Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-20/2026 03.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X1 və X2 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, Cavabdeh cavabdeh1, Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 21.016,61 (iyirmi bir min on altı manat altmış bir qəpik) manat - bundan 6.716,67 (altı min yeddi yüz on altı manat altmış yeddi qəpik) manat əsas, 3.658,13 (üç min altı yüz əlli səkkiz manat on üç qəpik) manat faiz, 9.957,33 (doqquz min doqquz yüz əlli yeddi manat otuz üç qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən Dövlət rüsumunun ödənilməsi haqqında məlumat hesablanmış 684,48 (altı yüz səksən dörd manat qırx səkkiz qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 153,05 (bir yüz əlli üç manat beş qəpik) manat dövlət rüsumunun cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə cavabdeh cavabdeh1arasında bağlanmış ********* nömrəli ##.##.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 24 ay müddətinə illik 27 % dərəcəsi ilə 10.200 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh cavabdeh1 kredit verilərkən cavabdeh2ilə Bank arasında *********/ZM nömrəli ##.##.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış ** nömrəli ##.##.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən Kreditorun Borcalana 10.200 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 7.694,93 ABŞ dolları təşkil etmişdir. Kreditin ödənilmə müddəti ##.##.2017-ci il tarixədək təyin olumuşdur. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış * nömrəli ##.##.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin 8.903,45 ABŞ dolları təşkil edən qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 ABŞ dolları = 1.60 Manat) 14.245,52 Manat təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. ##.##.2024-cü il tarixə cavabdeh1 kredit üzrə cəmi borcu 21.016,61 (iyirmi bir min on altı manat altmış bir qəpik) manat təşkil edir. Bundan 6.716,67 (altı min yeddi yüz on altı manat altmış yeddi qəpik) manat əsas, 3.658,13 (üç min altı yüz əlli səkkiz manat on üç qəpik) manat faiz, 9.957,33 (doqquz min doqquz yüz əlli yeddi manat otuz üç qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 684,48 (altı yüz səksən dörd manat qırx səkkiz qəpik) manat faiz borcu təşkil edir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Kredit müqaviləsi üzrə bağlanmış ## ###### 2015-ci il tarixli, ** nömrəli əlavə sazişdən görünür ki, ## ####### 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə kredit restruktrizasiya edilmiş və müddəti ##.##.2017-ci il tarixədək uzadılmış, illik 15 % olmaqla restrukturizasiya edilmiş kreditin qalıq məbləği 7694,93 ABŞ dolları hesablanmışdır.
5. Kredit müqaviləsi üzrə bağlanmış ## #### 2017-ci il tarixli, ** nömrəli əlavə sazişdən görünür ki, ## ####### 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə kredit restruktrizasiya edilmiş və müddəti ##.##.2022-ci il tarixədək uzadılmış, illik 15 % olmaqla restrukturizasiya edilmiş kreditin qalıq məbləği 8903,45 ABŞ dolları hesablanmışdır.
6. ##.##.2025-ci il tarixli, ************ nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı Sumqayıt şəhər Məhkəməsinin hesabına iddia qaldırmaq üçün 153.05 manat dövlət rüsumu ödəmişdir.
7. Zaminlik müqaviləsi üzrə bağlanmış ## ###### 2015-ci il tarixli, ** nömrəli əlavə sazişdən görünür ki, zamin ## ####### 2014-cü il tarixli, ** nömrəli əlavə saziş üzrə borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır.
8. Zaminlik müqaviləsi üzrə bağlanmış ## #### 2017-ci il tarixli, ** nömrəli əlavə sazişdən görünür ki, zamin ## ####### 2014-cü il tarixli, ** nömrəli əlavə saziş üzrə borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır.
9. ## ###### 2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə cavabdeh1 arasında bağlanmış ## #### 2017-ci il tarixli, KM***T********S** saylı kredit müqaviləsi üzrə ## #### 2024-cü il tarixə hesablanmış 6716,67 manat məbləğində ödənilməmiş əsas borc, 3658,13 manat faiz borcu, 9957,33 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 684,48 manat olmaqla ümumilikdə 21016,61 manat borcu vardır.
10. Bildirişdən görünür ki, cavabdehlər banka olan borcu ödəməyəcəkləri təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşlar.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyindən görünür ki, ##.##.2014-cü il tarxili, *********/ZM saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh1 ##.##.2022-ci il tarixə-müqavilə müddətinin bitdiyi tarixə əsas borc üzrə 6716.22 manat, faiz borcu üzrə 3442.07 manat, ##.##.2024-cü il tarixə-maliyyə arayışın verildiyi tarixə əsas borc üzrə 6716.22 manat, faiz borcu üzrə 3442.07 manat, faiz borcu 5% ilə 676.29 manat təşkil edir.
12. Əmanətlərin Sığortalanması Fondunun ##.##.2026-cı il tarixli, **-*/*-****/**** nömrəli məktubundan görünür ki, cavabdeh1 və cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC qarşısında borc öhdəliyi mövcud deyildir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
13. Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 6716,22 (altı min yeddi yüz on altı manat iyirmi iki qəpik) manat əsas borc, 3442,07 (üç min dörd yüz qırx iki manat yeddi qəpik) manat faiz borcu, 500 (beş yüz) manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 676,29 (altı yüz yetmiş altı manat iyirmi doqquz qəpik) manat, ümumilikdə 11.334,58 (on bir min üç yüz otuz dörd manat əlli səkkiz qəpik) və ödənilmiş dövlət rüsumunun 124 (bir yüz iyirmi dörd manat) manat hissəsinin tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 467, 399.3, 445.7, 470.1 və 472-ci maddələri, Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 88, 217.4, 216-220, 222.2 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
15. Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyator şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh olaraq ilkin kredit müqaviləsini tələbləri tam olaraq yerinə yetirilmişdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Hazırkı kredit müqaviləsi qanuni əsaslarla bağlandığı məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, cavabdehlərin iştirakı məhkəmədə təmin edəlmədiyindən cavabdeh tərəf müəyyən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddia tələbində göstərilən pul tələbi iddiaçı tərəfindən tələb edilə bilər, amma məhkəmə cavabdehin iştirakını təmin etmədiyindən yaranmış borcun dəqiqliyini müəyyən edə bilməz. Çünki göstərilən borc real olmamışdır. Cavabdeh olaraq borcun böyük bir hissəsi ödənilmiş, lakin iddiaçı bunu iddiasında tam olaraq göstərməmişdir. O, krediti tam bağlamaq istəsə də, iddiaçı fantastik bir məbləğ istəmişdir. İddiaçı tərəfindən cavabdehə müraciət edildiyi halda ilkin müqavilə üzrə yaranmış borcun istənilən an ödənilməsi bildirilsə də, iddiaçı şişildilmiş bir məbləği cavabdehdən tələb etmişdir. Borc iddiaçı tərəfindən iddia ərizəsində düzgün göstərilmədiyindən, faiz və digər əlavə tutmalar da düzgün hessablanmamışdır. Beləliklə, Sumqayıt Şəhər Məhkəməsi işin faktiki hallarını tam və düzgün qiymətləndirmədiyindən səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmamış, birtərəfli mövqedən işə yanaşmışdır. Ümumiyyətlə cəkişmə prinsipi olmamışdır. Cavabdeh tərəfin sübutları təqdim edilməmiş, lakin iddiaçının faktları nəzərə alınmışdır. Məhkəmə mübahisənin mahiyyətinə dərindən yiyələnmədiyi üçün, əsaslandırılmayan bir qətnamə qəbul etməklə yalnış nəticəyə gəlmişdir. Beləliklə də, məhkəmə qətnaməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. Hesablamasına əsasən borc tələbi qat-qat az olmalıdır. O, məhkəməyə ödəniş qəbzlərini təqdim edə bilməmişdir. Belə ki, məhkəmə prosesi barədə xəbəri olmamışdır. Birinci instansiya məhkəməsi faktiki olaraq qətnaməsində bildirmişdir ki, cavabdeh krediti ödəməmişdir. Ödənişlə əlaqədar Banka müraciət edilsə də belə, Bank məbləgi bilərəkdən şişirtmişdir. Buna görə də, iddia şişirdilmiş həcmdə təmin edilə bilməz. Məhkəmə nəzərdən qaçırmışdır ki, bu tip iddialarla əlaqədar artıq məhkəmə təcrübəsi mövcuddur.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
18. Cavabdeh cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
19. Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
20. İş üzrə iddiaçının nümayəndəsi və cavabdeh cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli Qərarında qəbul edilən hüquqi mövqeyə əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.
3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 399.3. Müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.7. Kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilməli və iddia rədd edilməlidir.
26. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, kredit müqaviləsi üzrə bağlanmış ## #### 2017-ci il tarixli, ** nömrəli əlavə sazişə əsasən, ## ####### 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə kredit restruktrizasiya edilmiş və müddəti ##.##.2022-ci il tarixədək uzadılmış, illik 15 % olmaqla restrukturizasiya edilmiş kreditin qalıq məbləği 8903,45 ABŞ dolları hesablanmışdır. Zaminlik müqaviləsi üzrə bağlanmış ## #### 2017-ci il tarixli, ** nömrəli əlavə sazişə əsasən, zamin ## #### 2017-ci il tarixli, ** nömrəli əlavə saziş üzrə borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. ## ###### 2024-cü il tarixli maliyyə arayışına əsasən, İddiaçı ASC ilə cavabdeh2 arasında bağlanmış ## #### 2017-ci il tarixli, KM***T********S** saylı kredit müqaviləsi üzrə ## #### 2024-cü il tarixə hesablanmış 6716,67 manat məbləğində ödənilməmiş əsas borc, 3658,13 manat dolları faiz borcu, 9957,33 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 684,48 manat olmaqla ümumilikdə 21016,61 manat borcu vardır.
27. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmişdir /bax bənd 12/.
28. Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Əmanətlərin Sığortalanması Fondunun ##.##.2026-cı il tarixli, **-*/*-****/**** nömrəli məktubundan görünür ki, cavabdeh1 və cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC qarşısında borc öhdəliyi mövcud deyildir.
30. Həmçinin Əmanətlərin Sığortalanması Fondunun Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanladığı ##.##.2026-cı il tarixli, **-*/*-****/**** nömrəli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi üzrə cavabdeh1 və cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC qarşısında borc öhdəliyi mövcud deyildir. Odur ki, icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunmuşdur.
31. Beləliklə, kollegiya araşdırması zamanı müəyyən edildi ki, cavabdehlər tərəfindən borc məbləği İddiaçı ASC-nə ödənilməklə cavabdehlərin iddiaçı qarşısında öhdəliyi qalmamışdır.
32. Kollegiya həmçinin vurğulayır ki, bu fakt iş üzrə birinci instansiya məhkəməsi qətnamə qəbul etdikdən sonra yaranmışdır. Məhkəmə bu faktı qətnamə qəbul edərkən mövcud olmadığı üçün nəzərə ala bilməzdi. Həmin fakt hazırki icraat zamanı aşkar edilmişdir.
33. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxan zaman maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməsə də, qətnamə qəbul edildikdən sonra meydana çıxan fakt işin həllinə təsir edən və ərizənin təmin olunmasını istisna edən hal kimi qiymətləndirilməlidir.
34. Qanunvericiliyin tələbinə görə məhkəmənin qətnaməsi o halda əsaslı sayılır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün əhəmiyyətli olan butun faktiki hallar aydınlaşdırılsın, məhkəmə tərəfindən müəyyən edilmiş və iş üçün əhəmiyyətli olan hallar sübut olunsun, qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
35. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehlər tərəfindən iddiaçıya olan borc ödənildiyindən, icra edilməmiş borc öhdəliyi qalmadığından apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.