Məhkəmə qərarları › İş №2(3-7)-803/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-803/2026

11.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-803/2026 11.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli mülki iş üzrə qəbul etdiyi ## #### 2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh(bundan sonra- cavabdeh) 7330 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh həmin qətnamədən ## ###### 2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti geri qaytarılmışdır. Rayon Məhkəməsi “apellyasiya şikayətinin geri qaytarılması” barədə mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Ağdam Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin surəti ##.##.2025-ci il tarixdə poçt vasitəsi ilə alıcıya(qardaşı Vüqar Abbasova) təhvil verilmişdir. Cavabdeh apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, sözügedən məhkəmə qətnaməsi ona poçt vasitəsilə çatdırılmamamışdır. Rəsmi olaraq qətnamə ona ##.##.2025 tarixdə Ağdam Rayon Məhkəməsinin inzibati binasında verilmişdir. Yəni məhkəməyə özü getməsə qətnamə heç bir zaman ona çatıdırılmayacaqdı. Daha sonra qərardadda qeyd edilir ki, guya qətnamə onun qardaşına çatdırılıb. Lakin iş materiallarında heç bir poçt qəbzi yoxdur. Nə məktubun məhkəmə tərəfindən göndərilməsini təsdiq edən qəbz, nə də çatmasını təsdiq edən xəbərnamə işə əlavə edilmişdir. Yalnız poçt tərəfindən verilən, hansı tarixdə hazırlanması məlum olmayan, ümumiyyətlə işə əlavə edilməyən arayış formalı məktuba əsasən qətnamənin qardaşına çatdırılması göstərilmişdir. Ehtiyac yaransa qardaşı da məhkəmə zalında şahid qismində dindirilə bilər. Qətnamə nə ona, nə də qardaşına çatdırılmışdır. Qətnaməni əldə etdiyi tarixdən 28 gün keçdikdən sonra o, qanuni əsaslarda apellyasiya şikayətini sistemə yerləşdirmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməlidir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. İş materiallarından görünür ki, Rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsi ilk dəfə ## ####### 2025-ci il tarixdə, təkrarən isə ## ###### 2025-ci il tarixdə cavabdehə göndərilsə də, cavabdehin qətnaməni almasını təsdiq edən hər hansı sənəd iş materiallarında mövcud deyildir. Rayon Məhkəməsi “xxxx” MMC-nin ## #### 2026-cı il tarixli məktubuna istinad edərək belə qənaətə gəlmişdir ki, mübahisələndirilən qətnamə ## ####### 2025-ci il tarixdə cavabdehin qardaşı Vüqar Abbasova təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, məhkəmə bildirişlərinin və məhkəmə sənədlərinin təqdim edilməsi onların ünvan sahibinə çatdırılmasını təsdiq edilən sənədlərlə müəyyən olunmalıdır. Halbuki iş materiallarında poçt göndərişinin cavabdeh və ya onun ailə üzvü tərəfindən qəbul edilməsini təsdiq edən sənəd(qəbz, xəbərnamə) mövcud deyil. Bu səbəbdən poçt orqanının heç bir sənədə istinad etmədən verdiyi məlumatı qətnamənin cavabdehə qanunla nəzərdə tutulmuş qaydada təqdim edilməsini sübut edə bilməz. Mülki prosessual qanunvericiliyin tələblərinə görə, apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı məhkəmə aktının tərəfə rəsmi qaydada təqdim edildiyi andan hesablanır. Qətnamənin cavabdehə təqdim edilməsinin sübuta yetirilmədiyi şəraitdə apellyasiya şikayətinin verilməsi müddətinin başlandığını qəbul etmək mümkün deyildir. Belə olan halda, cavabdehin apellyasiya şikayətini müddəti ötürməklə verməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi işin faktiki hallarına və Mülki Prosessual Məcəllənin 135.2 və 360-cı maddəsinin tələblərinə uyğun olmadığından əsassız hesab edilməlidir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli və cavabdehin apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsindən müəyyən olunur ki, hazırki qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDI: Cavabdeh Cavabdeh şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ləğv edilsin və cavabdeh Cavabdeh Ağdam Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, 2(013)-2483/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar