Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-1053/2026 10.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və “xxxx” ASC-yə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov Ilqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh cavabdeh2 nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və “xxxx” ASC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI Işin halları
1. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrindən görünür ki, “X1” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı, “Toyota Land-Cruiser-Prado” markalı, **- BS-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi cavabdeh2dur.
2. ##.##.2025-ci il tarixli, IXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, cavabdeh2 “Toyota Land-Cruiser-Prado” markalı, **-BS-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən ##.##.2025-ci il tarixdə, saat 16:20-də Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
3. ##.##.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərardan görünür ki, cavabdeh2 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməsinə görə 40 manat məbləğində cərimə edilmişdir.
4. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “X1” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan ehtiyat hissələri 3235 manat, təmir işləri 1350 manat olmaqla, cəmi 4585 manat dəyərində qiymətləndirilmişdir.
5. İ-****/** nömrəli sığorta ödənişi aktından görünür ki, “X1” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi olaraq 4585 manat sığorta ödənişinin “xxxx” ASC tərəfindən zərərçəkən İddiaçı ödənilməsi nəzərdə tutulmuşdur.
6. ##.##.2025-ci il tarixli ödəniş qəbzindən və Sumqayıt şəhər * saylı Vəkil Bürosu tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *** nömrəli arayışdan görünür ki, İddiaçı tərəfindən Büronun hesabına 325 manat pul köçürülmüşdür.
7. ##.##.2026-cı il tarixli kassa məxaric orderindən görünür ki, 4585 manat pul İddiaçı məxsus kart hesabına (kart nömrəsi 5315 **** **** 8637) köçürülmüşdür.
8. X3 tərəfindən “X1” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair verilmiş qüsur aktından görünür ki, sözügedən avtomobilə dəymiş ümumi zərərin məbləği 8310 manatdır.
9. “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli, **/*** nömrəli məktubundan görünür ki, ##.##.2025-ci il tarixli, PSS********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən həmin Cəmiyyətdə sığortalanmış “Toyota Land-Cruiser-Prado” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə ##.##.2025-ci il tarixdə Sumqayıt şəhəri ərazisində sığorta hadisəsinin baş verməsi nəticəsində İddiaçı məxsus olan “X2” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan barəsində qimətləndirmə aktı tərtib edilmiş, dəymiş ziyan 4585 (dörd min beş yüz səksən beş) manat məbləğində müəyyən ediimişdir. Faydalanan şəxs İddiaçı ilə Cəmiyyət tərəfindən dəymiş ziyanın qiymətləndirilməsi ilə razılıq əldə edilmişdir. Zərər və sığorta ödənişinin məbləği ilə razılaşma barədə sığorta ödəniş aktına əlavəyə əsasən qeyd olunan 4585 (dörd min beş yüz səksən beş) manat məbləğ İddiaçı bank hesabına ödənilmişdir.
10. xxxxnun ##.##.2026-cı il tarixli, MEB-***-**** nömrəli hesabatından görünür ki; 1. “X1” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə olunduğu illər nəzərə alınmaqla, orijinal ehtiyat hissələri ilə yol-nəqliyyat hadisəsi baş verən günə, yəni ##.##.2025-ci il tarixə normal istismar köhnəlməsi (amortizasiya) 42.5%-dir (yararlılıq faizi). 2. “xxxx” şirkəti tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli qüsur aktında göstərilən orijinal ehtiyat hissələri ilə müqayisədə və 1ci sualda göstərilən yekun amortizasiya (yararlılıq faizi) nəzərə alınmaqla, avtomobilin təmiri üçün eyni yararlılıq vəziyyətində olan alternativ (ikinci əl) ehtiyat hissələrinin siyahısı real Azərbaycan bazarında 4950 manat müəyyən edilmişdir. 3. “xxxx” şirkəti tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli aktda göstərilən təmir işlərinin (dəmirçi, rəngsaz, elektrik və s.) orta bazar qiymətləri real Azərbaycan bazarında 2645 manat müəyyən edilmişdir.
11. xxxxnun ##.##.2026-cı il tarixli məktubundan görünür ki, xxxxnun qiymətləndiricimütəxəssisləri tərəfindən aparılmış qiymətləndirmə işi üzrə 350 manat xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat
12.Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yolnəqliyyat hadisəsi nəticəsində ona dəymiş 3625 (üç min altı yüz iyirmi beş) manat maddi ziyanın, hüquqi yardıma görə vəkillə bağlanmış müqaviləyə görə ödənilmiş 325 (üç yüz iyirmi beş) manat pulun, ödənilmiş 59 (əlli doqquz) manat dövlət rüsumu olmaqla, cəmi 4009 (dörd min doqquz) manat pulun cavabdeh cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 13.Işə Sumqayıt Şəhər Məhkəməsində baxılarkən iddiaçının ərizəsi ilə “xxxx” ASC əlavə cavabdeh qismində işə cəlb edilmişdir. 14.Daha sonra iddiaçı cavabdehlərə qarşı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 3625 manat maddi ziyanın, hüquqi yardıma görə vəkillə bağlanmış müqaviləyə görə ödənilmiş 325 manat pulun, qiymətləndirici üçün ödənilmiş 350 manat pulun, ödənilmiş 59 manat dövlət rüsumunun cavabdeh cavabdeh2 və 415 manat maddi ziyanın “xxxx” ASC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdirmişdir. 15.Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ##.##.2025-ci ildə, saat 16:20 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsində cavabdeh2 özünə məxsus olan “Toyota Land-Cruiser- Prado” markalı, **-BS-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən manevr qaydasını pozmuş, yəni yola bitişik ərazidən yola çıxarkən onun idarə etdiyi “X1” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisədə xəsarət alan olmamış, hər iki avtomobilə xeyli miqdarda zərər dəymişdir. Fakt əsasında Sumqayıt şəhər PI-nin DYPŞ-də araşdırma aparılmışdır. Sürücü cavabdeh2 “Yol hərəkəti haqqmda Azərbaycan Respublikası Qanunu”nun 42-ci maddəsinin 4-cü bəndinin tələbini pozub yol-nəqliyyat hadisəsi törədərək zərərçəkən şəxsə, yəni ona maddi zərər vurmuşdur. Onun əməlində AR IXM-nin 327.1-ci maddəsinin tərkibi olduğundan barəsində DYPŞ-nin əməkdaşları tərəfindən IXP******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında ##.##.2025-ci ildə TP******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 40 manat məbləğində cərimə edilmişdir. Həmin qərar artıq qanuni qüvvəyə minmişdir. Fərdi qaydada fəaliyyət göstərən servis tərəfindən verilən “qüsur aktı”na görə hadisə nəticəsində ona məxsus olan avtomobilə 8310 (səkkiz min üç yüz on) manat ziyan dəymişdir. Həmin ziyandan 4585 (dörd min beş yüz səksən beş) manatı “xxxx” şirkəti tərəfindən ödənilmişdir. 3625 (üç min altı yüz iyirmi beş) manat isə ödənilməmiş qalmışdır. Inzibati xətanı törədən cavabdeh2 vurduğu ziyanı könüllü sürətdə ödəməsi barədə dəfələrlə bildirilsə də, o ziyanı ödəməkdən imtina etmişdir. 16.Cavabdeh ##.##.2026-cı il tarixdə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, yolnəqliyyat hadisəsi baş verəndən cəmi 6 gün sonra elə iddiaçının sığortalandığı “xxxx” şirkəti tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli akta ona məxsus avtomobilə cəmi 4585 manat ziyan dəyməsi təsdiq edilmiş, iddiaçı bu əməliyyatı bəyənmiş və sığorta pulunu qəbul etmişdir. Bu əməliyyatlar “xxxx” şirkətinin tərtib etdiyi qovluqda mövcuddur və həmin qovluq məhkəmə tərəfindən tələb edilib tədqiq edilərsə, dedikləri öz təsdiqini tapacaqdır. Iddiaçıya heç bir amil dəymiş zərərin məbləğinin 4585 manat deyil, 8310 manat və ya daha artıq olması deməsinə maneçilik törədə bilməzdi. Bundan başqa, həmin məbləğin həqiqətə uyğun deməsinə maneçilik törədə bilməzdi. Bundan başqa həmin məbləğin həqiqətə uyğun deyil, daha aşağı həddə göstərilməsi şirkətin marağında deyildi, çünki hər bir halda şirkət icbari sığorta həddində vəsait ödəyəcəkdi. Iddiaçı qiymətləndirmə aktına rəsmi qaydada heç bir etiraz bildirməmişdir. Belə olan halda, iddiaçının yenidən bu halları məhkəmə qaydasında mübahisələndirməsi və ondan əlavə vəsait tələb etməsi əsassızdır. Odur ki, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, maddi ziyanın əvəzi olaraq 2595 manat məbləğində pulun cavabdeh2, 415 manat məbləğində pulun (sığorta ödənişi) “xxxx” ASC-dən tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52 manat, vəkil orderinə görə xərcin əvəzi olaraq 300 manat, mütəxəssis xərcinin əvəzi olaraq 310 manat olmaqla, cəmi 662 manat məbləğində pulun cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Pərvin Imamverdiyeva).
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin mübahisəsiz halları kimi müəyyən edilmişdir ki, ##.##.2025-ci ildə, saat 16:20 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cavabdeh2 özünə məxsus olan “Toyota LandCruiser-Prado” markalı, **-BS-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən manevr qaydasını pozmuş və İddiaçı idarə etdiyi “X1” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. “Toyota Land-Cruiser-Prado” markalı, **- BS-*** dövlət nömrə nişanlı avtomobil “xxxx” ASC-də sığortalandığından “X1” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin sığorta şirkətində qiymətləndirilmiş, dəymiş ziyanın məbləği 4585 manat hesablanaraq faydalanan şəxs İddiaçı ödənilmişdir. Iddiaçı həmin məbləğlə razılaşmamış və müstəqil qiymətləndiriciyə müraciət etmiş, dəymiş ziyan 8310 manat hesablanmışdır. Iddiaçı həmin məbləğin cavabdehlərdən məhkəmə qaydasında tutulmasını tələb etmişdir. Cavabdeh iddianı qəbul etməmiş, iddiaçının dəymiş ziyanın məbləği ilə razılaşdığını əks etdirən sığorta ödənişi aktına əlavəyə imza etdiyini və zərəri mübahisələndirmək hüququnu itirdiyini bildirmişdir. ##.##.2025-ci il tarixli “Zərər və sığorta ödənişinin məbləği ilə razılaşma barədə sığorta aktına əlavə”dən görünür ki, "... İddiaçı əmlaka dəyən zərərin 4585 manat məbləğində qiymətləndirilərək müəyyən edilməsindən xəbərdardır. Ona ödənilməli olan sığorta məbləği ilə tam razıdır. ... bu Əlavəni imzalamaqla ... ona ödəniləcək sığorta məbləğini mübahisələndirmək hüququmu itirəcəyi ona izah olundu, heç bir iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır...” .Əvvəla, məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Göründüyü kimi məhkəməyə müraciət etmək hüququ konstitusion hüquqdur və ondan imtina edilməsi etibarsızdır. Konstitusiya ilə təmin edilən hüququn əqdlə məhdudlaşdırılması qeyri-mümkündür. Ona görə də cavabdehin etirazında dəlil kimi istinad etdiyi sığorta aktına əlavə sənədi etibarsız əqddir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Iddia tələbinin hüquqi əsası kimi yuxarıda qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdeh cavabdeh2 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Belə ki, cavabdehin təqsiri qanuni qüvvəyə minmiş inzibati tənbeh vermə haqqında qərarla tam sübuta yetirilmişdir. Mülki hüquqda zərərin tam ödənilməsi prinsipi — restitutio in integrum (ilkin vəziyyətin bərpası) qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 1097.1-ci maddələrinə görə hüququ pozulmuş şəxs ona vurulmuş real zərərin tam həcmdə əvəzinin ödənilməsini tələb edə bilər. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Hazırda mübahisə predmeti iddiaçıya məxsus avtomobilə dəymiş zərərin həcmi ilə bağlıdır. Sığorta şirkəti tərəfindən zərərin həcmi 4585 manat, iddiaçının öz hesabına həyata keçirdiyi müstəqil qiymətləndirici tərəfindən zərərin həcmi 8310 manat müəyyən edilmişdir. Hər iki qüsur aktı birtərəfli qaydada tərtib edildiyindən, məbləğlər arasında kəskin fərqlər olduğundan və tərəflər məhkəmə iclasında mübahisələndirdiklərindən işin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə müstəqil qiymətləndirici təyin edilmiş, qiymətləndirmənin aparılması Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasının qiymətləndirici təşkilatı “xxxx” MMC-yə tapşırılmış və icraat dayandırılmışdır. xxxxnun ##.##.2026-cı il tarixli, MEB-***-**** nömrəli hesabatına əsasən “X1” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə olunduğu illər nəzərə alınmaqla, orijinal ehtiyat hissələri ilə yol-nəqliyyat hadisəsi baş verən günə, yəni ##.##.2025-ci il tarixə normal istismar köhnəlməsi (amortizasiya) 42.5%, “xxxx” şirkəti tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli qüsur aktında göstərilən orijinal ehtiyat hissələri ilə müqayisədə və 42.5 yararlılıq faizi) nəzərə alınmaqla, avtomobilin təmiri üçün eyni yararlılıq vəziyyətində olan alternativ (ikinci əl) ehtiyat hissələrinin qiyməti real Azərbaycan bazarında 4950 manat, təmir işlərinin (dəmirçi, rəngsaz, elektrik və s.) orta bazar qiymətləri real Azərbaycan bazarında 2645 manat olmaqla, dəymiş ziyan 7595 manat həcmində qiymətləndirilmişdir. Hesabatda tədqiqat metodu göstərilmiş, tədqiqat prosesi ətraflı təsvir edilmiş, mütəxəssis rəyini şübhə altına alan digər hallar aşkar edilməmişdir. Belə ki, amortizasiya nəzərə alınmadan zərərin hesablanması iddiaçının əsassız varlanmasına səbəb ola bilərdi ki, bu da mülki hüquqa ziddir. Odur ki, məhkəmə avtomobilə dəymiş real zərərin (hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi) 7595 manat olması qənaətinə gəlir. Yuxarıda qeyd edilən normaların məzmunundan görünür ki, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta ödənişinin son həddi 5000 manat məbləğində müəyyən edilmişdir. Əgər real zərər həmin məbləğdən çoxdursa, sığortaçı öz qanuni öhdəliyini tam, yəni 5000 manat həddinə çatdırana qədər ödəməlidir. Odur ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş 7595 manat zərərin 4585 manat hissəsi sığorta şirkəti tərəfindən ödənildiyindən qalıq 415 manat məbləğində pul (sığorta ödənişi) cavabdeh “xxxx” ASC və 2595 manat (7595 manat – 4585 manat – 415 manat) məbləğində pul cavabdeh cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.
19. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 459.1, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən narazı qalan cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qeyd edilən yol-nəqliyyat hadisəsi baş verəndən cəmi 6 gün sonra “xxxx” şirkəti tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli aktla ona məxsus avtomobilə cəmi 4585 manat ziyan dəyməsi təsdiq edilmiş, iddiaçı bu əməliyyatı bəyənmiş və sığorta pulunu qəbul etmişdir. Bu əməliyyatlar “xxxx” şirkətinin tərtib etdiyi qovluqda mövcuddur. Sığorta işi şirkətdən tələb edilmişdir. “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli, **/*** nömrəli məktubundan görünür ki, Cəmiyyətində ##.##.2025-ci il tarixli, PSS********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən sığortalanmış “Toyota Land-Cruiser-Prado”markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə ##.##.2025-ci il tarixdə Sumqayıt şəhəri ərazisində sığorta hadisəsinin baş verməsi nəticəsində İddiaçı məxsus olan “Ssang YongRexton” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan barəsində qimətləndirmə aktı tərtib edilmiş, dəymiş ziyan 4585 (dörd min beş yüz səksən beş) manat məbləğində müəyyən ediimişdir. Faydalanan şəxs İddiaçı ilə Cəmiyyət tərəfindən dəymiş ziyanın qiymətləndirilməsi ilə razılıq əldə edilmişdir. Zərər və sığorta ödənişinin məbləği ilə razılaşma barədə sığorta ödəniş aktına əlavəyə əsasən qeyd olunan 4585 (dörd min beş yüz səksən beş) manat məbləğ İddiaçı bank hesabına ödənilmişdir. Zərərin məbləği ilə iddiaçı razılaşmış, buna heç bir etiraz bildirməmiş və akta imza atmışdır. iddiaçının əsassız varlanmaması üçün məhkəmə amortizasiya faktorunu tətbiq etmiş, bunun nəticəsində isə iddiaçı daha da çox məbləğ əldə etmişdir (4585-7595). Məhkəmə qeyd edilən hallara və ziddiyətli məqamlara düzgün qiymət verməmiş, tamamilə səhv nəticəyə gəlmiş, sığorta hadisəsi nəticəsində icra edilmiş mübahisəni yenidən səhv həll etmişdir.
Apellyasiya şikayətinə etiraz
22. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Işdə iştirak edən şəxslərin izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
25. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.
Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 459.1-ci maddəsinə görə, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. Icraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. 1090.2-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MuxtarRespublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, ## ###### 2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində cavabdeh cavabdeh2 yol hərəkəti qaydasını pozması nəticəsində iddiaçı İddiaçı məxsus avtomobil zədələnmişdir. Cavabdehin yol hərəkəti qaydasını pozması inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarla təsdiq edilmişdir.
30. Iş üzrə əsas mübahisə zərərin mövcudluğu və cavabdehin təqsiri ilə deyil, avtomobilə dəymiş real zərərin məbləği ilə bağlıdır. Sığortaçı tərəfindən zərər 4585 manat, iddiaçının təqdim etdiyi qüsur aktında isə 8310 manat müəyyən edilmişdir. Məbləğlər arasında əhəmiyyətli fərq olduğundan birinci instansiya məhkəməsi müstəqil qiymətləndirmə aparılmasını təmin etmişdir. xxxxnun hesabatına əsasən, avtomobilin köhnəlməsi nəzərə alınmaqla alternativ ehtiyat hissələrinin dəyəri 4950 manat, təmir işlərinin orta bazar qiyməti isə 2645 manat müəyyən edilmişdir.Bunun əsasında real zərər 7595 manat qəbul edilmişdir.
31. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin məhz həmin qiymətləndirməni əsas götürməsi işin hallarına uyğundur. Hesabatda tədqiqat üsulu və qiymətləndirmənin aparılması əsaslandırılmış, avtomobilin istismar müddətindən irəli gələn köhnəlmə nəzərə alınmışdır. Apellyasiya şikayətində isə həmin hesabatın nəticələrinin düzgünlüyünü şübhə altına alan və başqa nəticəyə gəlməyə əsas verən mötəbər sübut göstərilməmişdir.
32. Apellyasiya şikayətinin əsas dəlillərindən biri iddiaçının sığortaçı tərəfindən müəyyən edilmiş 4585 manat zərər və sığorta ödənişi ilə razılaşması, müvafiq əlavəni imzalaması və həmin məbləği qəbul etməsidir. Iş materiallarından həqiqətən də iddiaçının 4585 manat məbləğində sığorta ödənişini qəbul etdiyi görünür. Lakin bu hal özlüyündə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş real zərərin məhz 4585 manat olması nəticəsinə gəlmək üçün kifayət etmir.
33. Bundan əlavə, iddiaçının sığorta ödənişinin məbləğini gələcəkdə mübahisələndirməyəcəyinə dair sənədi imzalaması onun məhkəmə müdafiəsi hüququnu aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi də bu məsələyə qiymət verərək məhkəməyə müraciət etmək hüququndan imtinanın etibarsız olduğunu əsas götürmüşdür. Buna görə apellyasiya şikayətində həmin sənədə istinad edilməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir.
34. Müəyyən edilmiş 7595 manat real zərərin 4585 manatı artıq sığortaçı tərəfindən ödənilmişdir. Birinci instansiya məhkəməsi sığortaçının məsuliyyət həddini nəzərə alaraq əlavə 415 manatın sığortaçıdan, qalan 2595 manatın isə zərərvuran cavabdehdən tutulması nəticəsinə gəlmişdir. Kollegiya həmin bölgünün iş üzrə müəyyən edilmiş zərərin məbləğinə və tətbiq edilən hüquq normalarına uyğun olduğunu hesab edir.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI: Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.