Məhkəmə qərarları › İş №2(3-7)-79/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-79/2026

25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(3-7)-79/2026 25.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-2945/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizə ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 30000 manat əsas, 4861,86 manat faiz, 326,68 manat cərimə- cəmi 35188,54 manat borcun və 195,57 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-2945/2023 nömrəli qətnaməsi ilə (hakim M.Niftəliyev) iddianın qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30000 manat əsas, 4861,86 manat faiz, 10 manat cəriməcəmi 34871 (otuz dörd min səkkiz yüz yetmiş bir) manat 86 (səksən altı) qəpik və 195,57 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın cərimə borcu tələbinin qalan 316,68 manat hissəsinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 2(013)-2945/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv olunaraq, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə Cavabdeh1 apellyasiya şikayəti mümkün hesab edilərək iş məhkəmə baxışına təyin edilmişdir. Ağdam Rayon Məhkəməsindən daxil olmuş xx.xx.2026-cı il tarixli 2(013)-2945/2023 saylı məktubdan görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)- 2945/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayət verildiyindən işin Ağdam Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ləğv edilməli, iş apellyasiya baxışından çıxarılmalı və Cavabdeh2 tərəfindən Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-2945/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinə uyğunluğunun yoxlanılması üçün iş Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarmaq səlahiyyəti vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384.0.6, 363, 364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ləğv edilsin. Cavabdeh2 tərəfindən Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)- 2945/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinə uyğunluğunun yoxlanılması üçün 2(3-7)-79/2026 saylı mülki iş apellyasiya baxışından çıxarılaraq Ağdam Rayon Məhkəməsinə geri qaytarılsın. Cavabdeh2 tərəfindən Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)- 2945/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinə uyğunluğu yoxlandıqdan sonra iş Cavabdeh1 apellyasiya şikayətinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan dərhal sonra qanuni qüvvəyə minir. Həmin qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar