Məhkəmə qərarları › İş №2(3-8)-196/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-196/2026

07.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-196/2026 07.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X1 və X2 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ziyan tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 9900 (doqquz min doqquz yüz) manat əldən çıxmış faydanı və pozulmuş hüququnu bərpa etmək üçün xərc olaraq çəkdiyi 100 manat pulu və ödədiyi 120 manat dövlət rusumunun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Samir Bayramov) iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı İddiaçı apellaysiya şikayəti vermişdir. İşə apellyasiya instansiyasında baxılarkən iddiaçı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh Cavabdeh münasibtədə ona dəyən zərər ödənilmişdir. Mütəxəssis rəyinin verilməsi üçün xərci ödəməyə etiraz etmir. Odur ki, apellyasiya şikayətindən imtina edir və apellyasiya icraatına xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtinası qəbul edilməli və Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməldir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş Şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə ödənilməli olan məbləğlərin miqdarı və verilməsi Qaydasının 3-cü bəndinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Məhkəmə kollegiyası mütəxəssis rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri 500 manat təşkil etsə də məhkəmə kollegiyası tədqiqatın dəyərinin 300 manat məbləğini ağılabatan və məntiqli hesab etmişdir. Buna görə də məhkəmə xərci qismində 300 manat iddiaçıdan tutularaq, Azərbaycan Qiymətləndirmə və Konsaltinq xidməti MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263-264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilsin. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Mütəxəsis rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 300 (üç yüz) manat iddiaçı İddiaçı tutularaq Azərbaycan Qiymətləndirmə və Konsaltinq xidməti (Azerbaijan Evaluation and Consulting Service) MMC-nin hesabına (VÖEN: 3104196261, Hesab AZ: AZ74AIIB400600F9443401807112, Bank: “xxxx” ASC 28 May filialı, Bankın VÖEN-i: 9900003611, Müxbir hesab: AZ37NABZ01350100000000001944, KOD 200123, SWIFT: AIIBAZ2XXXX) ödənilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar