Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-1092/2026 02.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki iş barədə Xaçmaz Rayon Məhkəməsi ## ####### 2025-ci il tarixli *(***)-****/**** saylı qiyabi qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən həmin qətnamənin ləğvi barədə məhkəməyə ərizə daxil olmuşdur. Ərizəni onunla əsaslandırmışdır ki, onun iddia ərizəsindən iddiaçı İddiaçı iddiasından xəbəri olmamış, ona qarşı əssasız iddia qaldırmışdır. Bu barədə Xaçmaz rayon Icra və probasıya şöbəsinə dəvət olunanda bilmiş, sonradan o məhkəməyə müraciət edərək qiyabi qətnaməni rəsmi qaydada ##.##.2026-ci il tarixdə məhkəmədən almışdır. Xaçmaz Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Sərxan Səmədzadə) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** saylı qiyabi qətnaməsinin ləğvinə dair cavabdeh Cavabdeh ərizəsindən imtina edilmişdir. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə Xaçmaz Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından şikayət edərək həmin qərardadın ləğv edilməsini və mülki işin yenidən icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının vaxtı barədə məhkəmə bildirişi ona gələndə Bakı şəhərində olmuşdur. Poçtalyon məktubu mağazaya vermişdir. Hazırda Elməddin adlı dostunun evində qalır. Bütün bu hadisələr baş verəndə o, Bakı şəhərində olmuşdur. Xaçmaz rayonuna gələndə isə ona barəsində məhkəmədə iş açıldığı xəbəri verilmişdir. Cavabdehə gələn bütün məktublar qeydiyyatda olduğu Xaçmaz rayonu, Çuxuroba kəndinə göndərilmişdir. Qardaşı ilə ünsiyyəti olmadığı üçün ona gələn məktublardan xəbərsiz olmuşdur. Bu səbəbdən məhkəmənin onun barəsində çıxardığı qiyabi qətnamədən icra şöbəsinin icra məmuru Vidadi Dadaşovun onu icra şöbəsinə dəvət etdikdən sonra xəbəri olmuşdur. Sonra qiyabi qətnamənin alınması üçün ərizə ilə məhkəməyə müraciət edib, məhkəmədən rəsmi qaydada alıb 10 gün müddəti ötürmədən qiyabi qətnamənin ləğvinə dair şikayət vermişdir. Şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qiyabi qətnaməsinin ləğvinə dair cavabdeh Cavabdeh ərizəsinin imtina edilməsinə diar qərardad qəbul edilmişdir. Ümumiyətlə məhkəmənin *(***)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini işə yenidən baxılmasını xahiş edir. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə (hakim Sərxan Səmədzadə) şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini bununla əsaslandırmışdır ki, mülki işin 26-cı və 41-ci vərəqələrində olan xəbərnamələrdən görünür ki, məhkəmə bildirişi və qiyabi qətnamə cavabdehin rəsmi qeydiyyat ünvanına göndərilmişdir. Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası tərəfindən cavabdeh Cavabdeh şikayətinin dəlilləri araşdırılarkən müəyyən edilir ki, şikayət qiyabi qətnamənin ləğvi üçün qanunla nəzərdə tutulmuş əsasların mövcudluğunu təsdiq edən mötəbər sübutlarla əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 250-ci maddəsinə əsasən əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının qanununun 3-cü maddəsinə əsasən yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2) Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində — xüsusi nümunəli vəsiqə. 3) Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi məzmunlu qərar; 4) Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi. Hazırkı iş üzrə isə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə bildirişinin cavabdehin rəsmi qeydiyyat ünvanı olan Xaçmaz rayonu, Çuxuroba kəndinə göndərilməsi təsdiq edilir. Belə ki, iş materiallarının 26-cı və 41-ci vərəqələrində olan xəbərnamələrdən məhkəmə bildirişinin və qiyabi qətnamənin cavabdehin rəsmi qeydiyyat ünvanına göndərildiyi görünür. Cavabdeh isə şikayətində bildirişin və qiyabi qətnamənin ona şəxsən təqdim edilmədiyini, həmin vaxt Bakı şəhərində olduğunu, məktubların qeydiyyatda olduğu Xaçmaz rayonu, Çuxuroba kəndinə göndərildiyini və qardaşı ilə əlaqəsinin olmadığını göstərmişdir. Lakin bu hallar məhkəmə bildirişinin qanunla müəyyən edilmiş qaydada cavabdehə göndərilməsini aradan qaldırmır. Şəxsin faktiki olaraq başqa yaşayış yerində olması, qeydiyyatda olduğu ünvanda yaşamaması və ya həmin ünvana göndərilmiş poçt göndərişindən vaxtında xəbər tutmaması özü-özlüyündə məhkəmə tərəfindən lazımi qaydada xəbərdar edilməməsi kimi qiymətləndirilə bilməz. Xüsusilə qeyd edilməlidir ki, məhkəmə bildirişinin cavabdehin məhkəməyə məlum olan rəsmi qeydiyyat ünvanına göndərilməsi məhkəmənin üzərinə düşən prosessual vəzifənin yerinə yetirildiyini göstərir. Cavabdehin yaşayış yerini dəyişməsi və ya faktiki olaraq başqa şəhərdə qalması barədə məhkəməyə məlumat verməməsi onun öz davranışı ilə bağlı haldır və bunun mənfi prosessual nəticələri məhkəmənin üzərinə qoyula bilməz. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-8)-1092/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-1092/2026
02.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver