Məhkəmə qərarları › İş №2(3-8)-212/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-212/2026

28.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-212/2026 28.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim V.Şirəliyeva) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh 7842 (yeddi min səkkiz yüz qırx iki) manat pul vəsaiti və ödənilmiş 120 manat dövlət rüsumunun 98 (doxsan səkkiz) manat, 42 (qırx iki) qəpik hissəsi, hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində ekspertiza xərci cavabdeh Cavabdeh tutulub “xxxx” MMC-nin (VÖEN: N; H/h: № AZ**IBAZ******************** “xxxx” ASC Yasamal filialı; kodu: 805562; VÖEN: 9900001881; Müxbir hesab: AZ03NABZ01350100000000002944; S.W.İ.F.T BIK: IBAZAZ2X) hesabına ödənils məsi qət edilmişdir. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Iddiaçı İddiaçı yazılı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, dəymiş zərərin əvəzi olaraq cavabdeh Cavabdeh 5500 (beş min beş yüz) manat pul aldığını, bu səbəbdən iddia tələbindən imtina etdiyini və onun imtinasının qəbul edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinin tələbləri ona izah edilmişdir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs öz hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Əgər şəxs irəli sürdüyü iddianı müdafiə edərsə, tələbinin əsaslı olmasına dair istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tələbin sübut ediləcəyi təqdirdə iddianı təmin edilməsi qənətinə gəlməlidir. Iddia tələbi üzrə irəli sürülmüş tələblər üzrə yekun məhkəmə aktı qəbul edilmədən başa çatdırılması halları mövcuddur ki, bu hallarda da tələb üzrə qətnamə qəbul edilmədən, iş üzrə icraata qərardad qəbul edilməklə yekun nəticə verilir. Belə hallardan biri də iddiaçı tələb irəli sürdüyü şəxslərə qarşı tələbindən imtina etməsidir. Bu halda iddia tələbi üzrə icraata qətnamə qəbul edilmədən qərardad ilə xitam verilir. Bu hüququ iddiaçı bilavasitə və ya nümayəndəsi vasitəsi ilə realizə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.2. maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. Iddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir (MPM-nin 191.1., 191.2. maddələri). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina barədə ərizə iddiaçının iradə ifadəsini ehtiva etdiyindən qəbul edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.4. maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Mülki Prosessual Məcəllənin 114.1.4. maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə kollegiyası iddiaçının iddiadan imtina etməsini nəzərə alaraq hesab edir ki, iddiaçı İddiaçı tərəfindən ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI Iddiaçı İddiaçı iddiadan imtina barədə ərizəsi təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia tələbi üzrə icraata xitam verilsin. Ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumu iddiaçı İddiaçı geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar