Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-145/2026 22.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, iddiaçı İddiaçı, onun nümayəndəsi X1, cavabdehlər cavabdeh3, 15 li Xüsusi Təyinatlı Yol İdarəsi” MMC-nin nümayəndəsi İmranov Əşrəf Fizulu oğlu, nümayəndəsi vəkili vəkil1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X2 və “** nömrəli Xüsusi Təyinatlı Yol İdarəsi” MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X2 və “** nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-yə qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı müalicəsi üçün 50000 manat və mənəvi ziyanın əvəzi kimi 50000 manat olmaqla, cəmi 100000 manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh3 və “** nömrəli Xüsusi Təyinatlı Yol İdarəsi” MMC-dən (** nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC) müştərək qaydada maddi zərərin əvəzi kimi 20000 manat, mənəvi zərərin əvəzi kimi 5000 manat olmaqla, cəmi 25000 manat pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Məlahət Abbasova). Cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-**/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh3 və “** nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-dən müştərək qaydada vurulmuş maddi zərərə görə 170 (yüz yetmiş) manat və mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən L.Rəhimli, hakimlər A.Süleymanova və F.Məmmədov) İddiaçı İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh cavabdeh3 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə cavabdeh cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-**/**** nömrəli, # #### 2025-ci il tarixli qətnaməsi qismən-maddi ziyan tələbinin rədd edildiyi hissədə ləğv edilərək işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır ( hakimlər Vüsalə Baxışova, (məruzəçi), Zaur Əliyev və Zəki Babayev). İşə yenidən apellyasiya qaydasında baxılarkən tərəflər razılığa gəldiklərini, buna görə barışıq sazişinin hazırlanması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş və bununla əlaqədar məhkəmə iclasları təxirə salınmışdır. ## ##### 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında işdə iştirak edən şəxslər barışıq sazişinin qəbul və təsdiq edilməsi barədə ərizələri, həmçinin barışıq sazişini məhkəməyə təqdim etmiş və mübahisə ilə bağlı müəyyən razılığa gəldiklərini bildirərək, buna görə barışıq sazişini qəbul etməyi və təsdiqləməyi xahiş etmişlər. ## ##### 2026-cı il tarixli Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılığa gəlmişlər: Hazırkı barışıq sazişi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan *(*-*)- ***/**** saylı iş üzrə tərəflər - iddiaçı İddiaçı, cavabdehlər cavabdeh3, “** nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC aşağıdakılar barədə razılığa gəldilər:
1. İddiaçı İddiaçı müalicəsinə çəkilmiş xərclə əlaqədar cavabdeh cavabdeh3 tərəfindən İddiaçı 2000 (iki min) manat ödənilir, əlavə 2000 (iki min) manat ödənilməsini öhdəsinə götürür.
2. Cavabdeh “** nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC Abşeron Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə mənəvi zərərin əvəzi kimi İddiaçı ödənilməsi qət edilmiş 5000 manatı ödəməyi öhdəsinə götürür.
3. İddiaçı İddiaçı iddiadan imtina etməsi və iş üzrə icraata xitam verilməsi barədə məhkəməyə ərizə verir, hаzırkı mübаhisə ilə bаğlı gələcəkdə də cavabdehlərə qarşı heç bir iddia qaldırmamağı öhdəsinə götürür.
4. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, tərəflərin hər biri hazırkı barışıq sazişinin mahiyyətini tam şəkildə dərk edirlər, hazırkı saziş bağlanan zaman tərəflərin hər biri anlaqlı vəziyyətdədir, tam hüquq və fəaliyyət qabiliyyətinə malikdirlər və fəaliyyət qabiliyyətləri məhdudlaşdırılmayıb.
5. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi bağlanan zaman tərəflərdən heç biri hər hansı təsir və təzyiq altında deyil, heç kim onlara bu sazişi bağlamaq üçün təsir və təzyiq etməmişdir, sazişi bağlamağa məcbur etməmişdir, onlar öz hərəkətlərinin mənası və mahiyyətini dərk edirlər.
6. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.05 və 262.4-cü maddələrinin məzmunu ilə tanış oldular, həmin maddələrin tələbləri və mahiyyəti onlara izah edildi, həmin maddələrin tələbləri, mahiyyəti və nəticələri, yəni barışıq sazişinə əsasən hazırkı işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi onlara tam şəkildə aydındır.
7. Hazırkı barışıq sazişi Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 4 (üç) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri Sumqayıt Apellyasiya Məhkəməsinə verilir və tərəflərdən hər birinə müvafiq olaraq 1 (bir) nüsxə verilir. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, Abşeron Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, barışıq sazişi apellyasiya baxışının predmetinə aid hissədə təsdiq eilməli, həmin hissədə mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraat xitam verilməlidir. Həmin Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki apellyasiya baxışıın predmetini maddi zərərin əvəzi kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə 19830 (20000-170=19830) manatın müştərək qaydada cavabdehlərdən tutulması hissəsi təşkil edir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Abşeron Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh3 və “** nömrəli Xüsusi Təyinatlı Yol İdarəsi” MMC-dən (** nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC) müştərək qaydada maddi zərərin əvəzi kimi 20000 manat, mənəvi zərərin əvəzi kimi 5000 manat olmaqla, cəmi 25000 manat pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-**/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh3 və “** nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-dən müştərək qaydada vurulmuş maddi zərərə görə 170 (yüz yetmiş) manat və mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, Ali Məhkəmənin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qərarı ilə cavabdeh cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-**/**** nömrəli, # #### 2025-ci il tarixli qətnaməsi qismən-maddi ziyan tələbinin rədd edildiyi hissədə ləğv edilərək işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, tərəflər barışıq sazişi bağladıqları üçün və barışıq sazişi qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, Abşeron Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261.0.5, 370, 384.0.5, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:
Cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Abşeron Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni maddi zərərin əvəzi kimi 19830 manat pulun tutulmasına dair hissədə ləğv edilsin. Tərəflər arasında bağlanmış ## ##### 2026-cı il tarixli barışıq sazişi həmin hissədə aşağıdakı məzmunda təsdiq edilsin:
1. İddiaçı İddiaçı müalicəsinə çəkilmiş xərclə əlaqədar cavabdeh cavabdeh3 tərəfindən İddiaçı 2000 (iki min) manat ödənilir, əlavə 2000 (iki min) manat ödənilməsini öhdəsinə götürür.
2. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, tərəflərin hər biri hazırkı barışıq sazişinin mahiyyətini tam şəkildə dərk edirlər, hazırkı saziş bağlanan zaman tərəflərin hər biri anlaqlı vəziyyətdədir, tam hüquq və fəaliyyət qabiliyyətinə malikdirlər və fəaliyyət qabiliyyətləri məhdudlaşdırılmayıb.
3. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi bağlanan zaman tərəflərdən heç biri hər hansı təsir və təzyiq altında deyil, heç kim onlara bu sazişi bağlamaq üçün təsir və təzyiq etməmişdir, sazişi bağlamağa məcbur etməmişdir, onlar öz hərəkətlərinin mənası və mahiyyətini dərk edirlər.
4. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.05 və 262.4-cü maddələrinin məzmunu ilə tanış oldular, həmin maddələrin tələbləri və mahiyyəti onlara izah edildi, həmin maddələrin tələbləri, mahiyyəti və nəticələri, yəni barışıq sazişinə əsasən hazırkı işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi onlara tam şəkildə aydındır.
5. Hazırkı barışıq sazişi Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 4 (üç) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri Sumqayıt Apellyasiya Məhkəməsinə verilir və tərəflərdən hər birinə müvafiq olaraq 1 (bir) nüsxə verilir. İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X2 və “15 li Xüsusi Təyinatlı Yol İdarəsi” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işin icraatına apellyasiya baxışının predmetinə aid hissədə xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.