Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-255/2026 21.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı “xxxx” ASC cavabdeh Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 6965.3 manat əsas, 1082.58 manat faiz, 80.53 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 8128.41 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 101.69 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 26.5 % ödəmək şərtilə 7100 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə iddiaçı yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti cavabdehin mülkiyyətinə verir və cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə ##.##.2025 tarixə “xxxx” ASC-yə 6965.3 manat əsas, 1082.58 manat faiz, 80.53 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 8128.41 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir, nəticədə kreditor “xxxx” ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
3. Abşeron Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakim M.Mirhəsənli) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 6965.18 manat əsas, 820.89 manat faiz, 80.53 manat cərimə olmaqla, cəmi 7866.6 manat borc və 98.66 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi, ödənilmiş 3.03 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranması, iddiaçının üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə verməsi ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdeh Cavabdeh Abşeron Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, onun hərbi xidmətdə olduğu ##.##.2024–##.##.2026-cı il dövrü üçün hesablanmış bütün faiz və cərimə məbləğlərinin silinməsini, bankın iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
6. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən onun faktiki hüquqi vəziyyətini, yəni hərbi xidmətdə olub-olmamağını araşdırmamış, onun real iştirak imkanını təmin etməmiş, yalnız formal bildiriş göndərilməsi ilə kifayətlənmişdir. Halbuki o, hərbi xidmətdə olduğuna görə məhkəmə iclasında iştirak etmək imkanına malik olmamışdır. Bu hal Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun, eləcə də Mülki Prosessual Məcəllənin 10 və 77-ci maddələrində nəzərdə tutulmuş çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinin kobud şəkildə pozulmasıdır. Məhkəmə iş üzrə əhəmiyyətli olan faktları araşdırmadan, sübutları hərtərəfli qiymətləndirmədən və onun hüquqlarını təmin etmədən qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən Azərbaycan Respublikasının maddi hüquq normalarını kobud şəkildə pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsində təsbit olunmuş vicdanlılıq və ədalət prinsiplərinə əməl edilməmişdir. Bank tərəfindən onun hərbi xidmətdə olduğu məlum olduğu halda, bu hal nəzərə alınmadan barəsində faiz və cərimələr hesablanmış, nəticədə əsassız iddia qaldırılmışdır. Eyni zamanda, Mülki Məcəllənin 449-cu maddəsinin tələbləri pozulmuşdur. Həmin maddəyə əsasən, öhdəliyin icra edilməməsində borclunun təqsiri olmadığı halda ona qarşı faiz və cərimə tətbiq edilə bilməz. Onun hərbi xidmətdə olması iradəsindən asılı olmayan, obyektiv səbəblərdən irəli gələn haldır və bu səbəbdən öhdəliyin vaxtında icra olunmamasına görə məsuliyyət ona aid edilə bilməz. Bundan əlavə, məhkəmə Mülki Məcəllənin 460-cı maddəsinin tələblərini də nəzərə almamışdır. Həmin maddəyə əsasən, borclunun təqsiri olmayan hallarda ona qarşı mülki-hüquqi məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Halbuki, iş materialları üzrə onun təqsiri olmadığı açıq-aydın göründüyü halda, məhkəmə bu hüquqi halı qiymətləndirməmiş və əsassız nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ təmin edilməmişdir. Belə ki, onun müddətli həqiqi hərbi xidmətdə olma səbəbindən məhkəmə iclaslarında real iştirak imkanı olmamış, buna baxmayaraq məhkəmə bu halı nəzərə almamış və müdafiə hüququnun faktiki həyata keçirilməsini təmin etməmişdir. Nəticədə tərəflərin bərabər iştirak hüququ pozulmuşdur. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 10-cu maddəsində nəzərdə tutulmuş çəkişmə prinsipi pozulmuşdur. Məhkəmə iş üzrə tərəflərin mövqelərini, arqumentlərini və sübutlarını tam, hərtərəfli və obyektiv şəkildə araşdırmamış, iş üzrə əhəmiyyətli hallar lazımi qaydada qiymətləndirilməmişdir. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 77-ci maddəsində təsbit olunmuş tərəflərin bərabərliyi prinsipi də pozulmuşdur. Onun hərbi xidmətdə olması məhkəməyə məlum olduğu halda, məhkəmə yalnız formal bildiriş göndərilməsi ilə kifayətlənmiş, faktiki iştirakının təmin edilməsi üçün hər hansı tədbir görməmişdir ki, bu da prosessual balansın pozulmasına gətirib çıxarmışdır. Həmçinin, qətnamə icraya yönəldildikdən sonra icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmuşdur. Belə ki, onun hərbi xidmətdə olduğu barədə verilmiş məlumatlar araşdırılmamış, aidiyyəti hərbi qurumlara sorğu göndərilməmiş və icra icraatında qanunvericiliyin tələb etdiyi hərəkətlər yerinə yetirilməmişdir. Bu isə icra prosedurunda qanunsuz hərəkətsizliyə yol verildiyini göstərir. Birinci instansiya məhkəməsi işə baxarkən onun faktiki hüquqi vəziyyətini, yəni hərbi xidmətdə olub-olmamağını araşdırmamış, onun real iştirak imkanını təmin etməmiş, yalnız formal bildiriş göndərilməsi ilə kifayətlənmişdir. Halbuki o, hərbi xidmətdə olduğuna görə məhkəmə iclasında iştirak etmək imkanına malik olmamışdır. Bankın davranışı da hüquqdan sui-istifadə xarakteri daşıyır. Onun hərbi xidmətdə olduğunu bildiyi halda bankın bu dövr üçün faiz və cərimə hesablaması, habelə iddia qaldırması Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuş vicdanlılıq və ədalət prinsiplərinə ziddir. Bankın bu hərəkətləri zəif tərəfin hüquqlarının pozulmasına yönəlmiş və balanssız hüquqi vəziyyət yaratmışdır. Birinci instansiya məhkəməsi işə baxarkən onun faktiki hüquqi vəziyyətini, yəni hərbi xidmətdə olub-olmamağını araşdırmamış, onun real iştirak imkanını təmin etməmiş, yalnız formal bildiriş göndərilməsi ilə kifayətlənmişdir. Məhkəmə iş üzrə əhəmiyyətli olan faktları araşdırmadan, sübutları hərtərəfli qiymətləndirmədən və onun hüquqlarını təmin etmədən qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən onun müddətli həqiqi hərbi xidmətdə olması səbəbindən məhkəmə iclaslarında iştirak etmək imkanı olmamışdır. Bu səbəbdən iş üzrə əhəmiyyətli olan bir sıra sübutları birinci instansiya məhkəməsinə təqdim etmək imkanından faktiki olaraq məhrum olmuşdur.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçı “xxxx” ASC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx” ASC-yə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iddiaçı iştirak etməməsinin səbəbləri barədə məlumat verməmiş, üçüncü şəxs "xxxx” ASC məhkəmə kollegiyasına ərizə ünvanlayaraq nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
11. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
12. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
13. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
14. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
16. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
19. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir.
23. Ona görə də məhkəmə kollegiyası Abşeron Rayon Məhkəməsinin ## ####### 2025ci il tarixli qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. İşdən görünür ki, iddia tələbi borcun tutulması barədədir.
26. *****nkNFTb/** saylı müqavilə üzrə Cavabdeh ##.##.2024-cü il tarixli təsdiq mesajı ilə ona “xxxx” ASC-dən illik 26.5 % ödəmək şərtilə 7100 manat məbləğində kredit verilməsi işin mübahisə olunmayan halıdır.
27. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 743-cü maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
28. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin.
29. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən Mülki Məcəllənin 743, 385.1, 442-ci maddələrinin tələbinə uyğun olaraq iddiaçı tələb olunan məbləği cavabdehdən tələb etməkdə haqlı olmuş və məhkəmədə bu iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir.
30. Məhkəmə kollegiyası cavabdehin hərbi xidmətdə olduğuna görə məhkəmə iclasında iştirak etmək imkanına malik olmaması barədə dəlilinə gəldikdə isə şikayətin bu dəlilini də əsassız hesab edərək qeyd edir ki, Mülki Prosessual Məcəllənin 254.1.3-cü maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi əməliyyatlarında deyil, həqiqi hərbi xidmətdə olmuş, bu hal isə işin baxılmasına mane olmamışdır.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir.
32. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.