Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-249/2026 12.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İlk iddia üzrə iddiaçı İddiaçı İsrafil qızının cavabdeh Cavabdeh qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı İsrafil qızına mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, iddiaçı İddiaçı İsrafil qızının, onun nümayəndə və vəkili X2, cavabdeh Cavabdeh, onun nümayəndə və vəkili Nümayəndə iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İlk iddia üzrə iddiaçı İddiaçı İsrafil qızı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 47500 manat və 232,50 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 47732,50 manatın cavabdeh Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
2. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 2012-ci il tarixdən tanımışdır. Onların çox yaxın dostluq münasibətləri olmuşdur. Tərəflər 2020-ci ildə söhbət edərkən iddiaçı cavabdehə ev almaq üçün pul yığdığını demişdir. O, iddiaçıda pul olduğunu bildiyi üçün həmin ilin dekabr ayında ağlaya-ağlaya onun yanına gələrək oğlunun onkoloji xəstə olduğunu, təcili Türkiyədə əməliyyat olunmalı olduğunu bildirmiş, iddiaçının ev almaq üçün yığdığı pulu ona verməsini xahiş etmişdir. İddiaçıya söz vermişdir ki, digər oğlu evini satışa qoyub, lakin hələ satılmır, tezliklə satılacaq və iddiaçının pulunu qaytaracaqdır. İlk olaraq cavabdeh iddiaçıdan 29000 manat pul istəmişdir. Ona psixoloji təsir etmək üçün bildirmişdir ki, əgər o pulu verməsə oğlunun ölümündə iddiaçı günahkar olacaqdır. İddiaçı ona inandığı üçün, eyni zamanda aralarında olan yaxın münasibətlərinə görə ilk olaraq cavabdehə 29000 manat pulu 2020ci ilin dekabr ayında vermişdir. Eyni bəhanələrlə cavabdeh iddiaçıdan pul istəmiş, iddiaçı isə 2021-ci ilin yanvar ayında ona 3000 manat, 8000 manat və 7500 manat pulu əlbəəl vermişdir. Əlavə pula ehtiyacı olduğunu dedikdə, iddiaçı bildirmişdir ki, bütün pulunu artıq ona vermişdir, başqa pulu qalmamışdır. Beləliklə, ev almağa yığdığı ümumilikdə 47500 manat pulu hissə-hissə olmaqla oğlunun əməliyyatı üçün cavabdehə vermişdir. 1 il sonra iddiaçıya məlum olmuşdur ki, Gülnarənin oğlu xəstə olmamış və iddiaçıya yalan söyləmişdir. İddiaçı 3 il ərzində Gülnarədən pulunu istəsə də cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pulu verəcəyini deyib ona pulu qaytarmamışdır. Cavabdeh pulu aldığına dair qəbz imzalamışdır. Eyni zamanda, tərəflər arasında pulun verilməsini təsdiq edən səs yazıları var. İddiaçı dələduzluq faktı ilə cinayət işinin başlanması üçün Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi İlqar Abdullayev tərəfindən cinayət işinin başlanılması rədd edilmişdir. Polis İdarəsində izahatı zamanı Gülnarə bildirmişdir ki, o, Fəridə Bayramidən 15 faiz əlavə ödəniş olmaqla pul götürmüş, bununla bağlı isə Sumqayıt Şəhər Məhkəməsində işə baxılmış və qərar qəbul edilmişdir. Bildirir ki, Fəridə Bayrami ilə Gülnarə (həmin işdə Gülşən də tərəf olmuşdur) arasında bu işlə əlaqəsi olmayan başqa borc münasibətləri olmuş, bununla bağlı hər üç instansiya məhkəməsində mübahisəyə baxılmışdır. Bundan başqa Gülnarə oğlunun xəstəliyi ilə bağlı pul istəməsinin yalan olduğunu izahatında göstərmişdir. Cavabdeh deyilənləri təkzib etsə də məhkəmə qərarlarından görünür ki, həmin mübahisənin hazırkı borc məbləği ilə heç bir əlaqəsi yoxdur. Bunlar tamamilə ayrı mübahisələrdir. Həmçinin cavabdehin pul götürməsini təsdiq edən əlyazma, oğlunun xəstəliyi üçün pul istəməsini təsdiq edən səs yazısı vardır. Müstəntiq tərəfindən material araşdırılarkən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın əsaslandırıcı hissəsində də cavabdehin bildirdiyi xüsusatların hazırkı işlə eynilik təşkil etmədiyi qeyd edilmişdir.
3. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı israfil qızından 16500 manat pulun alınıb Cavabdeh verilməsi, həmçinin ödənilmiş 140 manat dövlət rüsumunun İddiaçı İsrafil qızına aid olunaraq tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçı X3 Cavabdeh Dəryaqulu qızına və İddiaçı İsrafil qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun tanışıdır. Onlardan cavabdeh İddiaçı İsrafil qızı 2020-ci ilin dekabr ayında müraciət edərək ona təcili pul lazım olduğunu, həmin pulu ən geci 2 ay müddətində qaytaracaqlarını bildirmiş, o, cavabdehə inanaraq ona 37500 manat məbləğində borc pul vermişdir. Lakin cavabdeh ona vəd etdiyi vaxtda aldığı pulu qaytarmamış və həmin aldığı puldan bu müddət ərzində cəmi 4200 manat ödəniş etmişdir. Cavabdeh İddiaçı İsrafil qızının hazırda ona 32800 manat borcu qalmışdır. Cavabdeh həmin pulu ondan alması barədə yazılı qəbz vermiş, həmin qəbzdə də ondan aldığı pulu digər cavabdeh Cavabdeh verdiyini qeyd etmişdir. Halbuki o, həmin pulu verərkən bu pulu digər cavabdehə verməsini bilməmiş, bunu cavabdeh İddiaçı sonradan etiraf etməklə bu barədə iltizam da yazmışdır. Digər cavabdeh Cavabdeh ##.##.2021-ci il tarixdə ona müraciət edərək 50300 manat məbləğində borc pul götürmüş və həmin pul müqabilində 2 ədəd pul kartını girov qoymuşdur. Cavabdeh həmin pulu ondan götürərkən bildirmişdir ki, bu pulu 3 günlüyə götürür və bankdan pul götürən kimi aldığı bu pulu tam olaraq, ona olan digər borcunu isə hissə-hissə qaytaracaqdır. Cavabdeh bu puldan da qabaq ondan ##.##.2021-ci il tarixdə 2000 manat pul almış və həmin pulu da qaytarmamışdır. O, bu müddət ərzində dəfələrlə cavabdehlərə müraciət etmiş, həmin pulları istəmiş, lakin onlar müxtəlif bəhanələr gətirməklə ondan aldıqları pulları qaytarmamış, nəticədə onu ağır bir duruma salmışlar. Qeyd olunanlara əsasən cavabdeh Cavabdeh 52300 manat məbləğində borcun və həmin pula görə ödədiyi 250 manat dövlət rüsumunun, cavabdeh İddiaçı İsrafil qızından 32800 manat məbləğində borcun və həmin pula görə ödədiyi 190 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh və İddiaçı İsrafil qızından müştərək qaydada 46300 manat borcun və 340 manat dövlət rüsumunun tutularaq iddiaçı X3 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Dəryaqulu qızı və İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2022-ci il tarixli, 2(060)- *****/**** saylı qətnaməsi ləğv edilmiş, iddiaçı X3 cavabdehlər Cavabdeh və İddiaçı İsrafil qızına qarşı pul tələbinə dair iddia tələbi qismən təmin edilmiş, cavabdehlər İddiaçı İsrafil qızından 29800 manat, Cavabdeh 16500 manat pulun, 340 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı X3 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf Ali Məhkəməyə kassasiya şikayəti vermiş və Ali Məhkəmənin ##.##.2023-cü il tarixli qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh İddiaçı məhkəmə iclasında etiraf etmişdir ki, Cavabdeh Dəryaqulu qızından 30000 manata yaxın pul alıb iddiaçıya qaytarıb. İddiaçı X3 aşağı faizlə pul alıb ona yüksək faizlə verirmiş. O isə həmin pulu cavabdehin vasitəsilə X3 qaytarırmış. Cavabdeh məhkəmə iclaslarında bunu etiraf edib və bildirib ki, 30000 manata yaxın pulu Cavabdeh Dəryaqulu qızından alıb X3 verib. Məhkəmə qərarı ilə də Cavabdeh Dəryaqulu qızından 16500 manat pul tutulub. Cavabdeh Dəryaqulu qızı isə pulu X3 cavabdehin vasitəsilə ödəmişdir. Lakin cavabdeh Cavabdeh Dəryaqulu qızından aldığı pulu X3 tam olaraq çatdırmamışdır. Ona görə də Cavabdeh Dəryaqulu qızından 16500 manat pul X3 xeyrinə tutulmuşdur. Halbuki o, pulu İddiaçı İsrafil qızının özünün də etiraf etdiyi kimi ödəmişdir.
5. İddia tələbləriunə qarşı yazılı etiraz daxil olmamışdır.
6. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) ilk iddia təmin edilmiş, Cavabdeh 47500 manat pul və ödənilmiş 232,50 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı İsrafil qızına verilməsi, qarşılıqılı iddianın təmin olunmaması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında borc münasibətləri olmuşdur. Belə ki, iddiaçı cavabdehə 47500 manat borc verdiyini göstərmiş, cavabdeh isə pulun ondan alınması barədə ##.##.2020-ci il tarixli qəbz imzalamışdır. Bununla belə işdən görünür ki, onlar arasında borcla bağlı notarial qaydada borc müqaviləsi (yazılı) bağlanmamışdır. Tərəflər borc münasibətlərini, bununla bağlı hüquq və öhdəliklərini qanunun tələbinə əsasən yazılı formada qeydə aldırmadıqlarından onlar arasındakı şifahi borc müqaviləsi etibarsız hesab edilməlidir. İşdən görünür ki, ilkin iddia üzrə cavabdeh bu şifahi əqd əsasında ilkin iddia üzrə iddiaçıdan 47500 manat borc aldığını öz imzası ilə təsdiq etmişdir və əqd etibarsız hesab edilidyindən həmin məbləğ Cavabdeh G.İ.Əliyevanın xeyrinə tutulmalıdır. Mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə Cavabdeh ərizəsinə gəldikdə isə, məhkəmə hesab edir ki, tərəflər arasındakı münasibətlər Mülki Məcəllənin borc və ya əsassız varlanma normaları tətbiq edilməklə deyil, əqdlərin etibarsızlığı müddəaları ilə həll edilməlidir. Bu halda isə G.İ.Əliyevanın qarşı tərəflə bağladığı əqdin etibarsız sayılmasına əsas verən halların polis orqanına bununla bağlı müraciət etdiyi tarixdən bildiyi müəyyən olunur. Bu baxımdan (cəmi iki ay sonra məhkəmədə iddia qaldırılmışdır) məhkəmə bu qənaətə gəlir ki, əqdin etibarsızlığı barədə kəsici müddət ötürülməmişdir. Qarşılıqlı iddia üzrə Cavabdeh öz dəlliləri barədə məhkəməyə hər hansı legitim və mötəbər sübut təqdim etmədiyindən məhkəmə onun bu tələbini əsassız hesab edir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2, 329.1, 337.1, 337.4, 337.5, 354.2- ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə ilkin iddia tələbinin rədd olunması, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İsrafil qızı ona qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 47732 manat pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıya hər hansı bir borcu yoxdur. Ümumiyyətlə həmin şəxs ona pul vermək imkanına sahib olmayıb. Belə ki, X3 ona və İddiaçı İsrafil qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun tanışıdır. Onlardan cavabdeh İddiaçı İsrafil qızı 2020-ci ilin dekabr ayında müraciət edərək ona təcili pul lazım olduğunu, həmin pulu ən geci 2 ay müddətində qaytaracağını bildirmiş, o, cavabdehə inanaraq ona 37500 (otuz yeddi min beş yüz) manat məbləğində borc pul vermişdir. Lakin cavabdeh ona vəd etdiyi vaxtda aldığı pulu qaytarmamış və həmin aldığı puldan bu müddət ərzində cəmi 4200 manat ödəniş etmişdir. Cavabdeh İddiaçı İsrafil qızının hazırda ona 32800 (otuz iki min səkkiz yüz) manat borcu qalmışdır. Cavabdeh həmin pulu ondan alması barədə yazılı qəbz vermiş, həmin qəbzdə də ondan aldığı pulu digər cavabdeh Cavabdeh verdiyini qeyd etmişdir. Halbuki o, həmin pulu verərkən bu pulu digər cavabdehə verməsini bilməmiş, bunu cavabdeh İddiaçı sonradan etiraf etməklə bu barədə iltizam da yazmışdır. Digər cavabdeh Cavabdeh ##.##.2021-ci il tarixdə ona müraciət edərək 50300 (əlli min üç yüz) manat məbləğində borc pul götürmüş və həmin pul müqabilində 2 ədəd pul kartını girov qoymuşdur. Cavabdeh həmin pulu ondan götürərkən bildirmişdir ki, bu pulu 3 günlüyə götürür və bankdan pul götürən kimi aldığı bu pulu tam olaraq, ona olan digər borcunu isə hissə-hissə qaytaracaqdır. Cavabdeh bu puldan da qabaq ondan ##.##.2021- ci il tarixdə 2000 manat pul almış və həmin pulu da qaytarmamışdır. O, bu müddət ərzində dəfələrlə cavabdehlərə müraciət etmiş, həmin pulları istəmiş, lakin onlar müxtəlif bəhanələr gətirməklə ondan aldıqları pulları qaytarmamış, nəticədə onu ağır bir duruma salmışlar. Qeyd olunanlara əsasən cavabdeh Cavabdeh 52300 manat məbləğində borcun və həmin pula görə ödədiyi 250 manat dövlət rüsumunun, cavabdeh İddiaçı İsrafil qızından 32800 manat məbləğində borcun və həmin pula görə ödədiyi 190 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh və İddiaçı İsrafil qızından müştərək qaydada 46300 (qırx altı min üç yüz) manat borc və 340 (üç yüz qırx) manat dövlət rüsumu tutularaq iddiaçı X3 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. O və İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X3, cavabdehlər Cavabdeh, İddiaçı İsrafil qızının apellyasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilmiş, iddiaçı X3 cavabdehlər Cavabdeh və İddiaçı İsrafil qızına qarşı pul tələbinə dair iddia tələbi qismən təmin edilmiş, cavabdehlər İddiaçı İsrafil qızından 29800 (iyirmi doqquz min səkkiz yüz) manat, Cavabdeh 16500 (on al min beş yüz) manat pulun, 340 (üç yüz qırx) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı X3 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən hər ikisi də Ali məhkəməyə kassasiya şikayə vermiş və Ali Məhkəmənin ##.##.2023-cü il tarixli qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı məhkəmə iclasında etiraf etmişdir ki, ondan 30000 manata yaxın pul alıb iddiaçıya qaytarıb. İddiaçı X3 aşağı faizlə pul alıb ona yüksək faizlə verirmişdir. O, isə həmin pulu cavabdehin vasitəsi ilə Fəridə Bayramiyə qaytarırmış. İddiaçı məhkəmə iclaslarında bunu etiraf edib məhkəmə qərarı ilə də ondan 16500 manat pul tutulub. O, isə pulu X3 İddiaçı vasitəsilə ödəmişdir. Lakin İddiaçı ondan aldığı pulu X3 tam olaraq çatdırmamışdır. Ona görə də ondan 16500 manat pul X3 xeyrinə tutulmuşdur. Halbuki o, pulu İddiaçı özünün də etiraf etdiyi kimi ödəmişdir. Ona görə də 16500 manat pulu İddiaçı tələb edir. İddiaçı ondan tələb etdiyi pul isə məhz Bayrami Fəridənin ondan və Gülşəndən tələb etdiyi puldur ki, bu barədə də qətnamə çıxıb və hər ikisindən pul tutulub. Yəni Gülşən ondan əsassız olaraq pul tələb edir və o, əsassız olaraq varlanmaq niyyətindədir. Həmçinin o, iddia müddətini də ötürüb. Belə ki, o, əsassız varlanmaya görə 2 illik, müqavilə tələbi üzrə 3 illik iddia müddətini ötürüb. Əslində hazırda onun iddia tələbinə 2 illik iddia müddə tətbiq olunmalıdır. Çünki o, əsassız varlanmaq niyyətindədir. Lakin işə baxan məhkəmə iş materillarında olan əlyazmanı əsas tutaraq iddianı təmin etmişdir. Məhkəmə hesab etmişdir ki, guya o, iddiaçıdan ondan qeyd olunan məbləğdə pul almışdır. Məhkəmə işə obyektiv baxmamışdır. İş üzrə iddiaçı hüquqdan suiistifadə edərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və ondan əsassız olaraq pul tələb etmişdir. Məhkəmə isə iddiaçının qanunsuz və əsassız iddia tələbini təmin etmişdir. Məhkəmə iddia tələbini təmin edərkən iş materillarında olan əlyazmaya əsaslanmışdır. Məhkəmənin gəldiyi əsassız nəticəyə görə iddiaçı əsassız olaraq varlanmış, o, isə qanunsuz və əsassız olaraq maddi ziyana düşmüşdür.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh nümayəndə və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı pulu başqa şəxsdən aşağı faizlə götürüb təmsil etdiyi şəxsə daha yüksək faizlə borc vermişdir. Tərəflərin başqa bir məhkəmə mübahisəsi olub, Fəridə adlı şəxs cavabdehlərə qarşı pul tələbi ilə məhkəməyə müraciət etmiş, iddia təmin olunmuş pul məbləğinin cavabdehlərdən müştərək qaydada tutulması qət edilmiş, apellyasiya şikayətinə baxan Sumqayıt Apellyasiya Məhkəməsi qətnaməni dəyişərək İddiaçı 29000 manat, hüquqlarını müdafiə etdiyim şəxsdən isə 16000 manat həcmində pul vəsatinin tutulmasını qət etmişdir. Qətnamə Ali Məhkəmədə qüvvədə saxlanılmışdır. Sonradan iddiaçı hüquqlarını müdafiə etdiyi şəxsə qarşı məhkəmədə pul tələbi ilə iddia qaldırmış, tələb etdiyi məbləği guya özü vermiş kimi təqdim etmiş, lakin araşdırma zamanı iddiaçının Fəridə adlı şəxsdən alaraq cavabdeh Gülnarəyə borca verdiyi pul məbləğini tələb etdiyi məlum olmuşdur. İddiaçı hüquqdan sui-istifadə edərək əsassız varlanmaq niyyəti ilə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsində iclas zamanı İddiaçı sualıma cavab olaraq Fəridədən aldığı pul vəsaitlərini Gülnarəyə, Gülnarədən aldıqlarını isə Fəridəyə verdiyini bildirmişdir. Hazırda iddiaçı ondan tutulan 29000 manatı cavabdehdən tələb edir, gələcəkdə belə bir mübahisənin yaranması ehtimalını nəzərə alaraq, Gülnarəyə verdiyi məbləğin Gülnarə tərəfindən ona geri qaytarılıb-qaytarılmaması barədə sual vermişdir. Suala cavab məhkəmə iclasının protokolunda öz əksini tapmışdır. Verdiyi pul vəsaiti Gülşən tərəfindən Fəridəyə çatdırılmadığından hazırda həmin məbləği tələb edir. Bundan əlavə iş materiallarında 2020-ci ilin avqustunda imzalanmış qəbz mövcuddur, iddiaçı isə məhkəməyə daha gec 4-5 il sonra müraciət edib, odur ki, iddia müddətinin tətbiqi ilə bağlı vəsatəti də olmuş, təəssüf ki, məhkəmə təmin etməmişdir. İddiaçının pulu tələb etməyə subyektiv hüququ yoxdur, subyektiv hüququnun olması qənaətinə gəlinərsə, o zaman iddia müddətinin tətbiq edilməsini xahiş edir. Cavabdeh İddiaçı izahatı qətnamədə öz əksini tapmışdır. Birinci instansiya məhkəməsində İddiaçı verdiyi suala cavab olaraq Gülnarədən 30000 manatdan çox pul vəsaiti alaraq Fəridəyə çatdırdığını bildirmiş, bu da 29900 manatın cavabdeh tərəfindən Gülşənə verildiyini təsdiq edir. Səs yazıları məhkəmə proseslərindən əvvəlki dövrə aiddir, hüquqlarını müdafiə etdiyi şəxsin 29800 manat məbləğində pul vəsaitini Gülşənə qaytardığını deməməsinə gəldikdə isə, digər mülki iş üzrə məhkəmə iclasında Gülşənə verdiyi suala da Gülşən 30000 manat məbləğində vəsaiti Gülnarənin ona qaytardığını bildirmişdir. Tələb etdiyi pul onun şəxsi vəsaiti olmasa da iddiaçı, iddia ərizəsində öz pulu kimi qələmə vermiş, etirazda 30000 manat məbləğində pul vəsaitini aldığını qeyd etməmiş, lakin məhkəmə iclasında sualına həmin məbləği aldığını bildirmişdir, əgər Gülşənin izahatını vəkil taktikası ilə əlaqələndirsə, bəs etirazda niyə bu məsələyə toxunulmayıb. Digər mülki iş üzrə cavabdehlərin Fəridəyə pulu qaytarmamaq barədə ümumi niyyətləri olmamışdır. Digər mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyən edilmişdir ki, Gülşən Fəridədən pulu alıb Gülnarəyə vermiş, suala cavabında isə həmin vəsaiti Gülnarənin ona qaytardığını bildirmişdir. Tələb olunan məbləğ Gülşənin yox, Fəridənindir. Məhkəmə qətnaməsindən görünür ki, həmin məbləği Gülşən Fəridədən alaraq Gülnarəyə vermişdir. Hazırda şikayətin 2 dəlili var, iddia müddəti ötürülmüşdür, eyni zamanda, ilk iddia üzrə iddiaçının özünün şəxsən verdiyi vəsait deyil, başqa şəxsə məxsus olan məbləği tələb edir, bu isə əsassız varlanmadır. Qeyd olunanlara əsasən ilk iddianın rədd olunması, qarşılıqlı iddianın isə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.
13. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçıya heç bir borcu yoxdur, iddiaçı Fəridədən pul alıb, yüksək faizlə borc verib, o, isə Gülşən vasitəsilə bütün borcunu geri qaytarmışdır. Ümumilikdə 46500 manat verilib, özünün və ərinin pensiya kartlarını Gülşənə vermişdir. Borcu hissə-hissə qaytarmışdır. Özü də məhkəmə iclasında pulu ona verdiyini etiraf etmişdir. Pulu alıb, imza və səsyazıları ona aiddir, 20 faiz əlavə olmaqla iddiaçıya geri qaytarmışdır. Nə qədər qaytardığını xatırlamır. Fəridə Bayramidən 16000 manat almış, həmin məbləğdə pul vəsaitini hissə-hissə Gülşənə qaytarmış, Gülşən də məhkəmə iclasında aldığı bütün məbləği geri qaytardığınmı etiraf etmişdir. Pulu verəndə qeydiyyat aparmamışdır. İddiaçı götürdüyü pulu ona qaytardığını etiraf edib. Sonuncu dəfə ödənişi nə zaman etdiyini xatırlamır. Səs yazısı 2020-ci ilə aiddir, həmin zaman 37000 manat borcunun olduğunu demişdir, həmin müddətdə Gülşənə hissə-hissə ödənişlər edirdi. İddiaçı onu aldadaraq qəbzə qol çəkdirdiyini nəzərə alınmasını xahiş edir.
14. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı İsrafil qızı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Fəridə xanımdan 37500 manat hissə-hissə götürərək Gülnarəyə vermişdir, 2022-ci ilin may ayında onlara məhkəmə bildirişi gəlib, iclasdan qabaq Gülnarə ilə birgə Fəridənin yanına getmişlər, danışmışlar, səs yazıları da mövcuddur, Gülnarə 46500 manat borcunun olduğunu qəbul edib. Gülnarədən 30000 manatdan çox pul vəsaiti alaraq Fəridəyə verməyi barədə cavabdehin vəkilinin qeyd etdiyi doğru deyil. 16500 manatdan xəbəri yoxdur, 37500 manatdan söhbət gedir, Gülnarə həmin məbləğdən hissə-hissə 6700 manat qaytarıb. Özü-öz şəxsi vəsaiti hesabına Gülnarəyə 10000 manat vermişdir, Fəridədən 37500 manat alıb vermişdir. Hər ay pensiyasından 200 manatdan çox pul tutulur. Məhkəmə qərar qəbul edərkən Gülnarənin Fəridəyə verdiyi 6700 manatı nəzərə almayıb. Gülnarənin də onun kimi borcu ödəməyə imkanı yoxdur. 16500 manatı ondan yox, Fəridənin özündən götürüb. Gülnarə 46500 manat borcunun olduğunu qəbul edib, eyni zamanda Fəridəyə olan 17500 manat borcundan 1000 manat ödədiyi məlum olub. Sadəcə olaraq digər mülki iş üzrə vəkili ona yanlış istiqamət verərək, Gülnarənin Fəridəyə olan borcunu çatdırdığını deməyini istəmiş, Gülnarə mübahisəni qazandığı təqdirdə onun da qazanacağını bildirmiş, təcrübəsiz olduğundan Gülnarənin tərəfini saxlamışdır. İddiaçı X3 cavabdehlər Cavabdeh və İddiaçı İsrafil qızına qarşı mülki işdə vəkili Qasımlı Anarın məsləhətilə Gülnarənin tərəfini saxlayarq 37500 manatın geri qaytarıldığını bildirmişdir, çünki həmin iş üzrə hər ikisi cavabdeh idilər, mübahisəni qazanmaq istəyirdilər. Gülnarə ona bildirmişdi ki, əgər o da pul tələb etsə tutula bilər, o, isə Gülnarənin tutulmasını istəmədiyindən ona inanaraq tərəfini saxlamışdır. Bütün sübutları məhkəməyə təqdim etmişdir, apellyasiya şikayəti əsassızdır, odur ki, təmin olunmamasını xahiş edir.
15. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı İsrafil qızının nümayəndə və vəkili X2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, tərəflər arasında 47500 manat məbləğində pul vəsaitinin borc verilməsi barədə yazılı qəbz olub, cavabdeh həmin məbləği aldığını etiraf edib. Eyni zamanda, həmin qəbzin hansı şəraitdə yazılıdğını göstərən səsyazıları da iş materiallarına əlavə olunub. Cavabdeh qəbzə imza etsə də məhkəmə iclaslarında imzanın ona aid olmadığını bildirmiş, ekspertiza təyin olunmuş, imzanın ona aid olması sübuta yetirilmişdir. Tərəflərin daha əvvəl də məhkəmə mübahisəsi olmuş, digər bir iddiaçı onlara qarşı pul tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsinə əsasən 29000 manatın hazırki iş üzrə iddiaçıdan, 16000 manat isə hazırki iş üzrə cavabdehdən tutulmuşdur. Həmin qətnamədə müəyyən olunur ki, hüquqlarını müdafiə etdiyi şəxs 29000 manatı Fəridə adlı şəxsdən alaraq cavabdeh Gülnarəyə vermişdir. Həmin qətnamə preyudisial əhəmiyyət daşıyır. Qalan məbləğ isə iddiaçının öz vəsaiti olmuş, cavabdehə borc vermişdir. Bütün məbləğlər toplanmış və qəbzə qol çəkilmişdir. Gülşən Gülnarəyə 37500 manatdan əlavə 10 000 manat da verib. 47500 manat borcun verilməsi ilə bağlı qəbz imzalanmış, qəbzin Gülnarə tərəfindən imza olunması ekspert rəyi ilə təsdiq olunmuşdur. Həmin məbləği borc almasa idi, cavabdeh qəbzə qol çəkməzdi. İddia müddətinin tətbiqi barədə vəsatətə gəldikdə isə bildirir ki, arada ödənişlər edildiyi üçün iddia müddətinin axımının kəsildiyi anlar olmuş, iddia müddəti ötürülməmişdir. Eyni zamanda, qarşı tərəf iddianın əsassız varlanma ilə əlaqələndirir, lakin bu borc münasibətidir, tərəflər arasında yazılı forma mövcuddur, həmin yazılı formanın notarial qaydada təsdiq olunması ilə bağlı isə tələb yoxdur, odur ki, mübahisə borc mübahisəsi olmaqla üç illik iddia müddəti tətbiq edilir və həmin müddəti ötürməmişlər. Məhkəmənin də mövqeyi vardır ki, məhkəmə iclası zamanı suallara verilmiş cavablar sübut qismində tədqiq edilmir. Məhkəmə iclas protokolu yox, qətnamə preyudisial əhəmiyyət daşıyır, Ali Məhkəmənin də mövqeyi vardır ki, məhkəmə iclası zamanı suallara verilmiş cavablar sübut qismində tədqiq edilmir. Odur ki, hazırki iş üzrə tərəfin suala cavabının sübut olaraq qiymətləndirilməsi onun hüquqlarının kobud şəkildə pozulmasıdır. Cavabdeh 47500 manat borcun verilməsi ilə bağlı qəbz imzalamış, lakin qəbzi imzaladığını qəbul etməmiş, qəbzin Gülnarə tərəfindən imza olunması ekspert rəyi ilə təsdiq olunmuşdur. Səsyazıları dinlənilib, hər şey aydındır, səs yazıları 2021-ci ilə aid olsa da, cavabdeh 2020-ci ilə aid olduğunu bildirir. Tərəflər arasında yazılı borc müqaviləsi var, cavabdeh nəinki faizi, əsas borcu da qaytarmayıb. Bu baxımdan, əsassız varlanmadan söhbət gedə bilməz. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. İşdə olan sübutlar
16. ##.##.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh G.İ.Əliyevadan 47500 manat borc almışdır.
17. Sumqayıt şəhər Pİ-nin ##.##.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı İsrafil qızının Cavabdeh onun 47500 manat pulun qaytarmaması barədə etdiyi şikayət ərizəsinə dair toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur.
18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2023-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-*****/**** saylı qətnaməsi ləğv edilmiş, iddiaçı X3 cavabdehlər Cavabdeh və İddiaçı İsrafil qızına qarşı pul tələbinə dair iddia tələbi qismən təmin edilmiş, cavabdehlər İddiaçı İsrafil qızından 29800 manat, Cavabdeh 16500 manat pulun, 340 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı X3 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəmənin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qərarından görünür ki, kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli *-**-**/*-*/****/**** saylı rəyindən görünür ki, mülki işin 53-cü vərəqində Cavabdeh adından olan ## ###### 2020ci il tarixli iltizamda “# ###### 2020” əlyazmalarının aşağı hissəsindəki imza, 54-cü vərəqində olan ##.##.2020-ci il tarixli iltizamda “oxudum düz” əlyazmaları qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur.
21. İş materiallarına əlavə edilmiş səs yazısından görünür ki, X3, Cavabdeh və İddiaçı İsrafil qızı arasında aparılan borc hesablaşmasına dair söhbətdən görünür ki, Cavabdeh X3 37500 manat bir pul götürdüyünü etiraf etməklə, üdilmiş ödənişlər nəzərə alındıqdan sonra, səs yazısının 14:05-ci dəqiqəsində X3 29800 manat, həmçinin digər bir borcu olan 16500 manatla birlikdə 46300 manat borcu qaldığını etiraf edir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiya)
337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
23. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.
Apellyasiya baxışının hədləri
24. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərini dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi Cavabdeh 17700 manat pulun tutulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, daha əvvəl X3 adlı iddiaçı hazırkı iş üzrə tərəflər olan cavabdehlər Cavabdeh və İddiaçı İsrafil qızına qarşı pul tələbinə dair iddia qaldırmış və Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdehlər Cavabdeh və İddiaçı İsrafil qızına qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər İddiaçı İsrafil qızından 29800 manat, Cavabdeh 16500 manatın tutularaq, iddiaçı X3 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, cavabdeh İddiaçı İsrafil qızı iddiaçı X3 aldığı 37500 manat pulu Cavabdeh vermişdir. Pulun cavabdeh Cavabdeh verilməsindən X3 xəbəri və razıığı olmadığından qalıq 29800 manatın İddiaçı İsrafil qızından X3 xeyrinə tutulması qərara alınmışdır. Həmçinin, işin halları ilə müəyyən edilir ki, hazırkı iş üzrə iddiaçının ##.##.2020ci il tarixli qəbzə isitnad edərək cavabdehdən tələb etdiyi pul məbləği də məhz X3 onlardan tələb etdiyi pul məbləği olmuşdur. Belə ki, iddiaçı X3 müəyyən borc məbləğləri alaraq cavabdehə vermiş, daha sonra isə onları tanış etdirməklə onun iştirakı ilə də əlavə məbləğlər X3 tərəfindən cavabehə verilmişdir. İddiaçı da vasitəçi qismində iştirak etdiyindən cavabdehin ona 47500 manat borclu olmasına dair qəbz yazdırmışdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı İsrafil qızından 29800 manat pulun tutularaq, iddiaçı X3 ödənilməsi qət edilsə də həmin məbləğin İddiaçı İsrafil qızı tərəfindən Cavabdeh verilməsi iş materialları ilə təsdiq olunmuş, qalan məbləğdə borcun isə Cavabdeh verilməsi isə öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən hallarını düzgün qiymtələndirməyərək, ilk iddianı tam təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabehdən artıq tutulan 17700 manat hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir.
28. Cavabdeh Cavabdeh iddiaçı İddiaçı İsrafil qızının X3 alaraq ona verdiyi pulun hamısının iddiaçıya geri qaytardığını iddia etməklə, sübut qismində iddiaçı X3 onlara qarşı olan pul tələbinə dair mülki işdə İddiaçı İsrafil qızının iclas protokollarında olan, pulun ondan alması ilə bağlı etirafedici izahatını göstərmişdir ki, məhkəmə kollegiyası ilk iddia üzrə cavabdeh Cavabdeh həmin şikayətinin dəlilini əsassız hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı İsrafil qızı izahatında bildirmişdir ki, həmin mülki iş üzrə Cavabdeh ilə birlikdə X3 qarşısında cavabdeh olduğundan həmrəylik baxımından, vəkilinin müdafiə taktikası və məsləhəti ilə Cavabdeh pulu ona verdiyini, onun da pulu X3 verməsinə dair izahat vermişdir ki, məhkəmə kollegiyası iddiaçı İddiaçı İsrafil qızının qeyd olunan izahatını ağılabatan və inandırıcı hesab etmişdir. Belə ki, qeyd olunan mülki işdən götürülərək hazırkı mülki işin materiallarına əlavə edilmiş birinci instasniya məhkəməsinin ## #### 2022-ci il tarixli məhkəmə iclas protokolunda iddiaçı İddiaçı İsrafil qızı Cavabdeh götürdüyü borca görə may ayından dekabr ayınadək pulları Fəridəyə özünün qaytarmasına, ## #### 2022-ci il tarixli məhkəmə iclas protokolunda isə hər ayın 1-də Fəridəyə 810 manat pul verməsinə, ## ###### 2022-ci il tarixli məhkəmə iclas protokolunda isə Fəridəyə 50000 manat pul verməsinə dair izahat vermişdir. Cavabdeh və İddiaçı İsrafil qızından müştərək qaydada tutulan 46300 manat pula dair birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı İsrafil qızı apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayətinin dəlili götürülən pulların geri qaytarılması ilə bağlı deyil, onun həmin iş üzrə cavabdeh ola bilməməsi ilə bağlı olmuşdur. Bundan başqa həmin iş üzrə İddiaçı məhkəməyə ünvanladığı ##.##.2022-ci il tarixli və həmin tarixdə də məhkəməyə daxil olan ərizədə isə Fəridə Bayramidən götürülən borc məbləğinin onun tərəfindən qaytarılmasına dair hər hansı bir fikir bildirilməməklə, yalnız 37500 pulun Cavabdeh olmasının təsdiq olunmasından bəhs etmişdir. Lakin, İddiaçı tərəfindən yenidən ##.##.2022-ci il tarixli ərizə məhkəməyə ünvanlanmış, həmin ərizə məhkəməyə ##.##.2022-ci il tarixdə daxil olmuşdur ki, həmin ərizə ##.##.2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizə ilə təxminən eynilik təşkil etmiş, yalnız bu dəfə İddiaçı 37500 manatı onun tərəfindən Fəridə Bayramiyə qaytarıldığını ərizəsində göstərmişdir. ##.##.2022-ci il tarixli məhkəmə iclasında isə İddiaçı onun vasitəsi ilə Fəridə Bayramiyə 15000-20000 pul qaytarıldığını bildirmişdir. ## ###### 2023-cü il tarixli məhkəmə iclasında isə 7 ay 810 manat, hissə-hissə olmaqla isə əlavə olaraq 800 manatın onun vasitəsi ilə pulun verildiyi, axırıncı hesablaşma zamanı Cavabdeh 46300 manat borcunun qalmasının müəyyən edilməsinə dair izahat vermişdir. Göründüyü kimi iddiaçı İddiaçı həmin icraat zamanı onun tərəfindən qaytarılan pulların məbləği ilə bağlı bir-biri ilə ziddiyət təşkil edən izahatları, onun həmin icraat zamanı verdiyi etirafedici izahatların mötəbərliyini əsaslı şəkildə şübhə altına almaqla, Cavabdeh ilə birlikdə X3 qarşısında cavabdeh olması səbəbindən həmin mülki iş üzrə yalan izahatlar verməsi ilə bağlı hazırkı iş üzrə etiraz dəlilinin ağılabatan və inandırıcı olmasını şərtləndirmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası ən əsas olaraq nəzərə almışdır ki, apellyasiya icraatı zamanı həmin iş üzrə Cavabdeh məhkəməyə ünvanladığı ərizədə Fəridə Bayramiyə 20000 manat, 7000 manat, 4000 manat, 2000 manat, iki dəfə 1000 manat və daha xırda məbləğlərlə birlikdə 37000 manatdan artıq pul qaytardığını bildirmişdir. Lakin, həmin icraat zamanı, eyni zamanda hazırkı icraat zamanı iş materiallarına əlavə edilmiş səs yazısından görünür ki, X3, Cavabdeh və İddiaçı İsrafil qızı arasında aparılan borc hesablaşmasına dair söhbət zamanı Cavabdeh X3 37500 manat pul götürdüyünü etiraf etməklə, edilmiş ödənişlər nəzərə alındıqdan sonra, səs yazısının 14:05-ci dəqiqəsində X3 29800 manat, həmçinin digər bir borcu olan 16500 manatla birlikdə 46300 manat borcu qaldığını etiraf edir. Həmin danışıqda 6700 manat və 1000 manat ödənişdən söhbət getməklə, Cavabdeh nə İddiaçı İsrafil qızı vasitəsi ilə, nə də ki, özü tərəfindən Fəridə Bayramiyə 20000 manat, 7000 manat, 4000 manat və sair məbləğlərdən ibarət olmaqla, 37000 manatdan artıq pul ödənilməsindən söhbət getməməkdədir. Həmçinin, həmin səs yazılarından müəyyən olunur ki, borca dair hesablaşmaya dair söhbətlər X3 cavabdehlər Cavabdeh və İddiaçı İsrafil qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra olmuşdur. Bu hal ## ###### 2022-ci il tarixli protokolunda da öz əksini tapmışdır. Belə ki, həmin iclas zamanı İddiaçı səs yazısının iddia ərizəsi məhkəməyə verildikdən sonra, yəni ##.##.2022-ci il tarixdə yazıldığını bildirməkdədir ki, bununla da cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı İsrafil qızının X3 alaraq ona verdiyi pulun 29800 manat hissəsinin, o cümlədən 16500 manat pul məbləğinin qaytarılması təsdiq olunmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbi cavabdehdən 17700 manat pulun tutulması hissəsində əsaslı olmamışdır. Qarşılılqı iddianın rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
29. Məhkəmə kollegiyası iddia müddətinin ötürülməsi ilə bağlı ilk iddia üzrə cavabdehin apelyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, işin faktiki hallarına münasibətdə ilk iddia üzrə iddiaçının tələb hüququ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2023-cü il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsi tarixindən, yəni həmin qətnamənin Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qərarı ilə qüvvədə saxlanılması ilə yaranmışdır. Belə ki, iddiaçı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2023-cü il tarixli qətnaməsi ilə ondan 29800 manat pulun tutulması ilə razılaşmamışdır. Hazırkı iddia isə ##.##.2024-cü il tarixdə verilmişdir ki, bununla da əsassız varlanmadan irəli gələn tələb hüququ üzrə qanunla müəyyən edilmiş iki illik iddia müddəti ötürülməmişdir.
30. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi Cavabdeh 17700 manat pulun və iddianın rədd edilmiş hissəsinə mütənasib olaraq 82,5 manat dövlət rüsumunun tututlması hissəsində ləğv edilməli, ilk iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q ƏT E T D İ :
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi Cavabdeh tutulan 47500 (qırx yeddi min beş yüz) manat pulun 17700 (on yeddi min yeddi yüz) manat hissəsində ləğv edilsin. İlk iddia həmin hissədə təmin edilməsin. İlk iddia üzrə cavabdeh Cavabdeh 29800 (iyirmi doqquz min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumunun 150 (yüz əlli) manatı alınaraq, ilk iddia üzrə iddiaçı İddiaçı İsrafil qızına verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.