Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-27/2026 02.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsayev Elgün Səfər oğlu cəlb olunmaqla) qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: tapşırıq müqaviləsi, öhdəliyin lazımi qaydada icra olunmaması, sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı İddiaçı, cavabdeh Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil, üçüncü şəxs İsayev Elgün Səfər oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları 1.İş materiallarında olan ## ###### 2022-ci il tarixli X7, X8 və Ağamuradov İkram Qazi oğlunun iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, Qusar rayonu Balaqusar kənd sakini Cavabdeh 2019-cu ildə Qusar şəhəri “xxxx”ında meyvə tinglərinin alveri ilə məşğul idi. 2019cu ilin oktyabr ayında Qusar şəhəri, Sərdar Səfərov küçəsi ** saylı ev sakini İddiaçı onların iştirakı ilə Cavabdeh ilə danışıb razılaşmaqla ondan 1 ədədi 3 manat 50 qəpikdən olmaqla cəmi 1250 (min iki yüz əlli) ədəd alça tingini almış, həmin tinglərə görə onların iştirakı ilə Cavabdeh nəğd olaraq 4375 (dörd min üç yüz yetmiş beş) manat pul ödəmişdir. Cavabdeh həmin 1250 ədəd tingdən 1050 (min əlli) ədədinin “Göyçə” sortu, 200 (iki yüz) ədədinin isə “İri payızlıq” alça sortlarının olduğunu bildirmişdi. İddiaçı Cavabdeh aldığı həmin 1250 ədəd alça tinglərini aparıb istifadəsində olan 3,2 ha torpaq sahəsində əkmişdir. İddiaçı tərəfindən həmin alça tinglərinə aqrotexniki qaydada qulluq - göstərilərək yetişdirilmişdir. Lakin həmin tinglərdə “Göyçə” sortu və ya “İri payızlıq” alça sotları deyil, xırda cır meşə alçaları bitmişdir. Həmin tinglərin gətirdiyi məhsulu onlar – özləri də görmüşlər. Həmin tinglər Cavabdeh bildirdiyi “Göyçə” sortuna və “İri payızlıq” alça sortuna aid olmamış və gətirdiyi bar da cır alça olmuşdur. Həmin tinglər İddiaçı ilə Cavabdeh arasında 1250 (min iki yüz əlli) ədəd alça tingininin alınmasına dair 2019-cu ilin oktyabrında bağlanmış razılaşmaya tamamilə uyğun deyildir. 2.İşdə olan Qusar şəhəri “xxxx”ın direktoru tərəfindən verilmiş ##.##.2022-ci il tarixli arayışdan görünür ki, 2022-ci mövsüm ilində Qusar şəhərinin “xxxx”ında alça məhsullarının bazar qiymətləri aşağıdakı kimi olmuşdur: “Göyçə” sortuna aid alçanın 1 kiloqramı - 2 (iki) manat; “İri payızlıq” sortuna aid alçanın 1 kiloqramı- 2 (iki) manat 3.İşdə olan Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş */****-*/***** saylı ## ###### 2025-ci il tarixli Ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisi tərəfindən tərtib edilmiş rəyə əsasən İddiaçı məxsus torpaq sahəsinin kənarlarında 1 cərgə olaraq 2020-ci il ildə alça ağaclarının əkilməsi müəyyən olundu. Aşağı İmamqulukənd kəndi ərazisində yerləşən bağ sahəsində 514, Yasab oba kəndi ərazisində yerləşən bağ sahəsində isə 111 belə ağac mövcuddur. Ağaclara aqrotexniki qaydada qulluq göstərilmişdir. Ağaclara göstərilən aqrotexniki qulluq səviyyəsindən asılı olaraq hər bir ağac orta hesabla 40-60 kq məhsul verə bilər. Əkilmiş cır alça ağaclarına calaqların vurulması 2023-cü ilin yazında həyata keçirilməsini nəzərə alaraq, alça ağaclarının 2025-ci ildən az məhsula düşməsi gözlənilir. Rəyin tədqiqat hissəsindən göründüyü kimi alça ağaclarının 2025-ci ildən etibarən məhsula düşməyi gözlənilir. Bu səbəbdən də 2025-ci ildə məhsul gözlənilən vaxt həmin məhsulun dəyərinin hansı qiymətə olacağı barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qeyd edilən torpaq sahəsinə uyğun analoji xüsusiyyətlərə malik torpaq sahəsinin satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadığından, yaxşılaşdırma işlərindən sonra həmin torpaq sahəsinin dəyərinin nə qədər artması barədə tədqiqat aparılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 1250 (min iki yüz əlli) ədəd alça tinginə görə ödədiyi 4375 (dörd min üç yüz yetmiş beş) manat pulun, həmin alça tinglərinin istifadəsində olan 3,2 ha torpaq sahəsini faydasız yerə 3 il müddətində tutması nəticəsində ödədiyi icarə haqqı olan 4800 (dörd min səkkiz yüz) manat icarə haqqının, 3,2 ha alça bağına 3 il ağaclara qulluq və dərman pulu olan 3840(üç min səkkiz yüz qırx) manat qulluq haqqının, 2022-ci ildə 3,2 ha 3 illik alça bağından əldə etməli olduğu əldən çıxmış bəhərin əvəzi olan 16000 (on altı min) manat pulun, cəmi olaraq 29015 (iyirmi doqquz min on beş) manat pulun, habelə iddia qaldırmaqla əlaqədar ödədiyi 178 manat dövlət rüsumunun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, cavabdeh Cavabdeh ilə 2019cu ildə5.tanış olmuşdur. Həmin vaxt cavabdeh Cavabdeh Qusar şəhərindəki “xxxx’da meyvə tinglərinin alveri ilə məşğul idi. 2019-cu ilin oktyabr ayında o, cavabdeh Cavabdeh ilə danışıb razılaşmaqla ondan 1 ədədi 3 manat 50 qəpikdən olmaqla cəmi 1250 (min iki yüz əlli) ədəd alça tingini almış və həmin tinglərin dəyəri olan 4375 (dörd min üç yüz yetmiş beş) manat pulu nəğd olaraq olaraq cavabdehə ödəmişdir. Həmin vaxt orada “xxxx”da işləyən, alver edən X7, X8 və Ağamuradov İkram Qazi oğlu da olmuşlar və onunla cavabdeh Cavabdeh arasında olan bütün söhbətin şahidi olmuşlar. Cavabdeh Cavabdeh ona bildirmişdi ki, həmin 1250 ədəd tingdən 1050(min əlli) ədədi “Göyçə” sortu, 200 (iki yüz) ədədi isə “İri payızlıq” alça sortlarıdır. O da, cavabdeh Cavabdeh inanıb həmin tingləri ondan 4375 (dörd min üç yüz yetmiş beş) manat nəğd verib almışdır. Cavabdeh Cavabdeh aldığı həmin 1250 ədəd alça tinglərini aparıb istifadəsində olan 3,2 ha torpaq sahəsində əkmişdir. Həmin alça tinglərinə o, lazımi qaydada aqrotexniki qulluq göstərərək yetişdirmişdir. Həmin alça tinglərini vaxtlı-vaxtında sulamış, belləmiş, alaqlardan təmizləmiş, hər ildə müxtəlif cür dərman preparatları ilə dəfələrlə dərmanlamış və sair işlər görmüşdür. 2021-ci ildə həmin alça tinglərin bəzilərində ilkin məhsul yetişmişdir. Lakin həmin tinglərdə “Göyçə” sortu və ya “İri payızlıq” alça sortları deyil, xırda cır meşə alçalar bitmişdir. Həmin tinglərin gətirdiyi məhsul cavabdeh Cavabdeh bildirdiyi “Göyçə” sortuna və “İri payızlıq” alça sortuna aid olmamış və gətirdiyi bar lazımsız cır meşə alçası olmuşdur. 2022-ci ildə isə həmin alça tinglərinin hamısı artıq bar gətirməli idi. Lakin həmin tinglərin hamısının gətirdiyi alça məhsulu cavabdeh Cavabdeh bildirdiyi “Göyçə” sortuna və “İri payızlıq” alça sortuna aid deyildi, lazımsız cır meşə alçası idi. Bununla əlaqədar o, cavabdeh Cavabdeh məsələni deyib narazılığını bildirmişdir. Cavabdeh Cavabdeh ona bildirmişdir ki, həmin alça tinglərini ona da başqası gətirib vermiş, həmin adam onu da aldatmışdır. O, cavabdeh Cavabdeh bildirmişdir ki, başqa adamın ona dəxli yoxdur, o, tingləri ondan almışdır, tinglər onların danışdıqları razılaşmaya uyğun olmamışdır, ona görə də o, dəymiş zərəri cavabdeh şəxs kimi cavabdeh ödəməlidir. Cavabdeh Cavabdeh məsələni onla razılaşıb həll edəcəyini bildirmiş, lakin bu günə kimi ona dəymiş zərəri qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Yuxarıda qeyd etdiyi kimi o, cavabdeh Cavabdeh aldığı cəmi 1250 (min iki yüz əlli) ədəd alça tinginə görə hər ədəd tingə görə 3 manat 50 qəpik olmaqla cəmi olaraq həmin tinglərə görə cavabdehə 4375 (dörd min üç yüz yetmiş beş) manat nəğd pul ödəmişdir. Həmin tinglər cavabdehlə razılaşmaya uyğun olmadığı üçün həmin tinglərə görə verdiyi 4375 (dörd min üç yetmiş yetmiş beş) manat cavabdeh Cavabdeh alınıb ona qaytarılmalıdır. Həmin alça tinglərini istifadəsində olan 3,2 ha torpaq sahəsində əkmiş və heç nəyə yaramayan 1250 ədəd alça tingi torpaq sahəsini faydasız yerə 3 il müddətində tutaraq ona həmin torpaq sahəsindən başqa məqsədlər üçün istifadə etməyə imkan verməmiş və buna görə də o, külli miqdarda zərərə düşmüşdür. Belə ki, həmin torpaq sahəsinin hər 1 hektarına ildə 500 manat icarə haqqı ödəməklə cəmi olaraq 3,2 ha torpaq sahəsinə 1 ildə 1600 manat, ümumilikdə isə 3 il ərzində 3,2 ha torpaq sahəsinə 4800 manat icarə haqqı ödəmişdir. Həmin 3,2 ha torpaq sahəsinin 3 illik icarə haqqı olan 4800(dörd min səkkiz yüz) manat pul cavabdeh Cavabdeh alınıb ona qaytarılmalıdır. Cavabdeh Cavabdeh aldığı 1250(min iki yüz əlli) ədəd yararsız alça tinglərinə ona lazımi qaydada aqrotexniki qulluq göstərərək yetişdirmişdir. Həmin alça tinglərini vaxtlı-vaxtında sulamış, belləmiş, alaqlardan təmizləmiş, hər ildə müxtəlif cür dərman preparatları ilə dəfələrlə dərmanlamış və sair işlər görmüşdür. Bu işlərin görülməsinə görə salınmış alça bağının hər 1 hektarına ildə 400 manat olmaqla, cəmi olaraq 3,2 ha torpaq sahəsinə 1 ildə 1280 manat, ümumilikdə isə 3 il ərzində 3,2 ha torpaq sahəsinə 3840 manat ağaclara qulluq və dərman pulu ödəmişdir. Həmin 3,2 ha bağ sahəsinə 3 illik ağaclara qulluq və dərman pulu olan 3840(üç min səkkiz yüz qırx) manat pul cavabdeh Cavabdeh alınıb ona qaytarılmalıdır. 2022ci ildə 3 illik alça bağı artıq tam bar verməli idi və bun uyğun olaraq bağın hər hektarından minimum 5000-6000 kiloqram alça məhsulunu, 3,2 ha bağ sahəsindən isə 16000-17200 kiloqram alça məhsulunu əldə etməli idi. Hal-hazırda “Göyçə” sortuna və “İri payızlıq” alça sortuna aid alça məhsulunun bazar qiyməti 1 kiloqramına görə 2 manat təşkil edir. Lakin o cavabdehdən həmin əldə etməli olduğu 16000 kiloqram alça məhsulunun əvəzi olaraq daha az, yəni məhsulun hər 1 kiloqramı 1 manatdan hesablanmaqla 16000(on altı min) manat pul tələb etməklə kifayətlənir. 2022-ci ildə 3 illik alça bağından əldə etməli olduğu alça məhsulunun əvəzi olaraq, əldən çıxmış bəhərin əvəzi olaraq cavabdeh Cavabdeh 6000(on altı min) manat pul alınıb ona qaytarılmalıdır. Ona görə də cavabdeh Cavabdeh ona 1250(min iki yüz əlli) ədəd alça tinginə görə ödədiyi 4375(dörd min üç yüz yetmiş beş) manat, həmin alça tinglərinin istifadəsində olan 3,2 ha torpaq sahəsini faydasız yerə 3 il müddətində tutması nəticəsində ödədiyi icarə haqqı olan 4800 (dörd min səkkiz yüz) manat icarə haqqı, 3,2 ha alça bağına 3 illik ağaclara qulluq və dərman pulu olan 3840(üç min səkkiz yüz qırx) manat qulluq haqqı, 2022-ci ildə 3,2 ha 3 illik alça bağından əldə etməli olduğu bəhərin əvəzi olan 16000(on altı min) manat, cəmi olaraq 29015(iyirmi doqquz min on beş) manat zərər cavabdeh Cavabdeh alınıb ona qaytarılmalıdır. 6.Cavabdeh Cavabdeh vəkili Vəkil məhkəməyə etiraz ərizəsilə müraciət edərək bildirmişdir ki, iddiaçı İddiaçı iddia ərizəsini qəbul etmir və bildirir ki, iddia heç bir sübuta əsaslanmır. Belə ki, iddiaçı İddiaçı iddia ərizəsində qeyd edir ki, guya ona 2019-cu ildə satdığı 1250 ədəd (1050 ədəd “Göyçə” sortu, 200 ədəd “iri payızlıq alça” sortu) alça tinglərinə 3 il qulluq etmiş, onların yetişdirilməsinə xərc çəkmiş, sonradan tinglər böyüyərək bar verəndə, yəni 2021-ci ildə bilmişdir ki, həmin tinglər əslində ona dediyi kimi “göyçə” və “iri payızlıq alça” sortu olmamış, xırda cır meşə alçaları olmuşdur. İddiaçıya satdığı alça tingləri heç də xırda cir meşə alçaları olmamış, əslində “Göyçə” sortu və “iri payızlıq alça” sortu olmuşdur. Aralarında bir neçə ədəd cır alça tingləri olmuşdur. İddiaçı iddianı əsaslandırmaq üçün heç bir əsaslı sübut təqdim etməmiş, mütəxəssis tərəfindən həmin əraziyə baxiş keçirilməklə müvafiq rəyin alınmasını təmin etməmişdir. Yalnız 2022-ci ilin dekabr ayında tərtib edilmiş akta əsaslanmışdır. İddiaçı satdığı 2019-cu ildə satdığı 1250 ədəd (1050 ədəd “Göyçə” sortu, 200 ədəd “iri payızlıq alça” sortu) alça tinglərini Tərtər rayon sakini İsayev Elgün Səfər oğlundan satın almaqla həmin tinglərin dəyərini sonuncunun 4169 7413 1190 **** nömrəli kart hesabına ödəmişdir. Həmin tingləri o, İddiaçı yox, Ağamuradov İkram Qazi oğluna həmin qələmləri 3 manat 50 qəpiyə yox, 2 manat 50 qəpiyə təvil vermişdir və həmin qələmlərin pullarını də ona İkram Ağamuradov hissə-hissə olaraq vermişdir. İddiaçı satdığı eyni qələmlərdən rayonun İmamqulukənd, Bədirqala və Haçatala kənd ərazilərində də satılmışdır. İddiaçı iddia ərizəsində yalnız İmamqulukənd oba kəndində əkilmiş tinglərin guya cır olmasıni bildirir ki, bu da həqiqətə uyğun deyildir. Həmçinin həmin tinglərin əkildiyi bağ sahəsi də mövcud deyildir və bağ sahəsinin kənarı olmaqla qamışlıq sahəsidir. 7.İddiaçı İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, iddianı müdafiə edir, təmin edilməsini məhkəmədən xahiş edir. Həmçinin bildirmişdir ki, o, təyin olunmuş məhkəmə iclasında işi ilə əlaqədar iştirak edə bilmir, odur ki, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. 8.Məhkəmə iclasında cavabdeh Cavabdeh iddianı qəbul etməmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. 9.Məhkəmə iclasında cavabdeh Cavabdeh vəkili Vəkil iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. 10.Qusar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh 1250 (min iki yüz əlli) ədəd alça tinginə görə iddiaçı İddiaçı ödədiyi 4375 (dörd min üç yüz yetmiş beş) manat pul və 2022-ci ildə 3,2 ha 3 illik alça bağından əldə etməli olduğu əldən çıxmış bəhərin əvəzi olan 16000 (on altı min) manat pul, cəmi olaraq 20345 (iyirmi min üç yüz qırx beş) manat, iddiaçının ödədiyi 151,12 (yüz əlli bir manat on iki qəpik) manat dövlət rüsumu alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsini qət edilmişdir. (hakim Əli Cəlilov) 11.Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 385.1, 386.1, 581.1., 581.2, 587.1, 588.1 və 1115-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 119.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri 12.Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 13.Cavabdeh Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o qətnamədə qeyd edilənlərlə qətiyyən razı deyil və hesab edir ki, həmin qətnamə bir sıra maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış və ona görə də qətnamə ləğv edilməklə iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, həm qeyd olunan iddia ərizəsinə verdiyi etiraz ərizəsində, həm də məhkəmədə verdiyi izahatında bildirmişdir ki, iddiaçıya satdığı alça tingləri heç də cır alça olmamış, əslində “Göyçə” sortu və “iri payızlıq alça” sortu olmuşdur. Aralarında bir neçə ədəd cır alça ola bilər. İddiaçı İddiaçı Təvə oğlu iddia ərizəsində qeyd edir ki, guya ona 2019-cu ildə satdığı 1250 ədəd (1050 ədəd “Göyçə” sortu, 200 ədəd “iri payızlıq alça” sortu) alça tinglərinə 3 il qulluq etmiş, onların yetişdirilməsinə xərc çəkmiş, sonradan tinğlər böyüyərək bar verəndə, yəni 2021-ci ildə bilmişdir ki, həmin tinglər əslində ona dediyi kimi “göyçə” və “iri payızlıq alça” sortu olmamış, xırda cir meşə alçaları olmuşdur. İddiaçı iddianı əsaslandırmaq üçün heç bir əsaslı sübut təqdim etməmiş, mütəxəssis tərəfindən həmin əraziyə baxış keçirilməklə müvafiq rəyin alınmasını təmin etməmişdir. Yalnız 2022-ci ilin dekabr ayında tərtib edilmiş akta əsaslanmışdır. Həmin akt imzalayan şəxslərin imzaları notarius tərəfindən təsdiq olunmamış, belə olan halda həmin aktın həqiqətən aktda adları qeyd edilən şəxslər tərəfindən imzalanması da dəqiq deyildir. Qeyd olunan alça tinglərinin əkildiyi sahəyə baxış keçirilməsində və alça tinglərinin adi cır meçə alçası olmasına dair aktın tərtib edilməsində onun iştirakını təmin etməmiş, ümumiyyətlə bu barədə ona bildirməmişdir. Yalnız ondan pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunandan sonra bu barədə bilmişdir. Həmçinin bildirir ki, İddiaçı 2019-cu ildə satdığı 1250 ədəd (1050 ədəd “Göyçə” sortu, 200 ədəd “iri payızlıq alça” sortu) alça tinglərini Tərtər rayon sakini İsayev Elgün Səfər oğlundan satın almaqla həmin tinglərin dəyərini sonuncunun 4169 7413 1190 **** nömrəli kart hesabına və poçt vasitəsilə ödəmiş ki, həmin poçt qəbzlərinin surətləri mülki işə əlavə olunmuşdur. Qeyd olunan tinglərin (Tel: *** *** ** **) Tərtər rayon sakini İsayev Elgün Səfər oğlu tərəfindən gətirilərək satılması bu barədə mülki materiallara əlavə olunmuş aktla da bir daha təsdiq olunur və həmin aktda Elgün İsayev həmin tinglərin başqa sort tinglərin olması halında cavabdehliyi özü daşıması barədə imza etmişdir. Bundan əlavə, həmin tingləri o İddiaçı yox, iddia ərizəsinə əlavə olunmuş ## ###### 2022-ci il tarixli aktın tərtib olunmasında guya iştirak etmiş Ağamuradov İkram Qazi oğluna hər ədədini 3 manat 50 qəpiyə yox, 2 manat 50 qəpiyə təvil vermiş və həmin qələmlərin pullarını də ona İkram Ağamuradov hissə-hissə olaraq vermiş və o da bütün pulları qələmlərin pulunu İsayev Elgün Səfər oğluna yuxarıda qeyd olunan qaydada ödəmişdir. İddiaçı verdiyi eyni tinglərdən rayonun İmamqulukənd, Bədirqala və Haçatala kənd ərazilərində də əkilmiş və həmin tinglərdən heç bir narazılıq olmamışdır. İddiaçı iddia ərizəsində yalnız İmamqulukənd oba kəndində əkilmiş tinglərin guya cır olmasıni bildirir ki, bu da həqiqətə uyğun deyildir. Həmin tinglərin əkildiyi bağ sahəsi də hazırda mövcud deyildir və başqa bağ sahəsinin kənarı olmaqla qamışlıq sahəsidir. Tinglərin əkildiyi birinci ildə onları o budamış və həmin tinglərin sayı təxminən min ədəd olardı və 200 ədədi yox idi. Məhkəməyə təqdim edilmiş məhkəməbioloji ekspertizasının ## ###### 2025-ci il tarixli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qusar Dövlət Aqrar İnkiıaf Mərkəzinin mütəxəssisi tərəfindən tərtib edilmiş rəy əsaslanaraq iddiaçı İddiaçı məxsus torpaq sahəsinin kənarlarında 1 cərgə olaraq 2020-ci ildə alça ağaclarının əkilməsi müəyyən olunmuşdur. Həmin ağaclara aqrotexniki qulluq göstərilmiş, qulluq səviyyəsindən asılı olaraq hər bir ağac orta hesabla 40-60 kq məhsul verə bilər. Ekspertin əsaslandığı mütəxəssis rəyinin mötəbərliyi də şübhə doğurur. Belə ki, qeyd olunan mütəxəssis rəyinin tərtib edilməsi üçün ilk növbədə həmin mütəxəssis tərəfindən iddiaçıya məxsus olduğu bildirilən sahəyə baxış və müayinə aktı tərtib olunmalı, baxışda iştirak edən şəxslərin, yəni iddia üzrə tərəflərin və ya onların nümayəndələrinin iştirak edib-etməmələri həmin aktda qeyd edilməli idi. Lakin mülki işin materiallarında nə baxış aktı, nə də mütəxəssis rəyi mövcud deyildir. Bu da qeyd olunan mütəxəssis rəyinin və həmin rəy əsasında tərtib edilmiş ekspert rəyinin mötəbərliyini şübhə altına alır. Azərbaycan Respublikası MPM-nin 99.1-ci maddəsinə əsasən ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Məhkəmə və işdə iştirak edən şəxslər ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 103.1ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasənməhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Göründüyü kimi, məhkəmə işi hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli, * №-li qərarında qeyd edilir k kəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi il bahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmi malıdır. Məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunması zəruriliyin edilməlidir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər subutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respulikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. MPM-nin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 14.Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları 15.Məhkəmə iclasında cavabdeh Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. 16.Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 17.Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 18.Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 19.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 20.Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 21.Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 22.Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 23.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 24.Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 25.Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 26.Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 27.Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 28.Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. 29.Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 30.Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 31.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 32.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 33.Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 34.Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 35.Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya baxışının hədləri 36.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 37.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 38.Apellyasiya şikayətindən görünür ki, cavabdeh Qusar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsini iddianın təmin edilən hissəsini mübahisələndirmişdir. 39.Ona görə də kollegiya Qusar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 40.Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. 41.Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmış, iddiaçı İddiaçı cavabdeh Cavabdeh onun üçün ağac tingi almaq barədə tapşırıq vermiş, sonuncu da tapşırığı qəbul etmişdir. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə iddiaçının kassiri olmuş İkram Ağamuradovun vasitəsi ilə satıcıya 1250 ədəd tinglərin alınması üçün 4375 manat məbləğində pul vəsaiti verilmişdir. İddiaçı cavabdeh tərəfindən ona cır “alça” ağacları satmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. 42.Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. 43.Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi maddi və prosessual pozuntuya yol vermiş, iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Nəticədə isə, məhkəmə mübahisənin həllinə tətbiq edilməli maddi hüquq normasının seçimi zamanı səhvə yol vermişdir; belə ki, məhkəmə tərəflər arasındakı mübahisənin alqı-satqı münasibətlərindən qaynaqlandığını qənaətinə gəlmiş və işin həllinə həmin hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarını tətbiq etmişdir. Qanunun mənasına görə isə, alqı-satqı müqaviləsi - satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqddir ki, bunun əsasında satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Lakin, tərəflər arasındakı münasibətlər özlüyündə bu müqavilənin ünsürlərini əks etdirmir; belə ki, işin hallarından göründüyü kimi iddiaçı İddiaçı cavabdeh Cavabdeh onun üçün “alça” ağacı tingləri almaq barədə tapşırıq vermiş, sonuncu da tapşırığı qəbul etmişdir. Yəni, cavabdeh tərəfindən məhsul iddiaçıya satılmamışdır. Birinci instansiya məhkəməsi isə qeyd edilən hallar üzrə düzgün hüquqi dəyərləndirmə aparmadan tərəflər arasında yaranmış münasibətləri yanlış olaraq alqı-satqı kimi qiymətləndirmişdir. 44.Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. 45.Məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır; belə ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmə tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. 46.Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 47.Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 48.Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. 49.Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. 50.Məhkəmə iclasında şahid Ağamuradov İkram Qazı oğlu bildirmişdir ki, cavabdeh iddiaçıya alça ağaclarını gətirəcəyini bildirmişdir. Hətta Əzizulla zəmanət verdiyini də bildirdi. Cavabdeh ağacları 3-4 ay sonra gətirdi. O, Əzizullaya bir dəfəyə ağaclar üçün 4300 manat pul ödəmişdir, 60 manat da yol pulu vermişdir. Ağaclar gətiriləndə və pul veriləndə bazarkom da orada idi. O, qələmləri sayan zaman Əzizulla pulu ağacları Tərtərdən gətirənə vermişdir. 51.Məhkəmə iclasında şahid X9 bildirmişdir ki, Əzizulla bazarda ağac satırdı. Elgün də bazara ağac gətirirdi. Cavabdeh Elgünə ağac gətirməsini deyib və Elgün də ağac gətirmişdir. İkram ağacları götürərkən pulu Elgünə vermişdir. 52.Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. Baxılan işdən görünür ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı mübahisə predmeti olan pul vəsaitin qaytarılması barədə iddiasına cavab verən şəxs deyildir. Çünki, alqı-satqı müqaviləsi üzrə Elgün İsayev öz mülkiyyətində olan tingləri iddiaçının mülkiyyətinə vermiş, bunun müqabilində iddiaçının tapşırığı ilə onun kassiri İkram Ağamuradov tərəfindən cavabdeh Cavabdeh vasitəçiliyi ilə Elgün İsayevə 1250 ədəd tinglərin alınması üçün razılaşdırılmış pul vəsaiti verilmişdir. 53.Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan subyektə qarşı yönəldilmədiyindən təmin edilə bilməz. 54.Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, MPM-nin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 55.İddianın əsaslılığına münasibətdə isə kollegiya vurğulayır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İrəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. 56.Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir; Məcəllənin 386.1-ci maddəsinə görə isə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 57.Bu kontekstdə kollegiya nəzərə alır ki, iddiaçı aralarında olan şifahi razılaşmaya əsasən cavabdehə, onun üçün “alça ağacı” almaq üçün köməklik göstərməyini, bu məqsədlə işlərin görülməsi üçün zəruri pul vəsaiti verdiyini iddia etdiyindən, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin tapşırıq müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Ona görə ki, tərəflər arasındakı münasibətlər özlüyündə tapşırıq müqaviləsinin ünsürlərini əhatə edir və iddiaçının hazırkı tələbi də məhz həmin müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. 58.Belə ki, Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 59.Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 60.Göründüyü kimi, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs cavabdeh Cavabdeh tapşırığı yetirərkən iddiaçı İddiaçı qarşısında işləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etmişdir. Digər tərəfdən, məhkəmə araşdırmaları ilə cavabdeh tərəfindən verilən tapşırığın qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra edilməməsi halı müəyyən edilməmişdir. 61.Bu zaman həmçinin nəzərə alınmalıdır ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ##.##.2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2018-ci il tarixli qərarı) 62.Qeyd edilənlərin yekunu olaraq kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. 63.Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qismən – “cavabdeh Cavabdeh 1250 (min iki yüz əlli) ədəd alça tinginə görə iddiaçı İddiaçı ödədiyi 4375 (dörd min üç yüz yetmiş beş) manat pul və 2022-ci ildə 3,2 ha 3 illik alça bağından əldə etməli olduğu əldən çıxmış bəhərin əvəzi olan 16000 (on altı min) manat pul, cəmi olaraq 20345 (iyirmi min üç yüz qırx beş) manat, iddiaçının ödədiyi 151,12 (yüz əlli bir manat on iki qəpik) manat dövlət rüsumu alınıb İddiaçı verilməsi” hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-8)-27/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-27/2026
02.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver