Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(3-8)-252/2026 27.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MTK-ya və Bakı şəhər Binəqədi rayon İcra şöbəsinə qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-293/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə iddia tələbinin cavabdeh Bakı şəhər Binəqədi rayon İcra şöbəsinə aid hissədə əlavə qətnamə çıxarılması məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2075/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ləğv edilmiş müqavilə üzrə tərəfindən ödənilmiş 93.000 manat məbləğdə pul vəsaitinin, faiz borcları və digər tutulmalar çıxılmaqla 73.000 manat məbləğdə pul vəsaitinin cavabdeh MTK-dan və mənzil boşaldılarkən edilmiş qanunsuz hərəkətlər nəticəsində iddiaçıya məxsus əmlaklara: TV LC Smart 82 ekran televizor - 1 ədəd, dəyəri 1.000 manat, 2 ədəd xrustal şamdanlı çilçıraq dəyəri - 250 manat (ümumilikdə 500 manat), Almaniya istehsalı servis naboru dəyəri 500 manat, mətbəx mebeli ümumi dəyəri 1.500 manat, klassik stildə qonaq otağı şkafı (qorka) 1 - ədəd qiyməti 700 manat, 3 ədəd dolab hər biri 350 manat olmaqla, ümumilikdə 1.050 manat, 12 ədəd xrustal stəkan 50 manat, yataq otağında asılqan dolab - 1 ədəd 300 manat, 2 qapılı dolabın güzgüləri hər biri 150 manat olmaqla 300 manat, “Karaca” qaşıq bıçaq dəstləri - 1 dəst olmaqla ümumi dəyəri 100 manat olmaqla, vurulan ziyan nəticəsində ona dəymiş 6.000 manat məbləğdə maddi zərərin əvəzinin Binəqədi rayon İcra şöbəsi və MTK-dan tutularaq iddiaçının xeyrinə ödənilməsi, dövlət rüsumu qismində ödənilmiş 327 manat məbləğdə pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2- ci bina, 73 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin (cavabdeh MTK-ya aid hissəsində) iddiaçıya ödənilməsi, satışdan əldə edilmiş vəsait qətnamə ilə müəyyən edilmiş məbləği əhatə etmədikdə, yerdə qalan məbləğin təkrar cavabdeh MTK-dan tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini, icra tədbirləri həyata keçirərkən kobud qanun pozuntularına və əmlakına qarşı yol verilmiş qeyri-qanuni əməllərə görə Binəqədi rayon İcra Şöbəsinin müvafiq icra məmurları barəsində xüsusi qərardadın qəbul edilməsi, aidiyyəti üzrə İcra Baş İdarəsinə təqdimatın ünvanlanmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-293/2025 nömrəli, 13 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixli payçı müqaviləsinə əsasən ödənilmiş 10.000 manat məbləğində pul və dövlət rüsumuna görə 120 manat pul vəsaitinin MTK-dan alınaraq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim Mirnəsir Mirhəsənli). Qətnamədən iddiaçının nümayəndəsi və vəkili X1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-662/2025 nömrəli, 20 iyun 2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin Binəqədi rayon İcra şöbəsinə qarşı maddi zərərin əvəzinin ödənilməsinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari). Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-662/2025 nömrəli, 20 iyun 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, cavabdeh MTK-dan 26.993,47 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 125 manatı olmaqla, cəmi 27.113,47 manatın alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari). Qərardaddan iddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı (Vəkil) qətnamədən kassasiya şikayəti verərək, cavabdehin kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yalnız iddianın rədd edilməsi hissəsində ləğv edilməsi barədə yeni birbaşa qərar qəbul olunmasını xahiş etmişdir. Həmçinin cavabdeh MTK (vəkil X2) qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edildiyi hissəsində ləğv edilməsini və həmin hissədə işin baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 3152/2025 nömrəli, 21 oktyabr 2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 20 iyun 2025-ci il tarixli qərardadı ləğv edilməsi və işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (hakimlər İspəndiyar Şəfiyev (sədrlik edən və məruzəçi), Vüqar Həsənov və Əhməd Əhmədov). Daha sonra mülki işin materialları apellyasiya instansiyası məhkəməsinin 20 iyun 2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayətlərinə baxılması üçün hazırkı məhkəmə tərkibinin icraatına verilmiş, Azərbaycan Respublikası Ali Məhkəmənin 9 dekabr 2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 3863/2025 nömrəli, 28 yanvar 2026-cı il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-662/2025 nömrəli, 20 iyun 2025-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 MTK tərəfindən verilmiş kassasiya şikayətlərinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3863/2025 nömrəli, 9 dekabr 2025-ci il tarixli qərardadının ləğv edilməsi, mülki işin məhkəmə baxışından çıxarılması, mülki işin materiallarının müraciətdə qeyd olunan prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmış və izah olunmuşdur ki, Ali Məhkəmənin 21 oktyabr 2025-ci il tarixli qərarında qeyd olunan prosessual hərəkətlərin yerinə yetirilməsindən sonra, tərəflərin qəbul edilmiş məhkəmə aktından şikayət vermək hüququ gözlənilməklə, mülki işin materialları Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir (hakimlər Zəki Babayev (sədrlik edən və məruzəçi), Zaur Əliyev və Vüsalə Baxışova). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-3152/2025 nömrəli, 21 oktyabr 2025-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 20 iyun 2025-ci il tarixli qərardadı ləğv edilərək, işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alındığından, bu halda isə qeyd olunan hissədə əlavə qətnamə çıxarılması nəzərdə tutulmuşdur. Mülki Prosessual Məcəllənin 229.1-ci maddəsinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, əlavə qətnaməni qətnamə çıxarmış hakimin çıxarması qanunvericiliyin imperativ tələbi olduğundan hazırki mülki iş üzrə də Ali Məhkəmənin göstərişlərinə əsasən 20 iyun 2025-ci il tarixli qətnaməni çıxarmış tərkibə qaytarılmalı və əlavə qətnamə həmin məhkəmə kollegiyası tərəfindən çıxarılmalıdır. Buna görə də hazırki apellyasiya şikayəti üzrə mülki iş 20 iyun 2025-ci il tarixli qətnaməni çıxarmış tərkibə verilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 229.1 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Hazırki mülki iş əlavə qətnamə çıxarılması üçün əvvəllər işə baxmış digər məhkəmə tərkibinə verilməsi məqsədi ilə hazırda işə baxan məhkəmə tərkibinin apellyasiya baxışından çıxarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-8)-252/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-252/2026
27.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver