Məhkəmə qərarları › İş №2(3-8)-1025/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-1025/2026

18.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-1025/2026 18.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Zeynalova Arzu Əkrəm qızının cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Q.Abasov) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 21399 manat pul və 154 manat 20 qəpik dövlət rüsumunun alınıb, iddiaçı İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə vermişdir. Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müdətin bərpa edilməsi barədə cavabdeh Cavabdeh tərəfindən verilmiş ərizə təmin olunmaması qərara alınmışdır. Cavabdeh Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət işlə birlikdə 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ona olan borcu 32834 manat təşkil edən pul məbləğinin və ödənilmiş 185 manat 50 qəpik pulun alınaraq ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Cavabdeh Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından şikayət verərək, apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi barədə ərizənin təmin edilməsi, apellyasiya şikayətinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılması, əks təqdirdə qərardaddan şikayətin baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsinin surətini almamışdır. Həmin qətnamənin surəti onun istifadə etmədiyi vəkil vəkil2 olan Bakcell mobil nömrəsi üzrə qeydiyyatdan keçmiş vahid məhkəmə portalındakı hesaba yüklənmişdir. Həmin hesab və mobil nömrə vəkil2 olduğundan o, həmin qətnaməni almamışdır. Bir müddət bundan qabaq yəni şikayət müddəti bitdikdən sonra vəkil2 həmin nömrəni atasına qaytarmış və bildirmişdir ki, artıq şikayət vermə müddəti ötürülmüşdür. Bu səbəbdən şikayət vermə müddətini ötürmüşdür. Bu səbəb ondan asılı olmayan səbəbdir. Ehtiyac olarsa vəkil2 məhkəmə iclas zalına çağırılıb dindilməsini məhkəmədən xahiş etsə də, məhkəmə həmin şəxsi məhkəməyə çağırıb dindirməmişdir. Eyni zamanda hakim istinad edir ki, o, hissə-hissə icraya dair qərardad çıxarılması ilə bağlı müraciət etmiş, onun bütün bu olanlardan anlayışı yoxdur. Onun hüquqi savadı yoxdur. Bunların hamısını vəkili edib. Bu səbəbdən şikayət vermə müddətini ötürmüşdür. Bakı şəhərində yaşadığından ünvanına gələn məktubların heç birindən məlumatı yoxdur. HÜQUQİ MƏSƏLƏLƏR Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh prosessual müddətin bərpası barədə ərizədə göstərdiyi səbəb, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün əsas ola bilməməsi ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 133.1. maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Cavabdeh qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edilməsi barədə qeyd etdiyi hallar əsaslı olmadığından ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI Cavabdeh Cavabdeh şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli və onunla bağlı ## #### 2026-cı il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar