Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-230/2026 29.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 İman oğlu, cavabdeh1 və cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, zaminlik) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdeh cavabdeh1 iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 İman oğlu, cavabdeh1 və cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. ##.##.2013-cü il tarixli, ***micXRD/**-EM saylı əsas kredit və bank hesabı müqaviləsindən görünür ki, cavabdeh2 İman oğluna “xxxx” KB ASC-dən 60 ay müddətinə 20000 manat məbləğində kredit xətti açılmışdır. Həsənov İman Kazım oğlu və cavabdeh1 həmin müqavilə üzrə zamin kimi öhdəlik götürmüşlər.
2. ##.##.2015-ci il tarixli, ***micXRD/** saylı əlavə kredit müqaviləsindən görünür ki, cavabdeh2 İman oğlu “xxxx” KB ASC-dən aylıq faiz dərəcəsi 27% оlmaqla 24 ay müddətinə qaytarmaq şərti ilə 9500 ABŞ dolları məbləğində kredit götürmüşdür.
3. ##.##.2015-ci il tarixli sazişdən görünür ki, cavabdeh2 İman oğlu ilə “xxxx” KB ASC arasında bağlanmış ##.##.2013-cü il tarixli, ***micXRD/**-EM saylı əsas kredit müqaviləsinə əsasən cavabdeh3 zamin kimi öhdəlik götürmüşdür.
4. ##.##.2025-ci il tarixli BOA-***** saylı maliyyə arayışından görünür ki, cavabdeh2 İman oğlunun ***micXRD/** saylı kredit müqaviləsi üzrə 8343,17 USD məbləğində borcu vardır.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, “xxxx” KB ASC ilə cavabdeh1 adlarından olan ##.##.2013-cü il tarixli, ***micXRD/**- EM saylı əsas kredit və bank hesabı müqaviləsinin kserosurətində “Zamin cavabdeh1” qrafasında əks olunmuş imzanın cavabdeh1 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən (sənədin kserosurət olması, tədqiq olunan imzada qrafik materialın azlığı və s.) səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə xətşünaslıq ekspertiza tədqiqatının dəyəri 126 manat məbləğində müəyyən edilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */*** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, ##.##.2013-cü il tarixli, ***micXRD/**-EM saylı əsas kredit və bank hesabı müqaviləsinin surətinin ikinci vərəqindəki “Zamin”: “cavabdeh1” yazıların altındakı imza elektrofotoqrafik çap qurğusunda (surətçıxaran, lazer printer və s.) çap edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə xətşünaslıq ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir.
7. “xxxx” KB ASC ilə cavabdeh2 İman oğlu arasında bağlanmış ##.##.2013-cü il tarixli, ***micXRD/**-EM saylı əsas kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 60 ay müddətinə 20000 manat kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən Həsənov İman Kazım oğlu və cavabdeh1 zamin kimi öhdəlik götürmüşlər. Bundan sonra “xxxx” KB ASC ilə cavabdeh2 İman oğlu arasında bağlanmış ##.##.2015-ci il tarixli, ***micXRD/** saylı əlavə kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 27 % ödəmək şərtilə 9500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə cavabdeh3 zamin kimi öhdəlik götürmüşdür. “xxxx” KB ASC müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdehlər götürdükləri öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişlər. cavabdeh2 İman oğlunun ##.##.2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə banka 8343,17 USD məbləğində borcu yaranmışdır. İddiaçı bu borcları özünün maliyyə arayışı ilə təsdiq etmişdir. Belə ki, ##.##.2025-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, cavabdeh2 İman oğlunun ##.##.2015-ci il tarixli kredit müqaviləsi üzrə 8343,17 USD məbləğində borcu vardır.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı “xxxx” KB ASC cavabdehlər cavabdeh2 İman oğlu, Həsənov İman Kazım oğlu, cavabdeh1 və cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 İman oğlu, Həsənov İman Kazım oğlu, cavabdeh1 və cavabdeh3 müştərək qaydada əsas borc üzrə 7756.77 USD, faiz borcu üzrə 950.42 USD, cərimə borcu üzrə 115.66 USD olmaqla, cəmi 8822.85 USD borcun tutularaq iddiaçıya ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir.
9. Abşeron Rayon Məhkəməsinin ## #### 2016-ci il tarixli *(***)-****/**** saylı əmri ilə ## ##### 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş ünvan 1 ünvanında yaşayan cavabdeh2 İman oğlundan, ## ###### 1963-cü il tarixdə Tovuz rayonunda anadan olmuş Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yaşayan Həsənov İman Kazım oğlundan, ## ###### 1983-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş Abşeron rayonu, Masazır kəndində yaşayan cavabdeh1 və ## ##### 1963-cü il tarixdə Bərdə rayonunda anadan olmuş Abşeron rayonu, Masazır kəndində yaşayan cavabdeh3 müştərək qaydada 7756,77 (yeddi min yeddi yüz əlli altı dollar, yetmiş yeddi sent) ABŞ dolları əsas borc, 950,42 (doqquz yüz əlli dollar, qırx iki sent) ABŞ dolları faiz borcu və 115,66 (yüz on beş dollar, altmış altı sent) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 8822,85 (səkkiz min səkkiz yüz iyirmi iki dollar, səksən beş sent) ABŞ dolları borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaitinin əvəzi tutulub “xxxx” KB ASC-nin xeyrinə verilməsi əmr edilmişdir.
10. Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərardadına əsasən Abşeron Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli *(***)****/**** saylı məhkəmə əmri ləğv edilərək, işə iddia icraatı qaydasında mahiyyəti üzrə baxılması qərara alınmışdır.
11. İddiaçı “xxxx” KB ASC iddianın aid olduğu ***micXRD/** nömrəli kredit müqaviləsi üzrə tələb hüquqları ##.##.2021-ci il tarixli 02/21UB №li nömrəli müqavilə əsasında “xxxx” KB ASC-dən İddiaçı ASC-yə keçdiyi üçün iddiaçının əsl iddiaçı ilə əvəz edilməsini xahiş etmiş və bu vəsatət məhkəmənin ##.##.2024-cü il tarixli hazırlıq iclasında təmin edilərək iddiaçı “xxxx” KB ASC əsl iddiaçı İddiaçı ASC ilə əvəz edilmişdir.
12. Məhkəmə gedişində iddiaçı İddiaçı ASC-nin nümayəndəsi nümayəndə1 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Həsənov İman Kazım oğlunun cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir.
13. Məhkəmə iclasında cavabdeh cavabdeh1 iddianı qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi. O qeyd etdi ki, ilk dəfə bağlanmış 2011-ci il tarixli müqavilə üzrə zamin olmuş, lakin sonradan bağlanmış müqavilədə, yəni hazırki tələb üzrə müqavilədə iştirak etməmiş və müqaviləni imzalamamışdır.
14. İştirak etdiyi məhkəmə iclasında iddiaçı İddiaçı ASC-nin nümayəndəsi nümayəndə1 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.
15. İştirak etdiyi məhkəmə iclasında cavabdeh cavabdeh2 İman oğlu iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, borcu olduğunu qəbul edir. İlk dəfə 2011-ci ildə, sonuncu dəfə 2015-ci ildə “xxxx” KB ASC-dən kredit götürmüşdür. 2011-ci il tarixli müqavilədə cavabdeh1 zamin kimi iştirak etmiş olsa da, 2015-ci il tarixli müqavilə imzalanarkən cavabdeh1 iştirak etməmişdir. İddianın qismən təmin edilməsini xahiş etmişdir.
16. Cavabdeh cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
17. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh2 İman oğlu və cavabdeh3 8343,17 ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və dövlət rüsumu olaraq 20 manat pul müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi, ekspertizanın dəyəri kimi 226 manat pul İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Mirnəsir Mirhəsənli).
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 103.1, 385.1, 442, 443.1, 445.1, 448.1, 470.1, 739.1, 739.2, 472.1-ci və 472.3-cü maddəsinə, Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 101.3, 103.1, 107, 119.1, və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı İddiaçı ASC apellyasiya şikayəti verib, Abşeron rayon Məhkəməsinin *(***)- ***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia ərizəsini təmin edilməsini xahiş etmişdir.
20. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” KB ASC cavabdehlər cavabdeh2 İman oğlu, Həsənov İman Kazım oğlu, cavabdeh1 və cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ***micXRD/** nömrəli kredit müqaviləsinin aid olduğu borc üzrə cəmi 8822.85 USD borcun tutularaq iddiaçıya ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2016-ci il tarixli *(***)-****/**** nömrəli əmri ilə iddia təmin edilmişdir. Həmin məhkəmə əmrinə cavabdeh cavabdeh1 kredit müqaviləsinin onun tərəfindən imzalanmadığını bildirərək etiraz etmiş və iş üzrə icraat iddia icraatına keçilmişdir. Abşeron rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və cavabdeh1 kredit müqaviləsi üzrə zaminlikdən çıxarılmışdır. Sözügedən qətnaməni aşağıda qeyd olunanlara görə əsassız hesab edirlər.
21. Abşeron Rayon Məhkəməsində işə baxılarkən, ***micXRD/** nömrəli kredit müqaviləsində imzanı özünün qoymasını iclasda etiraf etməsinə baxmayaraq, zamin cavabdeh1 qrafasındakı imzanın ona məxsus olub-olmadığını aydınlaşdırmaq üçün məhkəməxətşünaslıq ekspertizası təyin olunmuşdur. Lakin ekspert, kredit müqaviləsinə aid sənədlərin kserosurəti olduğunu, borcludan imza nümunələrinin kifayət qədər götürülə bilməməsini (zamin savadsızdır) və tədqiq olunan imzada qrafik materialın azlığını əsas göstərərək, ekspertiza keçirilə bilinmədiyini demişdir.
22. Daha sonra tərəflərindən verilən vəsatətə əsasən, kredit müqaviləsinin mövcud olan kserosurətinin əsli ilə eyni olub-olmamasını yoxlamaq üçün məhkəmə-texniki ekspertizası keçirilmişdir. Ekspert rəyinə əsasən, ##.##.2013-cü il tarixli, ***micXRD/**-EM nömrəli əsas kredit və bank hesabı müqaviləsinin surətinin ikinci vərəqindəki “Zamin”: “cavabdeh1” yazıların altındakı imza elektrofotoqrafik çap qurğusunda (surətçıxaran, lazer printer və s.) çap edilmişdir. Bu rəy bir daha təsdiq edir ki, kredit müqaviləsinin kserosurəti onun əsli ilə eynidir, yəni kserosurətinin üzərində yenidən məhkəmə-xətşünaslıq ekspertizası keçirilə bilərdi. Lakin qətnamə qəbul edilərkən məhkəmə yalnız mövcud ekspert rəyi ilə kifayətlənmiş və kredit müqaviləsindəki imzanın cavabdeh1 aid olmadığı qənaətinə gəlmişdir. Halbuki ekspertiza tam şəkildə keçirilməmişdir. Belə ki, hər hansı sənəddəki imzanın kiməsə aid olub-olmamasının təsdiqlənməsi üçün məhkəmə-texniki ekspertizasının deyil, məhkəmə-xətşünaslıq ekspertizasının rəyi lazımdır. Qətnamədə qeyd olunmuşdur ki, məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə kredit müqaviləsindəki imzanın cavabdeh1 aid olub-olmadığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyündən və bu xüsusat təsdiq edilmədiyindən iddia tələbi cavabdeh1 münasibətdə təmin edilməməlidir. Bununla bağlı qeyd edirlər ki, iddiaçı tərəfindən bu halın aydınlaşdırılması üçün kifayət qədər təşəbbüs göstərilmişdir. Belə ki, ekspertizanın keçirilə bilməməsinin 2 səbəbi var idi: sənədin kserosurət olması və imza nümunəsinin kifayət qədər götürülə bilinməməsi. Birinci hal tərəflərindən verilən vəsatət əsasında keçirilmiş ekspertiza nəticəsində öz həllini tapmışdır, lakin ikinci halın öz həllini tapması iddiaçının üzərinə düşən vəzifə deyil.
23. Bununla yanaşı, cavabdeh cavabdeh1 özü də məhkəmə iclaslarında dəfələrlə ***micXRD/**-EM nömrəli əsas kredit və bank hesab müqaviləsini imzaladığını bildirmişdir. Belə ki, onun dediyinə əsasən, o sadəcə həmin müqaviləni imzalamış, digərlərindən xəbəri olmamışdır.
24. Bununla bağlı qeyd edirik ki, ***micXRD/**-EM nömrəli əsas kredit və bank hesabı müqaviləsinin 1.7-ci bəndində aşağıdakı kimi qeyd olunmuşdur:
25. ”Zamin” “Borcalan”ın bu Müqavilə və onun çərçivəsində bağlanmış bütün Əlavə kredit müqavilələri üzrə götürdüyü kredit öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə “Borcverən” qarşısında “Borcalan”la birgə məsuliyyət daşıyır.” Bu fakt məhkəmədə tərəfimizdən dəfələrlə qeyd olunsa da, nəzərə alınmamışdır.
26. Eyni zamanda, Bankdan aldıqları məlumata əsasən, ***micXRD/**-EM nömrəli əsas kredit və bank hesabı müqaviləsi 5 illik müddətə bağlanmışdır ***micXRD/** nömrəli Əlavə kredit müqaviləsi əsas müqavilədən 2 il sonra sonra (##.##.2015-ci il tarixində), yəni əsas kredit müqaviləsi qüvvədə olduğu müddətdə bağlanıldığından əvvəlki zaminlərin yenidən imzasına ehtiyac qalmamışdır. Həmçinin qoşmada təqdim olunan ***micXRD/** nömrəli Əlavə kredit müqaviləsinin bir hissəsi olan ##.##.2015-ci il tarixli Sazişə əsasən, cavabdeh3 zamin və girovqoyan olaraq əlavə edilmiş və əsas kredit müqaviləsində qeyd edilən əvvəlki zaminlərin müqavilədən çıxarılmadığı qeyd olunmuşdur.
27. Bütün qeyd edilənlərdən də aydın olur ki, məhkəmə tərəfindən cavabdeh cavabdeh1 zaminlikdən çıxarılması qanunsuz və əsassızdır.
28. Qeyd edirik ki, barəsində apellyasiya şikayəti verilən məhkəmə qətnaməsini ##.##.2025-ci il tarixində elektron kabinet vasitəsilə əldə etmişlər.
29. Maddəyə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İmzanın zaminə aid olub-olmaması məsələsinin aydınlaşdırılmamasına baxmayaraq, məhkəmə tərəfindən sənədin kserosurətinin əsli ilə eyni olduğu müəyyənləşdikdən sonra məhkəmə-xəttşünaslıq ekspertizası təyin olunmamışdır.
30. Maddəyə əsasən, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Borclu və "xxxx" KB ASC arasında kredit müqaviləsinin əsas şərtlərini özündə əks etdirən ***micXRD/**-EM nömrəli Əsas kredit və bank hesabı müqaviləsi həmin maddənin tələbinə riayət olunmaqla bağlanmışdır. Müqavilədə zaminlik öhədliyi ilə bağlı bənd də öz əksini tapmışdır və müqavilənin 1.7-ci bəndində aşağıdakı kimi qeyd olunmuşdur: ”Zamin” “Borcalan”ın bu Müqavilə və onun çərçivəsində bağlanmış bütün Əlavə kredit müqavilələri üzrə götürdüyü kredit öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə “Borcverən” qarşısında “Borcalan”la birgə məsuliyyət daşıyır.”
31. 217.1-ci maddəyə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. AR Ali Məhkəməsinin Plenumunun Məhkəmə qətnaməsi haqqında ##.##.2005-ci il tarixli və AR Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2016-ci il tarixli Qərarlarında qeyd olunur ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Lakin Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi qəbul edilərkən qeyd edilən prosessual normalara riayət edilməmişdir. Qətnamədə imzanın borcluya aid olubolmaması məsələsində xəttşünaslıq ekspertizası deyil, texniki ekspertizanın nəticələri sübut kimi qəbul olunmuşdur ki, bu da aidlik tələbinə ziddir. Belə ki, AR MPMin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Borclu cavabdeh1 tərəfindən məhkəmə iclaslarında bir neçə dəfə əsas kredit və bank hesabı müqaviləsini imzaladığı etiraf edilsə də, məhkəmə imza qoyulması halını qeyri-müəyyən və aydın olmayan hal kimi qəbul edir.
32. Qətnamədə imzanın borcluya aid olub-olmaması məsələsində xəttşünaslıq ekspertizası deyil, texniki ekspertizanın nəticələri sübut kimi qəbul olunmuşdur ki, bu da aidlik tələbinə ziddir. Belə ki, AR MPM-in 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
33. Borclu cavabdeh1 tərəfindən məhkəmə iclaslarında bir neçə dəfə əsas kredit və bank hesabı müqaviləsini imzaladığı etiraf edilsə də, qətnamədə imzanın ona məxsus olmaması nəticəsinə gəlindiyi bildirilmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
34. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
35. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
36. Məhkəmə iclasında cavabdeh cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
37. Cavabdehlər cavabdeh2 İman oğlu və cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər.
38. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
39. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
40. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
41. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.
42. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
43. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
44. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
45. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
46. Maddə 477.0.1. Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə xitam verilir.
47. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
48. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin ## ### 2018-ci il tarixli qərarında göstərilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
54. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
55. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
57. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
58. Apellyasiya şikayətlərindən görünür ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin *(***)- ***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia ərizəsini təmin edilməsini xahiş etmişdir.
59. Buna baxmayaraq apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı qətnaməni iddianın təmin edilməyən hissədə mübahisələndirdiyindən kollegiya Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qismən - cavabdeh cavabdeh1 aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq cavabdeh cavabdeh1, cavabdeh2 İman oğlu və cavabdeh3 8343,17 ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və dövlət rüsumun əvəzi olan 20 manat müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
61. Beləliklə, apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 tərəfindən verdiyi izahatından aydın olmuşdur ki, cavabdeh1 ##.##.2013-cü il tarixli, ***micXRD/**-EM saylı əsas kredit və bank hesabı müqaviləsini imza etməsini etiraf etmişdir.
62. Qeyd olunmalıdır ki, məhz həmin müqavilə ilə cavabdeh2 İman oğluna “xxxx” KB ASCdən 60 ay müddətinə 20000 manat məbləğində kredit xətti açılmışdır. Həsənov İman Kazım oğlu və cavabdeh1 həmin müqavilə üzrə zamin kimi öhdəlik götürmüşlər. Kredit xətti müqaviləsi əsasında cavabdeh2 İman oğlu ilə “xxxx” KB ASC arasında ##.##.2015-ci il tarixli əlavə kredit müqaviləsi bağlanılmış, aylıq faiz dərəcəsi 27% оlmaqla 24 ay müddətinə qaytarmaq şərti ilə 9500 ABŞ dolları məbləğində kredit verilmişdir.
63. ##.##.2013-cü il tarixli kredit xətti müqaviləsinin 1.7-ci bəndinə əsasən, ”Zamin” “Borcalan”ın bu Müqavilə və onun çərçivəsində bağlanmış bütün Əlavə kredit müqavilələri üzrə götürdüyü kredit öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə “Borcverən” qarşısında “Borcalan”la birgə məsuliyyət daşıyır.”
64. Beləliklə, işin hallarından görünür ki, cavabdeh cavabdeh1 ##.##.2013-cü il tarixdə bağlanmış əsas kredit müqaviləsini imzalamaqla 60 ay müddətinə 20000 manat kredit xəttinə görə zamin kimi məsuliyyəti öz üzərinə götürmüşdür.
65. Belə olan halda məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, zamin cavabdeh1 zaminliyin təmin etdiyi öhdəliyin şərtlərinə öz razılığını bildirdiyindən, hazırkı iş üzrə yaranmış kredit borcu üzrə əsas borclu ilə birgə məsuliyyət daşımalıdır.
66. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, ##.##.2013-cü il tarixli, ***micXRD/**-EM saylı əsas kredit və bank hesabı müqaviləsinin surətinin ikinci vərəqindəki “Zamin”: “cavabdeh1” yazıların altındakı imza elektrofotoqrafik çap qurğusunda (surətçıxaran, lazer printer və s.) çap edilmişdir.
67. Göründüyü kimi, ekspertizada tədqiq olunmuş ##.##.2013-cü il tarixli, ***micXRD/**- EM saylı əsas kredit və bank hesabı müqaviləsi surət olduğundan, müqaviləsinin surətinin ikinci vərəqindəki “Zamin”: “cavabdeh1” yazıların altındakı imza elektrofotoqrafik çap qurğusunda (surətçıxaran, lazer printer və s.) çap edilməsinin müəyyən edilməsi gözləniləndir.
68. Odur ki, məhkəmə kollegiyası iş üzrə əldə olunmuş ekspert rəyinə hüquqi qiymət verərək, hesab edir ki, həmin ekspert rəyi iddianın cavabdeh1 aid hissədə rədd olunması üçün əsas ola bilməz.
69. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, , apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qismən - cavabdeh cavabdeh1 aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq cavabdeh cavabdeh1, cavabdeh2 İman oğlu və cavabdeh3 8343,17 ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və dövlət rüsumun əvəzi olan 20 manat müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qismən - cavabdeh cavabdeh1 aid hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. Cavabdeh cavabdeh1, cavabdeh2 İman oğlu və cavabdeh3 8343,17 ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və dövlət rüsumun əvəzi olan 20 manat müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.