Məhkəmə qərarları › İş №2(3-7)-917/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-917/2026

23.07.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-917/2026 23.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mülkiyyət hüquqlarına müdaxilənin aradan qaldırılması, əmlakdan istifadəyə yaradılmış maneələrə son qoyulması və həmin hissənin boşaldılması” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ##.##.2025-ci il tarixli ***** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

2. ##.##.2016-cı il tarixli *(***)-****/**** saylı Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən görünür ki, cavabdeh Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi Səfərəliyev Yusif İbrahim oğlu həmçinin iddiaçı İddiaçı tərəfindən verilmiş appellyasiya şikayətləri qismən təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin ## ###### 2016-cı il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ləğv edilməsi və iddianın qismən təmin edilməsi, Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 0.0054 ha torpar sahəsində inşa edilmiş 45.5 kvadratmetr xidmət təyinatlı qeyri-yaşayış binasının 21.5 kvadratmetr hissəi tərəflərin birgə mülkiyyət hesab edilməsi və həmin əmlakın ½ hissəsinə iddiaçı İddiaçı payı müəyyən edilməsi qət olunmuşdur.

3. *** saylı qeyri-yaşayış binasının texniki pasportundan görünür ki, Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşən qeyri-yaşayış sahəsində Abdullayev Vahid Qabil oğlu sahibkardır.

4. ##.##.2000-ci il tarixli ****** saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bərdə şəhərində yerləşən torpaq sahəsi Bərdə bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə 54.kvm sahibkarlıq məqsədi lə torpaq sahəsi ilə bağlı tərtib edilmişdir.

5. ##.##.2010-cu il tarixli ********** saylı çıxarışdan görünür ki, Bərdə şəhəri C.Məmmədquluzadə küçəsində yerləşən 0.073885 ha xüsusi mülkiyyətdə hüquq sahibi Abdullayev Vahid Qabil oğludur.

6. ##.##.2017-ci il tarixli ****** saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah ##.##.2017ci il tarixdə ləğv edilmişdir.

7. ##.##.2019-cu il tarixli **** saylı ekspertrəyindən görünür ki, iddiaçıAbdullayevaSadiqə Rəhim qızının və cavabdeh Cavabdeh bərabər paylarla mülkiyyətlərində olan Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 0,00054 ha torpaq sahəsində inşa edilmiş 45,5 kvm xidmət təyinatlı qeyri- yaşayış binasının 21,5 kv.m hissəsinin mövcud texniki pasportda mövcud ## ### 2003-cü il tarixli istismara qəbul edilmə aktı və 2003cü il tarixli texniki pasportda, həmçinin ## ###### 2009-cu il tarixli daşınmaz əmlakın texniki pasportuna və obyektin istismara qəbul edilməsinə dair ## ### 2008-ci iltarixli aktına mawe olaraq yerləşdiyi nöqtələrə, sahəyə müvafiq olaraq bərabər paya tərəflər arasında naturada bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir.

8. ##.##.2020-ci il tarixli *(***)-**/**** saylı Bərdə Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan qeyriyaşayış sahəsinin naturada bölünməsi, payına düşən hissədən maneəsiz istifadə hüququnun təmin edilməsinə və cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş ziyan tələbinə dair iddia tələbi təmin edilməməsi,Ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat iddiaçı İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X7, KOD 210005 VÖEN ********** mìh AZ41NABZ01360100000000003944 SFİFT BIK CTREAZ22 hesabına köçürülməsi qət edilmişdir.

9. ##.##.2025-ci il tarixli *** saylı vəkil orderindən görünür ki, X5 Abdullayev Vahid Qabil oğluna hüquqi yardım göstərmişdir. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ##.##.1980-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəhəri C.Məmmədquluzadə küç ev 22 ünvanında qeydiyyatdadır.

10. ##.##.2026-cı il tarixli *-**-*-**/*-***/**** saylı məktubdan görünür ki, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən ümumi sahəsi ilə birlikdə 45.6 kv.m olan qeyri yaşayış sahəsinin bölünmüş 21 kv.m hissəsinin İddiaçı ayrılmış 10.5 kv.m hissəyə, Cavabdeh 450 inventar nömrə ilə ayrılmış texniki pasportda göstərilən (24 kv.m) istiqamətdən tək girişqapısının olması və həmçinin obyektin ümumi sahəsi içərisində heç bir arakəsmə olmaması səbəbindən həmin 10.5 kv.m sahənin ölçülməsi və mülkiyyətə verilməsi tərəflərindən mümkün olmamışdır.

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı İddiaçı məhkəmədə iddia qaldıraraq, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən, sahəsi 45,6 kv.m. olan qeyri yaşayış binasının məhkəmə qətnaməsi əsasında bölünərək ona verilmiş 10,5 kv.m. sahəsindən onun istifadəsinə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və mülkiyyət hüquqlarına müdaxilələrə son qoyulmaqla bu sahənin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən sahəsi 45,6 kv.m. olan qeyri yaşayış binası, bərbərxananın 21,5 kv.m. hissəsində olan paylı mülkiyyətin mülkiyyətçiləri arasında bölünmüş və ½ hissəsinin yəni, 10,75 kv.m. hissəsi ona verilmişdir. Qeyd olunan qeyriyaşayış sahəsindən ona çatası payın müəyyən olunması ilə bağlı Bərdə rayon məhkəməsinin qətnaməsi ##.##.2016-cı ildə qəbul edilmişdir. Lakin cavabdeh onu bir mülkiyyətçi kimi həmin paydan məhrum etdiyi üçün o qeyd olunan qeyri yaşayış sahəsinin naturada bölünməsi barədə iddia qaldırmış, lakin iddia tələbi obyektin naturada bölünməsinin texniki cəhətdən mümkün olmaması səbəbindən təmin olunmamışdır. Belə ki, iddiaçı həmin obyektə ekspert baxış keçirən zaman bölgünün mümkünsüzlüyünü təmin etmək üçün obyektin arxa qapısını bağlatdırmışdır. Qeyd olunan sahədən və ona ayrılan paydan iddiaçı artıq 9 ildir ki, istifadə edir, gəlir götürür, lakin nəinki qazandığı gəlirdən onun payına düşən nisbətdə ona ödəniş etmir, əksinə ondan uşaqlar üçün aliment alır. Cavabdehin bu hərəkətləri onun mülkiyyət hüquqlarını pozur və o onun təqsiri üzündən öz əmlakından məhrumdur, belə hesab edir ki, cavabdehin onu həmin obyektə buraxmaması və bir kv.m bazar dəyərindən də aşağı məbləğdə yəni 3000 manat kompensasiya təklifi onun mülkiyyət hüquqlarının pozulması deməkdir, belə hesab edir ki, onun mülkiyyət hüquqlarının pozulmasına yönələn bu hərəkətlər cavabdehə qadağan olunmalı və onun həmin obyektdən bir mülkiyyətçi kimi istifadə hüquqlarına təminat verilməlidir.

13. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Ziya Abdullayev) iddianın təmin edilməsi, Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi, 0,0054 ha torpaq sahəsində yerləşən 45.5 kv.metr xidmət təyinatlı qeyri-yaşayış sahəsinin cavabdehə məxsus 10,75 kv.metr olan hissəsinə gediş-gəliş üçün yol ayrılmaqla, 10.75 kv.m olan hissədən istifadəyə cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın və həmin hissə cavabdeh tərəfindən boşaldılaraq iddiaçı Abdullayeva Sədiqə Rəhim qızına təhvil verilməsi, iddiaçı İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya yekun məhkəmə aktı əsasında ayrılmış 10,75 kv.metr hissədə indiyədək iddiaçının mülkiyyət hüquqları bərqərar olmamış, onun tərəfindən istifadə belə mümkün olmamışdır. Həmin qeyri-yaşayış sahəsinə tək giriş qapısı olmaqla, arakəsmələr mövcuddur. Mütəxəssis rəyinə və tərəflərin izahatına əsasən iddiaçının mülkiyyət hüquqlarının realizəsinə yaradılmış maneələr aşkardır. Naturada bölünmənin mümkün olmaması əmlakın hərracda satılmasınadək olan müddətdə iddiaçının sahiblik, istifadə hüquqlarının realizəsinə maneə hesab olunmamalıdır.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci, Torpaq Məcəlləsinin 49, 55, 66, 82-84, Mülki Prosessual Məcəllənin 14, 77, 82, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

16. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını pozmuşdur. Bərdə Rayon Məhkəməsinin müvafiq qətnaməsinə müvafiq olaraq 10.75 kv/m olan hissəsinə gediş-gəliş üçün yol ayrılmaqla 10.75 kv/m olan hissədən istifadəyə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və istifadəyə cavabdeh tərəfindən icazə verilməsinə dair qətnamə qəbul edilib. Ən əvvəl o, heç bir maneə yaratmamışdır. Şəxsin adına verilmiş 10.5 kv/m sahəsi tam anklav vəziyyətindədir. O, bu şəxsin hansı gediş-gəlişinə məhdudiyyət qoymuşdur ki, bu hallar ona istiqamətləndirilsin? İşdən göründüyü kimi məhkəmə iddiaçının payına düşən hissədən maneəsiz istifadə hüququnun təmin edilməməsinə dair mövqeyini ortaya qoymuşdur. Mübahisənin bu hissəsinə məhkəmə baxsada, hazırki mübahisələndirilən qətnamənin qət etdi hissəsində qeyd edilir ki, cavabdehə məxsus 10.75 kv/m hissəyə gediş-gəliş üçün yol ayrılsın və yaranmış maneələr aradan qaldırılsın. Bundan əvvəlki məhkəmədə isə maneəsiz istifadə hüququnu məhkəmə təmin etməmişdir. Burada sözlər fərqli olsalar da, məzmun və məna eynidir. Bundan başqa, Bərdə rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin qismən təmin olunmuş hissəsində mübahisəli ərazinin 21.5 kv/m hissəsinin tərəflərin birgə mülkiyyəti hesab edilməsi və əmlakın ½ hissədə İddiaçı payı müəyyən edilmişdir. Həmin ərazi onun nigaha qədər əldə etdiyi əmlakın arxası olmaqla tam anklav vəziyyətdədir. Yəni, çıxışı konkret olaraq arxayıdır. Bu günə kimi həmin əmlak iddiaçıya münasibətdə dövlət qeydiyyatına alınmamışdır. İddiaçının qeyd olunan daşınmaz əmlak üzərində heç bir sərəncam hüququ belə yoxdur. Əmlak üzərində istifadə hüququnun olması məhkəmə qətnaməsində təsdiq olunur. Ancaq bir mülkiyyətçi olaraq mülkiyyəti müəyyən edən üç elementin birinin olmaması onun mübahisələndirdiyi mülkiyyət üzərində hüququnu mütləq müəyyən etmir. O, mülkiyyət üzərində sərəncam vermək hüququ olmayan bir şəxsin nədən öz torpağını ona ayırmaqla istifadəsinə yol verməlidir. Bundan başqa, İddiaçı 10.5 kv/m əmlakı naturada bölünməmişdir. Bu əmlakın naturada bölünməməsi mümkün olmadığı bir halda məhkəmə 10.5 kv/m sahəsinin 21.0 kv/m əmlak sahəsinin harasında yerləşdiyini nə ilə müəyyən edib. Şəxsin yerinin harada olduğu bəlli olmadığı bir halda maneəsiz gediş-gəlişin aparılması hansı hissədə aparılacaq? Məhkəmə onun prosessual hüquqlarını pozmuşdur. Məhkəmə ona qarşı qərəzlidir. Təqdim etdiyi heç bir sübuta önəm və dəyər verməmişdir. Onun mülkiyyət üzərində olan hüquqlarını açıq şəkildə pozmuşdur. Ekspert rəyləri və məhkəmə qətnamələrində daşınmaz əmlakın hər hansı bir hissəsinin naturada ayrılması texniki cəhətdən qətiyyən mümkün olmadığı halda naturada bölünməmiş iddiaçının hətta yerinin harada olması belə mübahisəli olan obyektin daxili sahəsinin ortasından iddiaçıya gediş-gəliş xəttinin verilməsi, ona məxsus 24.0 kv/m-lik mağaza sahəsini tamamilə istifadəsiz və yararsız hala salır. Bu, servitut deyil, onun əmlakının faktiki olaraq müsadirə edilməsi və digər şəxsin pulsuz istifadəsinə verilməsidir.

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

20. İddiaçı İddiaçı məhkəmə kollegiyasına elektron-ərizə ünvanlayaraq, göstərmişdir ki, “##.##.2026-cı il tarixində saat 14:40-a təyin edilmiş məhkəmə baxış iclasında iştirak etməli idim. Lakin vəfat hadisəsinin baş verməsi və bununla əlaqədar hüzür mərasimində iştirak etməli olduğum üçün həmin tarixdə məhkəmə iclasına gəlməyim mümkün olmayacaqdır. Yaranmış vəziyyətin iradəmdən asılı olmayan üzrlü səbəb olduğunu nəzərə alaraq, iştirakım olmadan işə baxılmamasını və məhkəmə baxış iclasının başqa tarixə təyin edilməsini Sizdən xahiş edirəm. Müraciətimin nəzərə alınacağına ümid edir, əvvəlcədən təşəkkürümü bildirirəm.”

21. Cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) Vəkil məhkəmə kollegiyasına elektronərizə ünvanlayaraq, göstərmişdir ki, “Məhkəmə proseslərinin eyni vaxtda üst-üstə düşməsini, iş yükünü və real vəziyyəti nəzərə alaraq Sizdən xahiş edirəm ki, ##.##.2026-cı il tarixinə saat 14:40 təyin olunmuş məhkəmə prosesinin (Cavabdeh Apellyasiya Şikayəti üzrə) vaxtını həmin gün saat 17:00 təxirə salasınız. Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm.”

22. Həmçinin, cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) Vəkil icraatın dayandırılması barədə məhkəmə kollegiyasına elektron-ərizə ünvanlayaraq, göstərmişdir ki, “Hörmətli Məhkəmə, Tərəfimdən İddiaçı qarşı Apellyasiya şikayəti vermişəm. Bildirirəm ki, iddiaçı mənə qarşı "mülkiyyət hüquqlarına müdaxilənin aradan qaldırılması, əmlakdan istifadəyə yaradılmış maneələrə son qoyulması və həmin hissənin boşaldılması" tələbinə dair iddia ilə Bərdə rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən Apellyasiya şikayəti vermişəm. Şikayətim Sizin icraatınızdadır. Məlum edirəm ki, eynən mən hazırki iddiaçıya qarşı hazırki mübahisələndirilən ərazinin hərrac yolu ilə satılması ilə bağlı iddia ilə Bərdə rayon Məhkəməsinə müraciət etmişəm. Tələbim Bərdə rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5-114)- ***/**** saylı qətnaməsi ilə təmin edilmiş, hazırki mübahisələndirilən əmlakın hərrac keçirilməklə satılması və satışdan əldə olunan məbləğin tərəflərə münasibətdə bölünməsinə dair qətnamə qəbul edilib. Qətnamə qanuni qüvvəsini almamışdır. Mən həmin qətnamənin surətini Sizə təqdim edirəm. Hazırki ərizəmin əsası odur ki, qəbul olunmuş sonuncu qətnamənin qanuni qüvvəyə mindiyi halda iddiaçının Sizin icraatınızda olan qətnaməsinin əhəmiyyəti öz-özlüyündə itir. Məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı olan hazırki qətnamə mənim hüquqlarımı açıq-aşkar pozmaqla bərabər ciddi qanun pozuntuları ilə tərtib olunmuşdur. Bərdə rayon Məhkəməsinin sonuncu qətnaməsi mübahisələndirilməmişdir. Qətnamə qanuni qüvvəyə mindiyi halda mübahisəli əmlak hərraca çıxarılacaq və satılacaqdır. Ona görə də mənim vermiş olduğum Apellyasiya şikayətinin icraatının dayandırılmasını əsaslı hesab edirəm. Çünki AR MPM-nın 254.1.4-cü maddəsinə müvafiq olaraq məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmağın mümkün olmaması səbəbindən məhkəmə icraatı dayandıra bilər. Mənim hazırki Apellyasiya şikayətimin icraatının dayandırılmasını mübahisələndirilən əmlak üzərində hərracın keçirilməsi səbəbindən əsaslı hesab edirəm. Ona görə də məhkəmə Kollegiyasından xahiş edirəm ki, hərracla bağlı Bərdə rayon Məhkəməsinin mübahisələndirilən əmlak üzərində mübahisəmizin həll edilməsi müddətinədək mənim tərəfimdən hazırda Apellyasiya qaydasında baxılan Apellyasiya şikayətinin icraatını dayandırasınız.”

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

26. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

27. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

28. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar.

29. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.

30. Maddə 217.4. Əşyanın dəyərini artırmaq və ya sərfəliliyini və işlənməyə yararlığını yüksəltmək məqsədi ilə aparılan təzələmə və yenidənqurma işləri üçün eyni zamanda əşyadakı payların çox hissəsini təmsil edən mülkiyyətçilərin əksəriyyətinin razılığı zəruridir. Əşyanın əvvəlki təyinatı üzrə işlədilməsini və ya istifadəsini iştirakçılardan biri üçün əhəmiyyətli dərəcədə və həmişəlik çətinləşdirən və ya sərfəsiz edən dəyişikliklər onun razılığı olmadan aparıla bilməz.

31. Maddə 217.3. Mülkiyyətçilərin əksəriyyətinin razılığı ilə əşyanın dəyərini və işlənməyə yararlığını qorumaq üçün saxlama, təmir (bərpa) və təzələmə işləri aparıla bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

32. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

36. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

37. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

38. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

39. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

40. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, ##.##.2016-cı il tarixli, *(***)-****/**** saylı Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən görünür ki, cavabdeh Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi Səfərəliyev Yusif İbrahim oğlu həmçinin iddiaçı İddiaçı tərəfindən verilmiş appellyasiya şikayətləri qismən təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin ## ###### 2016-cı il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ləğv edilməsi və iddianın qismən təmin edilməsi, Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 0.0054 ha torpar sahəsində inşa edilmiş 45.5 kvadratmetr xidmət təyinatlı qeyri-yaşayış binasının 21.5 kvadratmetr hissəi tərəflərin birgə mülkiyyət hesab edilməsi və həmin əmlakın ½ hissəsinə iddiaçı İddiaçı payı müəyyən edilməsi qət olunmuşdur. Qeyriyaşayış binasının texniki pasportundan görünür ki, Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşən qeyri-yaşayış sahəsində Abdullayev Vahid Qabil oğlu sahibkardır. Ekspert rəyindən görünür ki, iddiaçı X3 və cavabdeh Cavabdeh bərabər paylarla mülkiyyətlərində olan Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 0,00054 ha torpaq sahəsində inşa edilmiş 45,5 kvm xidmət təyinatlı qeyri- yaşayış binasının 21,5 kv.m hissəsinin mövcud texniki pasportda mövcud ## ### 2003-cü il tarixli istismara qəbul edilmə aktı və 2003-cü il tarixli texniki pasportda, həmçinin ## ###### 2009-cu il tarixli daşınmaz əmlakın texniki pasportuna və obyektin istismara qəbul edilməsinə dair ## ### 2008-ci iltarixli aktına mawe olaraq yerləşdiyi nöqtələrə, sahəyə müvafiq olaraq bərabər paya tərəflər arasında naturada bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir.

45. Göründüyü ki, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən sahəsi 45,6 kv.m. olan qeyri-yaşayış binası, “bərbərxananın” 21,5 kv.m. hissəsində olan paylı mülkiyyət mülkiyyətçiləri arasında bölünmüş və ½ hissəsinin yəni, 10,75 kv.m hissəsi iddiaçı İddiaçı verilmişdir. İddiaçı cavabdeh tərəfindən mülkiyyətçi kimi həmin paydan məhrum edildiyini və cavabdehin ona müxtəlif maneələr yaratdığını göstərmişdir.

46. Həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus qeyri-yaşayış binasının 10,75 kv.m hissəsi cavabdeh tərəfindən qanuni əsas olmadan istifadə olunur. Nəticədə iddiaçı öz mülkiyyət hüququ əsasında ona məxsus hissədən istifadə etmək imkanından məhrum edilmiş, bununla da onun sahiblik və istifadə hüquqları pozulmuşdur.

47. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın * saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

48. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir».

49. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə iddiaçı cavabdehdən ona yaradılan maneəyə son qoymasını tələb etməkdə haqlı olmuş, işə baxan məhkəmə həmin hissədə düzgün hüquqi nəticəyə gəlmişdir.

50. Kollegiya qeyd edir ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş mülkiyyət hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir.

51. Məhkəmə kollegiyası qətnamə üzrə iddia tələbinin təmin edilmiş, Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi, 0,0054 ha torpaq sahəsində yerləşən 45.5 kv.metr xidmət təyinatlı qeyriyaşayış sahəsinin cavabdehə məxsus 10,75 kv.metr olan hissəsinə gediş-gəliş üçün yol ayrılmaqla və həmin hissə cavabdeh tərəfindən boşaldılaraq iddiaçı Abdullayeva Sədiqə Rəhim qızına təhvil verilməsi hissəsinə münasibətdə apellyasiya şikayətinin dəlillərini qəbul əsaslı hesab edərək, qeyd edir ki, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Əşyanın dəyərini artırmaq və ya sərfəliliyini və işlənməyə yararlığını yüksəltmək məqsədi ilə aparılan təzələmə və yenidənqurma işləri üçün eyni zamanda əşyadakı payların çox hissəsini təmsil edən mülkiyyətçilərin əksəriyyətinin razılığı zəruridir. Əşyanın əvvəlki təyinatı üzrə işlədilməsini və ya istifadəsini iştirakçılardan biri üçün əhəmiyyətli dərəcədə və həmişəlik çətinləşdirən və ya sərfəsiz edən dəyişikliklər onun razılığı olmadan aparıla bilməz.

52. Məhkəmə kollegiyası qeyd edir ki, Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi, 0,0054 ha torpaq sahəsində yerləşən 45.5 kv.metr xidmət təyinatlı qeyri-yaşayış sahəsinin cavabdehə məxsus 10,75 kv.metr olan hissəsinə gediş-gəliş üçün yol ayrılması ilə bağlı heç bir sənəd iş materiallarına əlavə edilməmiş və kollegiyaya təqdim edilməmişdir. İddiaçı gediş-gəliş üçün yol ayrılması ilə bağlı dəlillərini sübuta yetirə bilməmişdir. Bərdə rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin qismən təmin olunmuş hissəsində mübahisəli ərazinin 21.5 kv/m hissəsinin tərəflərin birgə mülkiyyəti hesab edilməsi və əmlakın ½ hissədə İddiaçı payı müəyyən edilmişdir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda gediş-gəliş üçün yol ayrılması əsaslı hesab edilmir. Ekspert rəyləri və məhkəmə qətnamələrində mübahisə predmetinin hər hansı bir hissəsinin naturada ayrılması texniki cəhətdən qətiyyən mümkün olmadığı göstərilmiş, naturada bölünməmiş iddiaçının hətta yerinin harada olması belə mübahisəli olan obyektin daxili sahəsindən iddiaçıya gediş-gəliş yolunun ayrılması, cavabdehə məxsus paya müdaxilə ola və mübahisə predmetini tamamilə istifadəsiz və yararsız hala sala bilər. Bundan başqa, cavabdeh tərəfindən iddiaçıya məxsus olan mübahisə predmetinin 10,75 kv.metr olan hissəsinin zəbt edilməsi ilə bağlı da iddia ərizəsinin dəlillərini təsdiq edəcək mötəbər sübutlar kollegiyaya təqdim edilməmişdir.

53. Qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Konstitusiya Məhkəməsi Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərar).

54. Qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi qismən təmin edilməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi qismən, Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi, 0,0054 ha torpaq sahəsində yerləşən 45.5 kv.metr xidmət təyinatlı qeyri-yaşayış sahəsinin cavabdehə məxsus 10,75 kv.metr olan hissəsinə gediş-gəliş üçün yol ayrılmaqla və həmin hissə cavabdeh tərəfindən boşaldılaraq iddiaçı Abdullayeva Sədiqə Rəhim qızına təhvil verilməsi hissəsində ləğv edilsin və yeni qətnamə qəbul edilməklə, həmin hissədə iddia tələbi təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi, 0,0054 ha torpaq sahəsində yerləşən 45.5 kv.metr xidmət təyinatlı qeyri-yaşayış sahəsinin 10.75 kv.m olan hissəsindən istifadəyə cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılması və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar