Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-1150/2026 10.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddət, rüsum kəsiri, apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X1 və X2 ibarət tərkibdə, Əli Seyran oğlu Ismayılovun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “məlumatların təkzib edilməsi, üzr istənilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Cavabdeh tərəfindən yayılmış, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatların “Real” TV-nin “Problem” verilişində şəxsən özü tərəfindən təkzib edilməsi, Cavabdeh ondan həmin televiziya vasitəsilə rəsmi üzr istəməsi, həmin məlumatların yayılması nəticəsində vurulmuş mənəvi zərərin əvəzi - 10000 (on min) manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 manat məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Quba Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Nigar Xəlilova) iddianın qismən təmin edilməsi, “Sən haram tikə yeməyə vərdişsən”, “gözü torpaqdan doymur”, “torpağıma göz dikib” sözləri şərəf və ləyaqəti ləkələyən məlumatlar olmaqla həqiqətə uyğun olmayan hesab edilməsi və həmin məlumatların yayıldığı media subyekti olan “Real” TV-də “Problem” verlişində təkzib edilməsi, cavabdeh Cavabdeh Isgəndər qızından mənəvi ziyana görə 2000 (iki min) manatın alınaraq iddiaçı İddiaçı ödənilməsi, hazırkı iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 40 manatın cavabdeh Cavabdeh Isgəndər qızından tutularaq, iddiaçı İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə-linqvistik ekspertizasının xərci olan 180 (yüz səksən) manatın cavabdeh Cavabdeh Isgəndər qızından tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
3. Quba Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, əsaslandırılmiş rəsmi təsdiqli subutlar əsasında, iddia tələbinin təmin edilməməsi barədə, yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya icraatı iştirakçılarının izahatları
4. Iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 128.1 Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 227.4. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Maddə 357.1. Birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş, qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilərlər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Maddə 366.1 Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2 Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Maddə 363.1.1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə geri qaytarılmalıdır. Maddə 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
6. Məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığına görə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş Mülki Prosessual Məcəllənin 357-364-cü maddələrinin tələbləri baxımından prosessual müddətlə bağlı hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
7. Belə ki, iş materiallarından göründüyü kimi cavabdeh Cavabdeh məhkəmənin qeyd edilən qətnaməsindən verdiyi apellyasiya şikayətində “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada dövlət rüsumu ödəməmiş, 40 (qırx) manat rüsum kəsiri vardır.
8. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, Quba Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ## ##### 2026-cı il tarixli məktubla cavabdehə göndərilmiş və cavabdeh Cavabdeh ## ### 2026-cı il tarixində poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza etməklə qətnaməni almışdır.
9. Bundan sonra cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iş materiallarında olan xəbərnamədəki imzanın ona məxsus olmadığını əsas gətirib Quba Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ona təqdim edilməsini xahiş etmiş, qətnamə ##.##.2026-cı il tarixində cavabdehin Elektron Kabinetinə yerləşdirilmiş və ##.##.2026-cı il tarixində apellyasiya şikayəti vermişdir.
10. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
11. Məhkəmə kollegiyası məhkəmə qərardadında qeyd edilmiş “işə əlavə edilmiş poçt xəbərnamələrindən sənədlərin Cavabdeh Isgəndər qızı tərəfindən təhvil alındığı görünsə də, hər iki imzanın İddiaçı tərəfindən təhvil alındığı qeyd edilən poçt xəbərnaməsindəki imza ilə eyni olduğu aydın görünür” fikri ilə razılaşmır. Məhkəmənin gəldiyi bu nəticə kollegiya üçün aydın deyildir. Birinci instansiya məhkəməsinin qeyd olunan məsələ ilə bağlı apardığı qiymətləndirmə heç bir araşdırmanın nəticəsi deyildir. Imza nümunələrinin yoxlanılması xüsusi bilik tələb edən hal olmaqla gözlə baxmaqla aydınlıq gətirilməsi mümkün olmayan məsələdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu yanaşmasını qəbul etmir və hesab edir ki, prosessual müddətlə bağlı məsələ üzrə düzgün qiymətləndirmə aparmadan məhkəmə, apellyasiya şikayətini baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir.
12. “Cavid Nurəddin oğlu Ismayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, konstitusiya şikayətilə bağlı konstitusiya məhkəmə icraatının predmeti olan mülki iş üzrə qəbul olunmuş məhkəmə aktları ilə işin mahiyyət üzrə düzgün həll edilib-edilməməsi məsələsinə toxunmayaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət verilməsi qaydalarını, habelə məhkəmə aktlarının qanuni qüvvəyə minməsi anını tənzimləyən normalarının təhlil olunması zəruridir. Həmin Qərarda məhkəmə aktlarından (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) müvafiq instansiyalara şikayətlərin verilə bilməsi hüququ öz təsdiqini tapmış, lakin onun zamana görə qeyri-müəyyən hədlərdə deyil, yalnız Mülki Prosessual Məcəllədə nəzərdə tutulan konkret müddətlərə riayət olunmaqla həyata keçirilməsi şərtləndirilmişdir. Qanunverici Mülki Prosessual Məcəllədə qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir.
13. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən qeyd edilən hala əhəmiyyət verməmiş, cavabdehin məhkəmə aktı barədə məlumatlı olub-olmamasını araşdırmamış, prosessual əsasların olub-olmamasını, o cümlədən prosessual müddətlərlə bağlı məsələyə düzgün qiymət verməsi üçün hərtərəfli yoxlama aparmamış, Mülki Prosesual Məcəllənin 364cü maddəsində nəzərdə tutulan hərəkətləri həyata keçirmədən, apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
14. Kollegiya qeyd edir ki, sadalanan qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Təkrar yoxlamanın məqsədi birinci instansiya məhkəməsinin yol verdiyi səhvlərin aradan qaldırılmasına, apellyasiyası mümkün olmayan şikayətlərin qarşısının alınmasına xidmət edir.
15. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
16. Kollegiya hesab edir ki, istər birinci instansiya, istərsə də apellyasiya məhkəməsi tərəfindən buraxılmış səhvin davam etdirilməsi mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipinə ziddir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il ## ###### tarixli Qərarında göstərilmişdir: «Imperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur».
18. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Azərbaycan Respublikası MPM-nin 361-364-cü maddələrinin tələblərinə riayət edilib-edilmədiyinin yoxlanılması, şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
19. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 366.2-ci və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Quba Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 361-364-cü maddələrinin tələblərinin yerinə yetirilməsi üçün Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülkikollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.