Məhkəmə qərarları › İş №2(3-7)-926/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-926/2026

02.07.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-926/2026 02.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçılar iddiaçı3 və qeyrilərinin cavabdehlər cavabdeh2 və cavabdeh* qarşı su yolunun açılması və s. tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin *9.02.2026-cı il tarixli, 2(02*)-565/2026 saylı qətnaməsindən iddiaçı iddiaçı3 tərəfindən verilmiş şikayətin mümkülüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ İddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı* cavabdehlər cavabdeh2 və cavabdeh* qarşı, 3cü şəxslər Bərdə rayon Mustafaağalı kənd icra nümayəndəsi və Bərdə rayon Mustafaağalı bələdiyyəsi cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə rayon Mustafaağalı kəndində yerləşən həyətyanı torpaq sahələrinə gedən su yolunun açılmasına, suyun açılmasında maneələrin aradan qaldırılmasına, cavabdehlərin qanunsuz hərəkətlərinə qadağa qoyulmasına və cavabdehlər cavabdeh2 və cavabdeh* qanunsuz hərəkətlərinə qadağa qoyulmasına və dövlət rüsumu hesabına ödənilmiş *00 manat pulun cavabdehlərdən alınaraq onların xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin *9.02.2026-cı il tarixli, 2(02*)-565/2026 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı* mülkiyyətlərində olan Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən torpaq sahələrinə gedən su yolundan (su arxından) sərbəst istifadə edilməsinə cavabdehlər cavabdeh2 və cavabdeh* tərəfindən yaradılan maneələr aradan qaldırılması, iş üzrə iddiaçı iddiaçı2 tərəfindən ödənilmiş *00 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin *9.02.2026-cı il tarixli, 2(02*)-565/2026 saylı qətnaməsindən iddiaçı iddiaçı3 apellyasiya şikayəti vermişdir. Bərdə Rayon Məhkəməsinin *9.02.2026-cı il tarixli, 2(02*)-565/2026 saylı qətnaməsindən cavabdeh cavabdeh* apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iddiaçı iddiaçı3 apellyasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti MPM-nin 36*-ci maddəsinin tələblərinə riayət edilmədən verilmədiyindən qəbul olunmamalı və apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 36* və 363-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün işlə birlikdə geri qaytarılmalıdır. Belə ki, şikayət yoxlanılarkən müəyyən edilmişdir ki, iddiaçı iddiaçı3 tərəfindən verilmiş şikayət qanunvericilik ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmamışdır. İddiaçı iddiaçı3 apellyasiya şikayətində Bərdə Rayon Məhkəməsinin *9.02.2026-cı il tarixli, 2(02*)- 565/2026 saylı qətnaməsinin qismən ləğv edilməsini və cavabdeh cavabdeh* cavabdehlikdən azad olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxsin tələbi qaydalara uyğun olmamaqla, qeyri-müəyyənlik daşımışdır. Azərbaycan Respublikası MPM-nin: 36*.*. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 36*.*.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 36*.*.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 36*.*.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 36*.*.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 363.*-ci maddəsinə görə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.*.*-*. apellyasiya şikayəti bu Məcəllənin 36*-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə. 366.*-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra *5 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiya şikayətinin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, habelə apellyasiya şikayətinin forması MPM-ə * saylı əlavədə müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi aydın və konkret şəkildə ifadə olunmalı, orada hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qanunvericiliyə uyğunluğunun yoxlanılması üçün geri qaytarılmalı, birinci instansiya məhkəməsi şikayətin MPM-yə uyğunluğunu yoxlayarkən, göstərilən nöqsanları aradan qaldırmalı və qərardadda göstərilən əsasları nəzərə almalıdır. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını müzakirə edərək, verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 364.*-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayıb qanuni qərar qəbul etməlidir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddiaçı3 apellyasiya şikayətinin qanunvericiliyə uyğunluğunun yoxlanılması üçün mülki iş geri qaytarılmalı olduğundan, cavabdeh cavabdeh* Bərdə Rayon Məhkəməsinin *9.02.2026-cı il tarixli, 2(02*)-565/2026 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin mümkünlüyünə baxılmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 36*, 363, 364.* və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Bərdə Rayon Məhkəməsinin *9.02.2026-cı il tarixli, 2(02*)-565/2026 saylı qətnaməsindən iddiaçı iddiaçı3 verdiyi apellyasiya şikayəti icraata qəbul olunmasın. Apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 36* və 363cü maddəsinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün işlə birlikdə Bərdə Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar