Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-946/2026 28.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X3 (sədrlik edənməruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi, Işin halları
1. ********* saylı VÖEN-lə inşaat materialları ilə məşğul olan X2 tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Gəncə şəhəri, Nizami küçəsi 8-ci döngə, ev 40A-da yerləşən evin təmirinə çəkilmiş xərcin dəyəri 16090 manat təşkil edir.
2. DVD diskdən görünür ki, fərdi yaşayış evi hissəvi olaraq yaşayış üçün qismən yararlı vəziyyətə gətirilmişdir.
3. Birinci instansiya məhkəməsində şahid qismində dindirlmiş, X1 ifadə verərək bildirdi ki, İddiaçı ilə qonşudur. Gəncə şəhəri, Nizami küçəsi 8-ci döngə, ev 40A-da yerləşən evi İddiaçı təmir etmişdir. Maddi imkanı olmadığı üçün o usta kimi özü işləmişdir .
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami küçəsi 8-ci döngə, ev 40A-da yerləşən fərdi yaşayış evinin təmiri üçün çəkilən 16090 manat xərcin və 139 manat ödədiyi dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə olan cavabdeh Cavabdeh onun doğma anasıdır. Onlar əvvəllər ata mülkündə yaşamışdılar. Belə ki, atası Gəncə Aliminium zavodunda mühəndis işlədiyinə görə 1974-75 ci illərdə ona Gəncə şəhəri 1-ci mikrorayon bina 10, mənzil 39-da 4 (dörd) otaqlı ev verilmişdir və ailəlikcə orda yaşamışdılar. 1991-ci ildə də atası ilə anası ayrılıb boşanmış və atası onlardan ayrılaraq ayrı yaşamışdır. Atası ilə anası ayrılandan sonrada onlar ailəlikcə dörd otaqlı evdə yaşamışdılar. 1996-cı ildə də Gəncə şəhəri, Nizami küçəsi 8-ci döngə, ev 40A-da yerləşən bu mübahisəli evi o, almışdır. Ancaq, həmin vaxt evin böyüyü kimi bu evi anası Cavabdeh adına alqı-satqı müqaviləsi bağladıb onun adına sənədləşdirmişdir. Bundan sonrada anası Zilxumar Gəncə şəhəri 1-ci mikrorayon bina 10, mənzil 39-da olan dörd otaqlı evi satıb pulunu qardaşına vermiş və gəlib adına aldığı bu mübahisəli evdə onlarla yaşamağa başlamışdır. Onlar bu mübahisəli evə köçən zamanda ev təmirsiz olmaqla, yaşayış üçün yararlı olmamışdır. Odur ki, orda yaşadığı 29 ildə özünü evin yeganə kişi sahibi kimi, mülkiyyətçisi kimi hesab etmişdir ki, orda çox saylı təmir-tikinti işləri apararaq çox miqdarda xərc çəkmişdir. Belə ki, həmin mülkdə aşağıda təmir-tikinti işləri görməklə xərc çəkmişdir; tikinti işləri aparmaq üçün 1200 ədəd mişar daşı almaqla 1000 manat, tikinti işləri aparmaq üçün 2 maşın Mingəcevir qumu almaqla 400 manat, Qaradağ istehsalı olmaqla 100 kisə sement almaqla 900 manat, kamaz maşın çay daşı almaqla 450 manat, 150 kv.m döşəməyə vurmaq üçün Tamet almaqla 700 manat, tameti 150 kv.m-lik döşəməyə vurmaq üçün ustaya əl muzdu olaraq 700 manat pul verməklə, 100 litirlik 1 ədəd Ariston almaqla 100 manat, 150 kv.m-lik divara suvax vurmaq üçün 600 manat, 90x210 sm öıçüdə 1 ədəd evə girəcək qapı almaqla 150 manat, hamam qapısında olan pianino qab, əlüz yumaq üçün 600 manat, kuxnanın tavanına vurmaq üçün 20 ədəd 6 metrlik lambirin alınmasına 290 manat, çardaq üçün 150 ədəd asinkovoy şifer alınmasına 750 manat, su çəkilişi üçün material pulu və usta pulu (arteziandan evə kimi) 750 manat, elektrik sayğacının sıradan çıxmış elektrik açarını dəyişmək üçün 70 manat, 150 kv.m-lik hasarın hörülməsi üçün usta pulu 800 manat, 1 ədəd 2 tonluq plastik su çəni alınmasına 150 manat, ümumi evə işlədilən 13 kilo mismar almaqla 50 manat, 60 kv.m-lik kuxna tikintisi üçün 500 manat ustaya əl muzdu verməklə, kuxnada moyka tikintisinə 500 manat, qonaq otağı və yataq otağının təmiri üçün işlədilən materiallara (oboy və emulsiya) 430 manat, evə işlədilən 3 kub ümumi taxta alınmasına 500 manat, çardaq arka və üzüm tənəyi üçün dəmir konstruksiyalı materialların alınmasına 1700 manat xərc çəkmişdir. Çardaq quraşdırılması üçün ustaya əl muzdu olaraq 1200 manat verməklə, 1 ədəd "AQIDEL" su nasosu alınması üçün 100 manat, yer altında 9 tonluq su üçün betondan tökmə çənin hazırlanması üçün 1000 manat, kuxnada yer altı zirzəminin tikintisi və hazırlanmasına 300 manat, qonaq və yataq otaqlarının təmiri üçün 700 manat,usta pulu verməklə, yardımçı sahədə hin tikilməsi üçün 200 manat, 18 kv.mlik kuxnanın üstünün betonunun tökülməsinə və usta pulu olaraq 500 manat, beləliklə o, 29 ildə bir oğul kimi, gələcək vərəsə kimi yaşadığı bu mübahisəli mülkü öz mülkü hesab edərək, mülkdə yuxarıda göstərilən təmir-tikinti işləri aparmaqla cəmi 16090 (on altı min doxsan) manat xərc çəkməklə bir vicdanlı sahib kimi uzun müddət təsərrüfata sahiblik etməklə, onu idarə etməklə yaxşılaşdırmışdır. Onun həmin mülkdə 29 il yaşayıb, mülkə sahiblik etməyini, habelə mülkdə çox saylı təmir-tikinti işi aparıb xərc çəkməyini bütün qonşular və iş gördürdüyü ustalar təsdiq edə bilərlər. Ancaq, cavabdeh Cavabdeh yaşayış evinin Çıxarışla onun adına olmasından istifadə edərək mənə 9000 manat kompensasiya verilməklə istifadə hüququma xitam verilməsi və ailə üzvlərinlə evdən çıxarılma tələbinə dair Gəncə şəhər Məhkəməsində iddia qaldırmışdır və həmin iş hazırda məhkəmənin icraatındadır. O, cavabdehə bu barədə iradını bildirəndə cavabdeh ona bildirmişdir ki, ev, həyət onun mülkiyyətindədir, evi, həyətə boşaldsınlar. Hansı ki, o, mülkdə gördüyü işlər və çəkdiyi xərclər cavabdehin gözü qarşısında olmaqla, buna iradını bildirməmişdir. Belə olan halda da, o, bir vicdanlı sahib kimi evdə çəkdiyi xərcləri cavabdehdən tələb etsə də, cavabdeh mülkün yaxşılaşdırılması üçün çəkdiyi xərcləri verməkdən imtina etmişdir. Bildirmişdir ki, hazırda cavabdehin mülkiyyətinə keçmiş əmlakdan (ev və həyətdən) yaxşılaşdırmalar üçün çəkdiləri xərclərin ayrılması mümkün deyildir, bu evin və əmlakın uçurulub dağılması ilə nəticələn bilər, habelə onlar əlavə zərərə düşə
6. Gəncə Şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Məmmədova Maya) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Gəncə şəhəri, Nizami küçəsi 8-ci döngə, ev 40A-da yerləşən fərdi yaşayış evinin təmiri üçün çəkilən 16090 manat xərcin və 139 manat ödədiyi dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı iddia üzrə müəyyən olundu ki, iddiaçı X4 Zilxumar Pirəli qızının mülkiyyətində olan Gəncə şəhəri, Nizami küçəsi 8-ci döngə, ev 40A-da yerləşən fərdi yaşayış evində bir müddət orada yaşadıqdan sonra fərdi yaşayış evinin yaşayış üçün tam yararlı olmadığını görərək, təmir bərpa işləri görmüşdür. Bundan sonra iddiaçı ilə cavabdeh arasında ailə mübahisəsi yaranmış və iddiaçıdan evin boşaldılmasını xahiş etdikdə, sonuncu evdən çıxmayaraq, cavabdehə mülkiyyətindən sərbəst istifadə etməyə maneələr yaratmış, evdən çıxmayaraq, təmirə xərclədikləri vəsaiti cavabdehdən tələb etmişdir. Cavabdeh Cavabdeh Gəncə Şəhər Məhkəməsində İddiaçı 9000 manat kompensassiya verilməklə istifadə hüququna xitam verilməsi, eləcə də onun arvadı X5 və yetkinlik yaşına çatmamış ## ###### 2013-cü il tarixdə anadan olmuş Tağı-zadə Günay Vüqar qızının kompensassiya verilmədən mülkiyyətində olan Gəncə şəhəri, Nizami küçəsi 8-ci döngə, ev 40A-da yerləşən evdən çıxarılması barədə iddia qaldırmışdır.
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 157.4, 1087.1, 1087.2, 1090.1, 1090.2, 1090.3-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
9. Gəncə Şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini və iddanın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə olan cavabdeh Cavabdeh onun doğma anasıdır. Onlar əvvəllər ailəlikcə ata mülkündə yaşamışdılar. Belə ki, atası Gəncə Aliminium zavodunda mühəndis işlədiyinə görə 1974-75-ci illərdə ona Gəncə şəhəri, 1-ci mikrorayon bina 10, mənzil 39-da 4 (dörd) otqalı ev vermişlər və ailəlikcə həmin evdə yaşamışdılar. 1991-ci ildədə atası ilə anası ayrılıb boşanmış və atası onlardan ayrılaraq ayrı yaşamışdır. Atası ilə anası ayrıldıqdan sonra onlar ailəlikcə həmin dörd otaqlı evdə yaşamışdılar. 1996-cı ildə də Gəncə şəhəri, Nizami küçəsi 8-ci döngə, ev 40A-da yerləşən bu mübahisəli evi o, almışdır. Ancaq, həmin vaxtda evin böyüyü kimi bu evi anası Cavabdeh adına alqı-satqı müqaviləsi bağladıb onun adına sənədləşdirmişdir. Bundan sonrada anası Zilxumar Gəncə şəhəri, 1-ci mikrorayon bina 10, mənzil 39-da olan dörd otaqlı evi satıb pulunu qardaşına vermiş və gəlib adına aldığı bu mübahisəli evdə onlarla yaşamağa başlamışdır. Bu mübahisəli evi alıb ora köçən zamanda ev təmirsiz olub, yarımçıq olmaqla yaşayış üçün yararlı olmamışdır. Odur ki, o, evdə yaşayan yeganə kişi olmaqla, evə sahiblik edib idarə etməklə, özünü evin gələcək mülkiyyətçisi kimi hesab etməklə evdə evin yaxşılaşdırılması, yararlı hala salınması üçün çox saylı təmir-tikinti işləri apararaq buna 16090 manat xərc çəkmişdir. Bu xərcin məbləği işdə olan mütəxəssis rəyi ilə də təsdiq olunmuşdur. Çünki, həmin vaxt anası Cavabdeh nə işləmiş, nə də pensiya almışdır, heç bir qazancı olmamışdır. Evə sahiblik edən şəxs kimi bu evin yaxşılaşdırılması üçün xərcin hamısını o, çəkmişdir. Evin yaxşılaşdırılması üçün çəkdiyi bu xərclər cavabdeh olan anasının gözü qarşısında baş verməklə buna heç bir etirazını bildirməmişdir. Hazırda cavabdeh olan anası evin onun adına olmasından istifadə edib onun evdən istifadə hüququna xitam verilməklə ailə üzvləri ilə birlikdə evdən çıxarılmağı barədə məhkəmədə iddia qaldırdığından, onunda bir vicdanlı evə sahiblik edən, idarə edən şəxs kimi evin yaxşılaşdırılması üçün çəkdiyi xərclərin əvəzini ondan tələb etmək hüququ vardır. Gəncə şəhər Məhkəməsi nəzərə almamışdır ki, onun mübahisəli evdə apardığı əlavə tikililər və təmir işləri üzərində əmlak hüquqları var və bu əmlaklarım mübahisəli yaşayış evinin ayrıla bilməyən tərkib hissəsini təşkil edir. Ancaq, Gəncə şəhər Məhkəməsi işin bu həqiqi və faktiki hallarını araşdırmamış, düzgün hüquqi qiymət verməmiş, bu mübahisəyə aidiyyatı olmayan maddi hüquq normalarını düzgün olmayaraq tədbiq etməklə əsassız olaraq iddianı təmin etməmişdir. Hesab etmişdir ki, Gəncə şəhər Məhkəmənin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi əsassız və ədalətsiz olduğuna görə, eyni zamanda maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarıldığından, həmçinin məhkəmə qətnaməsi işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmayan nəticələrə əsaslandığından ləğv edilməli və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən bu mübahisəyə həmin maddi hüquq normaları düzgün tədbiq edilib, onların tələblərinə əməl edilməklə, mübahisə üzrə ədalətli və qanuni nəticəyə gəlinməsi mümkün olunduğu halda, məhkəmə bu mübahisəyə aidiyyatı olmayan, bu mübahisəni tənzimləməyən, düzgün olmayan maddi huqüq normaları tədbiq edilməklə səhvə yol verilmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən görünür ki, məhkəmə iddianı təmin etməmək nəticəsinə gələrkən belə hesab etmişdir ki, guya o, özgənin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparmışdır və özüdə vicdanla aparmamışdır. Ancaq, məhkəmə nəzərə almamışdır ki, iddiaçı onun doğma anası olmaqla özgə şəxs (sahibkar) deyil. O, isə anası ilə mübahisəli evdə yaşayan yeganə kişi övladı, ailə üzvü olmaqla, evə qanuni və vicdanlı sahibliyi o, etmişdir. Evdə təmir-tikinti işlərini aparıb onun yaşayış üçün yararlı hala salınıb yaxşılaşdırılması üçün çəkilən xərcləridə iddiaçı olan anasının tapşırığı və gözü qarşısında onun rahatlığı üçün etmişdir. Indi isə iddiaçı olan anası Cavabdeh onun ailə üzvü kimi evdən istifadə hüququna xitam verilməklə ailəlikcə evdən çıxarılmağına nail olmaqla evi başqa şəxsin adına özgəninkiləşdirmək istəmişdir. Onun mübahisəli evin yaxşılaşçdırılması üçün xərc cəkib apardığı təmir-tikinti işləridə evin ayrıla bilməyən tərkib hissəsi kimi iddiaçı olan anası ilə qalmışdır. Hesab etmişdir ki, məhkəmə bu mübahisəyə yuxarıda göstərilən maddi hüquq normalarını düzgün tədbiq edib iddianı təmin etməli olduğu halda, bu mübahisəyə düzgün olmayaraq aidiyyatı olmayan “Özgə işlərini tapşırıqsız aparma” məsələlərini nizamlayan maddi hüquq normalarını tədbiq edib iddianı təmin etməməklə qanunsuz və əsassız Qətnamə çıxarmışdır. Hesab etmişdir ki, həmin prosessual hüquq normalarının tələbinə məhkəmə tərəfindən düzgün əməl edilməmişdir. Belə ki, həmin prosessual hüquq normalarının tələblərinə əsasən məhkəmə tərəflərin təqdim etdiyi sübutları araşdırmalı, onlardan istifadə etməli, eyni zamanda hər tərəf məhkəmədə tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalı, Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı iltarixli *(*-***)-***/**** saylı qətnaməsindən görünür ki, məhkəmə onların təqdim etdikləri sübutları, yəni vəsatətlə təqdim etdikləri şahidləri dindirməmiş, onların dindirilməsi üçün şərait yaratmamış, təqdim etdikləri digər sübutları isə obyektiv, hərtərəfli və tam araşdırmamış, sübutlara mötəbərliyinə və mümkünlüyünə görə hüquqi qiymət verməmişdir. Ancaq, yenə məhkəmə qətnaməsindən görünür ki, qətnamənin ümumiyyətlə əsaslandırıcı hissəsi mövcüd olmamaqla, məhkəmə tərəfindən yuxarıda göstərilən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Hesab etmişdir ki, məhkəmə yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə əməl etməmiş, sübutları obyektiv tam və hərtərəfli araşdırmamış, sübutları mötəbərliyinə görə qiymətləndirməmiş, habelə öz qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiasının iclasında iştirak edən iddiaçı İddiaçı izahatında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq, o öz iradəsi ilə evi təmir etdiyini, anasının ondan evi təmir etdirməsini xahiş etmədiyini bildirmişdir.
13. Məhkəmə kollegiasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) vəkil1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiasının iclasında iştirak edən cavabdeh Cavabdeh izahatında iddiaçı olan oğlunun evin təmirinə xərc çəkmədiyin, evi ikinci həyat yoldaşının pulu ilə təmir olunduğunu bildirmişdir.
15. Məhkəmə kollegiasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) vəkil2 izahatında apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Maddə 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
18. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
19. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
20. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
21. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
28. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı mübahisəli fərdi yaşayış evində təmir işlərinin aparılması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirlmiş, X1 da ifadəsində Gəncə şəhəri, Nizami küçəsi 8-ci döngə, ev 40A-da yerləşən evi İddiaçı təmir etməsini, maddi imkanı olmadığı üçün onun usta kimi özünün işləməsini qeyd etmişdir.
35. Iddiaçı isə iddia ərizəsində tələb etdiyi təmir xərclərinə ustalara çəkilmiş xərcləri qeyd etmişdir. Göründüyü kimi, iddia ərizəsi və şahidin bildirdikləri arasında ziddiyyət mövcud olmuşdur. Iddiaçı tələbinin əsaslığını sübut etmək üçün yalnız şahid ifadəsini təqdim etmişdir. Bundan əlavə iddiaçının mübahisəli evdə təmir işlərini aparmasını təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh isə iddiaçının mübahisəli mənzildə təmir işləri aparmasını qəbul etməmişdir.
36. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin kifayət qədər əsaslılığına dair sübutların mövcud olmaması əsası ilə iddianı təmin etməməklə mahiyyəti üzrə düzgün nəticəyə gəlməmişdir.
37. Belə ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız MPMin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir.
38. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. Ilkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. Iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
39. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərar).
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də, apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi: Gəncə Şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.