Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(3-7)-87/2026 10.03.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), X2 və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı1 və İddiaçı2 Cavabdeh iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin e-2(062)-1858/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü ƏY Y Ə N E T D İ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7720 (yeddi min yeddi yüz iyirmi) manat maddi zərərin və 98 (doxsan səkkiz) manat dövlət rüsumunun alınaraq onlara verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1, "Mercedes Benz" markalı, **-BM- *** dövlət qeydiyyat nişanlı mikroavtobusu etibarnamə əsasında idarə etmişdir. Həmin avtomobil 2022-ci il 16 noyabr tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında İddiaçı2 mülkiyyətində olmuşdur. İddiaçı1 19 fevral 2025-ci il tarixdə səhər saatlarında "Mercedes-Benz" markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Gəncə şəhərindən Qazax rayonuna gedərkən Bakı-Qazax-Gürcüstan sərhəddi yolu ilə üzü Qazax şəhəri istiqamətində hərəkətdə olarkən təxminən saat 07 radələrində sübh vaxtı, yəni havanın tam olaraq işıqlanmayan vaxtı, həmin yolun Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisindən keçən hissəsinə çatmış və öz yolu ilə saatda 80 km sürətlə hərəkətdə olan zaman yolun kanalından iki baş at qəflətən qaçaraq yola daxil olmuşdur. Bir baş qırmızı rəngli at avtomobilin ön hissəsinə, digər bir baş qara rəngli at isə avtomobilin sol yan hissəsinə dəyərək zərbənin təsirindən ölmüşlər. Hadisə zamanı o, özü də xəsarət almışdır. Sonradan ona məlum olmuşdur ki, həmin atlar Tovuz rayonu Düz Qırıqlı kənd sakini Cavabdeh məxsus olmuşdur. Hadisə ilə bağlı X4 dair X8 və Təhqiqat Şöbəsində araşdırma aparılmışdır. Atların sahibi Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə 2025-ci il 03 mart tarixli qərarla onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Lakin, Cavabdeh "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 43.2.1 və 47.6.1-ci maddələrinin tələblərini pozduğuna görə onun əməlində Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci maddəsinin tərkibi yarandığından onun barəsində İXM-nin 338.5.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti BDYPİ-nin YPXA-nın 9-cu taqımına göndərilmişdir. Həmin yol nəqliyyat hadisəsi nəticəsində həmçinin, onlara məxsus "Mercedes-Benz" markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı mikroavtobusa da maddi ziyan dəymişdir. Həmin maddi ziyanın məbləği 7720 manat təşkil etmişdir. Hadisədən sonra dəfələrlə tələb etmələrinə baxmayaraq, Cavabdeh onlara məxsus "Mercedes-Benz" markalı, 60- BM-309 dövlət qeydiyyat nişanlı mikroavtobusa vurduğu maddi ziyanı ödəməmişdir. Onlar hazırda ondan avtomobilə vurduğu maddi ziyanı tələb edirlər. Tovuz Rayon Məhkəməsinin e-2(062)-1858/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Süleyman Hacıyev) iddianın təmin edilməsi, Cavabdeh vurulmuş ziyana görə 7720 (yeddi min yeddi yüz iyirmi) manat və dövlət rüsumu kimi ödənilmiş 98 (doxsan səkkiz) manat məbləğdə pul vəsaiti tutularaq İddiaçı1 və İddiaçı2 müştərək qaydada ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Tovuz rayon məhkəməsinin qətnaməsinin təmamilə ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya icraatı zamanı iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən məhkəmə kollegiyasına ərizə ünvanlanyaraq cavabdehlə barışdığını və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. İddiaçı1 tərəfindən verilmiş ərizədə qeyd etmişdir ki, o, hazırki mülki işdə Cavabdeh ilə razılığa gəlmişdir və hazırda aralarında mübahisə qalmamışdır. Odur ki, iddia tələbindən imtina etdiyi üçün mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı2 tərəfindən verilmiş ərizədə qeyd etmişdir ki, o, hazırki mülki işdə Cavabdeh ilə razılığa gəlmişdir və hazırda aralarında mübahisə qalmamışdır. Odur ki, iddia tələbindən imtina etdiyi üçün mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş ərizədə qeyd etmişdir ki, hazırda iddiaçılarla razılaşdığını, onlara vurulmuş maddi ziyanı ödəmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 ərizəsinin məzmununa uyğun izahat verərək, icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, hesab edir ki, iddiaçı X5 iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, iddiadan imtina ərizəsi İddiaçı1 və İddiaçı2 tərəfindən məhkəmə zalında təqdim edilmişdir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd deyildir, hər hansı bir şəxsin qanunla qorunan mənafelərini pozmur. Buna görə də, iddiaçının iddiadan imtinası qəbul edilməklə, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X3 iddiadan imtinası qəbul edilməli, Tovuz Rayon Məhkəməsinin e-2(062)-1858/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191, 261.0.4, 370, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiadan imtina barədə ərizələri qəbul edilsin. Tovuz Rayon Məhkəməsinin e-2(062)-1858/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-7)-87/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-87/2026
10.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver