Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-9/2026 22.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsmayılov Elbəyi İsmayıl oğlunun cavabdeh İsmayılova Könül Rafiq qızına qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X4 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, İddiaçı İsmayılov Elbəyi İsmayıl oğlunun cavabdeh İsmayılova Könül Rafiq qızına qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İsmayılov Elbəyi İsmayıl oğlunun nümayəndəsi (vəkil) vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tərtər rayon İcra Hakimiyyəti Başçısının Mamırlı kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyi tərəfindən verilmiş ## ##### 2025-ci il tarixli, *** nömrəli arayışdan görünür ki, İsmayılov Elbəyi İsmayıl oğlu Tərtər rayonu, Mamırlı kəndində yaşayır.
2. Tərtər rayon İcra Hakimiyyəti Başçısının Mamırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, ** nömrəli arayışdan görünür ki, İsmayılova X9 rayonu Mamırlı kəndində yaşayır.
3. Bərdə Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, İsmayılova Könül Rafiq qızının cavabdeh ismayılov Elbəyi İsmayıl oğluna qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, İsmayılova Könül Rafiq qızı ilə cavabdeh İsmayılov Elbəyi İsmayıl oğlu arasında Bərdə Regional “ASAN-Xidmət” X12 ## #### 2017-ci ildə bağlanmış 606 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur.
4. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, ##.##.2018-ci il təvəllüdlü İsmayılov Nicat Elbəyi oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün ##.##.2025-ci il tarixdən başlayaraq 2025-ci il üçün hər ay hər uşağa görə cavabdeh İsmayılov Elbəyi İsmayıl oğlundan iddiaçı İsmayılov Könül Rafiq qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində aliment tutulması qət edilmişdir.
5. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyi tərəfindən verilmiş ## ##### 2025-ci il tarixli, **** nömrəli arayışdan görünür ki, İsmayılova X3 rayonu kəndində yaşayır.
6. AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən İsmayılov Elbəyi İsmayıl oğlu ##.##.1990-cı ildə Tərtər rayonu, Mamırlı kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır.
7. ## #### 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçının nümayəndəsi İsmayılova Mətanət Salman qızı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 154 manat dövlət rüsumu ödəmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı İsmayılov Elbəyi İsmayıl oğlu cavabdeh İsmayılova Könül Rafiq qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İsmayılova Könül Rafiq qızından onun 12500 ABŞ dolları (21250 manat) pulun alınıb ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçı İsmayılov Elbəyi İsmayıl oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, o əvvəllər Tərtər rayonunun Mamırlı kəndində yaşamışdır. Həmin kənddə qeydiyyatdadır. 5 il olar ki, Ukrayna Respublikasının Xarkov şəhərində yaşayır. Hər il Tərtər rayonun Mamırlı kəndinə gələrək ailə üzvləri ilə görüşmüşdür. O 2016-cı ilin sentyabr ayında Bərdə rayonu Zümürxan kəndində yaşayan İsmayılova Könül Rafiq qızı ilə ailə həyatı qurmuş, Birgə nikahlarından ## ###### 2018-ci il təvəllüdlü İsmayılzadə Nicat Elbəy oğlu anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün ## ###### 2022-ci ildə boşanmışlar. X1 himayəsində qalmışdır. O rəsmiyyətdən kənar olaraq mütamadi şəkildə Könülə və oğluna maddi cəhətdən yardım etmişdir. O öz adına Bərdə şəhərində ev almaq istəyirdi. Həmin evdə müvəqqəti olaraq Könüllə Nicatın yaşamağını istəmişdir. Bu məqsədlə Könülə 12500 ABŞ dolları(21250) manat pul vermişdir ki, saxlasın ki, makler ev tapanda pulu verib ev alsınlar. Makler 60.000 manata Bərdə şəhəri ərazisində Saray deyilən yerdə həyət evi tapmışdır. O gəlib Könüldən ona vermiş olduğu 12500 ABŞ dollarını( 21250 manat) pulu istəmişdir ki, üstünü düzəldib həmin evi alsın. Hətta Könüllə birlikdə gedib evə baxmışdırlar. Könül ona evi onun adına rəsmiləşdirəcəyi halda pulu verəcəyini demişdir. O bununla razılaşmamışdır. Belə olan halda Könül ona pulu verməyəcəyini bildirmiş və 12500 ABŞ dolları (21250 manat) pul onda qalmışdır. Sonradan dəfələrlə pulu istəmiş lakin Könül pulu qaytarmamışdır. Hətta bu barədə Könülün səs yazısı da vardır.
10. Bərdə Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi (hakim Bayram Məhərrəmov) ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İsmayılova Könül Rafiq qızından 3921 (üç min doqquz yüz iyirmi bir) manat məbləğində pulun və ödənilmiş 59.21 (əlli doqquz manat iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı İsmayılov Elbəyi İsmayıl oğluna ödənilməsi təmin edilmiş, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 29.1, 31.1, 31.2, 32.1, 32.2, 32.2.1, 32.2.2, 32.3, 33.1, 35, 36.1 və 56.1-ci maddələrinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 213, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı İsmayılov Elbəyi İsmayıl oğlunun nümayəndəsi (vəkil) vəkil1 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, o, cavabdeh Könül İsmayılovaya 12.500 ABŞ dolları (21.250 manat) pulu 2025-ci ilin yanvar ayının əvvəllərində vermişdir. Məsqədi də həmin pulun üstünü düzəldib, ev almaqla Könüllə oğlu Nicatın həmin evdə yaşamasını təmin etmək idi ki, kirayədə qalmasınlar. Bundan başqa hər ay bu puldan kənar Könülə maddi yardım etmiş və özünə də demişdir ki, ona verdiyi 12.500 ABŞ dollar (21.250 manat) puldan xərcləməsin. Könül isə ona 12.500 ABŞ dolları (21.250 manat) deyil, 12500 manat pul verdiyini, həmin pulu guya ona 2023-cü ildə verdiyini, 12500 manat pulu kirayədə qaldığı evin kirayə puluna və digər ehtiyaclarına xərclədiyini bildirmişdir. Bununla bağlı aralarında olan söhbətlə bağlı səs yazısı da vardır. Həmin səs yazısını 1 ədəd CD diskisinə köçürərək məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında hakim səs yazısını sübut növü kimi qiymətləndirməmiş, nəticədə qeyri obyektiv qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı İsmayılov Elbəyi İsmayıl oğlunun nümayəndəsi (vəkil) vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, tərəflər 2016-cı ildə ailə qurmuş, 2022-ci ildə ayrılmışlar. 2025-ci ilin əvvəllərində ev almaq məqsədilə iddiaçı saxlamaq üçün cavabdehə 12500 ABŞ dolları məbləğində pul vermişdir. Sonradan 60000 min manata ev tapmış, pulun üstünü düzəltmək üçün cavabdehdən həmin pulu istəmişdir. İddiaçı bildirmişdir ki, ev alacaq və həmin ev onun adına olacaq. Lakin, cavabdeh həmin pulu verməkdən imtina etmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı İsmayılov Elbəyi İsmayıl oğlunun nümayəndəsi (anası) İsmayılova Mətanət Salman qızı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, oğlu ilə Könül 2016-cı ildə ailə qurmuş, 2022-ci ildə ayrılmışlar. Boşandıqdan sonra yenidən barışıb bir yerdə yaşamışlar. Cavabdeh kirayədə yaşamaq üçün Bərdə şəhərinə köçmüşdür. 2025-ci ilin əvvəllərində ev almaq məqsədilə iddiaçı saxlamaq üçün cavabdehə 12500 ABŞ dolları məbləğində pul vermişdir. Sonradan 60000 min manata ev tapmış, pulun üstünü düzəltmək üçün cavabdehdən həmin pulu istəmişdir. İddiaçı bildirmişdir ki, ev alacaq və həmin ev onun adına olacaq. Lakin, cavabdeh həmin pulu verməkdən imtina etmişdir. Ev pulundan başqa onlar cavabdehə uşağı saxlamaq üçün daim pul vermişlər. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh İsmayılova Könül Rafiq qızı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, onların nikahı pozulmuş və o evdən çıxaraq uşaqla kirayərə yaşayır. Ona, hərdənbir iddiaçı tərəfindən maddi köməklik edilmişdir. 2022-ci ildə iddiaçı ona 12500 manat məbləğində pul vermişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh İsmayılova Könül Rafiq qızının nümayəndəsi (vəkil) İsayeva Xanım Yusif qızı apellyasiya şikayətinin dəlillərinə etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. İş üzrə tərəflər sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
21. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
22. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
23. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
24. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
25. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
26. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
33. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
35. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
36. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
37. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
38. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
41. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
43. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da yanlış qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
44. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələbi təmin edilməlidir.
45. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı İsmayılov Elbəyi İsmayıl oğlu cavabdeh İsmayılova Könül Rafiq qızı ilə 2016-cı ilin sentyabr ayında ailə həyatı qurmuş, ## ###### 2022ci ildə ayrılmışlar. Birgə münasibərlərindən ## ###### 2018-ci il təvəllüdlü İsmayılzadə Nicat Elbəy oğlu anadan olmuşdur. Ayrıldıqdan sonra Nicat adlı uşaq anasının himayəsində qalmışdır. İddiaçının Elbəyi İsmayılov ev almaq, orada uşağı keçmiş həyat yoldaşının qalması məqsədilə ayrıldıqdan sonra ev almaq üçün cavabdeh Könül İsmayılovaya 12500 ABŞ dolları məbləğində pul vermişdir. Sonradn 60000 manata ev tapmış və pulun qalanını düzəltmək məqsədilə cavabdehdən həmin pulu istəmiş, cavabdeh isə 12500 ABŞ dollarını qaytarmaqdan imtina etmişdir .
46. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, əsassız varlanma ilə bağlı yaranan mübahisədir. Ona görə də işin hallarına əsassız varlanma ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.
47. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsidir. Həmin normada deyilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
48. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
49. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 1091.2-ci maddəsinin tələbinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
50. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, işə apellyasiya instansiyasında baxılarkən iddiaçı tərəfindən 12500 ABŞ dolları məbləğində pulun cavabdehə verilməsi sübut olunur. Bu hal işə əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş video yazılarla öz təsdiqini tapmışdır. Həmin audioyazılarda iddiaçı Elbəyi İsmayılov cavabdehdən verdiyi pulu qaytarmağını tələb etsə də, video51. cavabdeh Könül İsmayılova danışıqlara etirazını bildirmir, bunu inkar edəcək hər hansı reaksiya göstərmir. Razılıq davranış tərzini nümayiş etdirir.
52. Qeyd olunan hallar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilənlər onun tərəfindən sübut edilmiş və məhkəmə iclası zamanı öz təsdiqini tapmışdır.
53. Lakin, cavabdeh tərəf bildirir ki, iddiaçı ilə aralarında olan ayrılıq formal xarakter daşımışdır, iddiaçı tərəfindən ona 12000 manat məbləğində pul verilmiş və həmin zaman rəsmi boşanmamışlar. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfin bu dedikləri yalnız formal mülahizələrə söykənir və hər hansı sübutla təsdiq edilmir. Halbuki, həmin halları sübut etmə öhdəliyi Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən cavabdehin üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
55. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
56. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
57. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
60. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə iddiaçı qeyd etmişdir ki, o əvvəllər Tərtər rayonunun Mamırlı kəndində qeydiyyatda olmaqla yaşamışdır. 5 il olar ki, Ukrayna Respublikasının Xarkov şəhərində yaşayır. Hər il kəndə gələrək ailə üzvləri ilə görüşmüşdür. O 2016-cı ilin sentyabr ayında Bərdə rayonu Zümürxan kəndində yaşayan İsmayılova Könül Rafiq qızı ilə ailə həyatı qurmuş, Bu nikahdan ##.##.2018-ci ildə Nicat adlı uşaqları olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün ##.##.2022-ci ildə boşanmışlar. X1 himayəsində qalmışdır. O rəsmiyyətdən kənar olaraq cavabdehlə sonradan barışmış mütamadi olaraq Könülə və oğluna maddi cəhətdən yardım etmişdir. O öz adına Bərdə şəhərində ev almaq istəmiş, həmin evdə müvəqqəti olaraq Könüllə Nicatın yaşamağını istəmişdir. Bu məqsədlə Könülə 12500 ABŞ dolları manat pul vermişdir ki, saxlasın ki, makler ev tapanda pulu verib ev alsınlar. Makler 60.000 manata Bərdə şəhəri ərazisində Saray deyilən yerdə həyət evi tapmışdır. O gəlib Könüldən ona vermiş olduğu 12500 ABŞ dollarını( 21250 manat) pulu istəmişdir ki, üstünü düzəldib həmin evi alsın. Hətta Könüllə birlikdə gedib evə baxmışlar. Könül ona evi onun adına rəsmiləşdirəcəyi halda pulu verəcəyini demişdir. O bununla razılaşmamışdır. Belə olan halda Könül ona pulu verməmiş və həmin pul cavabdehdə qalmışdır. Bu barədə onun Könüllə aralarında olan səs yazısı da vardır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. İddiaçı tərəf narazı qalaraq qətnamədən apellyasiya şikayəti vermişdir. O, qeyd etmişdir ki, cavabdeh Könül İsmayılovaya 12.500 ABŞ dolları pulu 2025-ci ilin yanvar ayının əvvəllərində vermişdir. Məsqədi də həmin pulun üstünü düzəldib, Bərdədə ev almaqla Könüllə oğlu Nicatın həmin evdə yaşamasını təmin etmək idi ki, kirayədə qalmasınlar. Bundan başqa hər ay bu puldan kənar Könülə maddi yardım etmiş və özünə də demişdir ki, ona verdiyi 12.500 ABŞ dollar pulu xərcləməsin. Könül isə ona 12.500 ABŞ dolları deyil, 12500 manat pul verdiyini, həmin pulu guya ona 2023-cü ildə verildiyini, 12500 manat pulu kirayədə qaldığı evin kirayə puluna və digər ehtiyaclarına xərclədiyini bildirmişdir. Bununla bağlı tərəflər arasında olan söhbətlə bağlı səs yazısı da vardır. Məhkəmə kollegiyasının iclasında müəyyən olundu ki, İddiaçı cavabdehlə 2016-cı ildə ailə qurmuş, bir uşaqları olmuş sonradan 2022-ci ildə ayrılmışlar. Cavabdeh kirayədə yaşamaq üçün Bərdə şəhərinə köçmüşdür. Boşandıqdan sonra yenidən barışıb bir yerdə yaşamışlar. 2025-ci ilin əvvəllərində ev almaq məqsədilə iddiaçı saxlamaq üçün cavabdehə 12500 ABŞ dolları məbləğində pul vermişdir. Sonradan onlar Bərdədə 60000 min manata ev tapmış, pulun üstünü düzəltmək üçün cavabdehdən həmin pulu istəmişdir. İddiaçı bildirmişdir ki, ev alacaq və həmin ev onun adına olacaq. Lakin, cavabdeh evin iddiaçının adına alınmasına razı olmadığı üçün həmin pulu verməkdən qeyd olunan səbəbdən imtina etmişdir. Məhkəmə kollegiyasının araşdırılması ilə müəyyən olunmuşdur ki, ev alınması üçün verilən həmin puldan başqa, iddiaçı tərəf cavabdehə uşağı saxlamaq və dişər zəruri xərclər üçün daim pul vermişlər. Cavabdeh özü də iddiaçı tərəfindən ona iki dəfə 800 manat pul verildiyini etiraf etmişdir. Bundan başqa yuxarıda qeyd olunduğu kimi, məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş video-audio yazılarda iddiaçı Elbəyi İsmayılov cavabdehdən verdiyi pulu qaytarmağını tələb etsə də, cavabdeh Könül İsmayılova danışıqlara etirazını bildirmir, bunu inkar edəcək hər hansı reaksiya göstərmir. Razılıq davranış tərzini nümayiş etdirir. Həmin səs yazısı səsləndirərkən orada olan səs və görüntünün tərəflərə aid olduğu müəyyən edilmişdir. Bununlada 12500 ABŞ dolları məbləğində pulun 2025-ci ilin əvvəllərində ev almaq məqsədilə iddiaçı tərəfindən cavabdehə saxlamaq üçün verilməsi bir daha öz təsdiqini tapmışdır. Yəni, həmin birdəfəlik verilmiş 12500 ABŞ dollarının uşağın saxlanması və digər xərclər üçün cavabdehə verilməsi işdə olan cənədlərlə təsdiq olunmur.
61. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə faktlar nöqteyi-nəzərindən yalnış nəticəyə gəlmişdir.
62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməklə 12500 ABŞ dolları məbləğində pul qətnamə icra olunan günə manat məzənnəsi ilə cavabdeh İsmayılova Könül Rafiq qızından tutularaq, iddiaçı İsmayılov Elbəyi İsmayıl oğluna verilməlidir.
63. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbi təmin edildiyindən iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və 154.40 manat ödənilmiş dövlət rüsumu cavabdeh İsmayılova Könül Rafiq qızından alınaraq, iddiaçı İsmayılov Elbəyi İsmayıl oğluna verilməlidir.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385, 388, 392, 393 və 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı İsmayılov Elbəyi İsmayıl oğlunun nümayəndəsi (vəkil) vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdeh İsmayılova Könül Rafiq qızından 12500 (on iki min beş yüz) ABŞ dolları pul qətnamə icra olunan günə manat məzənnəsi ilə və 154.40 (bir yüz əlli dörd manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq, iddiaçı İsmayılov Elbəyi İsmayıl oğluna verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.