Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-845/2026 30.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı İddiaçı firmasının nümayəndəsi X1, cavabdeh Cavabdeh İsmayıl oğlunun və onun nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı İddiaçı firması cavabdeh Cavabdeh İsmayıl oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh İsmayıl oğlu və onun nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ##.##.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviredici hissəsində göstərilənlərə əsasən HK-*/**** nömrəli material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi, qərarın surəti maraqlı şəxslərə göndərilməklə qərardan narazı qaldıqda ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Bərdə rayonu prokuroruna, yuxarı prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət hüququ izah edilməsi qərara alınmışdır.
2. dövlət reyestrindən çıxarış sənədindən görünür ki, İddiaçı firması ##.##.1997-ci il tarixdə qeydə alınmış, VÖEN nömrəsi ********** saylıdır. İş materiallarına İddiaçı firmasının nizamnaməsi əlavə olunmuşdur.
3. Şəxs haqqında məlumatlardan görünür ki, Cavabdeh İsmayıl oğlu ##.##.1990-cu il tarixdə Bərdə rayonu Təzəkənd kəndində anadan olmuşdur. Bərdə rayonu Şirvanlı ərazi dairəsi Uğurbəyli kəndində yaşayır.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə cavabdeh - Cavabdeh İsmayıl oğlundan 7.616 (yeddi min altı yüz on altı) manat və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 98 manat dövlət rüsumunun alınaraq İddiaçı Firmasının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, nümayəndəsi olduğu İddiaçı firmasının ** nömrəli YDM-nin direktor müavini işləyir. Hazırki iş üzrə cavabdeh Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin * saylı X4 baş mexaniki vəzifəsində işlədiyi müddətdə YDM-dən nisyə olaraq dizel yanacağı götürmüş, sonradan həmin xidmətə məxsus "Lukoyl Bank"a məxsus plastik kartı gətirərək götürdüyü yanacağın pulunu ödəyəcəyini demişdir. Lakin Cavabdeh etibardan sui-istifadə edərək 2023-cü ilin axırlarından götürdüyü dizel yanacağının pulunu ödəməmişdır. Belə ki, Cavabdeh hər dəfə xidmətin avtomobillərinə dizel yanacağı dolduraraq karta pul vurulan zaman gətirib ödəyəcəyini desə də, ödəməmişdir. Bununla da Cavabdeh 10.616 (on min altı yüz on altı) manat pul borcu qalmışdır. Həmin pul borcunu istədikdə Cavabdeh müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınmışdır. Cavabdeh dövlət tərəfindən xidmətə ayrılmış yanacaq pullarını mənimsəyib şəxsi ehtiyaclarına xərcləmişdir. Cavabdeh Cavabdeh zəng edərək şikayət edəcəklərini bildirdikdə, Fuad şikayət etməməsini, əks halda işdən çıxarılacağını, mənimsədiyi pulları geri qaytaracağını bildirmişdir. Bundan sonra, Fuad Tapdiqovun atası Ismayıl Tapdıqov oğlunun tutulacağından qorxaraq 3.000 (üç min) manat pul ödəmişdir. Lakin bu günə kimi Cavabdeh qalan 7.616 (yeddi min altı yüz on altı) manat pulu ödəməkdən boyun qaçırır. Qeyd edir ki, pulu ödəmədiyindən Bərdə RPŞ-nə etdiyi şikayət əsasında araşdırma aparılmış və orada Cavabdeh borc məbləğini etiraf etmişdir. Ancaq şöbədə onlara bildirmişlər ki, şikayət mülki xarakterlidir. Bu səbəbdən məcbur qalıb məhkəmədə iddia qaldırmalı olmuşdur.
6. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Cavabdeh İsmayıl oğlundan 7616 (yeddi min altı yüz on altı) manat məbləğində pulun və 97 (doxsan yeddi) manat ödənilmiş dövlət rüsumunun tutularaq, iddiaçı İddiaçı firmasının xeyrinə ödənilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehə iddiaya münasibətinin müəyyənləşdirilməsi, borcun hansı həcmdə qaytarılmış olmasına dair sübutların təqdim edilməsinə dair kifayət qədər vaxt və imkan yaradılmışdır. Sübut olunur ki, ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bərdə rayon Polis Şöbəsinin qəbul etmiş olduğu qərarın V abzasına əsasən cavabdeh Cavabdeh İsmayıl oğlu İddiaçı firmasına 7616 manat borcunun yarandığını bildirmişdir.
8. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 386, 425, 442, 448, 1091 və 1092-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
9. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh İsmayıl oğlu və onun nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin həqiqi və faktiki halları ondan ibarətdir ki, o, 2020-ci ilin iyun ayından Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin * saylı X5 Baş mexanik vəzifəsində işləyir. Onun vəzifəsi Şöbənin Xidməti avtomaşınlarına baxış keçirmək, onların giriş-çıxışına nəzarət etmək və yol vərəqəsi yazmaqdır. Hər bir sürücünündə özlərinin “Lukoyl” və “Azpetrol” YDM-nə aid kartları olub və həmin kartlardan özləri istifadə edib avtomobillərinə yanacaq doldurublar. Onun özünün Xidməti “Niva” markalı avtomaşını olub, o, da hər dəfə İddiaçı firmasının ** saylı YDM-dən avtomobilinə yanacaq tökərkən kartından istifadə edərək avtomobilimə tökülən yanacağın pulunu ödəmiş və bu barədə hər ay Nazirliyə hesabat vermişdir. O, İddiaçı firmasının YDMdən heç vaxt illərlə nisyə yanacaq doldurmamışdır, bu mümkün də deyil. Çünki onlarda hər gün satılan yanacaqla bağlı hesabat hazırlayırlar, pulu banka keçirirlər. Əgər onun nisyə yanacağa görə borcu varsa, bunların hesabatında öz əksini tapmalıdır. Onun cavabdehə 10.616 manat nisyə yanacağa görə borcunun yaranması da mümkün olmamaqla absurtdur. Belə çıxır ki, o, illərlə nisyə yanacaq götürüb pulunu verməmişdir. Cavabdehdə əvvəllər nisyə götürdüyü yanacağın pulunu ödəmədən heç bir rəsmi sənəd tərtib etmədən ona nisyə yanacaq verməkdə davam etmişdir. Cavabdeh İddiaçı firması öz işçilərinin satış pullarının mənimsəməsindən yaranan əskikləri örtbasdır etmək üçün, məsuliyyətdən yayınmaq üçün ona qarşı belə yalan iddia qaldırmışlar. Heç vaxt onun atası İsmayıl Tapdıqov guya onun borcuna görə cavabdeh İddiaçı firmasına 3000 manat pul ödəməmişdir. Belə ki, iddiaçı İddiaçı firması öz işçilərinin əsikliyini ört-basdır etmək üçün atasını aldadaraq ondan 2600 manat pul almış və atası da sonradan onun borcunun olmadığını və aldadıldığını bilib verdiyi pulu geri tələb etmişdir. Nə də o, cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2025-ci il tarixli Qərarda yazdığı kimi müstəntiqə izahat verməmişdir ki, “Lukoyl” YDM-nə 7616 manat borcu qalmışdır. Belə ki, müstəntiq ona bildirmişdir ki, işin icraatına xitam verir, izahatını yazmış bura imza et, o, da müstəntiqə inanıb izahatını oxumadan imza etmişdir. Həmçinin, o, məhkəmədə bildirmişdir ki, borcu daha azdır və iddianın qismən təmin edilməsini xahiş edir. Bu məhkəmənin öz mülahizəsidir. Məhkəmə iclasının audio-video yazısına baxış keçirilib səsləndirilsə bu öz təsdiqini tapar. Hesab etmişdir ki, məhkəmənin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi əsassız və ədalətsiz olduğuna görə, eyni zamanda maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarıldığından, həmçinin məhkəmə qətnaməsi işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmayan nəticələrə əsaslandığından, ləğv edilməli, iddia qanunsuz və əsassız olduğundan təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır.
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh İsmayıl oğlu apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, onun iddiaçıya borcu yoxdur. O, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəqliyyat mühəndisliyində baş mühəndis işləyir. 24 avtomobil vardır. “xxxx” , “Azpetrol” “Socar” aid həftəlik kartlar yanacaq almaq üçün olurdu, hər sürücünün öz kartı vardır. Onlarda plastik kartlar vardı. Polisə getmişdir. Atasından 3000 manat pul almışdırlar. Məhkəmədə bunun ilə bağlı iddiaları yoxdur. İzahatı oxumadan imzalamışdır. Ona demişlər ki, xitam olacaq, arxivə gedəcək, ona görə imzalamışdır. Pul idarənin sürücülərindən alınmalıdır. Öz avtomobili kia optimadır. Benzin ilə işləyir. Yanacaq götürüb və idarəsi üçün və özü ilə bağlı olaraq.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh İsmayıl oğlunun nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 3000 manat ilə bağlı iddia bu iş ilə bağlı qərar veriləndən sonra qaldırılacaq. Atası şifahi şəkildə müraciət etmiş və tələb etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı firmasının nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, dəfələrlə cavabdehi çağırmışlar, gəlməmişdir. Onlara cavabdehin 10.616 manat borcu var idi. Dəftər var idi. 2 il müddət ərzində olan borcları orda qeyd etmişdilər. Sürücülər imza çəkib yanacağı götürmüşdür. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, cavabdeh ilə aralarında müqavilə olmamışdır. “xxxx” şirkəti ilə aralarında müqavilə var idi. Vergidən yayınmaq onlarda olmamışdır. Karta pul vurulanda gəlib ödəniş edirdilər. Elə olurdu ayda 2,3 dəfə ödəniş edirdilər. Cavabdeh dəfələrlə yanacaq götürməyə gəlmişdir. Şəxsi avtomobilləri deyildi, nazirliyin maşını idi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
16. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
17. Maddə 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 385.2-ci maddəsinə görə isə öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
19. Maddə 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Maddə 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
22. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
23. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
24. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
25. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
26. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. İşə baxan birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bərdə rayon Polis Şöbəsinin qəbul etmiş olduğu qərarın V abzasına əsasən cavabdeh Cavabdeh İsmayıl oğlu İddiaçı firmasına 7616 manat borcunun yarandığını bildirmişdir.
38. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh İsmayıl oğlu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin * saylı X4 baş mexaniki vəzifəsində işlədiyi müddətdə YDM-dən nisyə olaraq dizel yanacağı götürmüşdür. Lakin Cavabdeh etibardan sui-istifadə edərək 2023-cü ilin axırlarından götürdüyü dizel yanacağının pulunu ödəməmişdir. Bununla da Cavabdeh 10.616 (on min altı yüz on altı) manat pul borcu qalmışdır. İddiaçı tərəf cavabdeh Cavabdeh zəng edərək şikayət edəcəklərini bildirdikdə, Cavabdeh atası İsmayıl Tapdıqov oğlunun tutulacağından qorxaraq 3.000 (üç min) manat pul ödəmişdir. Lakin bu günə kimi Cavabdeh qalan 7.616 (yeddi min altı yüz on altı) manat pulu ödəməkdən yayınmışdır. Cavabdeh pulu ödəmədiyindən iddiaçı Bərdə RPŞ-nə etdiyi şikayət əsasında araşdırma aparılmış və orada Cavabdeh borc məbləğini etiraf etmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılır və qiymətləndirilir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin qarşılıqlı izahatları ilə iddia tələbində iddiaçının göstərdiyi dəlillərin üst-üstə düşməsi məhkəmə kollegiyasının iclasında təsdiqini tapmışdır. İddianın əsasını təşkil edən işin faktiki halları üzrə cavabdeh Cavabdeh iddiaçıya 7.616 (yeddi min altı yüz on altı) manat borcu qalması sübut olunsa da, cavabdeh Cavabdeh həmin məbləği iddiaçıya qaytarması ilə bağlı heç bir mötəbər sübutu kollegiyaya təqdim edə bilməmişdir.
41. Məhkəmə kollegiyasının iclasında Cavabdeh atası İsmayıl Tapdıqovun iddiaçıya 3.000 (üç min) manat pul verməsini qəbul etmiş, səbəb kimi isə atasının iddiaçı tərəfindən aldadılmasını göstərmişdir. Hazırda həmin pulun geri tələb edilməsi ilə bağlı iddialarının olmadığını bildirmişdir. Onun vəkili isə 3000 manat ilə bağlı iddia bu iş ilə bağlı qərar veriləndən sonra qaldırılacaqlarını qeyd etmişdir. Göründüyü kimi, tərəflər arasında heç bir yazılı əqd olmasa da, öhdəliyin icra edilməməsindən yaranmış borc münasibətləri mövcud olmuşdur.
42. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bərdə RPŞ-nin İB-nin ##.##.2025ci il tarixli, HK-*/**** saylı “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, cavabdeh Cavabdeh İsmayıl oğlu verdiyi izahatında bildirmişdir ki, “2022-ci ildən avtomobillərə verilən yanacaq sərfiyyatının kartları onda olduğundan şöbənin avtomobillərinə “Lukoyl” və “Azpetrol” YDM-dən benzin almışdır. Həmin vaxtdan Yusif Əliyevi tanımışdır. Həmçinin, həmin yanacaq doldurma məntəqəsindən özünə məxsus avtomobilə nisyə yanacaq götürmüşdür. Lakin həmin pulları geri qaytara bilməmişdir. “Lukoyl” YDM-nə 7616 (yeddi min altı yüz on altı) manat məbləğində borcu qalmışdır.
43. Cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərində və kollegiyanın iclasında müstəntiqə inanıb qeyd olunan izahatını oxumadan imza etməsini bildirsə də, kollegiya bunu inandırıcı hesab etmir. Bu dəlilləri onun formal mülahizələri kimi qəbul edir. Cavabdehin öhdəlikdən yayınmaq və mülki məsulliyyətdən qaçmaq niyyəti kimi qiymətləndirir.
44. Göründüyü kimi, ##.##.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın üzərində uzun müddət keçmiş, cavabdeh həmin qərarı mübahisələndirməmişdir. Həmin qərardan məlumatlı olmasına baxmayaraq cavabdeh, həmin qərardan narazı qaldığı üçün şikayət verməsi ilə bağlı heç bir mötəbər sübutu kollegiyaya təqdim etməmişdir. Onun izahat verərkən müstəntiq tərəfindən aldadılması və ya qeyd olunan qərarın kollegiyada şübhə doğurması ilə bağlı iş materiallarında heç bir dəlillə rast gəlinməmişdir.
45. Qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
46. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
48. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh İsmayıl oğlu və onun nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.