Məhkəmə qərarları › İş №2(3-7)-992/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-992/2026

16.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-992/2026 16.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Elnur Zirəddin oğlunun Cavabdeh qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov Islam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, iddiaçı İddiaçı nümayəndəsi (vəkil) nümayəndə2 iştirakı ilə, Işin halları

1. Iddiaçı vergi orqanında qeydiyyata alınmış və onun fəaliyyət növü “lombardların fəaliyyəti” kimi qeydiyyata alınaraq fəaliyyət növünün kodu 6492201 olaraq göstərilmişdir.

2. ##.##.2023-cü il tarixli cavabdeh tərəfindən vəsaitini iddiaçıya ünvanlanmış ərizədən görünür ki, cavabdeh istehlak məqsədləri üçün 30 ay müddətinə 52.500 manat məbləğində kredit verilməsinə dair sərəncam verilməsini xahiş etmişdir.

3. Bunda sonra tərəflər arasında ##.##.2023-cü il kredit müqaviləsi bağlanmış və həmin , ***** nömrəli kredit müqaviləsi və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, iddiaçı tərəfindən cavabdehə aylıq 48 faiz dərəcəsi ilə 30 ay müddətinə yəni ##.##.2026-cı il tarixədək 52.500 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 1.3-cü bəndində görə, kredit girov əsasında verilir. Girova qızıl-zinət əşyaları götürülür. Həmin müqavilənin 2.1-ci bəndində görə, borcalan krediti alarkən – qızıl-zinət əşyalarının siyahısını təqdim etməlidir.

4. ##.##.2023-cü il tarixli, ****** nömrəli kassa məxaric orderindən görünür ki, cavabdeh 52.500 manat məbləğində pul vəsaiti iddiaçıdan (VÖEN **********) ##.##.2023-cü il tarixdə qəbul etmişdir.

5. ##.##.2025-ci il tarixli, **** nömrəli bildirişin surətindən görünür ki, İddiaçı Cavabdeh ##.##.2023-cü il tarixli, ***** nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 43.906 manat, ##.##.2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 29.160 manat, cərimə qismində 3.293 manat məbləğində pul vəsaitinin ödənilməsi təklif edilmişdir. Həmçinin bütün borc məbləğini 3 gün müddətində ödəmək, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

6. ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin ##.##.2023-cü il tarixli, ***** nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 43.906 manat, ##.##.2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 29.160 manat, cərimə qismində 3.293 manat, cəmi 76.359 manat borcu vardır. Bundan başqa Cavabdeh ##.##.2023-cü il tarixli, ***** nömrəli kredit müqaviləsi üzrə borcundan 2023-cü ilin noyabr ayında 3.036 manat (1.575 manat faiz borcu, 1.461 manat əsas borc); 2023-cü ilin dekabr ayında 3.043 manat (1.531 manat faiz borcu, 1.512 manat əsas borc); 2024-cü ilin yanvar ayında 3.127 manat (1.486 manat faiz borcu, 1.641 manat əsas borc); 2024-cü ilin fevral ayında 3.286 manat (1.437 manat faiz borcu, 1.849 manat əsas borc); 2024-cü ilin mart ayında 2.608 manat (1.381 manat faiz borcu, 1.227 manat əsas borc); 2024-cü ilin aprel ayında 2.248 manat (1.344 manat faiz borcu, 904 manat əsas borc) ödəniş etmişdir.

7. Cavabdehin nümayəndəsi tərəfindən “YK Lombard” kredit təşkilatına ünvanlanmış məktubda qeyd edilmişdir ki, cavabdeh kredit borcu üzrə borcundan 17.851 manat ödəniş etmişdir. Hazırda maddi imkanı ilə əlaqədar qalıq 34.749 manat borc məbləğini yeni ödəniş cədvəlinə əsasən hər ay 500 manat, hər ay 1.000 manat olmaqla hissə-hissə ödəməyə razıdır. Bildirişdə gıstərilən məbləğ şişirdilmişidr.

8. Lakin məktubda onun imzalayan şəxsin ad və soyadı göstərilməmiş, sadəcə Ş. Məmədovun nümayəndəsi qeyd edilmiş, məktubun göndərilməsinə dair poçt qəbzinin üzərinə isə “Göndərən: Cavabdeh Q.nümayəndə” yazılmışdır.

Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2023-cü il tarixli, ***** nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 43.906 manat, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 29.160 manat, cərimə qismində 3.293 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 319 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı sahibkarlıqla məşğul olan fiziki şəxs kimi (YK Lombard) fəaliyyət göstərir. Cavabdeh Cavabdeh ilə aralarında bağlanmış ##.##.2023-cü il tarixli ***** nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 30 ay müddətinə 52.500 manat məbləğində kredit vermişdir. Aralarında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh 2023-cü ilin noyabr ayından etibarən hər ay 3.036 manat 08 qəpik ödənişləri həyata keçirməli idi. Lakin cavabdeh 2023-cü ilin noyabr ayı üçün 3.036 manat, 2023-cü ilin dekabr ayında 3.043 manat, 2024-cü ilin yanvar ayı üçün 3.127 manat, 2024-cü ilin fevral ayı üçün 3.286 manat, 2024-cü ilin mart ayı üçün 2.608 manat, 2024-cü ilin aprel ayı üçün 2.248 manat ödəniş etmişdir. Cavabdeh 2024-cü ilin may ayından 2025-ci ilin may ayınadək kredit borcu üzrə lombarda hər hansı ödəniş etməmişdir. Beləliklə ##.##.2025-ci il tarixə cavabdehin lombarda 43.906 manat əsas borcu, 29.160 manat faiz borcu, 3.293 manat dəbbə borcu olmaqla, ümumilikdə 76.359 manat borcu yaranmışdır. ##.##.2025-ci il tarixdə lombard tərəfindən cavabdehə borc barədə bildiriş göndərilmişdir. Lakin cavabdeh borcu könüllü ödəməkdən boyun qaçırmışdır.Buna görə iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

11. Məhkəmə iclasında iddiaçının vəkili nümayəndə2 iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

12. ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində cavabdehin nümayəndəsi (vəkili) nümayəndə1 mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

13. Bundan başqa, ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində cavabdehin nümayəndəsi (vəkili) nümayəndə1 göstərmişdir ki, iddiaçı lombard fəaliyyəti ilə məşğul olduğu halda cavabdehlə qeyd olunan müqaviləni bağlayarkən “Lombard haqqında Azərbaycan Respublikası Qanunu”nun bütün tələblərini pozmuşdur. Belə ki, “Lombard haqqında Azərbaycan Respublikası Qanunu”nun 3.6cı maddəsinin tələbinə görə “Lombard tərəfindən yalnız kreditlərin verilməsi və daşınmaz əmlakların saxlamağa qəbul edilməsi fəaliyyəti həyata keçirilə bilər”.Həmin qanunun 10.2-ci maddəsinin tələbinə görə “Lombard tərəfindən kredit Azərbaycan Respublikasının milli valyutası ilə 12 aydan artıq olmayan müddətə verilə bilər”. Həmin qanunun 10.5-ci maddəsinin tələbinə görə Lombard tərəfindən təminatsız kredit verilə bilməz. Iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən də görünür ki, iddiaçı tərəfindən Cavabdehla kredit müqaviləsi bağlanarkən həmin qanunun bütün tələbləri pozulmuşdur, Yəni lombard müqaviləsində daşınar əmlakın girov qoyulması birmənalı şərt olduğu halda bu şərt yerinə yetirilməmişdir, müqavilə 12 aydan yuxarı olan müddətə bağlanmışdır və təminatsız kredit verilmişdir. Belə ki, iddiaçı tərəfindən lombard fəaliyyəti ilə məşğul olduğu halda, lombard krediti verilməsinin bütün qaydalarının və tələblərinin pozulması onun mübahisə halında məhkəmə müdafiəsindən yararlanmaq hüququndan məhrum edir. Yəni indiki halda iddiaçının Cavabdeh qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Yəni iddiaçı tərəf Cavabdehla lombard müqaviləsi bağlayarkən lombard müqaviləsi bağlamağın bütün qaydalarını pozması mübahisə halında kreditin qaytarılmasının bütün risklərini öz üzərinə götürdüyünü birbaşa təsdiq edir. Bununla yanaşı iddiaçının tələbi ilə elə həmin kredit müqaviləsi bağlanan tarixdə, yəni ##.##.2023-cü il tarixdə Cavabdeh mülkiyyətində olan Göygöl rayonu, Qızılca kəndində yerləşən ümumi sahəsi 1,41 ha olan torpaq sahəsini üzərindəki ferma ilə birlikdə Gəncə şəhər * saylı notariat ofisində həm birgə fəaliyyətin, həm də götürülmüş kreditin təminatı kimi alqı-satqı müqaviləsi əsasında cavabdehin əmisi oğlu X2 adına rəsmləşdirmişdir. Buradan da görünür ki iddiaçı qanunun tələblərini pozaraq, Cavabdeh heç bir daşınar əmlak girov götürmədən kredit versə də, kreditin qaytarılmasının təminatı kimi Cavabdeh mülkiyyətində olmuş hazırda qiyməti 100.000 manatdan az olmayan əmlakın əmisi oğlu X2 adına rəsmləşdirməsinə nail olmuşdur. Iddiaçı tərəf bu müqavilələrin bir-birinə aidiyyətinin olmadığını bildirsə də, müqavilələrin eyni gündə saat fərqi ilə bağlanması, torpaq sahəsi və üzərindəki ferma ilə bağlı müqavilə bağlanarkən qiymətinin 5.000 manat göstərilməsi və Cavabdeh torpağın alğı-satqısı ilə əlaqədar pul verilməməsi kimi məhkəmə zamanı araşdırılaraq öz təsdiqini tapmiş hallar da iddaçının Cavabdeh qarşı kredit müqaviləsi və faizlərin tələbinə dair iddia qaldırmağa subyektiv hüququnun olmaması ilə bərabər iddia tələbinin də tamamilə haqsız olduğunu birbaşa təsdiq edir. Bundan başqa qeyd olunan torpaq sahəsi və üzərində olan fermaya dair alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiaları Gəncə Kommeriya Məhkəməsi tərəfindən təmin edilməmişdir və həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən ##.##.2026-cı il tarixdə dəyişdirilmədən saxlanmışdır. Buradan da məlum olur ki,iddiaçının tələbi ilə lombard borcunun təminatı kimi onun əmisi oğlu X2 adına rəsmləşdirilmiş Cavabdeh mülkiyyətində olan Göygöl rayon Qızılca kəndində yerləşən ümumi sahəsi 1,41 ha olan torpaq sahəsi üzərindəki ferma ilə birlikdə faktiki olaraq iddiaçı tərəfin sərəncamında qalmışdır. Lombard müqaviləsi ilə əlaqədar daşınar əmlakın girov götürülməsi birmənalı şərt olduğu halda iddiaçı tərəfindən bunun edilməməsi eyni gündə rəsmləşdirilmiş qeyd olunan torpaq sahəsi və üzərindəki ferma ilə əlaqədar Cavabdeh tərəfindən hər hansı bir pul məbləği alınmayaraq, alqı-satqı müqaviləsinin rəsmləşdirilməsi bu müqavilənin məhz lombard müqaviləsi üzrə öhdəliyin təminatı kimi bağlandığını birmənalı şəkildə sübut edir. Həmin halın başqa vasitə ilə sübut olunmasına heç bir ehtiyac da yoxdur. Qeyd olunanlardan da görünür ki,i ddiaçının hazırki mübahisə ilə əlaqədar məhkəmədə iddia qaldırmağa subyektiv hüququnun olmaması ilə yanaşı iddia tələbi də tamamailə qanunsuz və əsassızdır. Buna görə də iş üzrə icraata xitam verilməlidir.

14. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi (hakim – Camal Quliyev) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə ##.##.2023-cü il tarixli, ***** nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 43.906 (qırx üç min doqquz yüz altı) manat, ##.##.2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 15.848 (on beş min səkkiz yüz qırx səkkiz) manat 09 (doqquz) qəpik, cərimə qismində 50 (əlli) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 269 (iki yüz altmış doqquz) manat 41 (qırx bir) qəpik, cəmi 60.073 (altmış min yetmiş üç) manat 50 (əlli) qəpik məbləğində pul vəsaitinin tutulması, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli ***** nömrəli kredit müqaviləsinə uyğun olaraq, İddiaçı 52.500 manat məbləğində pul vəsaitini 30 ay müddətinə, illik 48 faiz dərəcəsi ilə Cavabdeh borc verməyi, Cavabdeh razılaşdırılmış məbləğdə pul vəsaitini razılaşdırılmış vaxtda İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı həmin müqavilə şərtlərinə uyğun olaraq, 52.500 manat məbləğində pul vəsaitini Cavabdeh Qəhrəman oğluna versə də, Cavabdeh Qəhrəman oğlu qeyd olunan pul vəsaitini razılaşdırılmış vaxtda və razılaşdırılmış məbləğdə İddiaçı qaytarmamışdır. İddiaçı Cavabdeh qarşı ##.##.2023-cü il tarixli, ***** nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 43.906 manat, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 29.160 manat, cərimə qismində 3.293 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 319 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin Cavabdeh Qəhrəman oğlu iddianı qəbul etməmiş və öz etirazının əsası kimi iddiaçının hazırki iddiaya subyektiv hüququnun olmaması ilə istinad etmiş, həmçinin borc müqaviləsinin başqa münasibətlərin rəsmiləşdirilmə üsulu kimi bağlandığını bildirmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə şərtlər müqavilə azadlığı prinsiplərinə uyğun qaydada razılaşdırılmış və tərəflər öz iradələrinin həqiqi ifadəsi kimi həmin müqaviləni təsdiq etmişlər. İddiaçı isə gəlir əldə etmək məqsədilə lombard fəaliyyəti ilə məşğuldur və qanunverici Mülki Məcəllənin 743.3-cü maddəsində «lombardlar tərəfindən kreditlərin verilməsi» müddəasını təsbit etməklə, lombard fəaliyyətinin də kreditlərin verilməsi ilə əlaqədar olduğunu müəyyən etmişdir. Həmçinin Mülki Məcəllənin 743.3-cü maddəsinə görə kreditlərin verilməsi ilə bağlı lombard fəaliyyətinə dair hüquqi aktlarla tənzimlənməyən məsələlər Mülki Məcəlləyə uyğun olaraq tənzimlənir. Hazırki halda tərəflər arasındakı münasibətlərin maddi hüquqi əsası Mülki Məcəllənin borc münasibətlərini tənzimləyən 38-ci fəslidir və oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedə də ifadə olunmuşdur (##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərar). Buna görə də tərəflər arasında müqavilə bağlanarkən qüvvədə olmuş borc və kredit münasibətlərini tənzimləyən normalara, həmçinin mülki qanunvericiliyin əqdlərin etibarsızlıq əsaslarını müəyyən edən normalara əsasən ##.##.2023-cü il tarixli ***** nömrəli kredit müqaviləsinin etibarsız sayılması üçün əsaslar mövcud deyildir.

17. Digər tərəfdən cavabdeh Cavabdeh iddia tələbinə etirazında borcun birgə fəaliyyətlə əlaqədar sərf olunmuş vəsaitin rəsmiləşdirilmə üsulu olduğunu bildirsə də, işdə olan ##.##.2023-cü il tarixli məxaric xəzinə orderi ilə 52.500 manat məbləğində pul vəsaitinin Cavabdeh Qəhrəman oğlu tərəfindən İddiaçı alındığı müəyyən edilir. Həmçinin cavabdeh Cavabdeh etirazında qeyd olunan halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, işin tədqiq edilmiş hallarından göründüyü kimi İddiaçı ilə Cavabdeh arasında ##.##.2023-cü il tarixli, ***** nömrəli kredit bağlanmış, iddiaçı ##.##.2023cü il tarixli, ***** nömrəli kredit müqaviləsindən ##.##.2025- ci il tarixdə imtina etməklə ona xitam vermişdir. Belə ki, cavabdeh Cavabdeh faiz borcundan 2023-cü ilin noyabr ayında 1.575 manat, 2023-cü ilin dekabr ayında 1.531 manat, 2024-cü ilin yanvar ayında 1.486 manat, 2024-cü ilin fevral ayında 1.437 manat, 2024-cü ilin mart ayında 1.381 manat, 2024-cü ilin aprel ayında 1.344 manat ödəniş etmişdir. ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək Cavabdeh İddiaçı borcu ödənilməmiş əsas borc qismində 43.906 manat, ##.##.2025-ci il tarixdə hesablanmış və ödənilməmiş faiz borcu qismində 15.484 manat 09 qəpik təşkil etmişdir. Buna görə də Cavabdeh İddiaçı faiz borcunun hesablanması məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 43.906 manat, ##.##.2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 15.848 manat 09 qəpik məbləğində pul tələbi əsaslı olsa da, iddia faiz borcuna dair digər hissədə əsassızdır.

19. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 445.1, 447.1, 448.1, 462.1, 467, 739.1, 740.10, 741.1, 742.1, 743.1 və 743.3cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarına və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinad etmişdir.

20. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsi ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini, mülki işə iddiaçının bu idianı qaldırmağa subyektiv hüququnun olmaması əsası ilə xitam verilməsini, əks təqdirdə iddia tələbinin əsassız olduğu üçün iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddia ərizəsinə qarşı tərəflərindən verilmiş etirazda göstərildiyi və məhkəmə araşdırması zamanı mötəbər sübutlarla təsdiq olunmuşdur ki, Göy-göl rayon Qızılca kəndində yerləşən ümumi sahəsi 1,41 ha. olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş xirda və iri buynuzlu mal-qara saxlamaq üçün fermada birgə təsərrüfat qurmaq və gəliri bölmək kimi şərtlər daxilində cavabdehlə razlaşmış, bu məqsədlə həm götürülmüş kreditin təminatı kimi, həm də cavabdeh tərəfindən mal-heyvan alınması üçün xərclənəcək pul vəsaitinin sığortalanması məqsədilə mülkiyyətində olan yuxarıda göstərilən ünvanda yerləşən 1,41 ha. olan torpaq sahəsini Gəncə şəhər * saylı Notariat Ofisində ## ####### 2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında cavabdehin əmisi oğlu X2 adına rəsmləşdirmişdir. Sonradan iddiaçı öz öhdəliklərini yerinə yetirmədiyi üçün Gəncə Şəhər Məhkəməsində iddia qaldıraraq, həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Həmin mübahisəyə Gəncə Kommersiya Məhkəməsində baxılmışdır. Həmin işə baxılarkən cavabdehin nümayəndəsi torpaq sahəsinin alqı-satqı müqaviləsində torpağın satış qiyməti kimi 5000 manat göstərilsə də, həmin torpaq sahəsini və üzərindəki fermanı ondan 50.000 manata aldığını bildirmişdir. Lakin bununla əlaqədar-yəni həmin məbləğin ona ödənilməsi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhz kredit müqaviləsi ilə eyni gündə bağlanmış və həmin kredit müqaviləsinin təminatı kimi girov qoyulmalı olan qeyd olunan torpaq sahəsi və üzərində olan ferma hazırkı iş üzrə iddiaçı İddiaçı Zidrəddin oğlunun əmisi oğlu X2 adına onların tələbi və onu aldatmaları yolu ilə alqı-satqı edilmişdir. Ona görə də onun torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə 50.000 manata alınması X2 tərəfindən etiraf edildiyindən və buna görə ona hər hansı bir məbləğin ödənilməməsi təsdiq olunduğundan hazırda real qiyməti 90-100 min manat olan həmin torpaq sahəsinin üzərində ferma tikililəri ilə birlikdə məhz yuxarıda qeyd olunan lombard kreditinin təminatı kimi qarşı iddiaçının əmisi oğlunun adına rəsmləşdirildiyinə şübhə etməyə heç bir əsas qalmamışdır. Gəncə Şəhər Məhkəməsi isə hazırkı mübahisəyə baxarkən iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki halları əsassız olaraq nəzərə almamışdir və şikayət olunan qətnaməni qəbul edərkən maddi və prosessual hüuqu normalarının tələblərini pozmuşdur. Hazırkı halda iddiaçının da verdiyi kreditə görə özbaşına olaraq istədiyi faiz dərəcəsini qoymağa hüququ olmamışdır. Belə ki, Azərbaycanda banklar tərəfindən verilən nağd və istehlak kreditlərinin illik faiz dərəcələri növündən, məbləğdən və müddətdən asılı olaraq 9.5% ilə 42.2% aralığında dəyişir. Konkret maksimum faiz, əsasən bankın tətbiq etdiyi faizə bütün əlavə xərclərin daxil olduğu FIFD (X1 Dərəcəsi) 32 faizlə ilə müəyyən edilir. Göründüyü kimi, qanunla müəyyən edilmişdir ki, hətta banklar tərəfindən kredit verilərkən X1 dərəcəsi 32 faiz müəyyən edilmişdir. Lakin bu faiz dərəcəsi kreditin məbləğindən və müddətindən asılı olaraq maksimum 42.2 faiz ola bilər. Lakin iş materiallarından görünür ki iddiaçı tərəfindən lombard fəaliyyəti ilə məşğul olduğu halda. Qanunla müəyyən edilmiş maksimum həddən də yuxarı illik 48 faiz dərəcəsi ilə kredit verilmişdir. Məhkəmə tərəfindən isə iddiaçının onunla lombard müqaviləsi bağlayarkən qanunla ona verilmiş səlahiyyət həddini aşmasına, verdiyi kreditə görə qanunla müəyyən edilmiş maksimum həddən yuxarı faiz dərəcəsi tətbiq etməsinə baxmayaraq, iddianın qismən əsaslı olması qənaətinə gəlməsi qeyd olunan maddi hüquq normasının tələblərinin kobud şəkildə pozulmasıdır. Iddiaçının lombard krediti verərkən qanunla nəzərdə tutulan maksikum həddən yuxarı faizlə kredir verməsi onu göstərir ki, iddiaçı kredit veilməsinin qəbul olunmuş ümumi qaydalarına da riayət etməmişdir. Bundan başqa lombard müqaviləsinin mahiyyəti adından da göründüyü kimi veriləcək kredit məbləğini tam təmin edə biləcək qiymətli əşyanın və ya əmlakın girov qoyulması ilə həyata keçirilməlidir. Yəni iddiaçının verdiyi 52.500 manat kreditə görə heç bir qiymətli əşya və ya əmlak girov götürməməsi lombard müqaviləsinin mahiyətinə zidd olmaqla qanunsuz olmaqla yanaşı həmin məbləğin müqabilində hər hansı bir əmlakın girov götürülməməsi sadəcə olaraq mümkün də deyildi. Buradan da açıq-aşkar görünür ki, həmin müqavilə ilə eyni gündə bağlanmış həmin kredit müqaviləsinin təminatı kimi girov qoyulmalı olan qeyd olunan torpaq sahəsi və üzərində olan ferma hazırkı iş üzrə iddiaçı İddiaçı Zidrəddin oğlunun əmisi oğlu X2 adına onların tələbi və onu aldatmaları yolu ilə alqı-satqı edilmişdir. Bütün qeyd olunan onu təsdiq edir ki, məhkəmə iddiaçının mənimlə lombard müqaviləsi bağlayarkən qanunlara riayət etməsinə dair mövqeyi tamamilə əsassızdır.Bu mövqeyi ilə məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normasının tələblərini hazırkı mübahisəyə düzgün tətbiq etməmişdir

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlilərini əsassız hesab edərək, izahatında göstərdi ki, iddiaçı fiziki şəxsdir. Iddiaçının lombard fəaliyyəti ilə məşğul olması üçün lisenziyası vardır. Cavabdehin qızılı olmadığı üçün iddiaçı ona hörmət etmiş və buna görə də kredit vermişdir. Cavabdeh tərəfindən qızıl girovu qoyulmamışdır. Amma hər bir halda cavabdeh tərəfindən öhdəlik götürülmüş və pulu qəbul etmişdir. 2024-cü ilin may ayına qədər ödəniş etmişdir. Lakin, daha sonra isə ödənişlər etməmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

24. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Nümayəndəsi (vəkil) ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və tərəflər arasında bağlançmış müqavilənin mülki qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasıənı xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

26. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

27. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.

28. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

29. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.

30. Maddə 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür.

31. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

32. Maddə 276.1. Ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər.

33. Maddə 280.1. Girov müqaviləsi yazılı formada bağlanmalıdır.

34. Maddə 300.0. Girov aşağıdakı növlərdə ola bilər: ... 300.0.2. əşyanın lombardda girovu; ...

35. Maddə 302.1. Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər.

36. Maddə 302.2. Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir.

37. Maddə 302.7. Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir.

38. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

39. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

40. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

41. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından

42. asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

43. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır

44. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

45. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

46. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

47. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

48. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

49. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

50. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

51. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

52. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.

53. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

54. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

55. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

56. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

57. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

58. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

59. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

60. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

61. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

62. Maddə 740.10. Gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər.

“N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ###### 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2008-ci il tarixli Qərarı

63. “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.”

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli Qərar

64. “... qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. ...

65. ... etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.”

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarı

66. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

67. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

68. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

69. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

70. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

71. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

72. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

73. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

74. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

75. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

76. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

77. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

78. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

79. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

80. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

81. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

82. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

83. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

84. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

85. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

86. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam şəkildə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

87. Məhkəmə ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

88. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

89. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2023-cü il tarixdə ***** nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə 52.500 manat məbləğində pul vəsaiti 30 ay müddətinə və illik 48 faiz dərəcəsi ilə verilmişdir. Müqavilənin şərtlərinə əsasən kreditin təminatı qismində qızılzinət əşyalarının girovu nəzərdə tutulsa da, iş materialları ilə müəyyən olunur ki, müqavilədə göstərilən təminat üsulu faktiki olaraq həyata keçirilməmiş, cavabdeh tərəfindən hər hansı qızılzinət əşyası girov qoyulmamış, iddiaçı tərəfindən də belə girovun qəbul edilməsini təsdiq edən girov bileti, təhvil-təslim aktı və ya digər sübut məhkəməyə təqdim edilməmişdir.

90. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

91. Iddia tələbinin kökündə tələb etmənin əsası kredit müqaviləsi dayanır. Məhz iddiaçı həmin müqavilələri rəhbər tutaraq hazırda borcalandan borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir.

92. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.

93. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

94. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.

95. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.

96. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur.

97. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur.

98. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.

99. Məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin (“lombardda girovu haqqında müqavilə”) bağlanması şərtdir. Çünki, məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır.

100. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov borclunun kreditor qarşısında pul və ya digər öhdəliyinin icrasının təmin edilməsi üsulu olmaqla yanaşı, girov saxlayanın əşya hüququnu yaradır. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov hüququ yalnız müqavilə əsasında əmələ gəlir, 280.1-ci maddəsində isə girov müqaviləsinin yazılı formada bağlanmasının zəruriliyi imperativ qaydada təsbit edilmişdir. Eyni zamanda Mülki Məcəllənin 302.1-ci maddəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyaların fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsi yalnız xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar – lombardlar tərəfindən həyata keçirilə bilər. Həmin Məcəllənin 302.2-ci maddəsinə görə əşyanın lombardda girovu haqqında müqavilə lombard tərəfindən girov biletinin verilməsi yolu ilə rəsmiləşdirilir.

101. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

102. Sadalanan normaların sistemli təhlili göstərir ki, lombard krediti adi borc münasibətindən fərqli olaraq qanunverici tərəfindən xüsusi hüquqi rejimə tabe edilmiş, onun yaranması və icrası üçün imperativ şərtlər müəyyən olunmuşdur. Həmin münasibətin əsas elementi kreditin mütləq qaydada girovla təmin edilməsidir. Girovun mövcudluğu lombard fəaliyyətinin adi şərti deyil, onun hüquqi mahiyyətini müəyyən edən zəruri elementdir. Məhz buna görə qanunverici lombard kreditinin verilməsini girov predmetinin qəbul edilməsi, girov hüququnun rəsmiləşdirilməsi və girov bileti verilməsi ilə əlaqələndirmişdir.

103. Hazırkı iş üzrə isə müəyyən olunur ki, müqavilədə kreditin qızıl-zinət əşyalarının girovu ilə təmin ediləcəyi göstərilsə də, bu şərt faktiki olaraq icra edilməmişdir. Iş materiallarında cavabdeh tərəfindən hər hansı qızıl-zinət əşyasının təqdim edilməsini, iddiaçı tərəfindən qəbul edilməsini, həmin əşyaların fərdiləşdirilməsini və ya girov hüququnun yaranmasını təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir və iddia tərəfi hər hansı girovun alınmadığını etiraf edir. Belə olan halda müqavilədə nəzərdə tutulan təminat mexanizmi reallaşmamış, tərəflər arasında faktiki olaraq girovsuz pul vəsaitinin verilməsi münasibəti yaranmışdır.

104. Məhkəmə hesab edir ki, mübahisənin hüquqi qiymətləndirilməsi zamanı təkcə müqavilənin adından deyil, onun həqiqi hüquqi mahiyyətindən çıxış edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1 və 404.2-ci maddələrinin tələblərinə görə müqavilə şərtləri təfsir edilərkən yalnız istifadə olunan sözlər deyil, həm də tərəflərin həqiqi iradəsi, müqavilənin bütövlükdə məzmunu və tərəflərin sonrakı davranışları nəzərə alınmalıdır.

105. Bununla yanaşı, Mülki Məcəllənin 390.1-ci maddəsi müqavilə azadlığı prinsipini təsbit etsə də, həmin prinsip qeyri-məhdud xarakter daşımır. Müqavilə azadlığı yalnız qanunun imperativ normalarına zidd olmayan hallarda həyata keçirilə bilər. Mülki Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin iradəsi ilə müəyyən edilsə də, qanunla məcburi qaydada müəyyən edilmiş şərtlər dəyişdirilə və ya aradan qaldırıla bilməz. Eyni zamanda Mülki Məcəllənin 5.3-cü və 16.1-ci maddələrinə əsasən mülki hüquq münasibətlərinin iştirakçıları öz hüquqlarını vicdanla həyata keçirməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər.

106. Iş materiallarından görünür ki, iddiaçı bank və ya bank olmayan kredit təşkilatı olmamış, eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş qaydada girovsuz faizli kreditlərin verilməsi üzrə ayrıca səlahiyyətə malik olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Iddia tərəfinin izahatından da müəyyən olunur ki, o, lombard fəaliyyəti ilə məşğul olmuş, lakin cavabdehin qızıl girovu olmadığı halda belə sonuncunun xahişi əsasında ona kredit vermişdir.

107. Halbuki, faiz müqabilində peşəkar qaydada kredit verilməsi sahibkarlıq fəaliyyətinin xüsusi növü olmaqla yalnız qanunvericiliklə müəyyən edilmiş subyektlər tərəfindən və həmin fəaliyyət üçün müəyyən edilmiş hüquqi çərçivə daxilində həyata keçirilə bilər. Lombard fəaliyyəti üzrə verilən kreditlərin hüquqi əsasını isə məhz girovla təmin olunmuş kredit münasibətləri təşkil edir. Bu səbəbdən lombard fəaliyyəti həyata keçirən şəxsin qanunvericiliyin imperativ tələblərini kənara qoyaraq girov qəbul etmədən, yalnız faiz gəliri əldə etmək məqsədilə kredit verməsi həmin münasibətin artıq lombard fəaliyyəti çərçivəsindən çıxdığını və qanunla müəyyən edilmiş xüsusi hüquqi rejimə uyğun olmadığını göstərir.

108. Məhkəmə hesab edir ki, mülki hüquqda vicdanlı davranış və qanunun aliliyi prinsipləri şəxslərə qanunla müəyyən edilmiş fəaliyyət qaydalarını pozmaqla özlərinə üstün hüquqi vəziyyət yaratmaq imkanı vermir. Şəxs qanunvericiliyin imperativ tələblərini bilərəkdən pozmaqla yaratdığı hüquqi vəziyyətdən sonradan öz xeyrinə istifadə edə bilməz. Əks yanaşma hüquqdan sui-istifadəyə şərait yaratmaqla yanaşı, mülki dövriyyənin sabitliyi və hüquqi müəyyənlik prinsipləri ilə də uzlaşmaz.

109. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mübahisə üzrə tərəflər arasında bağlanmış müqavilənin hüquqi qiymətləndirilməsi zamanı onun yalnız “kredit müqaviləsi” adlandırılması deyil, faktiki icra olunma qaydası, kreditin verilməsi zamanı qanunvericiliyin imperativ tələblərinə riayət edilib-edilməməsi, xüsusilə də kreditin girovla təmin olunmasına dair məcburi şərtin yerinə yetirilməsi və iddiaçının həmin münasibəti bu formada yaratmaq səlahiyyətinin mövcudluğu birlikdə qiymətləndirilməlidir. Bu hallar müəyyən edilmiş hüquqi münasibətin həcminin, tərəflərin hüquq və vəzifələrinin, eləcə də iddiaçının tələb hüququnun dairəsinin müəyyən edilməsində həlledici əhəmiyyət kəsb edir.

110. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün hüquqi həlli üçün iddia tələbinin əsaslandığı ##.##.2023-cü il tarixli, ***** nömrəli müqavilənin hüquqi qüvvəsinin, yəni həmin əqdin etibarlı və ya etibarsız olmasının müəyyən edilməsi zəruridir. Çünki, hər hansı müqavilədən irəli gələn tələb hüququnun mövcudluğu bilavasitə həmin müqavilənin hüquqi qüvvəsindən asılıdır. Əgər iddia tələbinin əsaslandığı əqd hüquqi nəticə doğurmursa, həmin əqd üzrə tərəflər üçün müqavilədən irəli gələn hüquq və vəzifələr də yaranmır və belə əqd yalnız onun etibarsızlığı ilə bağlı qanunda nəzərdə tutulmuş nəticələrin tətbiqinə əsas verə bilər.

111. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

112. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllə maddə - 337.1, 337.4, 337.5).

113. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

114. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

115. Göründüyü kimi, əqdlər Mülki Məcəllədə nəzərdə tutulmuş şərtlərin pozulması ilə bağlandığı halda etibarsız sayıla bilər.

116. Bu şərtlər Mülki Məcəllənin 14-cü fəslində sadalanmışdır və aşağıdakılar kimi müəyyən edilmişdir: hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində əqdin bağlanması (339-cu maddə); uydurma və yalan əqd bağlanmısı (340-cı maddə); qeyri-ciddi əqdin bağlanması (341-ci maddə); fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin əqd bağlaması (342-ci maddə); fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin əqd bağlaması (343-cü maddə); yetkinlik yaşına çatmayanın əqd bağlaması (344 və 345-ci maddələr); öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin əqd bağlaması (346-cı maddə); vacib əhəmiyyətli yanılmanın təsiri altında əqd bağlaması (347-cü maddə); hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxmaqla əqd bağlaması (349-cu maddə).

117. Svilistika doktrinasında əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı ədq kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Məsələn, vətəndaş öz bir otaqlı mənzilini qonşusuna satır. Onlar alğı-satqı müqaviləsini notariat qaydasında təsdiq etmirlər, habelə bu müqavilədən əmələ gələn hüquqlar dövlət qeydiyyatına alınmır. Bu müqavilə hüquqi nəticəyə səbəb olmur. Belə ki, həmin müqavilə alıcı rolunda çıxış edən qonşunun mənzil üzərində mülkiyyət hüququnun əmələ gəlməsinə dəlalət etmir. Ona görə ki, belə halda əqdin formasına aid tələbə riayət olunmamışdır.

118. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqdlərin etibarsızlığı əqdlərin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticənin yaranmasına gətirib çıxarır. Etibarsız əqdlər hüquqazidd qeyri hüquqi hərəkətlərdir. Etibarsız əqdlər elə hüquqazidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmasa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və xitam olunması ilə nəticələnmir. Əqdin etibarlı olması şərtlərindən biri iradə və iradənin vahidliyi (vəhdəti) hesab edilir. Əgər bu şərt pozularsa əqd etibarsız sayılır. Buna iradəsi qüsurlu olan əqd deyilir. Iradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fəqləndirilir. Daxili iradə olmadan bağlanan əqdlər.

119. Hazırkı iş üzrə müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilədə kreditin qızıl-zinət əşyalarının girovu ilə təmin ediləcəyi göstərilmiş, lakin iş materialları ilə cavabdeh tərəfindən hər hansı qızıl-zinət əşyasının girov qoyulması, iddiaçı tərəfindən qəbul edilməsi və ya girov hüququnun qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdirilməsi təsdiq edilməmişdir. Əksinə, iddiaçının nümayəndəsi apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında cavabdehin qızılı olmadığı üçün ona girovsuz şəkildə borc pul verildiyini açıq şəkildə etiraf etmişdir.

120. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

121. Beləliklə, məhkəmə müəyyən edir ki, tərəflər arasında faktiki olaraq qanunvericiliyin lombard fəaliyyəti üçün nəzərdə tutduğu məcburi hüquqi mexanizm tətbiq edilməmiş, kredit girovsuz verilmişdir. Halbuki, lombard fəaliyyəti üzrə kredit münasibətlərinin hüquqi mahiyyəti məhz daşınar əmlakın girov qoyulması ilə şərtlənir və bu element həmin münasibətin ayrılmaz tərkib hissəsidir. Bu səbəbdən müqavilədə göstərilən təminat şərti formal xarakter daşımış, faktiki hüquqi münasibət isə müqavilədə nəzərdə tutulan məzmuna uyğun formalaşmamışdır.

122. Digər tərəfdən, iş materialları ilə müəyyən olunur ki, iddiaçı bank və ya bank olmayan kredit təşkilatı olmamış, eyni zamanda girovsuz əsaslarla faiz müqabilində kredit vermək səlahiyyətinə malik olmasını təsdiq edən hər hansı hüquqi əsas və ya icazə məhkəməyə təqdim etməmişdir. Iddiaçının nümayəndəsinin izahatından da görünür ki, pul vəsaiti cavabdehə faktiki olaraq borc kimi verilmişdir. Lakin belə borc münasibəti peşəkar qaydada və gəlir əldə etmək məqsədilə faiz müqabilində həyata keçirildiyindən, həmin fəaliyyət qanunvericiliklə müəyyən olunmuş hüquqi rejimdən kənarda həyata keçirilmiş hesab edilir.

123. Məhkəmə hesab edir ki, mülki hüquqda müqavilə azadlığı prinsipi şəxslərə qanunvericiliyin imperativ tələblərini aradan qaldırmaq və ya onlardan yan keçməklə hüquqi nəticə yaratmaq səlahiyyəti vermir. Müqavilənin adı və ya tərəflərin ona verdiyi hüquqi qiymət deyil, onun faktiki məzmunu və qanunvericiliyin məcburi normalarına uyğunluğu hüquqi nəticənin yaranmasını müəyyən edir. Buna görə də qanunvericiliyin imperativ tələbləri pozulmaqla bağlanmış müqavilə tərəflərin arzu etdikləri hüquqi nəticəni doğura bilməz və belə əqd üzrə müqavilədən irəli gələn hüquqların müdafiəsi mümkün deyildir.

124. Bununla belə, müqavilənin əhəmiyyətsiz hesab edilməsi cavabdehin iddiaçıdan faktiki olaraq pul vəsaiti almaması anlamına gəlmir. Əksinə, iş materiallarında olan ##.##.2023-cü il tarixli kassa məxaric orderi, cavabdehin həmin pul vəsaitini qəbul etməsi, eləcə də sonradan müəyyən müddət ərzində etdiyi ödənişlər onun iddiaçıdan pul aldığını birmənalı təsdiq edir. Bu səbəbdən tərəflər arasında yaranmış faktiki münasibətlər etibarsız müqavilədən irəli gələn kredit münasibəti kimi deyil, bir şəxsin digər şəxsə faktiki olaraq pul vəsaiti verməsi nəticəsində yaranmış restitusiya xarakterli öhdəlik münasibəti kimi qiymətləndirilməlidir. Belə olan halda iddiaçının müdafiə edilməli hüququ müqavilədən irəli gələn faiz və digər müqavilə şərtləri deyil, yalnız cavabdehə faktiki verdiyi və sonradan geri qaytarılmamış pul vəsaiti ilə məhdudlaşır. Məhz buna görə də hazırkı mübahisədə cavabdehin üzərinə yalnız aldığı və qaytarmadığı əsas pul məbləğinin qaytarılması öhdəliyi düşür, etibarsız müqavilənin digər şərtləri, o cümlədən faiz, cərimə və sair müqavilə öhdəlikləri isə hüquqi nəticə doğurmur.

125. Belə ki, iddiaçının nümayəndəsi izahatında iddiaçının lombard fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq lisenziyaya malik olduğunu, lakin cavabdehin qızıl girovu olmadığına görə ona hörmət edərək girov qəbul edilmədən pul vəsaiti verildiyini, cavabdeh tərəfindən heç bir qızıl-zinət əşyasının girov qoyulmadığını açıq şəkildə etiraf etmişdir. Bununla yanaşı nümayəndə cavabdehin aldığı pul vəsaitini 2024-cü ilin may ayınadək hissə-hissə ödədiyini, sonradan isə ödənişləri dayandırdığını bildirmişdir.

126. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin qeyd olunan izahatı hazırkı mübahisənin hüquqi qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki nümayəndənin izahatından birmənalı şəkildə müəyyən olunur ki, müqavilədə kreditin qızıl-zinət əşyalarının girovu ilə təmin ediləcəyi nəzərdə tutulsa da, həmin şərt faktiki olaraq icra edilməmiş, cavabdeh tərəfindən hər hansı girov təqdim olunmamış, iddiaçı isə buna baxmayaraq pul vəsaitini cavabdehə vermişdir. Beləliklə, iddiaçının öz nümayəndəsinin etirafı ilə də təsdiq edilir ki, tərəflər arasında faktiki olaraq lombard qanunvericiliyinin tələb etdiyi girovla təmin olunmuş kredit münasibəti deyil, girovsuz pul vəsaitinin, yəni borcun verilməsi münasibəti yaranmışdır.

127. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən hüquqi qiymətləndirmədən göründüyü kimi, tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli, ***** nömrəli müqavilə qanunvericiliyin imperativ tələblərinin pozulması ilə bağlandığından həmin əqd üzrə faiz, cərimə və digər müqavilə şərtləri hüquqi nəticə doğurmur. Lakin müqavilənin əhəmiyyətsiz hesab edilməsi cavabdehin iddiaçıdan faktiki olaraq pul vəsaiti almaması və ya aldığı vəsaiti qaytarmaq öhdəliyindən azad edilməsi kimi qiymətləndirilə bilməz. Əks yanaşma əsassız varlanmaya və mülki hüququn əsas prinsiplərinin pozulmasına səbəb olardı.

128. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmamışdırsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onların dəyərini pulla ödəməlidir. Bu norma etibarsız əqdlərin əsas hüquqi nəticəsini – restitusiyanı müəyyən edir və tərəflərin əqd üzrə faktiki aldıqlarını geri qaytarmalarını tələb edir.

129. Bununla yanaşı, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə borcverən pul vəsaitini borcalanın mülkiyyətinə verir, borcalan isə aldığı məbləği eyni həcmdə borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin məbləği üç min manatdan artıq olduqda onun yazılı formada bağlanılması tələb edilir.

130. Hazırkı iş üzrə iş materialları ilə müəyyən olunur ki, ##.##.2023-cü il tarixli, ****** nömrəli kassa məxaric orderinə əsasən iddiaçı tərəfindən cavabdehə 52.500 manat məbləğində pul vəsaiti verilmiş, cavabdeh həmin pul vəsaitini qəbul etmişdir. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilməmiş, əksinə, sonradan həmin məbləğin müəyyən hissəsinin ödənilməsi ilə faktiki olaraq etiraf edilmişdir.

131. Eyni zamanda ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh kredit müqaviləsi üzrə 2023-cü ilin noyabr ayından 2024-cü ilin aprel ayınadək ümumilikdə altı ödəniş həyata keçirmişdir. Həmin arayışa əsasən cavabdeh 2023-cü ilin noyabr ayında 3.036 manat, dekabr ayında 3.043 manat, 2024-cü ilin yanvar ayında 3.127 manat, fevral ayında 3.286 manat, mart ayında 2.608 manat və aprel ayında isə 2.248 manat ödəniş etmişdir. Beləliklə, iddiaçının özünün təqdim etdiyi maliyyə sənədləri ilə müəyyən olunur ki, cavabdeh tərəfindən ümumilikdə 17.348 manat məbləğində ödəniş edilmişdir.

132. Məhkəmə xüsusilə qeyd edir ki, göstərilən ödənişlərin məhz cavabdeh tərəfindən həyata keçirilməsi iddiaçının təqdim etdiyi maliyyə arayışı ilə təsdiq olunmuş və iddiaçının özü tərəfindən etiraf edilmişdir. Mülki prosessual hüququn sübutetmə prinsiplərinə görə tərəfin öz əleyhinə etiraf etdiyi hal əlavə sübutetmə tələb etməyən fakt hesab olunur. Buna görə də cavabdehin qeyd olunan məbləğdə ödəniş etməsi mübahisəsiz hal kimi qəbul edilməlidir.

133. Digər tərəfdən, cavabdeh tərəfindən qeyd olunan ödənişlərdən əlavə hər hansı başqa məbləğin iddiaçıya ödənilməsini təsdiq edən mötəbər və yol verilən sübut(lar) məhkəməyə təqdim edilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh isə öhdəliyin daha artıq hissədə icra edildiyini təsdiq edən bank çıxarışları, qəbzlər, maliyyə sənədləri və ya digər yazılı sübutlar təqdim etməmişdir. Buna görə də məhkəmə yalnız iş materialları ilə təsdiq olunan ödənişləri nəzərə almağı əsaslı hesab edir.

134. Məhkəmə həmçinin nəzərə alır ki, müqavilənin əhəmiyyətsiz hesab edilməsi nəticəsində iddiaçının müqavilədə nəzərdə tutulmuş faiz, cərimə və digər maliyyə tələblərini irəli sürmək hüququ mövcud olmasa da, bu hal cavabdehin faktiki aldığı pul vəsaitini geri qaytarmaq öhdəliyini aradan qaldırmır. Etibarsız əqdin hüquqi nəticəsi müqavilənin digər şərtlərinin deyil, yalnız tərəflərin faktiki aldıqlarının qarşılıqlı qaytarılmasının təmin edilməsidir.

135. Belə olan halda, cavabdeh tərəfindən alınmış 52.500 manat məbləğindən iddiaçının özünün təqdim etdiyi maliyyə arayışı ilə təsdiq olunan 17.348 manat ödəniş çıxıldıqda, cavabdehin qaytarmadığı əsas pul vəsaiti 35.152 manat təşkil edir.

136. Məhkəmə hesab edir ki, məhz bu məbləğ tərəflər arasında yaranmış faktiki borc münasibətindən irəli gələn əsas borc məbləğidir.

137. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı qarşısında yalnız faktiki aldığı və geri qaytarmadığı 35.152 manat əsas pul vəsaiti üzrə öhdəliyi mövcuddur. Etibarsız hesab edilən müqavilədən irəli gələn faiz, cərimə və digər müqavilə öhdəlikləri isə hüquqi nəticə doğurmadığından həmin hissədə iddia tələbi təmin edilə bilməz. Buna görə də cavabdehdən iddiaçının xeyrinə yalnız 35.152 manat əsas borcun tutulması qanuni, əsaslı və işin müəyyən edilmiş faktiki hallarına uyğundur.

138. Apellyasiya şikayətinin dəlillərində göstərilən Göy-göl rayon Qızılca kəndində yerləşən ümumi sahəsi 1,41 ha. olan torpaq sahəsinin hazırki kreditin təminatı kimi iddia tərəfinə verildiyi və buna bənzər digər dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, əvvəla bu hallarla bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Bundan başqa qeyd edilən hallar hazırki mübahisənin predmetini təşkil etmir. 139.

140. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

141. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

142. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

143. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən edilməlidir.

144. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia təmin edilmiş hissəsində münasibətdə 146,89 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, ödənilmiş 172,19 manat dövlət rüsumu isə iddiaçıya aid edilməlidir.

145. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı və cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.

146. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.2, 385.1, 386, 388, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Iddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh 35.152 (otuz beş min yüz əlli iki) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 146,89 (yüz qırx altı manat səksən doqquz qəpik) manat məbləğində pul olmaqla, cəmi 35.298,89 (otuz beş min iki yüz doxsan səkkiz manat səksən doqquz qəpik) manat alınaraq iddiaçı İddiaçı verilsin. Iddiaçı İddiaçı tərəfindən ödənilmiş 172,19 (yüz yetmiş iki manat on doqquz qəpik) manat dövlət rüsumu iddiaçı İddiaçı aid edilsin. Iddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar