akhterə verilməsi, İddiaçı1 Cavabdeh 20000 (iyirmi min) manat və ödənilmiş dövlət rüsumu əvəzində 150 (yüz əlli) manat – cəmi 20150 (iyirmi min yüz əlli) manat alınaraq ona verilməsi barədə tələbinin rədd edilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2025-ci ildə elektron kabinet vasitəsi ilə məhkəməyə apelyasiya şikayəti və vəsatət ünvanlayaraq Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-2690/2025 saylı qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-2690/2025 nömrəli qərardadı ilə (hakim Mahir Niftəliyev) Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-2690/2025 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddət buraxılmasının səbəbi üzrsüz olduğundan bərpa edilməmişdir. Cavabdeh 30 dekabr 2025-ci ildə Ağdam Rayon Məhkəməsinin 2(013)-2690/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin uzun müddət Azərbaycan Respublikası hüdudlarından kənarda olması onun məhkəməyə vaxtında müraciət etmək imkanlarını obyektiv olaraq məhdudlaşdırır və bu hal prosessual müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilə bilər. Məhkəmə bu hüquqi mövqeyi nəzərə almadan xarici ölkədə olma faktını əsassız olaraq üzrlü səbəb hesab etməmişdir. Şəxsin xarici ölkədə olması onun “Xarici” pasportundan olan çıxış-giriş möhürləri ilə müəyyən edilir və bu barədə məhkəməyə müvafiq sübutlar təqdim olunub. Bundan əlavə olaraq təqdim olunan sübutun həqiqiliyini sistem üzərindən də görmək olar. Cavabdeh uzun müddət xarici ölkədə olmuşdur. Faktiki olaraq Azərbaycan Respublikasında olmaması səbəbindən məhkəmə aktını vaxtında almaq və hüquqi yardım təşkil etmək imkanı olmamışdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Qayıtdıqdan dərhal sonra hüquqi yardım üçün vəkillə müqavilə bağlayaraq etibarnamə vermiş və apellyasiya şikayətinin hazırlanması üçün müraciət edilmişdir. Bundan başqa məhkəmə cavabdehin elektron məhkəmə qeydiyyatının olmamasına diqqət etməmiş və bu hal əsassız qərardadın qəbuluna səbəb olmuşdur. Nümayəndənin iştirakı işdə iştirak edən şəxsin öz prosessual hüquqlarını şəxsən həyata keçirmək hüququnu istisna etmir və onun məhkəməyə müraciət imkanlarını məhdudlaşdıra bilməz. Bu baxımdan, birinci instansiya məhkəməsinin şikayətçinin atasının nümayəndə olması faktını əsas götürərək müddətin bərpasından imtina etməsi qanunsuzdur. Belə ki, burada maraqlı məqamlardan biri odur ki, məhkəmə qeyd edir ki, Cavabdeh nümayəndəsi – atası X1 Rayon Məhkəməsininxx.xx.2025-ci il tarixli 2(013)- 2690/2025 saylı qətnaməsinin surətini məhkəmə qəbzinə imza etməklə xx.xx.2025-ci ildə almışdır. Yəni məhkəmə qətnaməsi qəbul edildiyi gün elə qətnamə kağız daşıyıcıda Prosessdən dərhal sonra cavabdehin atasına verilib. Bu hal qanunla qadağan olunmasa da, işin obyektiv aparılmasına şübhə salır. Belə ki, baxış iclasında tərəfləri dinləyib sübutları araşdırıb müşavirə otağına gedib qayıtması və qısa müddətdə qətnaməni 6 vərəqdə yazıb təsdiqlətməsi və zalda tərəfə təqdim etməsi məhkəmə tərəfindən obyektiv və ədalətli araşdırmanın aparmasına şübhə yaradır. Görünən odur ki, məhkəmə baxış iclasında tərəfləri dinləmədən, artıq əvvəlcədən iş üzrə qərar verib və qərarı yazıb hazırlayıb. İndi bu səbəbdən cavabdehin xarici ölkədə olması kimi üzrlü səbəbi üzrsüz hesab edir. Eyni ilə müddətin bərpası qərardadını da prosess bitən kimi tərəfə təqdim etməsi məhkəmənin məhkəmə zalında heç bir araşdırma aparmadığını və tərəfin dinləmədiyi açıq-aydın görünr. Bunu məhkəmə iclasının audiovideo yazısından da görmək olar. Prosessual normaların tətbiqi Konstitusiyanın 60-cı maddəsi ilə təmin edilmiş məhkəməyə müraciət hüququnun mahiyyətini aradan qaldırmamalıdır. Müddətin bərpasından imtina edilməsi nəticə etibarilə işə mahiyyəti üzrə baxılmasını mümkünsüz etdiyindən, bu hal məhkəməyə çıxış hüququnun pozulmasına gətirib çıxarır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə uyğun olaraq məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Nəticədə şəxs şikayətin qaytarılmasına səbəb olan çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququndan məhrum olur ki, bu da məhkəmə müdafiəsi hüququnun konstitusion mahiyyəti və təyinatı ilə uzlaşmır. Məhkəmə bu hüquqi mövqeyi nəzərə almadan xarici ölkədə olma faktını əsassız olaraq üzrlü səbəb hesab etməmişdir. Şəxsin xarici ölkədə olması onun “Xarici” pasportundan olan çıxış-giriş möhürləri ilə müəyyən edilir və bu barədə məhkəməyə müvafiq sübutlar təqdim olunub. Bundan əlavə olaraq təqdim olunan sübutun həqiqiliyini sistem üzərindən də görmək olar. Cavabdeh uzun müddət xarici ölkədə olmuşdur. Faktiki olaraq Azərbaycan Respublikasında olmaması səbəbindən məhkəmə aktını vaxtında almaq və hüquqi yardım təşkil etmək imkanı olmamışdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Qayıtdıqdan dərhal sonra hüquqi yardım üçün vəkillə müqavilə bağlayaraq etibarnamə vermiş və apellyasiya şikayətinin hazırlanması üçün müraciət edilmişdir. Bundan başqa məhkəmə cavabdehin elektron məhkəmə qeydiyyatının olmamasına diqqət etməmiş və bu hal əsassız qərardadın qəbuluna səbəb olmuşdur. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-2690/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarının 102-ci vərəqindən göründüyü kimi mülki işin məhkəmə baxışında iştirak edən Cavabdeh nümayəndəsi – atası X1 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-2690/2025 saylı qətnaməsinin surətini məhkəmə qəbzinə imza etməklə xx.xx.2025ci ildə almışdır. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-2690/2025 saylı qətnaməsinin əsasında verilmiş xx.xx.2025-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün həmin tarixdə Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə göndərilmiş və xx.xx.2025-ci ildə həmin şöbənin icra məmurunun icraatına daxil olmuşdur. Cavabdeh apelyasiya şikayəti vermək üçün buraxılmış müddətin səbəbinin üzrlü olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdeh nümayəndəsi – atası X2 verdiyi etibarnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 74.1 və 74.2-ci maddələrində nəzərdə tutulan bütün, o cümlədən apelyasiya şikayəti vermək hüququnu vermişdir. Göründüyü kimi cavabdehin qətnamədən apelyasiya şikayəti vermək imkanı (vaxtı) olmuş, lakin o, bu hüquqdan heç bir üzrlü səbəb olmadan qanunvericilikdə nəzərdə tutulmuş müddətdə istifadə etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin Məcəllənin 74.2-ci maddəsinə görə iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İş materiallarında olan Cavabdeh atası X2 verdiyi etibarnamədən görünür ki, etibarnamə Azərbaycan Respublikasının MPM-in 74.1 və 74.2-ci maddələrində nəzərdə tutulan bütün hüquqları, o cümlədən apelyasiya şikayəti vermək hüququnu etibar etmişdir. Lakin, Cavabdeh nümayəndəsi atası X4bu hüquqdan heç bir üzrlü səbəb olmadan qanunvericilikdə nəzərdə tutulmuş müddətdə istifadə etməmişdir. Məhkəmə kollegiyası şikayətin cavabdeh uzun müddət xarici ölkədə olması, faktiki olaraq Azərbaycan Respublikasında olmaması səbəbindən məhkəmə aktını vaxtında almaq və hüquqi yardım təşkil etmək imkanı olmaması dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh barəsində olan məhkəmə prosesindən məlumatlı olmuş, nümayəndə vasitəsilə məhkəmə iclaslarında təmsil olunmuşdur. Qətnamə isə elan olunduğu gün qəbzə imza etdirilməklə nümayəndəsinə təqdim edilmişdir. Cavabdehin özünün xarici ölkədə olması onun nümayəndə vasitəsilə, yaxud vəkilin hüquqi yardımından istifadə etməklə məhkəmə aktından şikayət verməsinə mane olan hal kimi qiymətləndirilə bilməz. Bu baxımdan kollegiya şikayətin dəlillərini əsassız hesab edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də, şikayət təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin 2(013)-2690/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 130, 133 və 398-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ağdam Rayon Məhkəməsinin 2(013)-2690/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-2690/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-77/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-77/2026
02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver