Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-927/2026 16.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilən hallar; preyudisiya mexanizmi; qanunsuz məqsədlə verilmiş pul vəsaiti Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Iddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qanuni qüvvəyə minmiş hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.2, 312-1.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, 311.3.2-ci maddə ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən bir il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, səkkiz il müddətə azadlıqdan məhrum etmə, 312-1.1-ci maddə ilə 46.2-ci maddəyə əsasən bir il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, üç il müddətə azadlıqdan məhrum etmə növündə cəza, 313-cü maddə ilə bir il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, bir il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq bir il altı ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, doqquz il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş doqquz il müddətə azadlıqdan məhrum etmə cəzası beş il sınaq müddəti ilə şərti hesab edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil Istismar Departamentinin direktoru Səbuhi Əhmədov tərəfindən verilmiş ##.##.2019-cu il tarixli *** nömrəli əmrlə həmin tarixdən Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil Istismar Departamentinin Ağdam Rayon Mənzil Kommunal istismar sahəsinin rəisi vəzifəsində işləyərkən ##.##.2021-ci tarixdə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil Istismar Departamentinin direktoru Səbuhi Əhmədov tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən mənzilkommunal istismar sahəsinin rəisi olaraq sahənin ümumi fəaliyyətinə rəhbərliyi həyata keçirmək, sakinlərə müraciətlərinə əsasən onlara müvafiq arayışları vermək, xidməti ərazisində yerləşən mənzil fondunun və kommunal obyektlərin düzgün istismarına nəzarət etmək, işçilər tərəfindən əmək və icra intizamına riayət edilməsini təmin etmək, mənzil-kommunal istismar sahəsinin istismarında olan binalarda boşalmış yaşayış və qeyri-yaşayış sahələri barədə 24 saat ərzində yuxarı təşkilata məlumat vermək və həmin sahənin tutulmasına yol verməmək, yaşayış sahələrinə kirayə müqavilələrinin bağlanılmasını və həmin müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirilməsini təmin etmək, eləcə də digər inzibati-təsərrüfat və təşkilatisərəncamverici səlahiyyətlərə malik vəzifəli şəxs kimi həmin sahədə fəhlə qismində işləyən X1 2023-cü ilin sonundan 2024-cü ilin əvvəlinədək mütəmadi olaraq işini icra etməməklə əmək intizamı qaydalarını pozması səbəbindən işdən çıxarılması barədə mövqeyini sonuncunun əri İddiaçı Sərxan oğluna 2024-cü ilin yanvar ayının əvvəllərində bildirib, xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkət, yəni Nəzakət Şükürovanın 2024-cü ilin may ayında pensiya yaşı tamam olanadək işdə saxlanılması, qeyd olunan müddət ərzində Nəzakət Şükürovanın işə gəlməməsinə şərait yaratmaqla, sonuncunun yerinə İddiaçı həftədə bir dəfə olmaqla sahəyə gələrək davamiyyət kitabına imza etməsini təmin etmək müqabilində İddiaçı Sərxan oğlundan özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1000 manat məbləğində pul vəsaitini qeyd edilən ərəfədə Ağdam rayonu Quzanlı-*** saylı qəsəbəsində yerləşən inzibati binada xidməti iş otağında rüşvət qismində istəyərək İddiaçı razılığını almaqla, həmin niyyətlə İddiaçı ilkin olaraq Ağdam rayonu Quzanlı-*** saylı qəsəbəsində yerləşən xidməti iş otağında ##.##.2024-cü il tarixdə 500 manat, ##.##.2024-cü il tarixdə 500 manat olmaqla ümumilikdə vahid niyyətlə maddi nemət olan 1000 manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində almış, verdiyi vədinə əməl etməklə Nəzakət Şükürovanın əmək haqqı alması üçün əsas olan rəsmi sənəd hesab edilən işçinin davamiyyət jurnalına qeyd edilən tarixdə qeyd edilən ünvanda yerləşən xidməti iş otağında sonuncunun mütəmadi olaraq işə getməməsinə şərait yaratmaqla əmək haqqı almasına, davamiyyət jurnalına Nəzakət Şükürovanın işə gəlməsi barədə bilə-bilə yalan məlumatların vahid tamah niyyətlə daxil edilməklə sonuncunun cinayətdən xəbərsiz əri İddiaçı tərəfindən imzalanmasına nail olmaqla vəzifə saxtakarlığı etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş İddiaçı Sərxan oğlu ifadəsində göstərmişdir ki, o, 2021-ci ildə Rayon Icra Hakimiyyəti başçısının yanına gedərək özünə iş və ya torpaq verməsini xahiş etmişdir. Oradan onu Cavabdeh yanına göndərmişlər. Həmin vaxta kimi o, sonuncunun Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil Istismar Departamentinin Ağdam rayon mənzil kommunal istismar sahəsinin rəisi olduğunu bilməmişdir. Valeh müəllimin yanına getdikdə sonuncu ona yaşının çox olduğunu və onun yerinə yoldaşı X1 işə götürə biləcəyini demiş, o da bununla razılaşmışdır. X2 ilə birlikdə Valeh müəllimin yanına getmişdir. Sonuncu onun yoldaşına işə qəbul üçün ərizə yazmasını bildirmiş və onlar oradan çıxmışlar. Bir qədər sonra bir nəfər ona yaxınlaşıb “Valeh müəllim deyib ki, yoldaşı Nəzakətin gəlməmək şərti ilə işə düzəlməsi üçün 5000 manat, gəlmək şərti ilə işə düzəlməsi üçün 3000 manat verməlisən” demiş, o isə həmin şəxsə 2 günə verəcəyini demiş, daha sonra 3000 manat pul vermişdir. Bir müddət keçdikdən sonra böyük avtomobillərin slesarı kimi işlədiyi üçün idarənin sürücülərindən biri ona yaxınlaşıb avtomobillərdən birinin radiatorunun xarab olduğunu və Valeh müəllimin bunu düzəltdirməyini istədiyini bildirmiş, o da 1500 manata düzəltdirib gətirmişdir. 2024-cü ilin yanvar ayının əvvəllərində səhər saat 08 radələrində Nəzakətin iş yeri üzrə sahə nəzarətçisi işləyən Samir ona zəng edib Nəzakətlə birlikdə idarəyə gəlməyini istəmişdir. Onlar iradəyə gedəndə Samir Əliyevin xidməti otağında olarkən sonuncu ona arvadı Nəzakətin işə gəlib-getməli olduğunu, əks halda işdən azad olunacağını bildirmişdir. O, bir neçə gün sonra Cavabdeh iş yerinə gedib sonuncuya xidməti otağında arvadı Nəzakət Şükürovanın əmək pensiyasına çıxması üçün müəyyən olunmuş yaş həddinə çatmasına 6 ay müddət qaldığını bildirib köməklik etməsini xahiş etmiş, Cavabdeh də yuxarıdan tapşırıq olduğunu və arvadının işdən azad olunacağını demişdir. O, Nəzakətin işə götürülməsi üçün 3000 manat verdiyini, əlavə olaraq da idarənin avtomobillərdən birinin radiatorunu düzəltdirilməsinə 1500 manat pul xərclədiyini demişdir. Valeh isə Nəzakətin həmin ilin may ayınadək işdə saxlanılmasını təmin etməyə çalışacağını demişdir. O, bunun qarşılığında nə qədər pul verməli olduğunu soruşanda sonuncu “heç nə, çay pulu verərsən” demişdir. O da iki dəfəyə 1000 manat verə biləcəyini deyib həmin vaxt üzərində olan 500 manat pulu xidməti otağında Cavabdeh vermiş, qalan 500 manat pulu da ayın sonuna kimi verəcəyi ilə bağlı razılaşmışdır. Cavabdeh onu çağırmaqda məqsədinin pul almaq olacağını bildiyi üçün əvvəlcədən üzərində olan səs və görüntü qeydə alan vasitə ilə sonuncunun videogörüntüsünü qeydə almış və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinə ərizə ilə müraciət edib qeydə aldığı videogörüntüləri təqdim etmişdir. Müraciəti əsasında araşdırma başlanmış və izahatı alınmışdır. ## #### 2024-cü il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin əməkdaşları tərəfindən onun üzərinə səs və video görüntüləri qeydə alan xüsusi texniki vasitə quraşdırılmış və istifadə qaydaları izah edilmiş, ona üzərində xüsusi nişanlar yazılmış 5 ədəd 100 manatlıq pul vəsaiti təqdim edilmiş və o, ## #### 2024-cü il tarixdə saat 10 radələrində Cavabdeh iş yerinə gedib xidməti otağında qalan 500 manatı sonuncuya vermişdir. Cavabdeh də verdiyi vədə əsasən arvadı Nəzakətin təqaüd yaşınadək işləməsinə, səhhətində problemlər olduğu zaman isə əvəzinə onun işə gəlməyinə şərait yaradacağını bildirmişdir. Nəzakət işə getməyəndə sonuncunun yerinə özü gedib davamiyyət jurnalına imza etmiş, hətta arvadının görməli olduğu işləri də görmüşdür. O, ümumilikdə X2nın işi ilə bağlı Cavabdeh 5000 manat vermişdir.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci ildə rayon icra hakimiyyətinin başçısının qəbuluna gedərək özünə iş və ya torpaq sahəsi ayrılması ilə bağlı müraciət etmişdir. Bu məsələ ilə əlaqədar Cavabdeh yanına müraciət etməli olduğu iddiaçıya bildirilmişdir. Həmin vaxta qədər Cavabdeh Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil Istismar Departamentinin Ağdam rayon mənzil kommunal istismar sahəsinin rəisi olduğunu iddiaçı bilməmişdir. Cavabdeh yanına getdikdə sonuncu iddiaçının yaşının çox olduğunu bildirərək işə götürə bilməyəcəyini, lakin həyat yoldaşı X1 işlə təmin edə biləcəyini demişdir. Iddiaçı bununla razılaşmış və həyat yoldaşı ilə birlikdə yenidən Valehin yanına getmişdir. Valeh Nəzakətə işə qəbul üçün ərizə yazmağı tapşırmış və onlar oradan çıxmışlar. Bir qədər sonra tanımadığı şəxs iddiaçıya yaxınlaşaraq Valeh müəllimin tapşırığını çatdıraraq Nəzakətin işə gəlməməsi şərti ilə işə düzəlməsi üçün 5000 manat, işə davamlı gəlməsi şərti ilə isə 3000 manat pul verməli olduğunu demişdir. Iddiaçı iki günə pulu verəcəyini bildirmiş və sonradan 3000 manat məbləğində pulu həmin şəxsə təqdim etmişdir. Bir müddət keçdikdən sonra böyük avtomobillərin təmiri ilə məşğul olduğu üçün idarənin sürücülərindən biri iddiaçıya yaxınlaşıb avtomobillərdən birinin radiatorunun xarab olduğunu və Valeh müəllimin bunun düzəldilməsini istədiyini bildirmişdir. Iddiaçı həmin radiatoru 1500 manat xərc çəkərək təmir etdirib gətirmişdir. 2024-cü ilin yanvar ayının əvvəllərində səhər saat 08 radələrində iddiaçının həyat yoldaşı Nəzakətin iş yerində sahə nəzarətçisi işləyən Samir adlı şəxs iddiaçıya zəng edərək Nəzakətlə birlikdə idarəyə gəlməsini demişdir. Onlar idarəyə getmiş və Samirin xidməti otağında olarkən sonuncu Nəzakətin işə mütəmadi gəlib-getməli olduğunu, əks halda işdən azad olunacağını demişdir. Iddiaçı bir neçə gün sonra Cavabdeh iş yerinə gedərək ona həyat yoldaşının əmək pensiyasına çıxması üçün müəyyən olunmuş yaş həddinə çatmasına 6 ay qaldığını demiş və köməklik göstərməsini xahiş etmişdir. Valeh yuxarıdan tapşırıq olduğunu və Nəzakətin işdən azad ediləcəyini bildirmişdir. Nəzakətin işə götürülməsi üçün 3000 manat pul verdiyini, əlavə olaraq radiatorun təmirinə 1500 manat xərc çəkdiyini iddiaçı cavabdehə demişdir. Cavabdeh Nəzakətin həmin ilin may ayınadək işdə saxlanılmasına çalışacağını bildirmişdir. Iddiaçı bunun müqabilində nə qədər pul verməli olduğunu soruşduqda, cavabdeh «heç nə, çay pulu verərsən» demişdir. Iddiaçı iki dəfəyə 1000 manat verə biləcəyini söyləmiş və həmin vaxt üzərində olan 500 manat pulu onun xidməti otağında təqdim etmiş, qalan 500 manatı isə ayın sonunadək verəcəyi barədə razılaşmışdır. Iddiaçı cavabdehin onu çağırmaqda məqsədinin pul almaq olduğunu ehtimal etdiyi üçün əvvəlcədən üzərində olan səs və görüntü qeydə alan vasitə ilə Valehin video görüntüsünü qeydə almış və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinə ərizə ilə müraciət edərək həmin video görüntüləri təqdim etmişdir. Iddiaçının müraciəti əsasında araşdırma başlanılmış və onun izahatı alınmışdır. ## #### 2024-cü il tarixdə həmin idarənin əməkdaşları tərəfindən iddiaçının üzərinə səs və video qeydə alan xüsusi texniki vasitə quraşdırılmış, istifadə qaydaları izah edilmiş və iddiaçıya üzərində xüsusi nişanlar olan 5 ədəd 100 manatlıq pul vəsaiti təqdim olunmuşdur. Həmin gün saat 10 radələrində iddiaçı cavabdehin iş yerinə gedərək xidməti otağında qalan 500 manatı sonuncuya vermişdir. Cavabdeh verdiyi vədə əsasən iddiaçının həyat yoldaşı Nəzakətin təqaüd yaşınadək işləməsinə şərait yaradacağını, səhhətində problem olduqda isə onun əvəzinə iddiaçının işə gəlməsinə imkan verəcəyini bildirmişdir. Nəzakət işə gedə bilmədiyi hallarda onun əvəzinə iddiaçı iş yerinə gedərək davamiyyət jurnalında imza etmiş, həmçinin onun görməli olduğu işləri yerinə yetirmişdir. X5 işi ilə bağlı məsələsinə görə iddiaçı cavabdehə 5000 manat məbləğində pul vermişdir. Hazırda Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.2, 312-1.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı hökmü ilə 9 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 9 il müddətə azadlıqdan məhrum etmə cəzası 5 beş il sınaq müddəti ilə şərti hesab edilmişdir . Cavabdeh iddiaçıya borclu olduğu pulu vermədiyi üçün iddiaçı məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur
4. Ağdam Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı 5000 (beş min) manat məbləğində pul tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir.
5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 və 386.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 216-220, 227, 233 və 357-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
6. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Iddiaçı İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmənin mövqeyi faktiki olaraq cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin cavabdehdə qalmasına şərait yaratmış olur. Hüququn ümumi prinsiplərinə əsasən heç kəs öz qanunsuz və cinayət xarakterli hərəkətlərindən fayda əldə edə bilməz. Əks yanaşma, həm hüququn məqsədinə, həm də cəmiyyətin ədalətə olan inamına ciddi zərbə vurur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuni qüvvəyə minmiş cinayət hökmü ilə müəyyən edilmiş faktlar mülki məhkəmə üçün məcburi xarakter daşıyır və həmin hallar yenidən araşdırılmadan qəbul edilməlidir. Lakin məhkəmə bu mühüm hüquqi prinsipi nəzərə almamış, cavabdehin onun pul vəsaitini qanunsuz əldə etməsini təsdiq edən cinayət hökmünü formal xarakterli sənəd kimi qiymətləndirmişdir. Halbuki həmin hökm birbaşa olaraq cavabdehin qanunsuz hərəkətlər nəticəsində onun pul vəsaitini əldə etdiyini təsdiq edir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, arvadı Nəzarət Şükürovanı işə qəbul etməsi məqsədilə cavabdeh Cavabdeh ümumilikdə 5000 manat vermişdir. Belə ki, 3000 manat pulu cavabdehə şəxsən təqdim etmişdir. Daha sonra onun avtomobilinin radiatoruna 1500 manat xərc çəkərək təmir etmişdir. Sonuncu dəfə isə cavabdehə 500 manat vermişdir. Həmin pulu qarşı tərəfə təqdim edərkən onun audio-video görüntülərini qeydə alaraq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinə təqdim etmişdir. Həmin video görüntülərə əsasən idarənin əməkdaşları ona üzərində xüsusi nişanlar olan 5 ədəd 100 manatlıq əskinaslar təqdim etmişlər. Həmin xüsusi işarələnmiş əskinasları cavabdehin iş yerinə gedərək xidməti otağında ona vermişdir. Iddiaçı İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı tərəfin danışdıqlarının hamısı yalandır. Iddiaçı İddiaçı Aydını 30 ildir tanıyır. Iddiaçı işdə olmanın son yaş həddinə çatdığı üçün onu işə götürə bilməmişdir. Iddiaçı isə özünün əvəzinə arvadı Şükürova Nəzakəti işə götürməyini xahiş etmişdir. Ona görə də iddiaçının arvadının sənədlərini almışdır. Iddiaçı izahatında bildirmişdir ki, tanımadığı birinə pul verib. Iddiaçı ona bir dəfə 2023-cü ilin mart ayında 1000 manat verib. Həmin pulu da arvadı işə götürmək üçün almamışdır. Pulu ona verərkən iddiaçı bildirmişdir ki, «sənin mənə yaxşılığın keçib, ona görə bu pulu sənə verirəm». Sədrlik edənin sualına cavab olaraq Cavabdeh bildirmişdir ki, onun xahişi əsasında iddiaçı tərəfindən avtomobil təmir edilməmişdir. Cavabdeh Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
11. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
12. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. Başqa şəxsə zərər vurulması. Əsassız varlanma. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə.
13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
17. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
18. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil Istismar Departamentinin direktoru Səbuhi Əhmədov tərəfindən verilmiş ##.##.2019-cu il tarixli *** nömrəli əmrlə həmin tarixdən Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil Istismar Departamentinin Ağdam Rayon Mənzil Kommunal istismar sahəsinin rəisi vəzifəsində işləyərkən ##.##.2021-ci tarixdə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil Istismar Departamentinin direktoru Səbuhi Əhmədov tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən mənzil-kommunal istismar sahəsinin rəisi olaraq sahənin ümumi fəaliyyətinə rəhbərliyi həyata keçirmək, sakinlərə müraciətlərinə əsasən onlara müvafiq arayışları vermək, xidməti ərazisində yerləşən mənzil fondunun və kommunal obyektlərin düzgün istismarına nəzarət etmək, işçilər tərəfindən əmək və icra intizamına riayət edilməsini təmin etmək, mənzil-kommunal istismar sahəsinin istismarında olan binalarda boşalmış yaşayış və qeyri-yaşayış sahələri barədə 24 saat ərzində yuxarı təşkilata məlumat vermək və həmin sahənin tutulmasına yol verməmək, yaşayış sahələrinə kirayə müqavilələrinin bağlanılmasını və həmin müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirilməsini təmin etmək, eləcə də digər inzibati-təsərrüfat və təşkilati-sərəncamverici səlahiyyətlərə malik vəzifəli şəxs kimi həmin sahədə fəhlə qismində işləyən X1 2023-cü ilin sonundan 2024-cü ilin əvvəlinədək mütəmadi olaraq işini icra etməməklə əmək intizamı qaydalarını pozması səbəbindən işdən çıxarılması barədə mövqeyini sonuncunun əri İddiaçı Sərxan oğluna 2024-cü ilin yanvar ayının əvvəllərində bildirib, xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkət, yəni Nəzakət Şükürovanın 2024-cü ilin may ayında pensiya yaşı tamam olanadək işdə saxlanılması, qeyd olunan müddət ərzində Nəzakət Şükürovanın işə gəlməməsinə şərait yaratmaqla, sonuncunun yerinə İddiaçı həftədə bir dəfə olmaqla sahəyə gələrək davamiyyət kitabına imza etməsini təmin etmək müqabilində İddiaçı Sərxan oğlundan özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1000 manat məbləğində pul vəsaitini qeyd edilən ərəfədə Ağdam rayonu Quzanlı-*** saylı qəsəbəsində yerləşən inzibati binada xidməti iş otağında rüşvət qismində istəyərək İddiaçı razılığını almaqla, həmin niyyətlə İddiaçı ilkin olaraq Ağdam rayonu Quzanlı-*** saylı qəsəbəsində yerləşən xidməti iş otağında ##.##.2024-cü il tarixdə 500 manat, ##.##.2024-cü il tarixdə 500 manat olmaqla ümumilikdə vahid niyyətlə maddi nemət olan 1000 manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində almış, verdiyi vədinə əməl etməklə Nəzakət Şükürovanın əmək haqqı alması üçün əsas olan rəsmi sənəd hesab edilən işçinin davamiyyət jurnalına qeyd edilən tarixdə qeyd edilən ünvanda yerləşən xidməti iş otağında sonuncunun mütəmadi olaraq işə getməməsinə şərait yaratmaqla əmək haqqı almasına, davamiyyət jurnalına Nəzakət Şükürovanın işə gəlməsi barədə bilə-bilə yalan məlumatların vahid tamah niyyətlə daxil edilməklə sonuncunun cinayətdən xəbərsiz əri İddiaçı tərəfindən imzalanmasına nail olmaqla vəzifə saxtakarlığı etmişdir. Ona görə də Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qanuni qüvvəyə minmiş hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.2, 312-1.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona müvafiq cəza təyin edilmişdir. Iddiaçı İddiaçı arvadını işə düzəltmək məqsədilə cavabdehə 5000 manat verdiyini və həmin məbləğin ona qaytarılmalı olduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
25. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
26. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyildir.
27. Bu prinsipə görə, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
28. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
29. Iddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır.
30. Bu zaman nəzərə alınmalıdır ki, mülki hüquqda hər hansı pul tələbinin təmin edilməsi üçün həmin tələb müqavilədən, zərər vurulmasından, əsassız varlanmadan və ya qanunda nəzərdə tutulmuş digər əsaslardan yaranmış olmalıdır.
31. Hər bir halda mübahisənin düzgün hüquqi həlli üçün cavabdehə verildiyi iddia edilən pul vəsaitinin hüquqi mahiyyəti, yəni hansı məqsədlə verilmiş olduğu araşdırılmalıdır.
32. Bu baxımdan işin halları tədqiq olunduqda görünür ki, qanuni qüvvədə olan məhkəmə hökmü ilə cavabdeh Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.2, 312- 1.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, həmin hökmlə cavabdeh Cavabdeh inzibati-təsərrüfat və təşkilati-sərəncamverici səlahiyyətlərə malik vəzifəli şəxs kimi həmin sahədə fəhlə qismində işləyən X1 2023-cü ilin sonundan 2024-cü ilin əvvəlinədək mütəmadi olaraq işini icra etməməklə əmək intizamı qaydalarını pozması səbəbindən işdən çıxarılması barədə mövqeyini sonuncunun əri İddiaçı Sərxan oğluna 2024-cü ilin yanvar ayının əvvəllərində bildirib, xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkət, yəni Nəzakət Şükürovanın 2024-cü ilin may ayında pensiya yaşı tamam olanadək işdə saxlanılması, qeyd olunan müddət ərzində Nəzakət Şükürovanın işə gəlməməsinə şərait yaratmaqla, sonuncunun yerinə İddiaçı həftədə bir dəfə olmaqla sahəyə gələrək davamiyyət kitabına imza etməsini təmin etmək müqabilində İddiaçı Sərxan oğlundan özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1000 manat məbləğində pul vəsaitini qeyd edilən ərəfədə Ağdam rayonu Quzanlı-*** saylı qəsəbəsində yerləşən inzibati binada xidməti iş otağında rüşvət qismində istəyərək İddiaçı razılığını almaqla, həmin niyyətlə İddiaçı ilkin olaraq Ağdam rayonu Quzanlı-*** saylı qəsəbəsində yerləşən xidməti iş otağında ##.##.2024-cü il tarixdə 500 manat, ##.##.2024-cü il tarixdə 500 manat olmaqla ümumilikdə vahid niyyətlə maddi nemət olan 1000 manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində almış olduğu müəyyən edilmişdir
33. Işin bu halları qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edildiyindən bu hallar hazırkı iş üzrə faktiki hallar kimi nəzərə alınır və yenidən araşdırılmır. Ona görə ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (MPM maddə 82.3).
34. MPM-nin 82.4-cü maddəsi ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə ## #### 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.
35. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.
36. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, «Nəzakət Şükürovanın 2024-cü ilin may ayında pensiya yaşı tamam olanadək işdə saxlanılması, qeyd olunan müddət ərzində Nəzakət Şükürovanın işə gəlməməsinə şərait yaratmaqla, sonuncunun yerinə İddiaçı həftədə bir dəfə olmaqla sahəyə gələrək davamiyyət kitabına imza etməsini təmin etmək müqabilində Cavabdeh İddiaçı Sərxan oğlundan özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1000 manat məbləğində pul vəsaitini rüşvət qismində almış olduğu» qanuni qüvvəyə minmiş hökmlə müəyyən edildiyindən bu hal hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır və həmin halın məhkəmə tərəfindən yenidən araşdırılmasına zərurət yoxdur.
37. Bununla belə, iddiaçı İddiaçı cavabdehə 5000 manat verdiyini iddia etsə də, lakin cavabdehə verilmiş pul vəsaitinin məhz həmin məbləğdə olmasını təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmiş, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmişdir.
38. Kollegiyanın qənaətinə görə, iddiaçı İddiaçı 1000 manat vəsaiti qanunazidd nəticə əldə etmək məqsədilə, yəni arvadı Nəzakət Şükürovanın 2024-cü ilin may ayında pensiya yaşı tamam olanadək işdə saxlanılması, qeyd olunan müddət ərzində Nəzakət Şükürovanın işə gəlməməsinə şərait yaratmaqla, sonuncunun yerinə özünün həftədə bir dəfə olmaqla sahəyə gələrək davamiyyət kitabına imza etməsini təmin etmək məqsədilə cavabdehə vermiş olduğundan hazırda həmin vəsaitin geri qaytarılmasını tələb etməkdə haqlı deyildir.
39. Ona görə ki, hüquq sistemi yalnız qanunla nəzərdə tutulmuş, habelə qanuna zidd olmayan münasibətləri qoruyur. Hüquqi müdafiədən istifadə etmək üçün münasibətin özü əvvəlcədən qanuni və legitim əsaslara söykənmiş olmalıdır.
40. Əgər pul vəsaiti qanunsuz məqsədlə verilibsə, həmin münasibət hüququn müdafiə etdiyi mülki hüquqi münasibət sayılmır.
41. Baxılan işdə qaytarılması tələb olunun pul vəsaiti qanunsuz məqsədlə verilmiş, pulu verən iddiaçı isə hələ bu münasibətin yarandığı ilk zamandan bundan məlumatlı olmuşdur. Belə ki, iddiaçı özü bu qanunsuz bu məqsədi arzu etmiş və 1000 manat vəsaiti də məhz bu qanunsuz məqsədə nail olmaq niyyətilə cavabdehə vermişdir. Bu halda iddia iddianın təmin edilməsi qanuni əsaslara söykənmir.
42. Odur ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibəti və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən onun tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.