Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-1018/2026 01.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi ilə, iddiaçı İddiaçı, cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Baba oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh vurduğu maddi ziyanın əvəzi olaraq 335 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə qonşuluqda yaşayır və ona məxsus toyuqlar və xırda buynuzlu heyvan onun məhləsinə (həyətyanı sahəsinə) yaxınlaşan kimi cavabdeh onları gah vurub öldürür, bəzilərini də imkan olanda tutub oğurlamışdır. Bu barədə dəfələrlə cavabdehə xəbərdarlıq etmiş, belə pis niyyətli əməllərindən əl çəksin. Lakin, cavabdeh bunu davam etdirməkdədir. Cavabdeh belə əməllər törədərək, ona məxsus 3 ədəd toyuq, xoruz və 4 ədəd toyuğu, həmçinin 1 baş xırdabuynuzlu heyvanını (sağmal keçi) öldürmüşdür. Toyuqların bazarda satış qiyməti biri 10 manat, xoruzların satış qiyməti 15 manatdır. Bir baş sağlam keç isə 250 manatdır. Beləliklə, cavabdeh ona 335 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdehə ## ###### 2025-ci il tarixdə pretenziya qaydasında məktub göndərərək, təklif etmişdir ki, ona məxsus ümumi dəyəri 335 manat olan heyvanları məhv etdiyinə görə həmin məbləğdə maddi ziyanı ona qaytarsın. Bunun üçün ona 10 (on) gün vaxt vermiş, bildirmişdir ki, əgər cavabdeh ona vurduğu maddi ziyanı ödəməsə mülki iddia qaydasında məhkəməyə müraciət edəcək. Lakin, cavabdeh onun təklifimə cavab verməmişdir. Cavabdeh Cavabdeh ona qarşı törətdiyi belə hərəkətlərinə görə Şamaxı Rayon Polis Şöbəsinə müraciət etmiş, həmin müraciətlərdə cavabdeh ona qarşı törətdiyi əməlləri yəni o, onun mal-heyvanını vurub öldürdüyünü etiraf etmişdir.
3. Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Q.Abasov) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının cavabdeh tərəfindən ona maddi zyan vurulması barədə məhkəməyə sübut təqdim etməməsi ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
5. Iddiaçı İddiaçı Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin tamamilə ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin qətnaməsində yazılan yuxarıdakı ifadələrin hamısı qeyri-müəyyəndir. Əvvəla hesab edir ki, Şamaxı Rayon Məhkəməsi onun iddia tələbi üzrə düzgün sorğu verməyərək şikayətinə aidiyyəti olmayan cavabı Şamaxı Rayon Polis Şöbəsindən almışdır və yaxud Rayon Polis Şöbəsi sorğuya aidiyəti olmayan, yəni cavabdehlə başqa mübahisəsinə aid olan iş materiallarını məhkəməyə göndərmişdir. Digər tərəfdən qətnamədə yazıldığı kimi – “cavabdeh tərəfindən təqdim edilən diskdəki video görüntüdən görünür ki, cavabdehin tələf etməsi iddia edilən keçi iddiaçının oğlu tərəfindən cavabdehin qapısından götürülərək, öz yaşadıqları evlərinə aparılmışdır” cümləsində qeyri-müəyyənlik onu deməyə əsas verir ki, iddia tələbinə məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Oğlu onlara məxsus keçini cavabdehin qapısından sağlam vəziyyətdə gətirdi, yoxsa öldürülmüş və ya xəsarət alınmış vəziyyətdə. Odur ki, yuxarıda yazılanlar məhkəmə qətnaməsinin qeyri-obyektiv və ya qərəzli olmasının əsas göstəricisidir. Qətnamədə cümlə və ifadələrin hamısı qeyri-müəyyən və ümumi sözlərdən ibarətdir. Həmçinin yəqin sorğu düzgün tərtib olunmadığına görə aidiyyəti üzrə iş materiallarının sənədləri əldə edilməmişdir. Digər bir əsas qeyri-müəyyənlik və qeyri-obyektivlik ondan ibarətdir ki, bu apellyasiya şikayətini Elektron Məhkəmə Kabinetinə daxil etdiyi müddətədək Şamaxı Rayon Məhkəməsi tərəfindən aidiyyəti üzrə göndərilmiş sorğunun mətni və alınmış cavabın mətni bu Elektron Məhkəmə Kabinetinə daxil edilməmişdir. Həmçinin cavabdehin məhkəməyə təqdim etdiyi sübut, etiraz Elektron Məhkəmə Kabinetində yoxdur. O heç bir sənədi, sübutu bu kabinetdə görmür. Bu faktın özü də təsdiq edir ki, iddia tələbi üzrə keçirilmiş məhkəmə prosesinin hamısı üst-örtülü və qapalı formada olmuşdur. Şamaxı Rayon Polis Şöbəsindən məhkəməyə gəlmiş cavabın surətini məhkəmədən istəmiş, amma vermədilər. Nə də ki, heç bir sənədi elektron məhkəmə kabinetinə daxil etməyiblər. Bu, birinci instansiya məhkəməsi tərəfindən törədilmiş açıq – aydın kobud prosessual hüquq pozuntusudur və iş üzrə qeyri-obyektiv əməllərdir. Odur ki, qətnamədə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019- cu il tarixli Qərarı yersiz və əsassız olaraq yazılmışdır. Məhkəmə tərəfindən iş üzrə sənədlər və faktlar gizlədildiyi halda hansısa normativ aktın və ya qanunun tətbiqindən və təfsirindən söhbət gedə bilməz. Beləliklə, Şamaxı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsində maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, düzgün tətbiq və təfsir edilməmişdir. Həmçinin işin bütün faktiki halları tam aydınlaşdırılmamış və qətnamədə göstərilə nəticələr işin hallarına uyğun olmamışdır. Şamaxı Rayon Məhkəməsi iddia tələbi üzrə bu işi qapalı və üstörtülü formada aparmış, iş materiallarına aid sənədlərin heç birisini Elektron Məhkəmə Kabinetinə daxil etməmişdir. Qətnamənin əsaslandırma hissəsində məhkəmə tərəfindən qeyrimüəyyən və ümumi cümlələr yazılmaqla işin həqiqi halları ört-basdır edilmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
11. Cavabdeh Cəlil Heybətov bu nəticə ilə razılaşmayaraq qətnamənin ləğv edilməsini xahiş edərək, qətnaməni mübahisələndirmişdir.
12. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə hüquqi qiymət verilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Iş materiallarını araşdıraraq, məruzəçini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
14. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının cavabdeh tərəfindən ona maddi zyan vurulması barədə məhkəməyə sübut təqdim etməməsi ilə əsaslandırmışdır.
15. Birinci instansiya məhkəməsinin nəticəsindən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
17. Işdən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ona məxsus heyvanların cavabdeh tərəfindən tələf edilməsi nəticəsində 335 manat maddi ziyan dəyməsi barədə iddia qaldırmış və həmin məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Iddiaçı öz tələbinin əsası kimi 3 ədəd xoruzun, 4 ədəd toyuğun və 1 baş keçinin cavabdeh tərəfindən öldürüldüyünü göstərmiş, heyvanların dəyərini müvafiq olaraq müəyyən etmişdir.
18. Birinci instansiya məhkəməsi iddiaçının istinad etdiyi halların təsdiq olunması məqsədilə Şamaxı Rayon Polis Şöbəsindən müvafiq materialları tələb etmiş, həmin materialları araşdırmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, # ###### 2025-ci il tarixdə tərəflər arasında mübahisə baş vermiş, lakin polis materialları tərəflər arasındakı mübahisənin cavabdehin bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə ağac əkməsi və bunun nəticəsində iddiaçının evinə hərəkətin məhdudlaşdırılması ilə bağlı olduğunu göstərmişdir. Həmin materiallarda iddiaçının ona məxsus 4 xoruz, 3 toyuq və 1 keçinin cavabdeh tərəfindən tələf edilməsi barədə cavabdehin izahatının və ya etirafının olması müəyyən edilməmişdir.
19. Apellyasiya şikayətində iddiaçı polis orqanından məhkəməyə başqa mübahisəyə aid materialların göndərildiyini, yaxud məhkəmənin sorğunu düzgün tərtib etmədiyini irəli sürmüşdür. Lakin bu dəlil özlüyündə iddiaçının tələb etdiyi ziyanın cavabdeh tərəfindən vurulmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı polis materiallarının hazırkı mübahisəyə aid olmadığını bildirməklə kifayətlənmiş, həmin materialların əvəzinə cavabdehin heyvanları tələf etməsini təsdiq edən hər hansı digər mötəbər sübutu apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Apellyasiya şikayətinin özündə də maddi ziyanın məhz cavabdehin hərəkətləri nəticəsində yaranmasını təsdiq edən konkret sübut göstərilməmişdir.
20. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təqdim etdiyi heyvanların ölməsinə dair fotoşəkillər də məhz cavabdehin həmin heyvanları öldürdüyünü təsdiq etmir. Birinci instansiya məhkəməsi fotoşəkillərin mövcudluğunu nəzərə almış, lakin onların heyvanların ölüm səbəbini və ölümün cavabdehin hərəkətləri nəticəsində baş verdiyini müəyyən etməyə imkan vermədiyi qənaətinə gəlmişdir. Bu qiymətləndirmə iş materiallarının məzmununa uyğundur.
21. Eyni zamanda, cavabdeh tərəfindən təqdim edilmiş video görüntü də məhkəmə tərəfindən araşdırılmış və həmin görüntüdə iddiaçının tələf edildiyini bildirdiyi keçinin cavabdehin qapısından iddiaçının oğlu tərəfindən götürülərək yaşadıqları evə aparılması əks olunmuşdur. Iddiaçı apellyasiya şikayətində bu görüntünün keçinin hansı vəziyyətdə aparıldığını müəyyən etməyə imkan vermədiyini bildirsə də, bu hal video görüntünün iddiaçının xeyrinə, yəni keçinin məhz cavabdeh tərəfindən öldürüldüyünü təsdiq edən sübut kimi qəbul edilməsinə əsas vermir. Əksinə, iddiaçının irəli sürdüyü faktın sübut edilməsi üçün keçinin ölümünün səbəbi və bunun cavabdehin hərəkəti ilə səbəbli əlaqəsi müəyyən edilməlidir. Belə sübut isə iş materiallarında mövcud deyildir.
22. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsində də düzgün olaraq qeyd edilmişdir ki, iddiaçının cavabdeh tərəfindən ona maddi ziyan vurulmasını sübut etmək vəzifəsi məhz onun üzərinə düşür.
23. Bu baxımdan, iddiaçının yalnız öz izahatında heyvanların cavabdeh tərəfindən tələf edildiyini bildirməsi iddia tələbinin təmin edilməsi üçün kifayət edən sübut kimi qəbul edilə bilməz. Iddiaçının polis orqanına müraciət etməsi və həmin müraciət üzrə mülki qaydada məhkəməyə müraciət etməsinin izah olunması da cavabdehin mübahisəli hərəkəti törətməsinin sübut edilməsi anlamına gəlmir. Məhkəmə iddiaçının irəli sürdüyü faktların mövcudluğunu təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən etməlidir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətində elektron məhkəmə kabinetində polis sorğusunun, həmin sorğuya verilmiş cavabın və cavabdehin etirazının görünməməsi barədə dəlillərə də qiymət verirərək qeyd edir ki, iddiaçı bu halı birinci instansiya məhkəməsi tərəfindən sənədlərin gizlədilməsi və prosesin qapalı aparılması kimi qiymətləndirmişdir. Lakin elektron məhkəmə kabinetində hər hansı sənədin iddiaçı tərəfindən görünməməsi faktı öz-özlüyündə həmin sübutların ümumiyyətlə iş materiallarında olmaması və ya məhkəmənin onları tədqiq etməməsi nəticəsinə gəlməyə əsas vermir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə polis orqanından material tələb etmiş və həmin materiallara baxış keçirərək onların məzmununa qiymət vermişdir.
25. Iddiaçı həmin materialların başqa mübahisəyə aid olduğunu hesab edirsə də, bu barədə konkret və obyektiv sübut təqdim etməmişdir. Eyni zamanda, elektron kabinetdə sənədin görünməməsi ilə bağlı prosessual iradın mövcudluğu qətnamənin nəticəsinin dəyişdirilməsi üçün yalnız o halda hüquqi əhəmiyyət kəsb edə bilər ki, həmin hal işdə iştirak edən şəxsin prosessual hüquqlarının həyata keçirilməsinə və işin nəticəsinə təsir göstərən əhəmiyyətli pozuntu ilə müşayiət olunsun. Hazırkı iş üzrə isə belə nəticəyə gəlməyə əsas verən hallar müəyyən edilmir.
26. Birinci instansiya məhkəməsinin sübutetmə yükünün bölüşdürülməsi və sübutların qiymətləndirilməsi ilə bağlı gəldiyi nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında ifadə edilmiş çəkişmə və sübutetmə prinsiplərinə də uyğundur. Həmin yanaşmaya əsasən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməli, məhkəmə isə təqdim edilmiş sübutların əsasında iş üzrə nəticəyə gəlməlidir. Birinci instansiya məhkəməsi də qətnaməsində MPM-in 77.1-ci maddəsinə istinad etməklə məhz bu sübutetmə qaydasını tətbiq etmişdir.
27. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinin tələblərinə görə məhkəmə tərəflərin təqdim etdikləri və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmaqla, iddia tələblərinin hədləri daxilində qətnamə qəbul edir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəflərin izahatlarını, polis materiallarını, fotoşəkilləri və video görüntünü araşdırmış, həmin sübutların məcmusu əsasında iddiaçının cavabdehin təqsiri nəticəsində 335 manat məbləğində ziyana məruz qalmasını təsdiq edən kifayət qədər və mötəbər sübutların olmadığı qənaətinə gəlmişdir.
28. Apellyasiya şikayətinin digər dəlilləri də birinci instansiya məhkəməsinin sübutlara verdiyi qiymətin düzgün olmadığını göstərən konkret əsaslar kimi qiymətləndirilə bilməz. Iddiaçı qətnamədəki müəyyən ifadələrin qeyri-müəyyən olduğunu qeyd etsə də, həmin ifadələrin hansı nəticəyə təsir edən hüquqi və ya prosessual pozuntuya səbəb olduğunu əsaslandırmamışdır. Eyni zamanda, qətnamənin nəticəsi üçün mühüm olan əsas məsələ — iddiaçının heyvanlarının məhz cavabdeh tərəfindən tələf edilməsi və bunun nəticəsində 335 manat məbləğində ziyanın yaranması — sübutlarla təsdiq olunmamışdır.
29. Beləliklə, məhkəmə kopllegiyası hesab edir ki, iddiaçı tərəfindən cavabdehin qanunazidd hərəkəti, həmin hərəkət nəticəsində ziyanın yaranması və cavabdehin hərəkəti ilə yaranmış zərər arasında səbəbli əlaqə mötəbər sübutlarla təsdiq edilməmişdir. Bu səbəbdən 335 manat maddi ziyanın cavabdehdən tutulması üçün hüquqi əsaslar müəyyən edilmir.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işin faktiki hallarını müəyyən etməsini, təqdim edilmiş sübutları qiymətləndirməsini və həmin sübutlar əsasında iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Apellyasiya şikayətində göstərilən dəlillər həmin nəticəni şübhə altına alan, qətnamənin ləğvini və ya dəyişdirilməsini şərtləndirən xarakterli deyildir.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir.
32. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.