Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-810/2026 21.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınun hakimləri-X3 (sədrlik edən məruzəçi), Muradov Rəhman Şaban oğlu və X4 ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı İddiaçı İsmayıl oğlunun və cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı İsmayıl oğlunun cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ##.##.2023-cü il tarixli arayışın surətindən görünür ki, Hüseynov İsmayıl Rzaqulu oğlu ilə X1 nikahları ##.##.1993-cü il tarixində Gəncə şəhər Qeydiyyat şöbəsində 169 nömrə ilə qeydə alınmışdır.
2. AZ-T ****** nömrəli və AZ-T ****** nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, ##.##.1994-cü ildə doğulmuş İddiaçı İsmayıl oğlunun və ##.##.1996cı ildə doğulmuş Hüseynov Hikmət İsmayıl oğlunun ata qrafasında Hüseynov İsmayıl Rzaqulu oğlu, ana qrafasında isə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd olunmuşdur.
3. Cavabdeh MMC tərəfindən verilmiş ölüm haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, Hüseynov İsmayıl Rzaqulu oğlunun ##.##.2023-cü ildə xəstəxanada ölümü qeydə alınmış, ölümün səbəbi mədəciklərin fibrilyasiyası və titrəməsi olaraq göstərilmiş, ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmuş xəstəliklə və ya patoloji halla əlaqədar olmayan başqa vacib hallar hissəsində dekompressiv kranioektomiya əməliyyatı olunduğu qeyd edilmişdir.
4. AZ-II ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynov İsmayıl Rzaqulu oğlu ##.##.2023-cü ildə ölmüşdür.
5. Cavabdeh MMC tərəfindən verilmiş arayışın surətindən görünür ki, Hüseynov İsmayıl Rzaqulu oğlu ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək X8 Mərkəzində müayinə və müalicə olunmuş və həmin müddətdə müayinə və müalicə üçün 3082 manat ödəniş etmişdir.
6. ##.##.2023-cü il tarixli ödəniş qəbzlərinin surətlərindən görünür ki, Cavabdeh MMCnin hesabına qan bankı üçün 93 manat, KT Angioqrafiya üçün 200 manat və reanimasiyada tibbi müalicə üçün 2437,78 manat ödəniş edilmişdir.
7. ##.##.2023-cü il tarixli ciddi riskli tibbi xidmət müqaviləsi və ciddi riskli tibbi xidmətə xəstə yaxınının razılıq bildirişinin surətindən görünür ki, İsmayıl Hüseynovun həyat yoldaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs göstərilən tibbi xidmətin qarşılığı olan 3000 manat avans məbləğinin ödənilməsini, əməliyyatın və göstərilən xidmətlərin nəticəsindən asılı olmayaraq, xəstəxanaya ödədiyi 3000 manat avans məbləğinin geri qaytarılmayacağını qəbul edərək, müqaviləni imzalamışdır.
8. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən İddiaçı İsmayıl oğluna ünvanlanmış ##.##.2024-cü il tarixli, 11-10/2-H-4237/2- **-****/**** nömrəli məktubdan görünür ki, müraciətin araşdırılması ilə əlaqədar X2 Xəstəxanasının Agentliyə təqdim etdiyi məlumatda Hüseynov İsmayıl Rzaqulu oğlunun ##.##.2023-cü il tarixində göndəriş olmadan öz vəsaitləri hesabına təcili yardım xidmətlərindən keçdiyi, cərrahi əməliyyata qərar verildikdən sonra məktub vasitəsi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən müvafiq cərrahi əməliyyat üçün icazə alındığı qeyd edilmiş, eyni zamanda reanimasiya müalicəsi üçün əlavə ödəniş alınmış, bununla əlaqədar məlumat verildiyi bildirilmişdir. Xəstənin həyat yoldaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən X2 Xəstəxanasının "Ciddi riskli tibbi xidmətə xəstə yaxını razılıq bildirişi" imzalanaraq 3000 manat avans məbləğinin geri qaytarılmayacağına dair razılıq verildiyi müəyyən olunmuşdur. Vətəndaş Hüseynov İsmayıl Rzaqulu oğlu ##.##.2023cü il tarixdən 5 gün müddətində X2 Xəstəxanasında stasionar müalicədə olmuş və ##.##.2023cü il tarixdə vəfat etmişdir. Agentliyə təqdim edilən ##.##.2024-cü il tarixli ilk yazılı müracitə əlavə edilən sənədlərə əsasən Hüseynov İsmayıl Rzaqulu oğluna təcili yardım və reanimasiyada göstərilmiş tibbi xidmətlərə görə 3082 manat ödəniş edilmişdir. Bildirmişlər ki, Hüseynov İsmayıl Rzaqulu oğlunun ##.##.2023-cü il tarixində X2 Xəstəxanasında "2.6.28- Digor kraniotomiya (dekompressiv trepanasiya)- *1.*2.*3.*4.*5.*6" tibbi xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, * nömrəli qərarı ilə təsdiq edilmiş "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi çərçivəsində icra olunmuşdur. Göstərilən xidmətə görə Agentlik tərəfindən tibb müəssisəsinə ümumilikdə 4000 manat məbləğində vəsait ödənilmişdir. Qeydlərin açıqlanması aşağıdakı kimi müəyyən olunmuşdur: *1- Əməliyyat önü müayinə və həkim konsultasiyası xidmətin tarifinə daxildir. *2- Anesteziya stasionar tibbi xidmətin tarifinə daxildir. *3- Reanimasiya və stasionarda yatış tibbi xidmətin tarifinə daxildir. *4- Yatış zamanı/əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf tibbi xidmətin tarifinə daxildir. *5- Yatış müddətində təyin edilmiş laborator və instrumental müayinə xərcləri, histopatoloji, sitopatoloji müayinələr, fizioterapiya, həkim təqibi tibbi xidmətin tarifinə daxildir Angiografiya, kompyuter tomoqrafiyası, maqnit rezonans tomoqrafiyası tibbi xidmətin tarifinə daxil deyil. *6-Yemək, müşayiət edən şəxs (12 yaşa qədər uşaqlarda) və digər xərclər tibbi xidmətin tarifinə daxildir.
9. Mərkəzi Klinika tərəfindən verilmiş ##.##.2023-cü il tarixli məxaric orderindən və avansın artıq hissəsinin qaytarılması barədə arayışdan görünür ki, xəstədən alınmış 6439 manatın 3357 (üç min üç yüz əlli yeddi) manatı İddiaçı İsmayıl oğluna qaytarılmışdır.
10. Gəncə şəhəri üzrə İcra İdarəsinin ##.##.2026-cı il tarixli icraata xitam verilməsi barədə qərardadn görünür ki, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/****-*** nömrəli, ##.##.2025-cü il tarixli icra sənədi üzrə borclu Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin borcu tam şəkildə təmin olunduğundan icraata xitam verilmişdir.
11. Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı İddiaçı İsmayıl oğlu cavabdehlər Hüseynov Hikmət İsmayıl oğluna və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası Hüseynov İsmayıl Rzaqulu oğluna ödəniləcək orta aylıq əmək haqqının üç misli miqdarında 1522,05 (bir min beş yüz iyirmi iki manat beş qəpik) manat müavinətə miras payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, iddia təmin edilərək, Hüseynov İsmayıl Rzaqulu oğlundan miras qalmış miras əmlakın - “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X5 “xxxx” X5 Dəstək xidmətləri şöbəsinin təsərrüfat bölməsində təsərrüfat qardaşı vəzifəsində çalışmış və ##.##.2023-cü il tarixdə vəfat etmiş Hüseynov İsmayıl Rzaqulu oğluna ödəniləcək orta aylıq əmək haqqının üç misli miqdarında 1522,05 (bir min beş yüz iyirmi iki manat beş qəpik) manat müavinətin 1/3 hissəsinə İddiaçı İsmayıl oğlunun, 1/3 hissəsinə Hüseynov Hikmət İsmayıl oğlunun və 1/3 hissəsinə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs payının müəyyən edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı İddiaçı İsmayıl oğlu cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3082 manat pulun və ödənilmiş 51 manat dövlət rüsumunun cavabdeh Cavabdeh MMC-dən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ##.##.2023-cü il tarixdə atası Hüseynov İsmayıl Rzaqulu oğlunun iş yerində aldığı xəsarətlərlə bağlı Cavabdeh MMC tərəfindən göstərilmiş tibbi xidmətlərə görə 6439 manat ödənilmişdir. Sonradan rəsmi qaydada İcbari Sığorta üzrə Dövlət Agentliyinə müraciət etdikdən sonra həmin Agentliyin ona göndərdiyi ##.##.2024-cü il tarixli məktubunu aldıqdan sonra məlumatı olmuşdur ki, sığorta tərəfindən xəstəxanaya 4000 manat vəsait X2 Xəstəxanasının hesabına ödəniş edilmişdir. Buna baxmayaraq, atasına təcili yardım və reanimasiyada göstərilmiş tibbi xidmətə görə 3082 manat Cavabdeh MMC-yə ödədiyi ödəniş ona qaytarılmamışdır. Buna görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir.
14. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 3082 (üç min səksən iki) manat pulun və 51 manat dövlət rüsumunun alınaraq iddiaçı İddiaçı İsmayıl oğluna verilməsi qərara alınmışdır.
15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının atası Hüseynov İsmayıl Rzaqulu oğlunun iş yerində aldığı xəsarətlərlə bağlı Cavabdeh MMC tərəfindən göstərilmiş tibbi xidmətlərə görə 6439 manat ödənilmişdir. Sonradan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Cavabdeh MMC-yə 4000 manat ödəniş edilmişdir. İddiaçı iddia etmişdir ki, cavabdeh tərəfindən atası Hüseynov İsmayıl Rzaqulu oğluna göstərilən tibbi xidmətlər sığorta zərfinə daxil olduğu üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən göstərilən tibbi xidmətlərə görə 4000 manat ödənilmişdir. Sığorta tərəfindən ödənilən məbləğdən sonra cavabdeh tərəf ödədikləri pulun bir hissəsini qaytarsa da, 3082 manatını qaytarmamışdır. Göründüyü kimi, iddiaçı və onun ailə üzvləri tərəfindən Hüseynov İsmayıl Rzaqulu oğlunun iş yerində aldığı xəsarətlərlə bağlı Cavabdeh MMC tərəfindən göstərilmiş tibbi xidmətlərə görə 6439 manat ödənişlər edildikdən sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən göstərilən tibbi xidmətlərə görə (sığorta zərfinə daxil olan tibbi xidmətlərə görə) Cavabdeh MMC-yə 4000 manat ödəniş edilmişdir. Lakin cavabdeh tərəf sığorta zərfi üzrə göstərilən tibbi xidmətdən əlavə hər hansı tibbi xidmət göstərmələri barədə sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddia tələbində göstərilən 3082 manat pulu özündə saxlamasının hüquqi əsası olmamışdır.
16. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
17. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti apelyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi onların hüquqlarını kobud pozur. Belə ki, iş materiallarından göründüyü kimi, mübahisə iddiaçının cavabdeh tibb müəssisəsinə (həkimə) qarşı tibbi xidmət nəticəsində guya sağlamlığına zərər vurulduğu iddiası ilə maddi zərərin əvəzinin tutulması tələbi üzrə qaldırılmışdır. Tərəflər arasında mübahisəsizdir ki, iddiaçı müvafiq tarixdə cavabdeh tibb müəssisəsinə müraciət etmiş, ona tibbi yardım göstərilmiş və tibbi xidmət qanunvericiliyə uyğun olaraq tibbi sənədlərlə rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsi bu ümumi halları düzgün müəyyən etmişdir. Lakin məhkəmənin tibbi xidmətlə iddiaçının səhhətində baş verdiyi iddia edilən mənfi nəticə arasında birbaşa səbəb-nəticə əlaqəsinin mövcudluğu, habelə cavabdehin konkret hansı tibbi norma və ya standartı pozduğu barədə gəldiyi nəticə cavabdeh tərəfindən qəbul edilmir və mübahisələndirilir. İş materiallarında: cavabdehin konkret tibbi normanı pozduğunu təsdiq edən sübut, tibbi standartdan kənar davranışı müəyyən edən məhkəmə-tibbi ekspertiza rəyi, alternativ tibbi davranış olsaydı nəticənin fərqli olacağını əsaslandıran elmi-tibbi dəlil mövcud deyildir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tibbi xarakterli mübahisə üzrə zəruri olan məhkəmə-tibbi ekspertiza təyin etmədən, sübutetmə yükünü faktiki olaraq cavabdehin üzərinə qoyaraq və iddiaçının sübut təqdim etməməsini nəzərə almadan iddianı qismən təmin etmişdir. Bu isə işin faktiki hallarının natamam araşdırılmasına və səhv hüquqi nəticəyə səbəb olmuşdur. Odur ki, hazırki Apellyasiya şikayəti ilə müraciət etmək məcburiyyətində olmuşar.
19. Cavabdeh apellyasiya əlavə verərək apellyasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi maddi və prosessual hüquq normalarının kobud pozulması ilə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi işin mahiyyətini düzgün müəyyən etməmiş, tərəflər arasında mövcud olan müqavilənin hüquqi qüvvəsini, həmin müqavilənin icbari tibbi sığorta qanunvericiliyinə uyğunluğunu, iddiaçının tələb hüququnun olub-olmamasını, iddia müddətinin tətbiq edilməli olub-olmamasını və 3082 manatın konkret hansı hüquqi əsasla iddiaçıya qaytarılmalı olduğunu araşdırmamışdır. Əsas məsələ ondan ibarətdir ki, iş materiallarında ##.##.2023-cü il tarixli “Ciddi riskli tibbi xidmət müqaviləsi” və “Ciddi riskli tibbi xidmətə xəstə yaxınının razılıq bildirişi” mövcuddur. Həmin sənədlər İddiaçı tərəfindən deyil, xəstənin həyat yoldaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən imzalanmışdır. Müqavilədə və razılıq bildirişində 3000 manat avans məbləğinin ödənilməsi və bu məbləğin əməliyyatın və göstərilən xidmətlərin nəticəsindən asılı olmayaraq geri qaytarılmayacağı barədə şərt göstərilmişdir. İddiaçı İddiaçı isə öz əlavə ərizəsində faktiki olaraq həmin müqavilənin etibarlı iradə əsasında bağlanmadığını bildirir. O qeyd edir ki, anasına müqavilənin məzmunu düzgün izah edilməmiş, anasının görmə qabiliyyəti zəif olmuş, ona yalnız xüsusi riskli əməliyyat üçün sənədə qol çəkməli olduğu bildirilmiş, ödənişin geri qaytarılmayacağı və icbari tibbi sığorta üzrə tibb müəssisəsinə ödəniş ediləcəyi barədə məlumat verilməmişdir. Bu dəlillər iddiaçının öz mövqeyinə görə müqavilənin aldatma, məlumatlandırmama, iradə qüsuru və ya qanuna zidd şərt əsasında bağlandığını göstərir. Başqa sözlə, iddiaçı bir tərəfdən müqavilənin nəticələrinə istinad edir, digər tərəfdən isə həmin müqavilənin etibarlı iradə ifadəsi əsasında bağlanmadığını bildirir. Belə olan halda məhkəmə ilk növbədə həmin müqavilənin etibarlılığını müəyyən etməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəlmiş iradə ifadəsidir. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 338 və 339-cu maddələri qanunla müəyyən edilmiş qaydaları və qadağaları pozmaqla, habelə aldatma, hədə, zorakılıq və digər iradə qüsuru halları ilə bağlanmış əqdlərin etibarsızlığını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354- cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildikdə məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Birinci instansiya məhkəməsi bu vəzifəni yerinə yetirməmişdir. Məhkəmə müqavilənin mövcudluğunu sadəcə fakt kimi qeyd etmiş, lakin həmin müqavilənin qüvvədə olubolmamasını, etibarsız olub-olmamasını, icbari tibbi sığorta qanunvericiliyinə uyğun gəlibgəlməməsini və həmin müqavilənin pulun saxlanılması üçün hüquqi əsas yaradıbyaratmadığını araşdırmamışdır. Bu halda iki hüquqi variant mümkündür və hər iki variantda birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuzdur. Birinci variant: əgər müqavilə qüvvədə olan müqavilədirsə, cavabdehin aldığı vəsaiti saxlaması müqavilə əsasında baş vermişdir. Bu halda həmin məbləğ Mülki Məcəllənin 1091-ci maddəsi mənasında hüquqi əsas olmadan əldə edilmiş vəsait hesab edilə bilməz. Çünki tərəflər arasında yazılı müqavilə mövcuddur və həmin müqavilədə avansın geri qaytarılmaması şərti göstərilmişdir. İkinci variant: əgər iddiaçı iddia etdiyi kimi, müqavilə aldatma, izah edilməməsi, iradə qüsuru və ya icbari tibbi sığorta qanunvericiliyinə zidd şərt əsasında bağlanmışdırsa, bu halda mübahisə əsassız varlanma kimi deyil, etibarsız əqdin nəticələrinin tətbiqi kimi qiymətləndirilməli idi. Bu zaman Mülki Məcəllənin 337.5-ci və 354-cü maddələri tətbiq edilməli, iddia müddətinin ötübötmədiyi araşdırılmalı idi. Birinci instansiya məhkəməsi isə nə müqaviləni qüvvədə olan hüquqi əsas kimi qiymətləndirmiş, nə də onu etibarsız hesab etmişdir. Məhkəmə müqaviləyə hüquqi qiymət vermədən, birbaşa əsassız varlanma normalarını tətbiq etmişdir. Bu, maddi hüquq normalarının səhv tətbiqidir. Hazırkı işdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məktubundan görünür ki, Hüseynov İsmayıl Rzaqulu oğluna göstərilən cərrahi xidmət üzrə Agentlik tərəfindən tibb müəssisəsinə 4000 manat ödəniş edilmişdir. Bu fakt o deməkdir ki, həmin xidmət icbari tibbi sığorta mexanizmi çərçivəsində rəsmiləşdirilmiş və Agentlik tərəfindən ödənilmişdir. Əgər xidmət xidmətlər zərfinə daxil olubsa və Agentlik həmin xidmətə görə tibb müəssisəsinə ödəniş edibsə, eyni xidmətə görə xəstə yaxınından əlavə ödəniş alınması icbari tibbi sığorta qanunvericiliyinin tələbləri baxımından ciddi araşdırılmalı idi. Bu halda məhkəmə ##.##.2023-cü il tarixli müqavilədəki avans və geri qaytarılmama şərtinin qanuna uyğun olub-olmadığını mütləq qiymətləndirməli idi. Əgər həmin müqavilə icbari tibbi sığorta ilə qarşılanan xidmətə görə əlavə ödəniş alınmasını nəzərdə tutursa, bu müqavilə qanunun imperativ tələblərinə zidd ola bilər. Qanunun imperativ tələblərinə zidd olan əqd isə Mülki Məcəllənin 337 və 338-ci maddələri baxımından etibarsızlıq doğuran əqd kimi qiymətləndirilməlidir. Lakin bu halda da nəticə avtomatik olaraq pulun İddiaçı verilməsi deyil. Əvvəlcə müqavilənin etibarsızlığı, onun nəticələri, iddia müddəti və düzgün iddiaçı subyekti müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi bu ardıcıllığa əməl etməmişdir. Məhkəmə “Agentlik 4000 manat öödəyib, deməli cavabdeh 3082 manatı iddiaçıya qaytarmalıdır” formasında sadələşdirilmiş nəticəyə gəlmişdir. Halbuki bu nəticə hüquqi baxımdan natamamdır. Əvvəla, 3082 manatın tərkibi ayrıca araşdırılmalı idi. İş materiallarında qan bankı üçün 93 manat, KT Angioqrafiya üçün 200 manat, reanimasiya üzrə 2437,78 manat və digər ödənişlər qeyd olunur. Agentlik məktubunda isə angioqrafiya, kompyuter tomoqrafiyası və maqnit rezonans tomoqrafiyasının tibbi xidmətin tarifinə daxil olmadığı göstərilmişdir. Deməli, bütün 3082 manatın avtomatik olaraq icbari tibbi sığorta tərəfindən qarşılanan xidmətlərə aid edilməsi düzgün deyil. Məhkəmə hər bir məbləğin hansı xidmətə görə alındığını, həmin xidmətin Xidmətlər Zərfinə daxil olub-olmadığını, Agentlik tərəfindən ödənilmiş 4000 manatın hansı xidmətləri əhatə etdiyini ayrıca müəyyən etməli idi. İkincisi, məhkəmə düzgün iddiaçı subyektini müəyyən etməmişdir. Müqaviləni imzalayan şəxs İddiaçı deyil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdır. İddiaçı öz əlavə ərizəsində ödənişin qardaşı Hüseynov Hikmət İsmayıl oğlu tərəfindən edildiyini qeyd etmişdir. Məhkəmə isə bu mühüm faktı araşdırmadan 3082 manatın məhz İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul etmişdir. Mülki Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanma o halda baş verir ki, şəxs hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etmiş olsun. Burada “başqa şəxs”, yəni məhrum olan şəxs dəqiq müəyyən edilməlidir. Əgər müqaviləni Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs imzalayıbsa, ödəniş isə Hikmət Hüseynov və ya ailə üzvləri tərəfindən ananın tapşırığı ilə aparılıbsa, bu halda pulun qaytarılmasını MMC-dən birbaşa İddiaçı tələb etməsi üçün hüquqi əsas ayrıca sübut edilməli idi. Faktiki hüquqi konstruksiya belədir: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs xəstə yaxını kimi MMC ilə müqavilə bağlamışdır. Övladları Rahic və Hikmət isə həmin müqavilənin icrası üçün ananın tapşırığı və ailədaxili razılaşma əsasında ödəniş etmişlər. Bu ödəniş ya üçüncü şəxs tərəfindən borcun icrası, ya da ailədaxili olaraq anaya verilmiş vəsaitin onun adından tibbi xidmət üçün ödənilməsi kimi qiymətləndirilə bilər. Hər iki halda MMC-nin qarşısında müqavilə tərəfi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmuşdur. Əgər Rahic və ya Hikmət həmin pulun özlərinə qaytarılmalı olduğunu hesab edirlərsə, onlar əvvəlcə həmin ödənişin kimə məxsus olduğunu, ödənişi hansı hüquqi əsasla etdiklərini və həmin məbləğ üzrə məhz özlərinin məhrum olan şəxs olduqlarını sübut etməlidirlər. Əgər pul övladlar tərəfindən anaya atalarının tibbi xidmətinin ödənilməsi üçün verilmişdirsə, bu, ailədaxili münasibət və ya ananın öhdəliyinin üçüncü şəxslər tərəfindən icrası kimi qiymətləndirilməlidir. Bu halda cavabdeh MMC İddiaçı qarşı birbaşa borclu subyekt hesab edilə bilməz. Zərurət yaranarsa, Rahic və Hikmət öz aralarında və ya anaları Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı ayrıca hüquqi tələb irəli sürə bilərlər. Lakin MMC ilə bağlanmış müqavilənin tərəfi olmayan İddiaçı birbaşa MMC-dən həmin məbləği tələb etməsi sübut edilməmişdir. Üçüncüsü, iddia müddəti məsələsi tətbiq edilməli idi. İddiaçı özü bildirir ki, müqavilə anasına düzgün izah edilməmiş, anası emosional vəziyyətdə olmuş, görmə qabiliyyəti zəif olmuş, müqavilənin ödəniş və geri qaytarılmama şərtləri ona izah olunmamışdır. Bu iddia faktiki olaraq müqavilənin aldatma və ya iradə qüsuru əsasında etibarsızlığı barədə mövqedir. Əgər iddiaçı müqavilənin etibarsız olduğunu iddia edirsə, iddia müddəti Agentliyin ##.##.2024-cü il tarixli məktubundan deyil, müqavilənin imzalandığı ##.##.2023-cü il tarixdən və ya ən geci xəstənin vəfat etdiyi, ödənişlərin bir hissəsinin qaytarıldığı və 3082 manatın saxlanıldığı ##.##.2023-cü il tarixdən hesablanmalıdır. Çünki iddiaçının istinad etdiyi əsas hallar — müqavilənin bağlanması, ananın imza atması, pulun ödənilməsi, pulun tam qaytarılmaması və müqavilənin nəticələri — həmin tarixlərdə ailəyə məlum idi və ya məlum olmalı idi. Agentliyin ##.##.2024-cü il tarixli məktubu yalnız iddiaçının sonradan əldə etdiyi əlavə məlumatdır. Həmin məktub müqavilənin bağlandığı, pulun ödənildiyi, pulun saxlanıldığı və iddiaçının müqavilə şərtlərindən narazı qaldığı tarixi dəyişmir. İddia müddətinin başlanğıcını iddiaçının subyektiv olaraq istədiyi tarixə keçirmək hüquqi müəyyənlik prinsipinə ziddir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Hazırkı halda, əgər iddiaçı iddia etdiyi kimi, müqavilə qanuna zidd və ya etibarsızdırsa, həmin müqavilənin icrasına ##.##.2023-cü il tarixdə başlanılmışdır. Bu səbəbdən etibarsız müqavilənin nəticələrinin tətbiqi üzrə müddət həmin tarixdən hesablanmalı idi. Dördüncüsü, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məktubu işin düzgün həlli üçün həlledici sübutdur. Həmin məktubda Agentlik tərəfindən tibb müəssisəsinə 4000 manat ödəniş edildiyi qeyd olunur. Bu faktın hüquqi nəticəsi ondan ibarətdir ki, məhkəmə Agentlikdən əlavə məlumat tələb etməli idi: 4000 manat hansı hüquqi şəxsə ödənilmişdir, hansı xidmət kodu üzrə ödənilmişdir, ödəniş hansı xidmətləri əhatə etmişdir, reanimasiya, stasionar yatış, dərman, tibbi sərf, əməliyyat önü müayinə və həkim konsultasiyası həmin tarifə daxil olmuşdurmu, 3082 manatın içində olan hər bir ödəniş maddəsi xidmətlər zərfinə daxil idimi, yoxsa daxil deyildi? Bu suallar aydınlaşdırılmadan məhkəmə 3082 manatın tam şəkildə iddiaçıya qaytarılması barədə nəticəyə gələ bilməzdi. Çünki əgər məbləğin bir hissəsi xidmətlər zərfinə daxil olmayan KT, angioqrafiya, xüsusi sərf və ya digər əlavə xidmətlərə aiddirsə, həmin hissənin qaytarılması üçün hüquqi əsas yoxdur. Əgər məbləğin bir hissəsi xidmətlər zərfinə daxil olan xidmətlərə görə alınıbsa, bu halda da əvvəlcə müqavilənin qanuna zidd və ya etibarsız olması, onun nəticələri və düzgün iddiaçı subyekti müəyyən edilməlidir. Beşincisi, birinci instansiya məhkəməsi hüquqi şəxs məsələsini də aydınlaşdırmamışdır. Qətnamədə cavabdeh Cavabdeh MMC göstərilmişdir. Lakin Agentliyin məktubunda X2 Xəstəxanası ifadəsi işlədilir. Məhkəmə bu iki adın eyni hüquqi şəxs, struktur bölmə, ticarət adı və ya fərqli hüquqi subyekt olub-olmamasını araşdırmamışdır. Əgər sığorta ödənişi başqa hüquqi şəxsə aparılıbsa, həmin ödəniş əsasında hazırkı cavabdehin əsassız varlanması barədə nəticəyə gəlmək mümkün deyil. Altıncısı, məhkəmə çəkişmə və sübutetmə qaydalarını pozmuşdur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. İddiaçı müqavilənin ona izah olunmadığını, anasının aldadıldığını, ödənişin qardaşı tərəfindən edildiyini, pulun ona qaytarılmalı olduğunu və cavabdehin əsassız varlandığını sübut etməli idi. Məhkəmə isə bu halları sübut edilmiş kimi qəbul etmiş, cavabdehin üzərinə faktiki olaraq müqavilənin etibarlılığını və hər bir ödənişin əsasını sübut etmək yükünü qoymuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı İsmayıl oğlu izahat verib bildirmişdir ki, anası müqaviləyə imza etsə də, ödənişləri o və qardaşı etmişdir. Ödənişin onlar tərəfindən edildiyi təqdirdə anası ilə müqavilənin hansı səbəbdən bağlanmasından xəbəri yoxdur. Ona görə, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
23. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
24. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
25. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
31. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
32. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Hazırkı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırır ki, iddiaçının atası Hüseynov İsmayıl Rzaqulu oğlunun iş yerində aldığı xəsarətlərlə bağlı Cavabdeh MMC tərəfindən göstərilmiş tibbi xidmətlərə görə 6439 manat ödənilmişdir. Sonradan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Cavabdeh MMC-yə 4000 manat ödəniş edilmişdir. İddiaçı iddia etmişdir ki, cavabdeh tərəfindən atası Hüseynov İsmayıl Rzaqulu oğluna göstərilən tibbi xidmətlər sığorta zərfinə daxil olduğu üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən göstərilən tibbi xidmətlərə görə 4000 manat ödənilmişdir. Sığorta tərəfindən ödənilən məbləğdən sonra cavabdeh tərəf ödədikləri pulun bir hissəsini qaytarsa da, 3082 manatını qaytarmamışdır. Göründüyü kimi, iddiaçı və onun ailə üzvləri tərəfindən Hüseynov İsmayıl Rzaqulu oğlunun iş yerində aldığı xəsarətlərlə bağlı Cavabdeh MMC tərəfindən göstərilmiş tibbi xidmətlərə görə 6439 manat ödənişlər edildikdən sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən göstərilən tibbi xidmətlərə görə (sığorta zərfinə daxil olan tibbi xidmətlərə görə) Cavabdeh MMC-yə 4000 manat ödəniş edilmişdir. Lakin cavabdeh tərəf sığorta zərfi üzrə göstərilən tibbi xidmətdən əlavə hər hansı tibbi xidmət göstərmələri barədə sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddia tələbində göstərilən 3082 manat pulu özündə saxlamasının hüquqi əsası olmamışdır.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq cavabdehin birinci instansiya məhkəməsi tərəfindən 3082 manatın konkret hansı hüquqi əsasla iddiaçıya qaytarılmalı olduğunu araşdırmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından əsassız varlanma üzrə öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsi iddiaçının, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Birinci instansiya məhkəməsində icraat zamanı təqdim olunmuş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən İddiaçı İsmayıl oğluna ünvanlanmış ##.##.2024cü il tarixli, 11-10/2-H-4237/2- **-****/**** nömrəli məktubdan görünür ki, müraciətin araşdırılması ilə əlaqədar X2 Xəstəxanasının Agentliyə təqdim etdiyi məlumatda Hüseynov İsmayıl Rzaqulu oğlunun ##.##.2023-cü il tarixində göndəriş olmadan öz vəsaitləri hesabına təcili yardım xidmətlərindən keçdiyi, cərrahi əməliyyata qərar verildikdən sonra məktub vasitəsi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən müvafiq cərrahi əməliyyat üçün icazə alındığı qeyd edilmiş, eyni zamanda reanimasiya müalicəsi üçün əlavə ödəniş alınmış, bununla əlaqədar məlumat verildiyi bildirilmişdir. Xəstənin həyat yoldaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən X2 Xəstəxanasının "Ciddi riskli tibbi xidmətə xəstə yaxını razılıq bildirişi" imzalanaraq 3000 manat avans məbləğinin geri qaytarılmayacağına dair razılıq verildiyi müəyyən olunmuşdur. Vətəndaş Hüseynov İsmayıl Rzaqulu oğlu ##.##.2023-cü il tarixdən 5 gün müddətində X2 Xəstəxanasında stasionar müalicədə olmuş və ##.##.2023-cü il tarixdə vəfat etmişdir. Agentliyə təqdim edilən ##.##.2024-cü il tarixli ilk yazılı müracitə əlavə edilən sənədlərə əsasən Hüseynov İsmayıl Rzaqulu oğluna təcili yardım və reanimasiyada göstərilmiş tibbi xidmətlərə görə 3082 manat ödəniş edilmişdir. Bildirmişlər ki, Hüseynov İsmayıl Rzaqulu oğlunun ##.##.2023-cü il tarixində X2 Xəstəxanasında "2.6.28-Digor kraniotomiya (dekompressiv trepanasiya)- *1.*2.*3.*4.*5.*6" tibbi xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, * nömrəli qərarı ilə təsdiq edilmiş "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi çərçivəsində icra olunmuşdur. Göstərilən xidmətə görə Agentlik tərəfindən tibb müəssisəsinə ümumilikdə 4000 manat məbləğində vəsait ödənilmişdir. Qeydlərin açıqlanması aşağıdakı kimi müəyyən olunmuşdur: *1- Əməliyyat önü müayinə və həkim konsultasiyası xidmətin tarifinə daxildir. *2- Anesteziya stasionar tibbi xidmətin tarifinə daxildir. *3- Reanimasiya və stasionarda yatış tibbi xidmətin tarifinə daxildir. *4- Yatış zamanı/əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf tibbi xidmətin tarifinə daxildir. *5- Yatış müddətində təyin edilmiş laborator və instrumental müayinə xərcləri, histopatoloji, sitopatoloji müayinələr, fizioterapiya, həkim təqibi tibbi xidmətin tarifinə daxildir Angiografiya, kompyuter tomoqrafiyası, maqnit rezonans tomoqrafiyası tibbi xidmətin tarifinə daxil deyil. *6-Yemək, müşayiət edən şəxs (12 yaşa qədər uşaqlarda) və digər xərclər tibbi xidmətin tarifinə daxildir.
39. Göründüyü kimi iddiaçı tərəfidən cavabdeh tibb müəssisəsinə ilkin olaraq 3000 manat avans və daha sonra 3082 manat pul ödənilmişdir. Göstərilən xidmətə görə isə yenidən cavabdeh tibb müəssisəsinə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən tibb müəssisəsinə ümumilikdə 4000 manat məbləğində vəsait ödənilmişdir. Hüseynov İsmayıl Rzaqulu oğlunun müalicə xərclərinə təqdim edilmiş qəbzlərdən görünür ki, Cavabdeh MMC-nin hesabına qan bankı üçün 93 manat, KT Angioqrafiya üçün 200 manat və reanimasiyada tibbi müalicə üçün 2437,78 manat sərf edilmişdir. Mərkəzi Klinika tərəfindən verilmiş ##.##.2023-cü il tarixli məxaric orderindən və avansın artıq hissəsinin qaytarılması barədə arayışdan görünür ki, xəstədən alınmış 6439 manatın 3357 (üç min üç yüz əlli yeddi) manatı İddiaçı İsmayıl oğluna qaytarılmışdır. Lakin, qalan məbləğin iddiaçıya geri qaytarılması iş materialları ilə müəyyən edilmir. Tərəflər arasında ilkin olaraq tibbi xidmətlərin göstərilməsi ilə bağlı müqavilə olsa da, həmin müqavilə çərçivəsində xidmətlər göstərilmişdir. Lakin göstərilən xidmət ödənilən vəsaitdən az olmuş və xidmətlərin əksər hissəsi icbari tibbi sığorta tərəfindən qarşılanmışdır. Belə olan halda, tərəflər arasında ilkin müqavilə mövcud olsa da, müqaviləyə öhdəlikləri icra edildiyindən iddiaçıya məxsus müalicə xərclərindən artıq pul məbləğini cavabdehin özündə saxlaması üçün hüquqi əsas mövcud olmamışdır. Bununla da, cavabdeh tibb müəssisə iddiaçının hesabına əsassız varlanmışdır.
40. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü əsassız varlananın əmlak əldə etməli, həmin əmlakı məhrum olanın hesabına əldə etməli və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış şəxsdən əmlak və ya dəyəri alınaraq məhrum olana verilməlidir. Əsassız varlanma: zərərçəkmişin hərəkətləri (başqasına məxsus borc məbləğini ödəmək, ödənilmiş malın təkrar və ya artıq ödənilməsi, artıq malın verilməsi və s.), əldə edənin hərəkətləri (başqasına çatası göndərişi səhvən əldə etmək), üçüncü şəxslərin hərəkətləri (göndərilən yükü səhvən başqasına vermək, bankın ödənişi səhv verməsi və.s) yollarla baş verə bilər.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olmaması ilə dəlilinə münasibətdə qeyd edir ki, Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı İddiaçı İsmayıl oğlu cavabdehlər Hüseynov Hikmət İsmayıl oğluna və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası Hüseynov İsmayıl Rzaqulu oğluna ödəniləcək orta aylıq əmək haqqının üç misli miqdarında 1522,05 (bir min beş yüz iyirmi iki manat beş qəpik) manat müavinətə miras payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, iddia təmin edilərək, Hüseynov İsmayıl Rzaqulu oğlundan miras qalmış miras əmlakın - “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X5 “xxxx” X5 Dəstək xidmətləri şöbəsinin təsərrüfat bölməsində təsərrüfat qardaşı vəzifəsində çalışmış və ##.##.2023-cü il tarixdə vəfat etmiş Hüseynov İsmayıl Rzaqulu oğluna ödəniləcək orta aylıq əmək haqqının üç misli miqdarında 1522,05 (bir min beş yüz iyirmi iki manat beş qəpik) manat müavinətin 1/3 hissəsinə İddiaçı İsmayıl oğlunun, 1/3 hissəsinə Hüseynov Hikmət İsmayıl oğlunun və 1/3 hissəsinə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs payının müəyyən edilməsi qət edilmişdir. Göründüyü kimi, İddiaçı İsmayıl oğlu Hüseynov İsmayıl Rzaqulu oğlunun vərəsəsi olmaqla ondan qalmış mirası qəbul etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mərhumun varisi kimi, hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmuşdur.
42. Məhkəmə kollegiyası iddia müddətinin tətbiq edilməli olub-olmaması ilə bağlı birinci instansiya məhkəməsinin araşdırma aparmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki qanunvericiliyin tələbindən də, göründüyü kimi iddia müddətinin tətbiq edilməsi məsələsinə məhkəmə öz mülahizəsinə görə deyil, yalnız mübahisə tərəfinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət etməsi ilə tətbiq edilə bilər. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət etməsi halı müəyən olunmur.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.