Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-150/2026 01.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı2 İbrahim qızı və iddiaçı1 cavabdeh Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı1 və cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1.Masallı RPŞ-nin İB-nin baş müstəntiqi, R Nəsirov Babək İsgəndər oğlu tərəfindən qəbul edilmiş ## ######## 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, ##.##.2024-cü il tarixdə Masallı şəhəri, H.Əliyev prospektində yaşayan iddiaçı2 İbrahim qızı Masallı RPŞ-nə ərizə ilə müraciət edərək ##.##.2024-cü il tarixdə təxminən saat 21 radələrində Türkanə adlı qadın tərəfindən ölümlə hədləndiyini bildirmiş, Cavabdeh ilə iddiaçı2 İbrahim qızı arasında əvvəllər borc münasibətlərinin olması, Cavabdeh əvvəllər də iddiaçı2 borca pul alıb qaytarması, lakin sonradan maddi imkanının aşağı olması səbəbindən vaxtlıvaxtında borcunu ödəyə bilməməsi onun niyyətinin dələduzluq olmamasını göstərdiyi üçün Cavabdeh əməlində Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsinin tərkib əlamətlərinin olması öz təsdiqini tapmadığından Azərbaycan Respublikasının CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. 2.Sözügedən qərardan göründüyü kimi araşdırma zamanı izahatı alınmış Cavabdeh RPŞyə verdiyi ifadəsində göstərmişdir ki, o, daimi olaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Atatürk küçəsi, ev 8-də qeydiyyatda olmaqla hazırda Masallı şəhəri, Digah küçəsində yaşayır. Təxminən 2020-ci ildən Masallı şəhəri, Digah küçəsində yaşadıqları evdə parakəndə və topdan paltar yuyucu tozlarının və müxtəlif cehizlik əşyaların satışı ilə məşğul olur. Təxminən iki il bundan əvvəl Masallı şəhərində yaşayan sonradan adının Nigar olmasını bildikləri qadınla tanış olmuşdur. Onların tanışlığı ortaq tanışları əsasında yaranmışdır. Nigar əsas etibarı ilə onun satdığı məişətdə istifadə olunan vasitələrdən almaq məqsədi ilə günlərin birində onlara gəlmişdir. Bu minvalla o, satdığı məişət əşyalarından Nigara təqdim etmişdir. İlk dəfə Nigar ondan paltarın yuyulmasında istifadə olunan yuyucu tozları alıb getmişdir. Beləliklə, onların aralarında davamlı alver baş tutmağa başlamışdır. Nigarın yaxın qohumları da onlara gələrək, ondan alver etməyə başlamışlar. Buna görə də onların tanışlığı dostluq münasibətlərinə çevrilməyə başlamışdır. Təxminən 9-10 ay bundan əvvəl ona vacib pul lazım olduğu üçün Nigara zəng edərək ondan borc istəmişdir. Nigar isə ona özünün pulunun olmamasını, lakin sələma pul verən tanışının olmasını bildirmişdir. O isə Nigardan sələmin qaydalarında olan şərtlərlə pul almağa razılıq vermişdir. Beləliklə, zaman-zaman Nigar ona lazım olan pulu tapıb göndərirmiş. O isə əlinə imkan düşdükcə həmin pulu geri qaytarırmış. Nigar həmin pulu həyat yoldaşının başqa bir şəxsdən götürüb ona göndərdiyini bildirirmiş. Nigardan götürdüyü pullar ya terminallar vasitəsi ilə, yada ki birbaşa Nigarın özünə məxsus bank kartı vasitəsi ilə ona göndərilirmiş. Satacağı əşyaları şirkətdən, ya dükanlardan nisyə götürürmüş. Satışı həyata keçirdikdən sonra isə şirkətlərin pulunu ödəyirmiş. Lakin son aylarda satış zəif həyata keçdiyi və şirkətə pul ödəməli olduğu üçün ona pul lazım olmuşdur. Buna görə də yenidən mobil telefon vasitəsi ilə Nigarla danışan zaman ona borca pul lazım olmasını, şirkətə ödəniş etməli olduğunu demişdir. Nigar isə ona ərinə bu barədə məlumat verəcəyini, daha sonra isə onunla əlaqə saxlayacağını bildirmişdir. Ertəsi gün təxminən günorta saatlarında Nigar istifadəsində olan mobil telefonuna zəng edib ondan hansı məbləğdə borc istədiyini soruşmuşdur. O isə Nigara ona 4000 manat pul lazım olmasını bildirmişdir. Nigar isə ona pulu sələmə verməli olan şəxsin 4000 manat pulu tam ödəyəcəyi tarixə kimi hər ay ona 1000 manat pul verilməsi şərti ilə həmin pulu ona verəcəyini bildirmişdir. O isə Nigara dediyi şərt ilə razılaşdığını bildirmişdir. Bu minvalla ##.##.2024-cü il tarixdə onun kart hesabına 4000 manat pulu köçürülmüşdür. Həmin gündən üç ay ərzində Nigarın kart hesabına razılaşdıqları qaydada 1000 manat olmaqla, ümumilikdə, 3000 manat pul ödəmişdir. Lakin işləri qaydasında getmədiyi üçün və müxtəlif yerlərə borcları yarandığı üçün yenidən Nigara müraciət edərək ona 5000 manat pul lazım olmasını bildirmişdir. Həmin 5000 manatı isə hissə-hissə olmaqla müxtəlif şəxslərə məxsus bank kart hesablarına göndərmişdir. Həmin vaxtdan təxminən 2024-cü ilin avqust ayının ortalarına kimi Nigardan müxtəlif tarixlərdə ümumilikdə borca 6000 manat pul almışdır. Həmin 6000 manat puldan250 manatını əsas məbləğdə, 300 manat isə faiz ödəmişdir. Tarixi dəqiq xatırlamır, təxminən 2024-cü ilin avqust ayının ortalarında Nigarla mobil telefonla söhbət edən zaman Nigar ona demişdir ki, ona, ümumilikdə, borclu olduğu 10000 manat puldan 3000 manat pulu borcdan çıxır. O, Nigara öz minnətdarlığını bildirmişdir. Nigar ona demişdir: “7 baş qoyunum var, göndərim, sənə sat”. O isə Nigara göndərməsini demişdir. Ertəsi gün Nigar həyətə 7 baş xırdabuynuzlu heyvan göndərmişdir. O, həmin yeddi baş xırdabuynuzlu heyvanı 1250 manata satmış və Nigara zəng edib bu barədə demişdir. Nigar ona demişdir: “Mən sənə həmin heyvanları 2250 manat dəyərində hesablayıb vermişdim, amma dəyər qiymətindən aşağı satdığın üçün mən sənə həmin puldan 250 manatınıhədiyyə edirəm, 500 manat pulu isə sənə borclu olduğu qızıl saat qolbağına çıxarsan, qalmış 1500 manatı sənə hədiyyə edirəm”. Təxminən 10-15 gündən sonra Nigarla görüşüb danışarkən demişdir: “Satdığın qoyunlarımın pulları sənə hədiyə edirəm, qalan pulu verməlisən”. O isə Nigara lakin sonradan o, Masallı rayon polis şöbəsinə dəvət olunarkən bilmişdir ki, Nigar barəsində şikayət edib. Nigar ona ilk öncə 4 baş xırdabuynuzlu quzu göndərmiş, həmin quzuları satdıqdan sonra onun pulunu Nigarla əvəzləşdirmişdir. Sonradan isə göndərdiyi 7 baş quzunu, 1 baş qoçu isə ucuz satmışdır. Nigar isə həmin heyvanların pulunu ona bağışladıqlarını bildirmişdir. iddiaçı2 aldığı pullara görə o, daha çox borc geri qaytarmışdır. Hazırda onun Nigardan aldığı pullara görə qaytarmalı olduğu borc 8000 manata qədərdir. ##.##.2024-cü il tarixdə təxminən saat 21 radələrində o, iddiaçı2 öldürəcəyi ilə hədələməmişdir. O, 2020-ci ildən Masallı şəhəri, Digah küçəsində yerləşən yaşadığı evdə pərakəndə və topdan yuyucu tozların, müxtəlif cehizlik əşyaların və digər şeylərin satışı ilə məşğul olmağına baxmayaraq Vergilər Nazirliyinin qeydiyyatdından keçməmiş və heç bir vergi ödəməmişdir. Birinci instansiya məhkəməsində icraat 3.İddiaçılar iddiaçı2 İbrahim qızı və iddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Maqsud qızından borclu olduğu 13780 manat və dövlət rüsumuna görə 131 manat alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar iddiaçı2 İbrahim qızı və iddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Maqsud qızının Cavabdeh ilə əvəz olunmasını xahiş etmişdirlər. 4.İddiaçı iddiaçı2 İbrahim qızının vəkili-nümayəndəsi vəkil2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı iddiaçı2 İbrahim qızı cavabdeh Cavabdeh, təxminən 2-3 il olar ki, tanımış və onlar arasında münasibət yaranmışdır. Buna görə də 2024cü ilin mart aylarında cavabdeh Cavabdeh iddiaçı iddiaçı2 zəng edərək 1000 manat borc pul lazım olmasını bildirmiş, Cavabdeh özünə məxsus kart göndərmiş və digər iddiaçı iddiaçı1 həmin karta 1000 manat göndərmişdir. Növbəti dəfə cavabdeh Cavabdeh 500 manat istəmiş, həmin pulda eyni qaydada göndərilmişdir. 2024-cü ilin aprel ayında Cavabdeh qızıl saat qolbağının şəklini göndərərək satdığını, 500 manat beh verib aylıq 200 manat ödənilməsi şərti ilə saatı nisyə satacağını, ümumilikdə, saatın qiymətinin 3500 manat olduğunu bildirmişdir. İddiaçı iddiaçı1 da cavabdeh ilə razılaşmış və 500 manat verib qalan ödənişləri də hissə-hissə ödəməyə razılaşmışdır. Nəticədə iddiaçılar ilə cavabdeh arasında möhkəm etibar yaranmışdır. 2024-cü ilin may ayında cavabdeh Cavabdeh iddiaçı iddiaçı2 müraciət edərək 4000 manat pul lazım olmasını bildirmiş, bundan sonra iddiaçı1 2024-cü ilin may ayının 6-da terminal vasitəsi ilə Cavabdeh kartına 4000 manat göndərmişdir. Cavabdeh Cavabdeh həmin 4000 manatdan 1000 manat qaytarmış, daha sonra yenidən ##.##.2024-cü il tarixdə iddiaçı iddiaçı2 1000 manat göndərilmişdir. Bundan sonra Cavabdeh 3000 manat əlavə borc istəmiş, kart hesabının limitinin dolmasını bildirərək başqa şəxsin kartını göndərmiş və həmin kart hesabına ##.##.2024-cü il tarixdə 3000 manat, ##.##.2024-cü il tarixdə 3000 manat göndərilmişdir. Cavabdeh aldığı borclardan bir qismini qaytarmış, daha sonra yenidən borc istəmişdir. Buna görə də iddiaçılar ilə cavabdeh arasında etimad münasibətləri formalaşmışdır. Daha sonra cavabdeh Cavabdeh yenidən borc istəmiş, ##.##.2024-cü il tarixdə Cavabdeh göndərdiyi Elnur adlı şəxsə məxsus olan kart hesabına 2300 manat, ##.##.2024-cü il tarixdə Ülkər Şıxəliyeva adlı karta 700 manat, həmin tarixdə yenidən həmin kart hesabına 3000 manat, digər karta 1000 manat, başqa kart hesabına isə 2000 manat, ##.##.2024-cü il tarixdə Ülkər Şıxəliyeva adlı hesaba 2280 manat və 2710 manat pul göndərilmişdir. Həmin pullar başqa şəxslərə məxsus kartlara göndərilsə də iddiaçı iddiaçı2 həmin şəxsləri tanımamış, Cavabdeh xahişi ilə və göndərdiyi mesajlar əsasında həmin kartlara pul göndərmişdir. Cavabdeh Cavabdeh istintaq zamanı verdiyi ifadəsində həmin pulların başqa şəxslərin adına göndərilməsini, lakin ona verildiyi təsdiqləmişdir. 5.Bu halda artıq həmin pulların cavabdeh tərəfindən alınması halı işin mübahisəsiz hallarıdır. Bundan başqa iddiaçı iddiaçı1 xırdabuynuzlu heyvan saxladığı üçün cavabdeh Cavabdeh 7-8 baş quzu gətirilməsini, sataraq pulunu verəcəyini bildirmişdir. İddiaçılar dacavabdehə inanmış, 7 baş erkək quzu və 1 baş qoçu Cavabdeh vermişdirlər. Həmin heyvanların dəyəri 2500 manat olmuşdur. Bundan 7-8 gün sonra Cavabdeh yenə də 4 baş quzu istəmiş, eyni qaydada ona 1000 manat dəyərində 4 baş quzu verilmişdir. Sonuncu quzuların pulundan iddiaçılara 500 manat verilmişdir. Cavabdeh, ümumilikdə, quzuların pulundan 3000 (2500 manat + 500 manat) manat borclu qalmışdır. İddiaçı iddiaçı1 isə cavabdeh Cavabdeh qızıl qolbağıdan 500 manat borcu qalmışdır, həmin borcu da quzuların puluna görə qalan puldan 3000 manatdan çıxılmışdır. Ümumilikdə, cavabdeh Cavabdeh iddiaçılara quzularla birgə 22780 manat borcu olmuşdur. Həmin borc cavabdeh Cavabdeh göndərilən pullar və heyvanların pulu ilə birgə yaranmışdır. Həmin puldan 8500 manat nağd şəkildə qaytarılmış, 500 manat qızıl saata görə çıxılmış, hazırda isə 13780 manat borcu qalmışdır. Həmin pullar iddiaçıların birgə pulu olmuş, iddiaçı iddiaçı2 İbrahim qızı digər iddiaçı iddiaçı1 xahiş etmiş və Cavabdeh birgə borc vermişdirlər. Buna görə də hazırda iddiaçılar cavabdehdən həmin pulu birgə tələb edirlər. 6.Cavabdeh Masallı Rayon Polis Şöbəsində izahat vermiş və ##.##.2024-cü il tarixli qərar ilə cinayət işinin başlanması rədd olunmuşdur. Həmin qərar hazırda qüvvədədir və preyudisial əhəmiyyət daşıyır. Cavabdeh izahatında 4000 manat, 5000 manat, 6000 manat borc almasını, heyvanlara görə isə 3000 manat borcu olmasını etiraf etmiş, ümumilikdə, 18000 manat pul almasını etiraf etmiş, lakin qaytarmasını sübut edə bilməmişdir. Həmçinin Cavabdeh göndərilən pulları təsdiq edən “Whatsapp” mesajları və ödəniş qəbzləri mövcuddur. İddiaçılar dəfələrlə pulun ödənilməsi barədə müraciət etsələr də bunun bir nəticəsi olmamışdır. Tərəflər arasında yazılı borc müqaviləsi olmamış, cavabdeh əsassız olaraq iddiaçıların hesabına varlanmışdır, bundan başqa heyvanların alğı-satqısı olmuş və cavabdeh onun da pulunu ödəməmişdir. Bu səbəbdən iddiaçılar məhkəməyə müraciət etməli olmuşdurlar. Cavabdeh tərəf iddiaçılara 8000 manat pul qaytarıldığını bildirsə də bunu təsdiq edən hər hansı bir sübut yoxdur. 7.Cavabdehin iddiaçılara qəbz vasitəsilə 22480 manat məbləğində ödəniş etmiş və bu fakt qəbzlər ilə öz təsdiqini tapmışdır. Həmçinin cavabdeh Cavabdeh quzuların pulunun ona hədiyyə edildiyini bildirmişdir. Onlar cavabdehdən tutulmalı olan pul məbləği kimi 16480 manat hesablasalar da hazırda 13780 manat məbləğində pul tələb edirlər. Əlavə olaraq bildirir ki, Masallı Rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar öz preyudisiallığını qoruyur, belə ki, həmin qərardan şikayət edilməmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 8.Məhkəmə iclasında iştirak edən digər iddiaçı iddiaçı1 iddiaçı iddiaçı2 İbrahim qızının vəkili-nümayəndəsi vəkil2 izahatında qeyd edilənləri təsdiq edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 9.Cavabdeh Cavabdeh vəkili-nümayəndəsi vəkil1 iddia ərizəsinə etirazında və məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, hazırkı iddia tələbi qanunsuz və əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, məhkəməyə mülki qaydada müraciət etməmişdən əvvəl iddiaçı iddiaçı2 İbrahim qızı ##.##.2024-cü il tarixdə ərizə ilə Masallı RPŞ-yə müraciət edərək guya cavabdeh Cavabdeh tərəfindən ölümlə hədələndiyi və ona qarşı dələduzluq cinayəti törətdiyini bildirmişdir. ## ######## 2024-cü il tarixdə Masallı RPŞ-nin İB-nin baş müstəntiqi R Nasirov Babək İsgəndər oğlu tərəfindən HK-*/**** saylı material üzrə cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, cavabdehə hazırkı, iş üzrə iddiaçılar guya 22780 manat pul borc vermişdirlər və cavabdeh həmin puldan 8500 manat qaytarmışdır. 500 manat da cavabdehə borcları olduğu üçün ümumi borcdan çıxılmış və cavabdehin iddiaçılara 13780 manat ödənilməmiş borcu qalmışdır. İddiaçılar iddia ərizəsində qeyd edirlər ki, onların hesablamalarına görə cavabdehə göndərdikləri xırda buynuzlu heyvanlara görə hesabladıqları məbləğ də daxil olmaqla, ümumilikdə, 26400 manat borcu olmuş və həmin borcdan 8500 manat ödənilmiş borc, əvəzləşdirilmiş 500 manat çıxıldıqda 17490 manat borcu qalır. Sonra iddiaçılar davam edərək, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” ##.##.2025-ci il tarixli qərarda göstərilən 22780 manat borc məbləğinə istinad edərək, guya cavabdehin 13780 manat borcu qaldığını bildirirlər. Beləliklə, hesablamalar düzgün aparılmamışdır. Həmin rəqəmlər iddiaçılar tərəfindən istər istintaq zamanı, istərsə də mülki məhkəmə icraatı zamanı uydurulmuşdur və real faktlara uyğun gəlmir. Bu da iddia tələbinin nə qədər absurd olduğunu bir daha təsdiq edir. Cavabdeh biznes fəaliyyəti ilə məşğul olmuşdur. Birgə iddiaçı iddiaçı2 İbrahim qızı cavabdehdən müxtəlif adda məişət əşyalarını alaraq onların satışını təşkil etmişdir. Birgə biznes fəaliyyəti gedişində cavabdeh müxtəlif vaxtlarda iddiaçı iddiaçı2 sələm ödəməklə borc pullar almış və həmin pulları da qaytarmışdır. İddiaçı iddiaçı2 isə həmin pulları faiz kimi qəbul edərək cavabdehin yenə də ona borcu qaldığını iddia edir. Bu fakt onunla təsdiqini tapır ki, hansı maraqdan irəli gəlirdi ki, iddiaçı iddiaçı2 və onun həyat yoldaşı iddiaçı1 cavabdehə dəfələrlə, müntəzəm borc pul vermişdirlər. İddiaçılar bu işdə verdikləri pula görə sələm aldıqları üçün maraqlı olmuşdurlar. Cavabdeh digər iddiaçı iddiaçı1 şəxsən pul almamış və yalnız iddiaçı iddiaçı2 İbrahim qızını tanımışdır. Xırda buynuzlu heyvanlarla bağlı onu qeyd etmək istəyir ki, həmin heyvanların qiymətləri barədə qabaqcadan cavabdehin iddiaçılarla heç bir danışığı olmamışdır. Həmin heyvanları göndərdikdən bir neçə gün sonra iddiaçıya zəng edərək quzulara görə 250 manatdan, qoça görə isə 750 manat pul tələb etməyə başlamışdırlar. İddiaçılar iddia edirlər ki, guya cavabdeh onların hesabına əsassız varlanmışdır. 10.Hadisələrin inkişaf mexanizmi göstərir ki, əslində iddiaçılar cavabdehin hesabına varlanmışdırlar. Bundan başqa qeyd etmək istəyir ki, cavabdeh iddiaçı iddiaçı2 İbrahim qızına pul əvəzi olaraq ümumi dəyəri 720 manat olan 6 ədəd stul və 580 manat dəyəri olan “Tiffani” sırğa vermişdir. Bu halı iddiaçılar nədənsə qeyd etməmişlər. Cavabdehdə olan məlumata görə iddiaçılar başqa bir şəxsdən faizə borc pul alıb üzərinə də öz faizlərini əlavə edərək cavabdehə verirlərmiş. Cavabdeh məhkəməyə iddiaçılara verdiyi pulların bir qisminin qəbzlərini təqdim etmişdir. Həmin qəbzlərdə əks olunan ümumi məbləğ 6872 manatdır ki, bu da cavabdehin ödədiyi pulların bir qismidir. Birgə iddiaçılar iddia ərizəsində guya cavabdehə verdikləri borcun ümumi məbləği ilə cinayət işinin başlanmasının rədd olunması barədə qərarda olan fərqli məbləğə istinad etmiş, yəni ibtidai istintaq zamanı iddiaçı iddiaçı2 İbrahim qızının izahatında göstərdiyi məbləğlə iddia ərizəsində qeyd edilən məbləğ arasında əsaslı fərq, hətta iddiaçıların cavabdehə hansı məbləğdə pul borc vermələrini bilmədiklərini bir daha təsdiq edir. Bildirir ki, tərəflər arasında yuyucu vasitələrin alqısatqısı ilə bağlı münasibətlər yaranmışdır, lakin həmin münasibətlərə əsaslanaraq iddiaçılar tərəfindən cavabdeh Cavabdeh 22780 manat borc verilməsi şübhə doğurur. Elə məhz bu hal bir daha sübut edir ki, qeyd edilən məbləğdə pul cavabdehə sələmə verilmişdir. İddiaçı iddiaçı1 cavabdehə faiz ilə pul vermiş və əsas borc məbləği cavabdeh tərəfindən iddiaçılara ödənilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” ##.##.2025-ci il tarixli qərarda da polis orqanı tərəfindən 22780 manat borcun mövcud olduğu hesablanmışdır. Xırda buynuzlu heyvanların alveri zamanı borcdan 900 manat çıxılmış, qarşı tərəfə 720 manat dəyərində stol-stul və 580 manat sırğa verilmişdir. Bu səbəbdən də iddiaçılar cavabdehə pul göndərmişdir. Cavabdeh iddiaçılara olan borcunu ödəmişdir, ona görə də hazırkı iddianı qəbul etmir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” ##.##.2025-ci il tarixli qərarda qeyd edilmiş etirafı isə cavabdeh həbs edilməmək üçün etmişdir. Həmçinin iddiaçı tərəf sözügedən qərarda və iddia ərizəsində borc olaraq fərqli məbləğlər yazmışdır. Cavabdehin borcunu ödəməsi ilə bağlı qəbzlər mövcuddur, lakin bəzi ödənişlərin çekləri yoxdur. Hesab edirlər ki, iddiaçılar tərəfindən qeyd edilmiş faktlarla bağlı ziddiyətli məqamlar vardır. Göstərilənlər əsasında o, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 11.Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 9500 manat pul vəsaiti və 90,31 manat dövlət rüsumu alınaraq iddiaçılar iddiaçı2 İbrahim qızı və iddiaçı1 verilməsi qət edilmişdir. (hakim Elman Məmmədov) 12.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 191.3, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri 13.İddiaçı iddiaçı1 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 14.İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh Maqsud qızını təxminən 2-3 il olar ki, tanımış və aralarında münasibət yaranmışdır. Buna görə də 2024cü ilin mart aylarında Türkanə ona zəng edərək 1000 manat borc pul lazım olmasını bildirmiş, Türkanə özünə məxsus kart göndərmiş və Səməd həmin karta 1000 manat göndərmişdir. Növbəti dəfə Türkanə 500 manat istəmiş, həmin pulda eyni qaydada göndərilmişdir. 2024-cü ilin aprel ayında Türkanə qızıl saat qolbağının şəkilini göndərərək satdığını, 500 manat beh verib, aylıqda 200 manat ödənilməsi şərti ilə saatı nisyə satacağını bildirmişdir. Ümumilikdə saatın qiyməti 3500 manat olduğunu bildirmişdir. Səməd də onunla razılaşmış və 500 manat verib, qalan ödənişləridə hissə-hissə ödəməyə razılaşmışdır. Nəticədə onlar arasında möhkəm ehtibar yaranmışdır. 2024-cü ilin may ayında Türkanə ona müraciət edərək 4000 manat pul lazım olmasını bildirmiş, bundan sonra Səməd 2024-cü ilin may ayının 6-da terminal vasiyəsi ilə Türkanənin kartına 4000 manat göndərmişdir. Türkanə həmin 4000 manatdan 1000 manat qaytarmış, daha sonra yenidən ##.##.2024-cü il tarixdə ona 1000 manat göndərilmişdir. Bundan sonra Türkanə 3000 manat əlavə borc istəmiş və kart hesabının limitinin dolmasını bildirirək başqa şəxsin kartını göndərmişdir və həmin kart hesabına ##.##.2024-cü il tarixdə 3000 manat, ##.##.2024-cü il tarixdə 3000 manat göndərilmişdir. Türkanə aldığı borclardan bir qismini qaytarmış, daha sonra yenidən borc istəmişdir. Buna görə də aramızda etimad münasibətləri formalaşmışdır. Daha sonra Türkanə yenidən borc istəmiş, ##.##.2024-cü il tarixdə Türkanənin göndərdiyi kart hesabına (Elnur adlı şəxsə məxsus olan) 2300 manat, ##.##.2024-cü il tarixdə Ülkər Şıxəliyeva adlı karta 700 manat, həmin tarixdə yenidən həmin kart hesabına 3000 manat,digər karta 1000 manat, başqa kart hesabına isə 2000 manat, ##.##.2024-cü il tarixdə Ülkər Şıxəliyeva adlı hesaba 2280 manat və 2710 manat pul göndərilmişdir. Həmin pullar başqa şəxslərə məxsus kartlara göndərilsə də, o həmin şəxsləri tanımamış, Cavabdeh xahişi ilə və göndərdiyi mesajlar əsasında həmin kartlara pulu göndərmişdir. Cavabdeh istintaq zamanı verdiyi ifadəsində həmin pulların başqa şəxslərin adına göndərilməsini, lakin ona verildiyi təsdiqləmişdir. Bu halda artıq həmin pulların onun tərəfindən alınması halı işin mübahisəsiz hallarıdır. Bundan başqa, iddiaçı1 xırdabuynuzlu heyvan saxladığı üçün Türkanə 7-8 baş quzu gətirilməsini, sataraq pulunu verəcəyini bildirmişdir. Onlar da ona inanmışlar və 7 baş erkək quzu və 1 baş qoçu Türkanəyə vermişlər. Həmin heyvanların dəyəri 2500 manat olmuşdur. Bundan 7-8 gün sonra Türkanə yenədə 4 baş quzu istəmiş, eyni qaydada ona 1000 manat dəyərində 4 baş quzu verilmişdir. Sonuncu quzuların pulundan 500 manat onlara vermişdir. Ümumilikdə qızılların pulundan 3000(2500+500) manat borclu qalmışdır. Səmədin isə Türkanəyə qızıl qolbağıdan 500 manat borcu qalmışdır, həmin borcuda quzuların puluna görə qalan puldan 3000 manatdan çıxılmışdır. Ümumilikdə Türkanənin onlara quzularla birgə 22780 manat borcu olmuşdur. Həmin borc Türkanəyə göndərilən pullar və heyvanların pulu ilə birgə yaranmışdır. Həmin puldan 8500 manat nağd qaytarmış, 500 manat qızıl saata görə çıxılmış, hazırda isə 13780 manat borcu qalmışdır. Həmin pullar onların birgə pulları olmuş, o Səməddən xahiş etmiş və Türkanəyə birgə borc vermişlər. Buna görə də hazırda həmin pulu birgə tələb edirlər. Cavabdeh Masallı Rayon Polis Şöbəsində izahat vermiş və ##.##.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd olunmuşdur. Həmin qərar hazırda qüvvədədir və preyudisial əhəmiyyət daşıyır. Cavabdeh izahatında 4000 manat, 5000 manat, 6000 manat borc almasını, heyvanlara görə isə 3000 manat borcu olmasını etiraf etmiş, ümumilikdə 18.000 manat pul almasını etiraf etmiş, lakin qaytarmasını sübut edə bilməmişdir. Həmçinin, Cavabdeh göndərilən pulları təsdiq edən votsap mesajları və ödəniş qəbzləri mövcuddur. Dəfələrlə pulun ödənilməsi barədə müraciət etsələr də nəticəsi olmamışdır. Cavabdehlə aralarında yazılı borc müqaviləsi olmamış, cavabdeh əsassız olaraq onların hesablarına varlanmışdır, bundan başqa, heyvanların alğı-satqısı olmuş və onun da pulunu ödəməmişdir. Məhkəmə maddi hüquq normalarının tələbini pozmuşdur. Belə ki, onlar cavabdehə qeyd etdiyi tarixlərdə ayrı-ayrı vaxtlarda ümumilikdə 22.480 manat nağd pul onun votsapda atdığı kart hesablarına göndərmişlər, həmçinin, 3000 manatlıq cavabdehə heyvan satmışlar və onun pulundan 2500 manat borclu qalmışdır. Cavabdeh etiraz ərizəsində göstərdiyi kimi 6872 manat həmin puldan onlara qəbz vasitəsi ilə qaytarmış, 720 manat stula, 580 manat isə sırğaya çıxılmışdır. Bunları toplaqdıqda isə cəmi 8172 manat edir ki, 24.980 manatdan 8172 manat çıxdıqda 16.808 manat pul edir. Həmçinin, cavabdeh cinayət işinin başlanmasının rədd qərarında 18.000 manat ayrıayrı kartlar vasitəsi ilə almasınıda etiraf etmişdir. Lakin qaytarmasını sübut edə bilməmişdir. Belə olan halda onların tələbləri 13.780 manatdır ki, onlar qalan pulu da nağd qaytarıldığı üçün ümumi məbləğdən çıxmışlar. Yəni onların tələbləri cavabdehin etiraf etdiyindən daha aşağıdır ki, oda onlar qəbzlərdən əlavə ödənilən nağd pulu da ümumi borcdan çıxmışlar. Lakin məhkəmə yalnız cavabdehin cinayət işinin başlanmasının rədd olunması barədə qərarında etiraf etdiyi hissədə yəni 9500 manat hissədə iddianı təmin etmişdir. O həmin mövqe ilə razı deyil. Cavabdehin onların qarşısında icra olunmamış 13.780 manatlıq öhdəliyi vardır və həmin pulların alınması qəbzlər, votsap yazışmaları və cinayət işinin başlanmasının rədd qərarında tam sübuta yetirilmişdir. Həmin materiallara baxdıqda müəyyən olunur ki, Cavabdeh pulları özü ayrı-ayrı kartlara atmağı xahiş edir və özü etiraf edir ki, həqiqətən 18000 manat pul və 3000 manat dəyərində qoyun almışdır. Qalan hissədə isə qəbzlərdən açıq-aşkar Türkanəyə göndərilən pullar görünür və rədd qərarında Türkanənin 13.780 manat borclu olması müəyyən olunmuşdur. Məhkəmə həmin qərara preyudisial olaraq istinad etmiş, lakin həmin qərardakı mövqeyə uyğun qətnamə qəbul etməmişdir. Türkanə həmin qərardan narazı olmuş olsaydı o zaman şikayət vermiş olardı, lakin həmin qərar qüvvədədir və həmin qərara əsasən 13.780 manat borcun olması sübuta yetirilmişdir. Lakin məhkəmə öhdəlik və əsassız varlanma ilə bağlı normaların tələbini pozmuşdur. Məhkəmə prosessual hüquq normalarının tələbini pozmuşdur. Məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmişdir.Onlar tərəfindən cinayət işinin başlanmasının rədd qərarı, votsap yazışmaları və ödəniş qəbzləri məhkəməyə təqdim olunmuşdur ki, həmin sübutlara birgə baxdıqda və analiz etdikdə cavabdehin 13.780 manat borcu olması təsdiqini tapır. Lakin məhkəmə həmin sübutlardan yalnız rədd qərarına qiymət vermiş və digər sübutlara qiymət verilməmişdir. Nəticədə məhkəmə tərəfindən qanunsuz qətnamə qəbul olunmuşdur. Məhkəmə cavabdehin onlardan almış olduğu pulların qəbzinin olmasını, cinayət işinin başlanmasının rədd qərarında 18.000 manat almasını etiraf etməsini, etiraz ərizəsində isə 6872 manat pulun qaytarılmasını özü etiraf etmişdir. Həmçinin, həmin qərar hazırda qüvvədədir və ləğv olunmamışdır. Cavabdeh həmin qərarda 8000 bizə borclu olmasınıda etiraf etmişdir. Əgər cavabdehin etirafı ilə hesablasalar o zaman 18.000-6872 manat=11.128 manat təşkil edir, lakin cavabdehin borcu əslində 14.608 manat olmuşdur, onlar isə həmin puldan 13.780 manat tələb etmiş, qalan pulu da stulların puluna çıxmışlar. Onlarn pullarla bağlı qəbzləri vardır, lakin məhkəmə həmin halları aydınlaşdırmamışdır. Məhkəmə tərəfindən 9500 manat borcun olması sübuta yetirilməmişdir. Halbuki, qəbzlərdə göndərilən pullar 22.480 manat olmuş, qaytarılan pullar isə 6872 manat olmuşdur, cavabdeh bundan başqa, borcun qaytarılması barədə heç bir sübut təqdim etməmişdir. Lakin buna baxmayaraq onlar stulların və qızılın dəyərini çıxmışlar və 13780 manat tələb etmişlər, onlar cavabdehin ödədiyindən artıq yox, əksinə daha az pul istəyirlər, lakin məhkəmə əsassız olaraq 9500 manat pul hesablamışdır. Qətnamədə göstərilən nəticə işin hallarına uyğun deyildir. Onlar cavabdehə 22.780 manat pulun göndərilməsi barədə məhkəməyə qəbzlər təqdim etmişlər, cinayət işinin başlanmasının rədd qərarında cavabdeh 18.000 manat almasını etiraf etmiş, etiraz ərizəsində 6872 manat qaytarmasını etiraf etmiş, lakin hakim əsassız olaraq 9500 manat borclu olması qənaətinə gəlmişdir. Cavabdeh 8000 manat borclu olmasını etiraf etsə də, onu sübut etmək artıq onun vəzifəsidir. 15.Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi qismən ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsini təmin etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqi üçün lazımi şərait yaratmamışdır. İddiaçılardan biri iddiaçı1 tələb hüququ olmamış, lakin o, iddiaçı kimi saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Hesab edirlər ki, məhkəmə qətnaməsi iddia tələbinin qismən təmin edilməsi hissəsində qanunsuz və əsassız olmaqla maddi və prosessual hüquq normalarının pozulması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə çıxarılmışdır. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinin tələblərini pozaraq, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsini təmin etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqi üçün lazımi şərait yaratmamışdır. Məhz bunun nəticəsində iddiaçı iddiaçı2 İbrahim qızına 3 500 manata satdığı saatdan cəmi 500 manat ödənilmiş, qalan məbləğ borcdan çıxılmamışdır. Halbuki məhkəmə dediyi kimi araşdırma aparsaydı, saatın pulunun onun, heyvanların pulunun isə iddiaçı iddiaçı2 İbrahim qızı tərəfindən güzəştə gedildiyi (hədiyyə edildiyi), borcun 8 000 manat qaldığı müəyyən olunardı. Bundan başqa, məhkəmə MPM-nin 54-cü maddəsinin tələblərinə də riayət etməmişdir. Belə ki, iddiaçı1 iş üzrə iddiaçı deyildir. O onu tanımamış, pul alınması ilə bağlı onunla hər hansı razılaşması, sövdələşməsi olmamışdır. O bütün pul məbləğlərini, o cümlədən xırdabuynuzlu heyvanları yalnız iddiaçı iddiaçı2 İbrahim qızı ilə razılaşaraq almışdır. Odur ki, iddiaçı1 tələb hüququ yoxdur və o, iddiaçı ola bilməz. Bundan əlavə, məhkəmə MM-nin 740.2-ci maddəsinin “borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır” tələbinin pozulmasını da nəzərə almamışdır. Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsinə əsasən, göstərilənlər məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar kimi nəzərdə tutulduğundan, qətnamə qismən ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalıdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 17.Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları 18.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. 19.Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 20.Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 22.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 23.Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 24.Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 25.Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 26.Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 27.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 28.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 29.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 30.Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 31.Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 32.Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 33.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 34.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 35.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 36.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 37.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 38.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 39.Apellyasiya şikayətindən görünür ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsini iddianın təmin edilməyən hissəsində, cavabdeh isə iddianın təmin edilən hissəsində mübahisələndirmişlər. 40.Odur ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsini tam yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 41.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 42.Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. 43.İşin faktiki hallarından görünür ki, iddiaçılar iddiaçı2 İbrahim qızı və iddiaçı1 tərəfindən cavabdeh Cavabdeh Maqsud qızına borca pul və nisyə xırda buynuzlu heyvanların verilməsi işin mübahisəsiz hallarıdır və həmin hallara görə cavabdehin iddiaçılara 9500 manat (8000 manat borc və xırda buynuzlu heyvanı dəyəri olan 1500 manat) məbləğində borcun qalması iş materiallarında olan Masallı RPŞ-nin İB-nin baş müstəntiqi, R Nəsirov Babək İsgəndər oğlu tərəfindən qəbul edilmiş ## ######## 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda Cavabdeh verdiyi izahat ilə tam təsdiq olunur. 44.Kollegiya qeyd edir ki, tərəflər verdikləri apellyasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasını göstərsə də, buna dair mötəbər sübutları apellyasiya instansiya məhkəməsinin icraatında təqdim etməmişlər. 45.Kollegiya apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). 46.Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 47.“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin II, IV və VII hissələrində, 129-cu maddəsinin III hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. 48.X8 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. 49.Məhkəmə kollegiyası iddiaçı iddiaçı1 hazırki iş üzrə iddia qaldırmağa subyektiv hüququnun olub-olmaması ilə bağlı qeyd edir ki, iddiaçılar ər-arvad olduğundan, birgə nikah dövründə əldə olunmuş hüquq və öhdəliklər ər-arvada məxsus olduğundan, hazırki iş üzrə iddiaçı1 da həmin iş üzrə cavabdehdən pulu tələb etmək hüququ vardır. 50.Beləliklə tərəflər apellyasiya şikayətlərində istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişlər, apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir. 51.Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir. 52.Bu baxımdan, məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətlərində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 53.Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 54.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-8)-150/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-150/2026
01.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver