Məhkəmə qərarları › İş №2(3-7)-806/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-806/2026

10.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-806/2026 10.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: (qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi) Hakimlər X2 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı iltarixli *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat

1. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmişdir.

2. Cavabdeh Cavabdeh qeyd edilən qətnamədən ##.##.2026-cı ildə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət vermişdir.

3. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı ilə cavabdeh Cavabdeh vəsatəti təmin edilərək müddət buraxılmasının səbəbi üzrlü hesab edilərək bərpa edilmiş, Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh verdiyi apelyasiya şikayəti baxılmasından ötrü mülki işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

4. İddiaçı İddiaçı Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)- ****/**** saylı qərardadından ##.##.2026-cı ildə elektron kabinet vasitəsi ilə şikayət vermişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamənin icrası məqsədilə icra vərəqəsi verilmiş və Abşeron rayon İcra və Probasiya şöbəsində icraat başlanılmışdır. Cavabdeh ##.##.2026-cı il tarixdə icra şöbəsində rəsmi qaydada bildirişlə tanış olmuş, qətnamə ona rəsmi qaydada elə icra şöbəsində təqdim edilmişdir. Daha sonra ##.##.2026cı il tarixdə cavabdeh tərəfindən icra şöbəsinə təqdim edilən izahatda qətnamə üzrə borc məbləği tam etiraf edilmiş və borcun bir hissəsi ödənilmişdir. Buna baxmayaraq, cavabdeh qətnamədən məlumatsız olduğunu iddia edərək, qanunla müəyyən edilmiş 1 aylıq şikayət müddətini aşkar şəkildə ötürdükdən sonra — ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti vermiş və müddətin bərpası haqqında vəsatət qaldırmışdır. Ağdam Rayon Məhkəməsi isə iş materiallarındakı mötəbər sübutları nəzərə almadan müddətin bərpası haqqında qanunsuz qərardad qəbul etmişdir. Belə olan halda hesab edirik ki, Ağdam rayon Məhkəməsinin Qərardadı ləğv edilməlidir.

6. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 227.4. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)- ****/**** saylı qərardadı ləğv edilməli və iş növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

11. İşdən görünür ki, Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)- ****/**** saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmişdir. Qətnamənin icrası məqsədilə icra vərəqəsi verilmiş və Abşeron rayon İcra və Probasiya şöbəsində icraat başlanılmışdır. Cavabdeh ##.##.2026-cı il tarixdə icra şöbəsində rəsmi qaydada bildirişlə tanış olmuş və bildiriş vərəqinin sonunda imzasını atmışdır. Həmçinin ##.##.2026- cı il tarixdə cavabdeh tərəfindən icra şöbəsinə izahat təqdim edilmişdir. Cavabdeh Cavabdeh isə qeyd edilən qətnamədən ##.##.2026-cı ildə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət vermişdir. Göstərilən hallar onu deməyə əsas verir ki, cavabdeh qətnamə barədə məlumatlı olmuş və qətnamədən nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra apellyasiya şikayəti vermişdir.

12. Şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Qeyd olunmalıdır ki, qətnamədən şikayət onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər.

13. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikası MPM-nin 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

14. Məhkəmə kollegiyası bildirir ki, prosessual qanunvericilik prosessual müddətin bərpasını yalnız müddətin buraxılmasının səbəblərinin üzrlü olduğu halla, yəni apellyatordan asılı olmayan hallarla şərtləndirmişdir. Hazırkı işdə isə Cavabdeh belə bir hal səbəbindən müddəti buraxması müəyyən edilmir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh tərəfin həmin qətnamədən apellyasiya şikayətinin verməsi üçün qanunvericilikdə müəyyən olunmuş prosessual müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün əsaslar mövcud deyil.

15. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və cavabdehin apellyasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilməlidir.

16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilsin. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı ləğv edilsin, iş, Cavabdeh apellyasiya şikayətinin geri qaytarılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar