Məhkəmə qərarları › İş №2(3-7)-830/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-830/2026

16.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-830/2026 16.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Maqerramov Malik Qadir oğlunun cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSI Açar sözlər: borc müqaviləsinin forması; səs yazısı borcun verilməsinə dair sübut qismində; sübutların qiymətləndirilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məmmədov Tural Nurulla oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Iddiaçı Maqerramov Malik Qadir oğlunun nümayəndəsi (vəkil) vəkil1 iştirakı ilə, Işin halları

1. Tovuz rayon VVAQ şöbəsinin ##.##.2001-ci il tarixli, ****** nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh1 ilə cavabdeh2 arasında ##.##.2001-ci il tarixdə nikah bağlanmışdır.

2. Iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi USB diskdəki səs yazılarından müəyyən edilir ki, iddiaçı Maqerramov Malik Qadir oğlu ilə cavabdeh cavabdeh1 arasında gedən danışıqlar qeydə alınmışdır. Danışıqda bəhs olunan mövzulardan aydın olur ki, bu danışıq tərəflər arasında borc münasibətləri yarandıqdan sonra qeydə alınmışdır. Belə ki, audio yazıda tərəflər arasında yaranmış borc münasibətlərindən bəhs olunur. Iddiaçı Malik Maqerramov cavabdeh cavabdeh1 «sənin mənə nə qədər borcun var» deyə sual verir. Sonuncu da cavab olaraq 12.İddiaçı0 (on iki milyon) Rusiya rublu borcu olduğunu bildirir. Daha sonra isə iddiaçı İddiaçı cavabdeh cavabdeh1 «sən evini mənə nə məqsədlə vermişdin, borcun əvəzində vermişdin» deyə bildirir. Cavabdeh cavabdeh1 da bunu təsdiq edir.

3. Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin ##.##.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21, mənzil 21-a, (Yeni qaydalarla, AZ 1008, ünvan 1) ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Maqerramov Malik Qadir oğlunun adınadır.

4. “xxxx MTK” ilə Maqerramov Malik Qadir oğlu arasında bağlanmış ##.##.2019-cu il tarixli, ****** nömrəli müqavilənin surətindən görünür ki, ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbə, ümumi sahəsi 170.7 kv.m olan, ** nömrəli mənzil izolə olunmuş 4 otaqdan ibarət olub bir pay kimi vermişdir.

5. cavabdeh1 "xxxx MTK"xxxx"xxxx MTK"-nın Təbriz 21 ünvanında (Nərimanov rayonu) inşa etdiyi yüksək mərtəbəli yaşayış binasında özünə məxsus olan 1-ci blok, 8-ci mərtəbə, ümumi sahəsi 170.7 kv.m olan, ** nömrəli mənzilin Maqerramov Malik Qadir oğlunun adına sənədləşdirilməsini xahiş etmiş, gələcəkdə mənzil ilə əlaqədar MTK-ya heç bir iddia və tələbinin olmayacağını bildirmişdir.

6. “xxxx MTK” tərəfindən Maqerramov Malik Qadir oğluna verilmiş ##.##.2019-cu il tarixli arayışının surətində qeyd edilmişdir ki, həqiqətən "xxxx MTK"-nın Nərimanov rayonu, Təbriz 21 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbə, ümumi sahəsi 170.7 kv.m olan, 4 otaqlı, ** nömrəli mənzilin dəyəri tam ödənilmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçılar cavabdeh1 və cavabdeh2 cavabdehlər İddiaçı Qadir oğluna, «xxxx» MTK-ya və Azerbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı şəhər Ərazi Idarəsinə qarşı "müqavilənin və digər sənədlərin etibarsız hesab edilməsi, mənzilindən çıxarılma və mənzilin iddiaçılara təhvil verilməsi" tələbinə dair iddianın rədd edilməsi qət edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2021-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti və əlavə apellyasiya şikayətləri təmin edilməmiş; Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin *(***)- ***/**** nömrəli ##.##.2021-ci il tarixli və ##.##.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2021-ci il tarixli, *(***)-****/**** nömrəli qərarının surətindən görünür ki, iddiaçılar cavabdeh1 nümayəndəsi və vəkili vəkil4 və cavabdeh2 nümayəndəsi və vəkili X1 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilərək mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli əlavə qətnaməsi cavabdeh2 apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, ünvan 2 ünvanında ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan ** nömrəli 4 otaqlı mənzilin Maqerramov Malik Qadir oğluna satılmasına dair bağlanmış ## ###### 2019-cu il tarixli müqavilənin, həmin mənzilə dair "xxxx MTK üzvlərinin ümumi iclasının *** nömrəli ##.##.2019-cu il tarixli protokolundan çıxarışın, mənzilin dəyərinin Maqerramov Malik Qadir oğlu tərəfindən ödənilməsi barədə ##.##.2019-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi idarəsinin ##.##.2020-ci il tarixdə Maqerramov Malik Qadir oğlunun adına verdiyi Çıxarışın ləğv edilməsi, cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qərarının surətindən görünür ki, iddiaçıların kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə # #### 2022-ci il tarixli qətnaməsi qismən, "Maqerramov Malik Qadir oğlunun həmin mənzildən çıxarılması və mənzilin onlara təhvil verilməsi" tələbinə aid hissədə ləğv edilmiş və həmin hissədə işin yeni apellyasiya baxışına göndərilməsi, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli *(***)- ****/**** nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qismən, mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, Maqerramov Malik Qadir oğlunun ünvan 2 ünvanında yerləşən yüksək mərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan ** nömrəli 4 otaqlı mənzildən çıxarılması, mənzilin iddiaçı cavabdeh2 təhvil verilməsi, cavabdeh "xxxx" MTK-dan 58038 (əlli səkkiz min otuz səkkiz) manat məbləğində pul vəsaitinin tutularaq, cavabdeh Maqerramov Malik Qadir oğluna ödənilməsi qət edilmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qərarının surətindən görünür ki, cavabdeh Maqerramov Malik Qadir oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin iddianın təmin olunmuş hissəsində cavabdeh Maqerramov Malik Qadir oğlunun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

14. Premium qiymətləndirmə MMC-nin ##.##.2025-ci il tarixli müşayiət məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Tabriz küçəsi, ev 21 mənzil 21 Yeni qaydalarla AZ1008 Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi. 10 M8 m3-ün qiymətləndirməsinin ümumi hesabatının ##.##.2025-ci il vəziyyətinə uyğun olaraq bazar dəyəri 306.637.0 (üç yüz altı min altı yüz otuz yeddi ) manat likvid dəyəri 282.107.0 (iki yüz səksən iki min yüz yeddi ) məbləğində müəyyən olunmuşdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

15. Iddiaçı Maqerramov Malik Qadir oğlu cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 280000 manat tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər cavabdeh1 və onun arvadı cavabdeh2 ilə 2018-ci ilin iyun ayında tanış olmuşlar. Ilkin vaxtlar xoş münasibətləri yaranmış və qarşılıqlı surətdə bir-birinə güvən və hörmətləri olmuşdur. Təxminən 2018-ci ilin ########ın ##-da Rasim biznesini inkişaf etdirmək üçün ondan bir ay müddətində 14.500.000 rus rublu (223.000 ABŞ dolları) borc istəmişdir. Izah etmişdir ki, meyvə-tərəvəz biznesi ilə məşğul olacaq, bir ay müddətində borc götürdüyü pulu qaytarmaqla yanaşı onada qazancdan pay verəcəkdir. Rasimə bu məbləğdə pul olmadığını bildirmişdir. Rasim israrla ona kömək etməyini, tanışlardan bir aylığa borc götürüb ona verməyini xahiş etmişdir. Ilkin olaraq ona kimdənsə borc pul götürüb borc pul vermək istəməsə də, lakin sonradan danışıqlara onun arvadı cavabdeh2 də qoşuldu. Elnarə xanım bildirdi ki, o, əri ilə birgə biznes fəaliyyətində olacaq borcun vaxtında qaytarılmasına cavabdehdir. Məhz bundan sonra o, dostu X4 borc vermək üçün 14.500.000 rus rublu (223.000 ABŞ dolları) borc götürüb Rasimlə Elnarəyə verməyə razılaşmışdır. O, Konstantindən bir ay müddətində qaytarmaq şərti ilə 14.500.000 rus rublu (223.000 ABŞ dolları) borc götürüb onların evində Elnarə və Rasimə vermiş, aralarında bu barədə sadə yazılı borc müqaviləsi bağlanmışdır. Müqaviləyə o, Elnarə xanım və Rasim imza etmiş və müqavilə onda qalmışdır. Bir aydan sonra Elnarə və Rasim şərtə əməl etməmiş və müyyən etdikləri vaxtda borc götürdükləri pulu ona qaytarmamışlar. Uzun mübahisədən sonra cavabdehlər pulu qaytarmaq üşün 3 ay vaxt istəmişlər. Bu arada cavabdehlər ona götürdükləri borc puldan 270.000 rubl (4000 ABŞ dollar) qaytardılar. Üç ay tamam olandan sonra cavabdehlər müxtəlif bəhanələrlə yenə borc götürdükləri pulu ona qaytarmamışlar. Burgin Konstantin ondan cavabdehlərə verdiyi pulu tələb etmişdir. O, məcburiyyət qarşısında qalıb, yaxınlarından borc alıb Konstantindən borc götürüb cavabdehlərə verdiyi 14.500.000 rus rublunu ona qaytarmışdır. Rasimlə aralarında telefonla səsli esemeslərlə yazışmalar vardır. Rasim telefon danışıqlarında ondan borc pul götürdükərini etiraf etmiş və qaytaracaqlarını bildirmişdir. Nəhayət o, borc verdiyindən və borcun qaytarılmasını tələb etdiyi vaxtdan 13 ay sonra 2019-cu ilin oktyabr ayında yoldaşı ilə birlikdə Rasimgilə gedib, onların yaşadıqları mənzildə borc verdiyi bütün pulları tələb etmiş və xəbərdar etmişdir ki, pulu qaytarmasa polisə şikayət edəcək. Məhz bundan sonra Elnarə və Rasim ona borc götürdükləri pulun əvəzi kimi "xxxx MTK"-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21-də yerləşən, 170 kv.m sahəsi olan 4 otaqlı ** saylı mənzillərini təklif etmişlər. O, əlacsız qalaraq onların bu təklifləri ilə razılaşmışdır. Ona görədə o, Rasimlə birlikdə 2019-cu ilin dekabr ayının 3-də Bakıya gəlmişdir. Rasim onu "xxxx MTK-ya" aparmış və özünə məxsus evi onun adına keçirilməsi və gələcəkdə heç bir tələbi olmayacağı barədə MTK-ya ərizə vermişdir. Mənzili borc əvəzi olaraq onun adına keçirilməsi barədə MTK ilə razılaşmışdır. Rasim MTK-dan guya MTK-ya 58.038 manat pul köçürməyi barədə maliyyə arayışını və mənzilin satılması barədə müqavilə və digər sənədlərini, habelə tam təmirli mənzilin açarlarını komendatın iştirakı ilə 15 ay sonra ona təhvil vermişdir. Tahvil-təslimdən sonra Rasim ondan pulun borc götürdükləri barədə yazılı müqaviləni tələb etdi. O, cavabdehlər tərəfindən əmlak əvəzləşməsi ilə borclarını ödədiklərinə görə yazılı müqaviləni onlara qaytarmışdır. Təxminən 4 ay 15 gün sonra MTKdan ona zəng etdilər ki, Daşınmaz əmlakdan çıxarış almaq üçün müraciət edə bilərsən. O, mənzilin çıxarışını almaq üçün Bakı şəhəri * saylı Ərazi Idarəsinə müraciət etmişdir. Çıxarışı alandan 6 ay sonra yəni 2020-ci ilin oktyabr ayında Rasim və arvadı mənzilin qaytarılması barədə məhkəmədə iddia qaldırmışlar. Cavabdehlər iddia ərizələrində göstərmişdilər ki, guya mənzili onun adına formal olaraq keçirmişlər ki, Burgin onunla biznes fəaliyyətində olsun. O, Burginlə 2001-ci ildən birgə biznesdə olmuş və həmişə münasibətləri yaxşı olmuşdur. Halbuki, Moskva şəhərində onun evi olduğu halda, Azərbaycan Respublikasının Bakı şəhərində MTK-da mənzilinin olması barədə sənədlərin Burginə göstərilməsinə ehtiyac olmamışdır. Məhkəmələr isə tam, hərtərəfli araşdırmalar aparmadan, Elnarənin rəsmi yazılı razılığı olmadığını əsas gətirərək borc əvəzi kimi ona verilmiş mənzilin ondan alınıb cavabdehlərə qaytarılması barədə qərar qəbul etmişlər. Borc əvəzi kimi mənzilin cavabdehlərə qaytarılmasına baxmayaraq cavabdehlər hal-hazıra kimi ondan götürdüyü borc pulu qaytaracaqlarına vəd versələr də, borc götürdükləri pulu ona qaytarmamışlar. Nəticədə cavabdeh1 və arvadı cavabdeh2 ona hal-hazıra kimi 280000 manat borcları qalmışdır. O, "xxxx MTK"-ya 58.038 manat pul keçirmədiyi halda, məhkəmələr həmin pulun MTK-dan alınıb ona qaytarılması barədə qərar qəbul etmişlər. Halbuki, bir mənzili MTK bir dəfə sata bilərdi. Eyni daşınmaz əmlakı MTK iki nəfərə satıb pul əldə edə bilməzdi. Bu mənzil birinci dəfə Rasimə satılmışdı. Daha sonra MTK 300.000 manat dəyərində olan tam təmirli mənzili 2019-cu ildə ona 58.038 manata qiymətləndirib satması ağlabatan deyildir. Belə ki, vəkil sorğusu ilə aldığı Premium Qiymətləndirmə MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, PRE**/**** saylı Ekspert rəyindən məlum olur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21, mənzil 21-a, (Yeni qaydalarla, Z 1008, ünvan 1) əlavə edilmiş foto şəkillərdən görünür ki, mənzil tam təmirlidir və mənzilin ##.##.2025-ci il vəziyyətinə uyğun olaraq bazar dəyəri 306.637,0 manat məbləğində müəyyən olunmuşdur". Eyni zamanda Rasim tam təmirli 306.637.0 manat dəyərində olan mənzilini MTK-ya bağışlamazdı ki, ikinci dəfə ona 58.038 manata satıb pulu özlərinə götürsünlər. Işin təkzib edilməz hallarından biri odur ki, cavabdehlər mübahisəli mənzilin dəyəri ödənilmədən onun mülküyyətinə keçirilməsinə razılıq vermişlər. Bu halın özü cavabdehlərin borc əvəzi kimi mənzillərini onun mülküyyətinə keçirilməsini təsdiq edir. Eyni zamanda o, məhkəmə mübahisələri zamanı mənzilin onda qalmasını tələb etdiyindən, borcun cavabdehlərdən alınıb ona qaytarılması barədə qarşılıqlı iddia qaldırmamışdır. Mübahisəli mənzilin cavabdehlərə qaytarılması barədə məhkəmə qətnamələri qanuni qüvvəsini aldığından o, belə bir iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Iddia ərizəsində göstərdiyi halları şahidlər, səsli mesajlar və rəsmi sənədlər də təsdiq edir. Daha sonra cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi zərər dəymiş və küllü miqdarda gəlirindən məhrum olmuşdur. Cavabdehlərlə dəfələrlə görüşmüş və onlardan pulunu geri tələb etsə də, onlar hər dəfə onu müxtəlif bəhanələrlə aldatmışlar. Nəticədə o, psixoloji travmalar almış, sarsıntı keçirmiş, əzab çəkmiş, vaxt itirmiş, əlavə maliyyə itkisinə yol vermişdir. Hesab edir ki, ona cavabdehlər tərəfindən vurulan maddi və mənəvi zərər də qanunvericilikdə nəzərdə tutulmuş həcmdə ödənilməlidir.

17. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Zaur Hünmətov), iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh1 12.000.000(on iki milyon) Rusiya rublunun qətnamə icra edilən gün Azərbaycan manatına uyğun məzənnəyə hesablanmaqla və 558,62(558 manat 62 qəpik) manat dövlət rüsumunun alınaraq, iddiaçı X2 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

18. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.2, 739.1 və 739.2-ci maddələrinə, prosessual hüquq norması kimi isə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 101.3, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh cavabdeh1 nümayəndəsi (vəkil) vəkil4 apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin ##.##.2025-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən ərizədən, habelə iddiaçının hazırkı iddiasından da görünür ki, cavabdeh mənzilini iddiaçının Konstantin adlı şəxslə daha geniş biznes fəaliyyəti aparması üçün MTK-da ərizə yazmaq yolu ilə müvəqqəti olaraq onun adına keçirmişdir. Şərtləri belə olmuşdur ki, iddiaçı sonradan mənzili onun adına qaytaracaqdır. Lakin, iddiaçı vədinə əməl etməmiş, sonradan mənzili öz mülkiyyətinə keçirməklə yanaşı, qıfılını dəyişərək ələ keçirmişdir. Onlar bundan xəbər tutan kimi, məhkəmədə iddiaçıya qarşı iddia qaldıraraq, onun adına verilmiş çıxarışı ləğv etdirməklə yanaşı, mənzili boşaldılıb onlara verilməsini təmin etmişlər. Mənzil onlara təhvil veriləndən sonra görmüşlər ki, iddiaçı mənzildə olan, təxminən 3İddiaçı manatdan artıq qiyməti olan əşyaları da mənzildən çıxararaq aparmaqla mənimsəmişdir. Bu barədə Nərimanov RPI-də araşdırma aparılmışdır. Iddiaçının onlara borc verməsi, bu barədə aralarında yazılı müqavilə bağlanması onun uydurmasından başqa bir şey deyildir. Əgər aralarında borc müqaviləsi bağlanmış olsaydı, ən azından iddiaçı onun surətini özündə saxlayar və məhkəməyə təqdim edərdi. Əksinə, iddiaçı uduzduğunu görüb məhkəmə qətnaməsi icra olunmamışdan əvvəl mənzildə olan, onlara məxsus əşyaları aparmışdır. Hazırda, onların 3İddiaçı manatdan yuxarı qiyməti olan əşyalarını qaytarmamaq uçun bu uydurma məzmunlu iddianı qaldırmışdır. O, iddiasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, əgər iddiaçı onlara borc vermiş olsaydı, onlar iddiaçıya qarşı Nərimanov Rayon Məhkəməsində iddia qaldırandan sonra aparılmış 7 məhkəmə prosesinin birində də olsa bu barədə bildirərdi. Əksinə, onun məhkəmə prosesində iştirak edən nümayəndələri təkidlə bildirirdilər ki, onları tanımırlar, onlar mənzili “xxxx” MTK-dan təmirsiz olaraq alıb özləri təmir etdirmişlər. Iddiaçının iddia ərizəsindən görünür ki, guya o, onlara borcu Rusiya Federasiyasında olan evində 2018-ci ilin sentyabrında bir aylığa vermişdir. Onda sual olunur, iddiaçı və onun nümayəndələri yaxşı bilirdilər ki, borc müqaviləsi üzrə iddia müddəti 3 il nəzərdə tutulur. Belə olan halda, iddiaçı nə üçün 3 illik iddia müddətində onlara qarşı borcun tutulması barədə iddia qaldırmamış, iddia müddətini ötürmüşdür. Ona görə ki, iddiaçı onlara heç bir borc vermədiyinə və borcun verilməsini təsdiq edən hər hansı bir sübut olmadığına görə belə bir iddianı qaldıra bilməzdi. Hazırda isə o, məhkəmə proseslərini uduzduğuna və mənzildən apardığı 3İddiaçı manatdan artıq dəyəri olan əşyalarını qaytarmamaq üçün bu uydurma iddianı qaldırmışdır. Göründüyü kimi, tərəflər arasında hüquq münasibəti 2018-ci ildə yaranmışdır. Həmin vaxt qüvvədə olmuş Mülki Məcəllənin 739.1-ci maddəsində deyilirdi ki, borc müqaviləsinə görə (tərəflər arasında borc müqaviləsi olmamışdır, müqavilənin olmasın təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir) iştirakçılardan biri (borc verən) pula və ya digər əvəzedilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində isə göstərilirdi ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə iddiaçı ilə cavabdeh arasında bağlanmış borc müqaviləsinin mövcud olmamasına baxmayaraq, mübahisəyə Mülki Məcəllənin 739.1-ci maddəsinə aid müddəaları tətbiq edərək özü-özünə xəyali borc müqaviləsi yaradaraq cavabdehin mövcud olmayan borc müqaviləsi əsasında iddiaçıya pul ödəməli olması nəticəsinə gəlmişdir. Bundan başqa, qətnamədə göstərilir ki, o, məhkəmədə səsləndirilən səs yazısının guya ona məxsus olmasını təsdiq etmişdir. Halbuki o, həmin səs yazısındakı səsin cavabdeh1 səsinə oxşadığını, lakin onun səsi olmasını deyə bilməyəcəyini, bunun üçün müvafiq ekspertizanın təyin edilib rəy alınmasını bildirmişdir. Onu da əlavə edir ki, o bu barədə müvafiq qeyd yazaraq elektron kabinet vasitəsilə məhkəməyə göndərmişdir. Həmçinin, həmin səs yazısının nə vaxt yazılması da bilinmir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının bildirməsinə görə 12.İddiaçı0 2018-ci ildə Rusiya rublunu cavabdehlərə Rusiya Federasiyasında onların evində vermişdir. Nəzərə alınsa ki, həm iddiaçı, həm də cavabdehlər eyni zamanda Rusiya Federasiyasının vətəndaşlarıdır, onda həmin iddiaya da MPM-nin 35.1 maddəsinə müvafiq olaraq cavabdehin qeydiyyatda olmaqla daimi yaşadığı Rusiya Federasiyasının müvafiq məhkəməsində baxılmalı idi. Məhkəmə iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsi barədə ərizəni də qanunsuz olaraq təmin etməmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında mənzillə bağlı məhkəmə mübahisəsi getdiyinə görə iddiaçı vaxtında məhkəmədə borcun qaytarılması barədə iddia qaldırmamış, habelə cavabdehə qarşı qarşılıqlı iddia verib borcunu tələb etməmişdir. Halbuki, onların 2020-ci ildə ona qarşı Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaqları ona tam məlum olmuşdur ki, onlar mənzilin iddiaçının adına keçirilməsini qanunsuz hesab edərək mənzilin cavabdehlərə qaytarılmasını tələb etmişlər. Belə olan halda iddiaçının guya cavabdehlərə verdiyi borcun qaytarılmayacağı ona 2020-ci ildə məlum olduğu üçün o sonrakı üç il ərzində borcun qaytarılması barədə məhkəmədə iddia qaldırmalı idi. Belə bir iddia olmadığı üçün məhkəmə burada da ya səhvə yol vermiş, ya da hansısa maraq üzündən iddiaçının vaxtında iddia qaldırmamasına və qarşılıqlı iddia verməməsinə düzgün hüquqi qiymət verməyərək iddianın rədd edilməsi barədə qətnamə qəbul etməmişdir. Onu da bir daha qeyd edir ki, iddiaçı Malik Maqerramov 2020-ci ildən davam edən yeddi məhkəmə prosesinin heç birində Rasimi mübahisəli mənzili ona olan borcunun əvəzinə verməsini nəyinki bildirməmiş, əksinə həmin evi “xxxx” MTK-dan əvəzini ödəməklə aldığını göstərmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. ## ###### 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh cavabdeh1 nümayəndəsi (vəkil) vəkil4 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddia ərizəsi işin həqiqi hallarına uyğun olmamaqla cəfəngiyyatdan ibarətdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsindən, habelə iddiaçının hazırkı iddiasından da görünür ki, o, mənzilini iddiaçının Konstantin adlı şəxslə daha geniş biznes fəaliyyəti aparması üçün MTK-da ərizə yazmaq yolu ilə müvəqqəti olaraq onun adına keçirmişdir. Şərtləri belə olmuşdu ki, iddiaçı sonradan mənzili onun adına qaytaracaqdır. Lakin, o, vədinə əməl etməmiş, sonradan mənzili öz mülkiyyətinə keçirməklə yanaşı, kilidini dəyişərək mənzili ələ keçirmişdir. Onlar bundan xəbər tutan kimi, məhkəmədə iddiaçıya qarşı iddia qaldıraraq onun adına verilmiş çıxarışı ləğv etdirməklə yanaşı, mənzili boşaldıb onlara verilməsini təmin etmişlər. Mənzil onlara təhvil veriləndən sonra görmüşlər ki, iddiaçı mənzillərində olan, təxminən 3İddiaçı manatdan artıq qiyməti olan əşyalarını da mənzildən çıxararaq aparmaqla mənimsəmişdir. Bu barədə Nərimanov RPI-də araşdırma aparılmışdır. Iddiaçının borc verməsi, bu barədə aralarında yazılı müqavilə bağlanması onun uydurmasından başqa bir şey deyildir. Əgər onların arasında borc müqaviləsi bağlanmış olsaydı, ən azından iddiaçı onun surətini özündə saxlayar və məhkəməyə təqdim edərdi. Əksinə iddiaçı uduzduğunu görüb məhkəmə qətnaməsi icra olunmamışdan əvvəl mənzillərində olan, onlara məxsus əşyaları mənzilindən aparmışdır. Hazırda onların 3İddiaçı manatdan yuxarı qiyməti olan əşyalarını qaytarmamaq üçün bu uydurma məzmunlu iddianı qaldırmışdır. O, iddiasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, əgər iddiaçı onlara borc vermiş olsaydı, biz ona qarşı Nərimanov Rayon Məhkəməsində iddia qaldırandan sonra aparılmış 7 məhkəmə prosesinin birində də olsa bu barədə bildirərdi. Əksinə, onun məhkəmə prosesində iştirak edən nümayəndələri təkidlə bildirirdilər ki, onları tanımırlar, onlar mənzili “xxxx” MTK-dan təmirsiz olaraq alıb özləri təmir etdirmişlər. Iddiaçının iddia ərizəsindən görünür ki, guya iddiaçı onlara borcu Rusiya Federasiyasında olan evində 2018-ci ilin sentyabrında bir aylığa vermişdir. Onda sual olunur, iddiaçı və onun nümayəndələri yaxşı bilirdilər ki, borc müqaviləsi üzrə iddia müddəti 3 il nəzərdə tutulur. Belə olan halda, iddiaçı nə üçün 3 illik iddia müddətində onlara qarşı borcun tutulması barədə iddia qaldırmırdı, iddia müddətini ötürürdü. Ona görə ki, iddiaçı cavabdehə heç bir borc vermədiyinə və borcun verilməsini təsdiq edən hər hansı bir sübut olmadığına görə belə bir iddianı qaldıra bilməzdi. Hazırda isə o məhkəmə proseslərini uduzduğuna və mənzildən apardığı 3İddiaçı manatdan artıq dəyəri olan əşyalarını qaytarmamaq üçün bu uydurma iddianı qaldırmışdır. Məhkəmə iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsi barədə ərizəni də qanunsuz olaraq təmin etməmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında mənzillə bağlı məhkəmə mübahisəsi getdiyinə görə iddiaçı vaxtında məhkəmədə borcun qaytarılması barədə iddia qaldırmamış, habelə cavabdehə qarşı qarşılıqlı iddia verib borcunu tələb etməmişdir. Halbuki 2020-ci ildə ona qarşı Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaqları ona tam məlum olmuşdur ki, mənzilin onun adına keçirilməsini qanunsuz hesab edərək mənzilin onun tərəfindən qaytarılmasını tələb edirlər. Belə olan halda onun guya cavabdehə verdiyi borcun qaytarılmayacağı ona 2020-ci ildə məlum olduğu üçün o, sonrakı üç il ərzində borcun qaytarılması barədə məhkəmədə iddia qaldırmalı idi. Belə bir iddia olmadığı üçün məhkəmə burada da ya səhvə yol vermiş, ya da hansısa maraq üzündən iddiaçının vaxtında iddia qaldırmamasına və qarşılıqlı iddia verməməsinə düzgün hüquqi qiymət verməyərək iddianın rədd edilməsi barədə qətnamə qəbul etməmişdir.

23. Hazırkı məhkəmə iclasında iddiaçı Maqerramov Malik Qadir oğlunun nümayəndəsi (vəkil) vəkil1 apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

24. Iş üzrə digər proses iştirakçıları məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMIS vasitəsilə göndərilməsinə, həmin sənədin elektron kabinetinə yerləşdirilməsinə və həmin sənədləri almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

30. Maddə 739.1 (əvvəlki redaksiya). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

31. Maddə 739.2 (əvvəlki redaksiya). Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

32. Maddə 740.1 (əvvəlki redaksiya). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

33. Maddə 740.2 (əvvəlki redaksiya). Borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 60-cı maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1 və 337.1-ci maddələrinin hüquqi mahiyyəti və təyinatından irəli gələrək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsində nəzərdə tutulan borc müqaviləsinin yazılı forma tələbinin həmin Məcəllənin 329.1-ci maddəsi üzrə qanunla müəyyən edilmiş “başqa hal”a aid edilməsi üçün müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının 2-ci bəndi Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

41. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

43. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

46. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir.

47. Apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən və cavabdeh cavabdeh1 münasibətdə təmin edilmiş, iddiaçı isə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Qətnamədən cavabdeh cavabdeh1 apellyasiya şikayəti vermişdir. O, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin nəzərə almaq lazımdır ki, iddia qismən təmin edilmiş və iddiaçı tələbin təmin edilməyən hissəsini mübahisələndirməmişdir. Odur ki, hazırkı apellyasiya baxışı çərçivəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yalnız iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.

48. Bu hüquqi mövqe, mülki prosessual hüquqda nəzərdə tutulmuş «dispozitivlik» prinsipindən irəli gəlir.

49. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

51. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.

52. Bu prinsipə görə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

53. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

54. Bu kontekstdə kollegiya nəzərə alır ki, iddiaçı Malik Maqerramov 2018-ci ildə cavabdeh cavabdeh1 280000 manat borc verdiyini, sonuncunun isə borcu qaytarmadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

55. Cavabdeh cavabdeh1 isə iddiaya etiraz edərək, iddiaçı tərəfindən ona borc pul verilmədiyini, iddiaçı ilə aralarındakı razılığa əsasən sonuncunun Konstantin adlı şəxslə daha geniş biznes fəaliyyəti aparması üçün formal olaraq MTK-da ərizə yazmaq yolu ilə mənzili müvəqqəti olaraq iddiaçının adına keçirdiyini bildirmişdir.

56. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Malik Maqerramov tərəfindən USB diskdəki səs yazıları məhkəməyə təqdim edilmişdir. Hansı ki, həmin səs yazılarında iddiaçı Malik Maqerramov ilə cavabdeh cavabdeh1 arasında gedən danışıqlar qeydə alınmışdır. Danışıqda bəhs olunan mövzulardan aydın olur ki, bu danışıq tərəflər arasında borc münasibətləri yarandıqdan sonra qeydə alınmışdır. Belə ki, audio yazıda tərəflər arasında yaranmış borc münasibətlərindən bəhs olunur. Iddiaçı Malik Maqerramov cavabdeh cavabdeh1 «sənin mənə nə qədər borcun var» deyə sual verir. Sonuncu da cavab olaraq 12.İddiaçı0 (on iki milyon) Rusiya rublu borcu olduğunu bildirir. Daha sonra isə iddiaçı Malik Maqerramov cavabdeh cavabdeh1 «sən evini mənə nə məqsədlə vermişdin, borcun əvəzində vermişdin?» deyə bildirir. Cavabdeh cavabdeh1 da bunu təsdiq edir.

57. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Məcəllənin 386.1-ci maddəsinə görə isə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

58. Bu baxımdan kollegiya vurğulayır ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı Malik Maqerramovla cavabdeh cavabdeh1 arasında borc müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır və onlar arasında yaranmış hazırkı mübahisəyə də mülki qanunvericiliyin borc münasibətlərini tənzimləyən hüquq normaları çərçivəsində qiymət verilməlidir.

59. Mülki Məcəllədə nəzərdə tutulmuş borc müqaviləsinin yazılı forma tələbinə riayət edilməməsi isə tərəflər arasında faktiki yaranmış borc münasibətinin etibarsızlığına dəlalət edən hal kimi qiymətləndirilməməlidir – belə ki, Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli qərarındakı hüquqi mövqeyə görə, fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır (bu qərar qəbul edilən zaman hazırkı iş məhkəmənin icraatında olduğundan, tərəflər arasındakı mübahisənin həmin qərarda ifadə olunan hüquqi mövqeyə uyğun həll edilməsi yolveriləndir).

60. Bu mənada, tərəflər arasında qeydə alınmış səs yazıları onlar arasında borc münasibətləri yarandığı qənaətinə gəlməyə əsas verir.

61. Səs yazısının cavabdeh cavabdeh1 aid olmaması barədə nümayəndə (vəkil) vəkil4 arqumenti isə kollegiya tərəfindən əsassız hesab edilmişdir. Ona görə ki, birinci instansiya məhkəməsində icraat zamanı bu xüsusatın aydınlaşdırılması məqsədilə sədrlik edən tərəfindən nümayəndə (vəkil) vəkil4 verilmiş suala cavab olaraq, o, səs yazısının iddiaçı Malik Maqerramovla cavabdeh cavabdeh1 arasında qeydə alındığını bildirmişdir (bax mülki iş II cild, səhifə 62, məhkəmə iclas protokolu). Eyni zamanda, məhkəmə kollegiyası tərəfindən “AZEMIS” Məhkəmə Elektron Informasiya Sistemi vasitəsilə birinci instansiya məhkəməsində təyin olunmuş ##.##.2025-ci il tarixli məhkəmə iclasının audio-video yazısına baxış keçirilmiş və nümayəndə (vəkil) vəkil4 səs yazısının iddiaçı Malik Maqerramovla cavabdeh cavabdeh1 arasında qeydə alındığını qəbul etdiyini, sadəcə olaraq cavabdeh cavabdeh1 danışıqda qeyd edilən, 12.İddiaçı0 (on iki milyon) Rusiya rublu vəsaiti iddiaçıya borclu olmadığını, həmin borcun başqa bir şəxsə (kreditora) aid olması barədə arqument irəli sürmüşdür. Bir sözlə, nümayəndə (vəkil) vəkil4 səs yazısının cavabdeh cavabdeh1 aid olduğunu qəbul etmişdir. Hərçənd ki, cavabdeh cavabdeh1 özünün də səs yazısının ona aid olmaması kimi bir arqumenti olmamışdır.

62. «Cavabdeh cavabdeh1 danışıqda qeyd edilən, 12.İddiaçı0 (on iki milyon) Rusiya rublu vəsaiti iddiaçıya borclu olmamışdır, həmin borc başqa bir şəxsə (kreditora) aid olmuşdur» barədə cavabdeh tərəfin arqumenti də kollegiya tərəfindən əsassız sayılmışdır. Çünki, bu arqumentin qəbulu ağlabatan mühakimə əsasında mümkün deyildir.

63. Kollegiya bir daha göstərir ki, tərəflər arasında qeydə alınmış səs yazısında iddiaçı Malik Maqerramov cavabdeh cavabdeh1 «sənin mənə nə qədər borcun var» deyə sual verir. Sonuncu da cavab olaraq ona, yəni iddiaçıya 12.İddiaçı0 (on iki milyon) Rusiya rublu borcu olduğunu bildirir. Danışığın sonrakı hissələrində də cavabdeh cavabdeh1 borcunu iddiaçıya ödəyəcəyini və borcu ödəməkdən boyun qaçırmadığını bildirir.

64. «Iddiaçı tərəfindən ona borc pul verilməmişdir, iddiaçı ilə aralarındakı razılığa əsasən sonuncunun Konstantin adlı şəxslə daha geniş biznes fəaliyyəti aparması üçün formal olaraq MTK-da ərizə yazmaq yolu ilə mənzili müvəqqəti olaraq iddiaçının adına keçirmişdir» barədə cavabdeh tərəfin arqumentini də kollegiya əsaslı hesab etməmişdir. Çünki, bu arqument, tərəflər arasında qeydə alınmış səs yazısında cavabdeh cavabdeh1 özünün replikaları ilə təkzib edilir (bax § 56).

65. Işə məhkəmə ərazi aidiyyət qaydaları pozulmaqla baxılmış olması barədə cavabdeh tərəfin arqumenti də kollegiya tərəfindən əsassız sayılmışdır. Ona görə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 3-cü maddəsinə görə, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş tərəflərin şəxsiyyət vəsiqəsi barədə məlumatlardan müəyyən olunur ki, cavabdeh cavabdeh1 Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatdadır.

66. Azərbaycan Respublikasının MPM-nin 35.1-ci maddəsində təsbit olunmuşdur ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

67. Iddianın predmetini və cavabdehin yaşayış yerini nəzərə alaraq kollegiya qeyd edir ki, məhkəmə tərəfindən işə ərazi aidiyyət qaydalarına riayət edilməklə baxılmışdır.

68. «Iddiaçı Malik Maqerramov 2020-ci ildən davam edən yeddi məhkəmə prosesinin heç birində Rasimi mübahisəli mənzili ona olan borcunun əvəzinə verməsini nəyinki bildirməmiş, əksinə həmin evi “xxxx” MTK-dan əvəzini ödəməklə aldığını göstərmişdir» barədə cavabdeh tərəfin arqumentini də kollegiya əsaslı hesab etməmişdir. Belə ki, mənzillə bağlı tərəflər arasındakı digər məhkəmə mübahisəsi üzrə Malik Maqerramovun nümayəndəsi (vəkil) apellyasiya məhkəməsinin iclaslarında verdiyi izahatlarda, habelə həmin iş üzrə apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamələrdən verdiyi kassasiya şikayətində - biznes fəaliyyəti çərçivəsində cavabdeh1 Malik Maqerramova külli miqdarda borcu yarandığını, borcunu qaytara bilmədiyi üçün mənzili qarşılıqlı razılıq əsasında borcun əvəzi olaraq Malikə verdiyini bildirmişdir (bax mülki iş İ cild səhifə 58; İ cild səhifə 78; İ cild səhifə 96).

69. Mübahisənin obyektiv həlli üçün növbəti araşdırılmalı məsələ - verilmiş borc pul vəsaitinə görə cavabdeh cavabdeh1 tərəfindən iddiaçıya hər hansı vəsait qaytarılıbqaytarılmamasıdır.

70. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, iddiaçının cavabdeh cavabdeh1 12.İddiaçı0 milyon Rusiya rublu verməsi işdəki sübutların məcmusu ilə öz təsdiqini tapır. Həmin puldan hər hansı məbləğin geri qaytarılmasını sübut etmək yükü isə cavabdehin üzərinə düşür və qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s.) sübut olunmalıdır.

71. Lakin, cavabdeh cavabdeh1 bu sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş, iddiaçıya olan 12.İddiaçı0 milyon Rusiya rublu borcundan ödəniş etməsini kifayətedici aydınlıqla sübuta yetirə bilməmişdir.

72. Iddia verilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətinin buraxılmış olması barədə cavabdeh tərəfin arqumentinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə müqavilə tələbləri ilə bağlı iddialara tətbiq edilən, Mülki Məcəllənin 373.2-ci maddəsində göstərilən üç illik iddia müddəti ötürülməmişdir. Kollegiya gəlmiş olduğu bu qənaəti ilə bağlı aşağıdakıları qeyd edir.

73. Iddia müddətlərinə riayət olunmasını aydınlaşdırmaq üçün həmin müddətin başlanğıcının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir.

74. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair ## #### 2013-cü il tarixli qərarında qərarında daha sonra göstərmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

75. Işin müəyyən edilmiş və faktiki hallarından görünür ki, 12.İddiaçı0 milyon Rusiya rublu 2018-ci ilin sentyabr ayında, bir ay müddətinə qaytarmaq şərtilə cavabdeh cavabdeh1 borca verilmişdir. Yəni, öhdəliyin icra müddətinin bitdiyi tarix 2018-ci ilin oktyabr ayına təsadüf etmişdir. Daha sonra isə tərəflər arasında borc vəsaitinin əvəzinə mənzilin verilməsi barədə qarşılıqlı razılıq əldə edilmiş, cavabdeh cavabdeh1 ## ###### 2019-cu il tarixdə “xxxx MTK”-ya ərizə verərək, mənzilin Malik Maqerramovun adına sənədləşdirilməsini xahiş etmişdir. Nəhayət, ## ### 2020-ci il tarixdə həmin mənzilə dair iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beləliklə, cavabdeh cavabdeh1 iddiaçı qarşısında borc öhdəliyi icra edilmiş və Mülki Məcəllənin 528-ci maddəsinə müvafiq olaraq, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası nəticəsində xitam verilmişdir.

76. Bu da onu deməyə əsas verir ki, 2020-ci ildə cavabdeh cavabdeh1 məxsus mənzil iddiaçının adına rəsmiləşdirildikdə sonuncu (borc verən) öz hüququnun pozulmadığını, əksinə borcun mənzillə əvəz edildiyini hesab edirdi. Bu dövrdə borc müqaviləsi üzrə iddia qaldırmaq üçün də heç bir hüquqi əsas yox idi.

77. Lakin, sonradan hazırkı iş üzrə cavabdehlər Malik Maqerramova qarşı mənzillə bağlı iddia irəli sürmüşlər və nəticədə mənzilə dair iddiaçı ilə bağlanmış müqavilə və reyestr qeydi ləğv edilmişdir. Həmin iş üzrə yekun məhkəmə aktı isə ## ####### 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir.

78. Nəticədə, tərəflər arasındakı borc münasibətləri əvvəlki vəziyyətə qayıtmış və cavabdeh cavabdeh1 iddiaçı qarşısında icra edilməmiş borc öhdəliyi qalmışdır.

79. Bir sözlə, iddiaçının borcun qaytarılmasını tələb etmək hüququ mənzilə dair onunla bağlanmış müqavilə və reyestr qeydinin ləğv edilməsi barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixdən, yəni ## ####### 2023-cü il tarixdən yenidən başlanmışdır.

80. Hazırkı iddia ərizəsinin ## #### 2025-ci il tarixdə məhkəməyə daxil olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Malik Maqerramov hazırkı iddia verilməsi üçün müqavilə tələbləri ilə bağlı iddialara tətbiq edilən, Mülki Məcəllənin 373.2-ci maddəsində göstərilən üç illik iddia müddətini ötürməmişdir.

81. Iddia müddətinin ötürülməmiş olduğu qənaətinə gələrkən kollegiya işin diqqətəlayiq bir halını da nəzərə alır ki, tərəflər arasında qeydə alınmış danışıqda cavabdeh cavabdeh1 iddiaçının ünvanına maddi imkanının aşağı olduğunu, borcunu ödəyəcəyini və borcu ödəməkdən boyun qaçırmadığını dəfələrlə bildirmişdir.

82. Bir sözlə, cavabdeh cavabdeh1 borcun etirafını göstərən hərəkətlər nümayiş etdirməklə iddiaçıda, yəni kreditorda borcun ödəniləcəyi barədə inam hissi yaratmışdır. Cavabdehin bu davranışı isə işin hallarına həm də Mülki Məcəllənin 560-cı maddəsində bəhs olunan hüquqdan sui-istifadə müddəalarına uyğun yanaşmanı tələb edir.

83. Çünki, cavabdeh əvvəlcə borcu danmır, “qaytaracağam, gözlə” deyərək iddiaçını sakitləşdirir və onun məhkəməyə müraciət etməsinin qarşısını alır (iddiaçıda inam yaradır). Sonradan isə öhdəlik icra edilmədiyinə görə iddiaçı borcun qatarılması ilə bağlı məhkəməyə müraciət etdikdə cavabdeh tamamilə fərqli mövqe nümayiş etdirərək, iddia müddətinin keçdiyini əsas gətirir və borcu qaytarmaqdan azad olmağa çalışır. Bu, iddiaçının güvənmiş olduğu əvvəlki rəftara açıq-aşkar ziddiyyətli hərəkətdir və dürüstlük prinsiplərinə ziddir.

84. Nəzərə alınmalıdır ki, beynəlxalq hüquqda və məhkəmə təcrübəsində venire contra factum proprium «öz əvvəlki davranışına zidd hərəkət etmək» «ziddiyyətli davranış qadağası» prinsipi tətbiq olunur. Bu prinsip latınca hüquqi bir termin olub, anlamına gəlir.

85. Roma hüququndan gələn bu prinsipə görə, bir şəxs hüquqi münasibətlərdə öz əvvəlki hərəkətləri və ya bəyanatları ilə qarşı tərəfdə müəyyən bir etibar və inam yaratdıqdan sonra, qəfildən bu davranışının tam əksinə hərəkət edərək qarşı tərəfi çətin vəziyyətə sala bilməz.

86. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də məsələyə bu mövqe ilə yanaşmış, «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair» ## #### 2025-ci il tarixli qərarında vurğulamışdır ki, mülki hüququn istənilən sahəsində, eləcə də öhdəlik münasibətlərində nəzərə alınmalı olan prinsiplərdən biri də vicdanlılıq prinsipidir. Vicdanlılıq prinsipi Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasında göstərilməsə də, Məcəllənin 5.3-cü maddəsində bu prinsip ümumi tələb kimi xüsusi olaraq vurğulanmışdır. Həmin maddəyə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bununla bağlı onu da qeyd etmək lazımdır ki, ədalət mühakiməsini həyata keçirən məhkəmələr tərəflərin irəli sürüb-sürməməsindən asılı olmayaraq hüquqdan sui-istifadə halını müəyyən etdikdə bunu nəzərə almalıdırlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarı).

87. Mübahisəyə bu növ yanaşma həm də hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibət) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir və kollegiya bu qənaətə gələrkən həmçinin ədalət, insaf və mənəviyyat tələblərini nəzərə alır.

88. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, birinci instansiya məhkəməsi qətnaməsində iddiaçı Maqerramov Malik Qadir oğlunun ad, soyad və ata adı ilə bağlı yanlışlığa yol verərək X2 deyə qeyd etsə də, lakin bu, texniki yanlışlıqdır və MPM-nin 228-ci maddəsi ilə aradan qaldırılması mümkündür. Kollegiyanın qənaətinə görə, bu yanlışlıq faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz.

89. Qeyd edilənlərin yekunu olaraq kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

90. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh cavabdeh1 nümayəndəsi (vəkil) vəkil4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2025-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar