Məhkəmə qərarları › İş №2(3-8)-279/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-279/2026

20.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-279/2026 20.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh X5 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi- sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, iddiaçı İddiaçı nümayəndəsi və vəkili X12, cavabdeh X5, onun nümayəndəsi və vəkili X4 iştirakı ilə, Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Işin halları

1. ##.##.2022-ci il tarixli iltizama əsasən X5 İddiaçı 20.000 ABŞ dolları borc pul götürmüşdür.

2. ##.##.2023-cü il tarixli iltizama əsasən X5 22.000 manat pulu 1-## ###### 2023cü il tarixinə kimi İddiaçı verməsə, ona məxsus “BMW” markalı və “Nissan Tida” markalı avtomobilləri sonuncunun adına rəsmiləşdirəcəyinə dair söz vermişdir.

3. ##.##.2022-ci il tarixli qəbzə əsasən 1300 manat, ##.##.2022-ci ll tarixli qəbzə əsasən 1030 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 100 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 800 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 2000 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 2000 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 1850 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 2000 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 900 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 1000 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 750 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 100 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 600 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, ##.##.2023-cü il tarixli qəbzə əsasən 1000 manat, ##.##.2023-cü il tarixli, ##.##.2023-cü il tarixli qəbzə əsasən 500 manat, ##.##.2023-cü il tarixli qəbzə 2000 manat, ##.##.2023-cü il tarixli qəbzə əsasən 600 manat, ##.##.2023-cü il tarixli qəbzə əsasən 500 manat, ##.##.2023-cü il tarixli qəbzə əsasən 500 manat, ##.##.2023-cü il tarixli qəbzə əsasən 650 manat olmaqla, X5 tərəfindən Alpənah Hacıyevin kartına (4************7394) elektron ödəniş sistemi (terminal) vasitəsilə ümumilikdə 31930 manat məbləğində ödəniş həyata keçirilmişdir.

4. X5 tərəfindən məhkəməyə təqdim edilmiş kartdan karta olan köçürmə qəbzləri və ##.##.2020-ci il tarixdən ##.##.2023-cü il tarixədək olan dövrləri əhatə edən “xxxx” ASC tərəfindən verilmiş hesabdan çıxarışa əsasən ##.##.2022-ci il tarixdə 250 manat, ##.##.2022-ci il tarixdə 250 manat, ##.##.2022-ci il tarixdə 250 manat, ##.##.2022-ci il tarixdə 250 manat, ##.##.2022-ci il tarixdə 300 manat, ##.##.2022-ci il tarixdə 590 manat, ##.##.2022-ci il tarixdə 1200 manat, ##.##.2022-ci il tarixdə 230 manat, ##.##.2023-cü il tarixdə 500 manat, ##.##.2023-cü il tarixdə 1200 manat, ##.##.2023-cü il tarixdə 200 manat, ##.##.2023-cü il tarixdə 500 manat, ##.##.2023-cü il tarixdə 250 manat, ##.##.2023-cü il tarixdə 600 manat, ##.##.2023-cü il tarixdə 300 manat, ##.##.2023-cü il tarixdə 300 manat, ##.##.2023-cü il tarixdə 1400 manat, ##.##.2023-cü il tarixdə 900 manat, ##.##.2023-cü il tarixdə 500 manat, ##.##.2023-cü il tarixdə 1600 manat, ##.##.2023-cü il tarixdə 2020 manat, ##.##.2023-cü il tarixdə 1500 manat, ##.##.2023-cü il tarixdə 1010 manat, ##.##.2023-cü il tarixdə 2020 manat, ##.##.2023-cü il tarixdə 303 manat, ##.##.2023-cü il tarixdə 1010 manat, ##.##.2023-cü il tarixdə 300 manat, ##.##.2023-cü il tarixdə 300 manat, ##.##.2023-cü il tarixdə 10 manat olmaqla, cəmi 20043 manat məbləğində pul Alpənah Hacıyevə məxsus (4****************) nömrəli karta köçürülmüşdür.

Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 20.000 (iyirmi min) ABŞ dolları (ödəniləcək tarixə Azərbaycan manatına məzənnəyə uyğun) məbləğində pulun və tərəfindən ödənilmiş 192 (bir yüz doxsan iki) manat dövlət rüsumunun məcburi qaydada tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 20.000 (iyirmi min) ABŞ dolları (ödəniləcək tarixə Azərbaycan manatına məzənnəyə uyğun) məbləğində pulun və tərəfindən ödənilmiş 192 (bir yüz doxsan iki) manat dövlət rüsumunun, həmçinin 22.000 (iyirmi iki min) manat məbləğində pulun və tərəfindən ödənilmiş 156 ( yüz əlli altı) manat dövlət rüsumunun məcburi qaydada tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh X5 çoxdan tanıyır. O, əvvəllər sığorta şirkətində işləyirdi və müxtəlif əmlakların sığortalanması ilə əlaqədar ona köməklik göstərmişdir. Bir neçə dəfə Nicat ondan borc pul almış və aldığı pulları da vaxtında qaytarmışdır. 2022-ci ilin mart ayında Nicat ona müraciət edərək, ona təcili 20.000 ABŞ dolları pul lazım olduğunu, uzağı bir aya pulu qaytaracağını bildirdi. Yuxarıda da qeyd etdiyi kimi, Nicat bundan əvvəl də ondan dəfələrlə borc pul almış və vaxtında qaytarmışdır. Bu səbəbdən o, ona inanıb, 20.000 ABŞ dolları borc pulu ona vermişdir. Bundan sonra Nicat pulu qaytarmağı müxtəlif bəhanələrlə gecikdirdi. Hər dəfəsində o, bizneslə məşğul olduğunu, tezliklə pulunu qaytaracağını bildirirdi. Pulu alarkən Nicat ona yazılı qəbz verdi ki, ondan 20.000 ABŞ dolları borc aldı və bunu öz imzası ilə təsdiq edir. Lakin dəfələrlə ondan borcunu ödəməsini tələb etsə də, hal-hazıra qədər Nicat borcunu qaytarmır.Eyni zamanda X5 ##.##.2023-cü ildə ondan borc aldığı və bunu verdiyi yazılı izahatla təsdiq etdiyi 22000 manatın da iddia məbləğinə əlavə olunmasını xahiş etmişdir.

8. Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim G.Kamilli) iddia təmin edilməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsinin məzmunundan da aydın olduğu kimi tələb cavabdeh tərəfindən pul məbləğinin ödənilməməsi ilə bağlıdır. Belə ki, ilkin olaraq iddiaçı 20000 ABŞ dolları, daha sonra isə 22000 manat olmaqla, ödəniləcək tarixə Azərbaycan manatına məzənnəyə uyğun olaraq ümumilikdə 20000 ABŞ dolları=34000 manat +22000 manat olmaqla, cəmi 56000 manat məbləğində pulun tutulması tələbi ilə çıxış etmişdir. Bununla bağlı məhkəməyə cavabdehin öz xətti ilə yazılmış və imzası ilə təsdiq edilmiş ##.##.2022-ci il və ##.##.2023-cü il tarixli əlyazmalar sübut qismində təqdim edilmişdir. Cavabdeh tərəfindən həmin sübutlar mübahisələndirilməmiş, məhkəmə iclasında verdiyi izahatda, həqiqətən də, özü tərəfindən yazılmasını təsdiq etmişdir. ##.##.2022-ci il tarixli iltizamda cavabeh iddiaçıdan 20000 ABŞ doları məbləğində pul götürməsi faktını təsdiq edir. ##.##.2023-cü il tarixli iltizamda isə 22000 manat məbləğində pulu 1-## ###### 2023-cü il tarixədək iddiaçıya ödəməsə, ona məxsus olan avtomobillərin iddiaçının adına keçirilməsinə dair söz verir.

10. Cavabdeh məhkəmə iclasında verdiyi izahatda iddiaçı İddiaçı iddia etdiyi pul məbləğini alması faktını təkzib etməsə də, borc məbləğinin bütünlüklə ödənildiyini iddia edərək iddiaya etirazını bildirmiş, bununla bağlı məhkəməyə həm elektron ödəmə sistemi (terminal), həm də kartdan karta edilən köçürmə yolu ilə edilmiş ödənişin həyata keçirilməsi ilə bağlı qəbzləri təqdim etmişdir.

11. Iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda həmin qəbzlərdə əks edilən məbləğləri mübahisələndirməmiş, həqiqətən də, ödənişlərin həyata keçirildiyini qəbul etmişdir. Lakin iddiaçının mübahisələndirdiyi və ödənilmədiyini iddia etdiyi məbləğ məhz cavabdehin əlbəəl olaraq verdiyini iddia etdiyi pul məbləğlərdir. Belə ki, iddiaçının iddia etdiyinə görə cavabdehin ödənilməmiş 3380 manat məbləğində borcu qalmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “G.Dadaşova” adlı şəxslə whatsap platforması üzərindən aparılmış yazışmalardan müəyyən olunur ki, Nicat Əliyarlı tərəfindən “dayı” deyə müraciət etdiyi şəxsə ##.##.2022-ci il tarixdə 1500 ABŞ dolları, ##.##.2023-cü il tarixdə 2000 manat, ##.##.2023-cü il tarixdə 5500 manat, ##.##.2023-cü il tarixdə 2750 manat, ##.##.2023-cü il tarixdə 1200 manat, ##.##.2023-cü il tarixdə 13700 manat, ##.##.2023-cü il tarixdə 4500 manat, ##.##.2013 (2023-cü il qeyd edilməli idi) 5000 manat məbləğində ödənişlər həyata keçirilmişdir.

12. Iddiaçı həmin məbləğlərin ödənilmədiyini qeyd etsə də, məhkəməyə təqdim edilmiş CD diskdə olan səs yazılarında İddiaçı 1500 ABŞ dolları məbləğində pul ödənilməsi faktını etiraf edir. Baxmayaraq ki, həmin 1500 ABŞ dolları ödənişinin edildiyi tarix ##.##.2022-ci il tarixdən əvvəlki dövrü əhatə etməklə tələb edilən borc məbləğindən silinə bilməz, qeyd edilən fakt yazışmalarda “dayı” adlandırılan şəxsin, həqiqətən, iddiaçı İddiaçı olmasını təsdiq etməklə orada qeyd edilən məbləğlərin ödənilməsi faktını inkar etmir. Bundan əlavə həmin yazışmalarda cavabdeh ##.##.2023-cü il tarixdə 4500 manat ödənilməsini qeyd edir. Hansı ki, məhkəməyə təqdim edilmiş səs yazısında cavabdeh X5 “dayı” olaraq adlandırdığı şəxsə əlbəəl şəkildə 4500 manat məbləğində pul verməsi faktı təsdiq olunur.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 443.1, 739.1, 740.1, 740.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə ## #### 2008-ci il tarixli qərarına, N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin ## ##### 2021-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermiş, Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qismən ləğv olunmasını, iddianın 11.686 (on bir min altı yüz səksən altı) manat məbləğində təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul edilmiş qətnamə əsassızdır. Belə ki, məhkəmə cavabdeh tərəfindən ona borcu barədə qəbz verdikdən sonra ödədiyi pulları düzgün hesablamamışdır, həmçinin pul ödənilməsini təsdiq etməyən, mötəbər olmayan sübutları da əsaslı sübut kimi qəbul edərək, iddianı qanunsuz olaraq tam rədd etmişdir. Iddia tələbinin rədd edilməsi barədə məhkəmənin mövqeyi tamamilə əsassızdır. Qətnamənin 20-ci bəndində qeyd olunur ki, “Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “G.Dadaşova” adlı şəxslə whatsap platforması üzərindən aparılmış yazışmalardan müəyyən olunur ki, Nicat Əliyarlı tərəfindən “dayı” deyə müraciət etdiyi şəxsə ##.##.2022-ci il tarixdə 1500 ABŞ dolları, ##.##.2023-cü il tarixdə 2000 manat, ##.##.2023-cü il tarixdə 5500 manat, ##.##.2023-cü il tarixdə 2750 manat, ##.##.2023-cü il tarixdə 1200 manat, ##.##.2023-cü il tarixdə 13700 manat, ##.##.2023-cü il tarixdə 4500 manat, ##.##.2013 (2023-cü il qeyd edilməli idi) 5000 manat məbləğində ödənişlər həyata keçirilmişdir”. Hakim qətnamənin bu bəndində göstərir ki, Nicat Əliyarlının “G.Dadaşova” adlı şəxslə whatsap platforması üzərindən aparılmış yazışmalardan müəyyən olunur ki, Nicat Əliyarlı tərəfindən “dayı”ya göstərilən məbləğlər ödənilmişdir. Hakim bu “dayı”nın kim olmasını necə və hansı sübutlara əsaslanmaqla müəyyənləşdirib, bu məsələ “qaranlıq”dır. Hakim heç olmasa “G.Dadaşova” adlı şəxsin də kim olmasını araşdırmayıb və sübut kimi bu şəxslə yazışmanı məhkəməyə təqdim etmiş Nicat Əliyarlıya həmin şəxsi məhkəməyə dəvət edərək, şahid qismində dindirilməsini də təklif etməyib. Bir daha qeyd edir ki, hakimin “dayı”nın İddiaçı olmasını təsdiq edərkən hansı sübutlara və ya hansı elmi metoda əsaslandığı aydın deyil. Əgər hakim fərziyyə edirsə ki, bu “dayı” İddiaçıdir, fərziyyələrə əsaslanmaqla, dövlətin adından qətnamə çıxarıla bilməz. Işə baxan məhkəmə sübutları araşdırarkən onlara tam halda, ümumilikdə qiymət verməyə çətinlik çəkmişdir. Qətnamənin 21-ci bəndində qeyd olunur ki, “iddiaçı yuxarıda sadalanan məbləğlərin ödənilmədiyini qeyd etsə də, məhkəməyə təqdim edilmiş CD diskdə olan səs yazılarında İddiaçı 1500 ABŞ dolları məbləğində pul ödənilməsi faktını etiraf edir. Baxmayaraq ki, həmin 1500 ABŞ dolları ödənişinin edildiyi tarix ##.##.2022-ci il tarixdən əvvəlki dövrü əhatə etməklə tələb edilən borc məbləğindən silinə bilməz, qeyd edilən fakt yazışmalarda “dayı” adlandırılan şəxsin, həqiqətən, iddiaçı İddiaçı olmasını təsdiq etməklə orada qeyd edilən məbləğlərin ödənilməsi faktını inkar etmir”. Hakim burada da sübutları, yumşaq desək, “düzgün qiymətləndirməmişdir”. Belə ki, göstərilən CD diskdən İddiaçı “dayı” ləqəbli şəxs olması təsdiq olunmur. Hakim bunu öz fikri kimi qətnaməyə yazmaqla, qətnamənin yuxarıda göstərilən əsassız 20-ci bəndinə “qanuni don” geyindirməyə çalışmışdır. Qətnamənin 22ci bəndində qeyd olunur ki, “Bundan əlavə həmin yazışmalarda cavabdeh ##.##.2023-cü il tarixdə 4500 manat ödənilməsini qeyd edir. Hansı ki, məhkəməyə təqdim edilmiş səs yazısında cavabdeh X5 “dayı” olaraq adlandırdığı şəxsə əlbəəl şəkildə 4500 manat məbləğində pul verməsi faktı təsdiq olunur”. Yenə də, yuxarıda qeyd edilən əsaslara görə, İddiaçı “dayı” olmaqla, 4500 manat ödənilməsi faktı da hakimin təxəyyülüdür, çünki heç bir sübutla təsdiq olunmur. Bundan başqa məhkəmə ödənilmiş məbləğləri hesablayarkən də səhvə yol vermişdir. Belə ki, ##.##.2023-cü il tarixli qəbzdən məlum olur ki, Nicat Əliyarlı İddiaçı bu tarixdə 22.000 manat pul borcludur. Bu tarixdən sonra isə, o, iddiaçıya cəmi 10.314 manat ödəmişdir. Deməli, cavabdeh iddiaçıya 11.686 manat borclu qalmışdır. Məhkəmə cavabdehin izahatını sübut kimi qəbul etmiş, iddiaçının sübutlarını isə düzgün tədqiq etməmişdir. Yuxarıda göstərilənləri təsdiq edən bütün sənədlər iş materiallarındadır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak etmiş iddiaçı İddiaçı nümayəndəsi və vəkili X12 izahatında apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, sonuncu dəfə ##.##.2023-cü il tarixdə Nicat Əliyarlı İddiaçı 22000 manat məbləğində pul borclu olması ilə bağlı qəbz vermişdir. Bu o deməkdir ki, ##.##.2023-cü il tarixinə Nicat Əliyarlının İddiaçı 22000 manat məbləğində pul borcu olub, bu halı cavabdeh etiraf edib, öz imzası ilə təsdiq edib. Quba Rayon Məhkəməsi bu tarixdən sonra başqa şəxsə ödənilmiş məbləği qohum olmasını bildirməklə ödənilməli pulun hesabına qeyd edib. Bundan başqa, “dayı”ya 4500 manat məbləğində pul ödənilməsi ilə bağlı vatsap yazışmasını da əsas götürüb. Məhkəmə hansı sübutla, necə müəyyən edib ki, həmin “dayı” İddiaçıdir? Halbuki, həmin vatsap danışığı tamam başqa şəxslə olan danışıqdır. Məhkəmə həmçinin digər şəxslərə ödənilmiş pulların İddiaçı ödənilmiş pul olduğunu qeyd edib. Bu hal da tamamilə qanunaziddir. Nicat Əliyarlı tərəfindən məhkəməyə ödəniş sənədləri təqdim olunub ki, ##.##.2023-cü il tarixindən sonra İddiaçı 10314 manat məbləğində pul ödənilib. Köhnə tarixdə ödənilən pullar nəzərə alınmır. Nicat Əliyarlı İddiaçı 100000, 60000, 70000 məbləğində pul ödədiyini bildirib ki, həmin pulu alıb sonra ödəyib, bu onlar arasında olan məsələdir. Hazırda məsələ ##.##.2023-cü il tarixdən sonrakı ödənişlərlə bağlıdır. Nicat Əliyarlı tərəfindən təqdim edilmiş bütün bank sənədləri, ödəniş sənədləri iş materialındadır, həmin sənədlər arasında tarixi görsənməyən, yaxşı görsənməyən olanlar da var. Nicat Əliyarlı həmin tarixdən sonra 10314 manat məbləğində pul ödəyib. Birinci qəbzi nəzərə almadan, cavabdehin 11686 manat məbləğində borcu qalıb. Mübahisələndirilən hissə ondan ibarətdir ki, 11686 manat məbləğində pulun ödənilməsi ilə bağlı sənəd yoxdur. Quba Rayon Məhkəməsi bu hala səthi yanaşıb. Məhkəmə ##.##.2023-cü il tarixli qəbzdən əvvəl ödənilmiş borcları həmin tarixdən sonrakı məbləğə hesablamaqla səhvə yol vermişdir. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili X12 apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

18. Məhkəmə iclasında iştirak etmiş cavabdeh X5 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Quba Rayon Məhkəməsində araşdırma zamanı ondan bank çıxarışları istənilmişdi, o da öz bank kartından çıxarışı gətirib təqdim etmişdir. Məhkəmə araşdırma aparmış və hesablamalara uyğun qətnamə qəbul etmişdir. Ona Tuncay adlı şəxsin kartına, və ya başqa karta pulu göndərməyi bildiriblər, bununla bağlı səs yazılarını təqdim etmişdir. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

19. Məhkəmə iclasında iştirak etmiş cavabdeh X5 nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, birinci instansiya məhkəməsində iş ətraflı şəkildə araşdırılıb. Iddiaçı cavabdehə sələmə pul verib. Cavabdeh qəbzləri gətirib təqdim etmiş və ümumi hesablamaya görə cavabdehin təxminən 162000 manat ödəniş etdiyi müəyyən edilib. Cavabdeh həm kartdan karta, həm aparatdan pulu ödəmiş, eyni zamanda səs yazıları var ki, cavabdehə pulu kartdan karta göndərərək, və ya əlbəəl şəkildə verməsini bildirmişlər. Belə ki, cavabdeh Gülşad Dadaşovaya hesabat verib. Həmin səs yazıları iş materialında var və onlar birinci instansiya məhkəməsində ətraflı şəkildə tədqiq edilib. Birinci instansiya məhkəməsində işlərə bir icraatda baxılmalı idi, çünki Tuncay adlı şəxs İddiaçı oğludur. Tuncay adlı şəxsin kart nömrəsini də Gülnar Dadaşova cavabdehə göndərib ki, pulları həmin karta göndərsin. Hesablamalarına görə səs yazılarına əsasən İddiaçı aparat vasitəsilə 31930 manat, kartdan karta 22580 manat göndərilib, əlbəəl formada isə 40500 manat, 95010 manat məbləğində pul verilib. 40000 manat məbləğində pulun ödənilməsi səs yazılarında öz əksini tapıb. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Maddə 14.2.1.Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Maddə 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayətindən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qismən ləğv olunmasını, iddianın 11.686 (on bir min altı yüz səksən altı) manat məbləğində təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

23. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Iddia tələbinin mahiyyətindən və ifadə tərzindən görünür ki, iddiaçının tələbi “borc verdiyi” pulun cavabdehdən alınması barədədir.

26. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya ilk növbədə qeyd edir ki, yalnız iddia tələbində qeyd olunan əsaslarla iddia irəli sürüldükdə həmin tələblərin birmənalı olaraq təmin olunması anlamına gəlinə bilməz. Həmin iddiaların təmin olunması üçün ilk növbədə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

27. Nəzərə alınmalıdır ki, əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə), iddia rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

28. Mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədən kənar olmaqla iki növdə olur. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.

29. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

31. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

32. Tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası mübahisənin obyektiv və qanuni həllinin əldə edilməsi üçün hərtərəfli araşdırmanı təmin etmiş, tərəflərin çəkişmə prinsipinə uyğun şəkildə izahatlarını almış, təqdim edilən səs yazılarını dərindən öyrənməyə çalışmışdır.

33. Araşdırılan işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında əvvəllər də oxşar münasibətlər mövcud olmuş, belə ki, cavabdeh müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə iddiaçıdan pul almış, daha sonra həmin məbləğləri iddiaçıya qaytarmışdır. Kollegiya bu qənaətə ona görə gəlir ki, cavabdeh tərəfin kifayət qədər böyük məbləğlərdə borc alıb qaytarması ilə bağlı fikirləri-iddiaçının nümayəndəsi və vəkili tərəfindən birmənalı şəkildə təkzib edilməmiş, əksinə sonuncu bildirmişdir ki, qeyd olunan münasibətlər üzrə borc əsası yaranmamış, tərəflər arasında pulun “alış-verişi” baş tutmuşdur. Yəni mübahisə yalnız idia ərizəsində qeyd olunan qəbzlər əsasında yaranmış borc münasibəti ilə bağlıdır.

34. Hazırkı tələbində isə iddiaçı məhkəməyə müraciət edərək ilk olaraq 20000 ABŞ dolları, daha sonra isə 22000 manat olmaqla, ödəniləcək tarixə Azərbaycan manatına məzənnəyə uyğun olaraq ümumilikdə 20000 ABŞ dolları=34000 manat +22000 manat olmaqla, cəmi 56000 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.

35. Iddiaçı tələbinin əsası kimi cavabdehin öz xətti ilə yazılmış və imzası ilə təsdiq edilmiş ##.##.2022-ci il tarixli və ##.##.2023-cü il tarixli əlyazmaları sübut qismində təqdim etmişdir. Cavabdeh həmin qəbzlərin onun tərəfindən tərtib olunmasını təsdiq etmişdir. ##.##.2022-ci il tarixli iltizamda cavabeh iddiaçıdan 20000 ABŞ doları məbləğində pul götürməsi faktını təsdiq edir. ##.##.2023-cü il tarixli iltizamda isə 22000 manat məbləğində pulu 1-## ###### 2023-cü il tarixədək iddiaçıya ödəməsə, ona məxsus olan avtomobillərin iddiaçının adına keçirilməsinə dair söz verib.

35. Işə baxan məhkəmə araşdırma nəticəsində iddia tələbini yuxarıda qeyd olunan əsaslarla təmin etməmiş, narazı qalan iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

36. Iddiaçı hazırda apellyasiya şikayətində qətnaməni tam həcmdə deyil, yalnız iddianın 11.686 (on bir min altı yüz səksən altı) manat məbləğində təmin edilməyən hissədə mübahisələndirir. Onun əsas dəlili isə ondan ibarətdir ki, işə baxan birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş qeyri-mötəbər sübutlara istinad edərək, yanlış hesablama aparmış və iddianı əsassız olaraq təmin etməmişdir.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və mövqeyini aşağıdakı şəkildə əsaslandırır.

38. Əvvəla ilk iddia tələbində iki ayrı qəbzə istinad edərək cavabdehdən ümumilikdə 56000 manat məbləğində pul tələb edən iddiaçı apellyasiya şikayətində yalnız 11.686 (on bir min altı yüz səksən altı) manat məbləğin ödənilməsini tələb etmişdir ki, kollegiya bu hala münasibətdə qeyd edir ki, iddia tələbi ilə apellyasiya şikayəti arasındakı məbləğ fərqini iddiaçı özü şikayətində əsaslandıra bilməmişdir. Yəni iddiaçı konkret olaraq hansı əsaslarla məhz qeyd olunan məbləğdə pulun ona ödənilməli olmasını əsaslandıra bilməmişdir.

39. Belə ki, iddiaçı tərəflər arasında tərtib edilmiş ##.##.2023-cü il tarixli əlyazma iltizama istinad edərək göstərir ki, cavabdeh 22000 manat məbləğində borc almış, bu tarixdən sonra isə, o, iddiaçıya cəmi 10.314 manat ödəmişdir. Cavadehin iddiaçıya 11.686 manat borcu qalmışdır və həmin pul ondan tutulmalıdır (apellyasiya şikayətinin dəlilləri).

40. Göründüyü kimi iddiaçı tərəf həm birinci instansiya məhkəməsində icraat zamanı, həm apellyasiya icraatı zamanı qalıq borc məbləğinə münasibətdə ziddiyətli mövqe sərgiləməklə, konkret olaraq nə qədər borc pulun qalmasına dair əsaslı şübhələrdən kənar dəlilləri məhkəməyə təqdim edə bilməmişdir.

41. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən ödəniş qəbzlərinə nəzər saldıqda isə qeyd olunan vaxt intervalında kifayət qədər artıq məbləğdə ödənişlərin icra edildiyi (ayrı-ayrı vaxtlarda 58 dəfə ödəniş etmişdir) müəyyən edilir. Ödənişlərin cavabdeh tərəfindən həyata keçirilməsi şübhəsiz olsa da, təyinatı üzrə iddiaçı tərəfə ödənilməməsi barədə yenə də iddiaçı tərəf biri-digərini təkzib edən ifadələr vermişdir.

42. Iddia tələbinin rədd edilməsi barədə işə baxan məhkəmənin mövqeyini işin faktiki hallarına uyğun hesab edən kollegiya qeyd edir ki, hazırkı mübahisənin əsl mahiyyətini açmağa imkan verən hər hansı əsaslı dəlil mövcud deyildir. Iş üzrə tərəflərin məhkəmə iclasında verdikləri izahatlar, uyğun olaraq “CD” diskdəki səs yazılarında ziddiyyətli məqamlar mövcuddur ki, həmin hallar qeyd olunan iddia tələbinin təmin edilməsini istisna edir.

43. Sadalananları ümumiləşdirərək kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı iddia tələbinin əsasını qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirməmişdir.

44. Yuxarıda göstərilən normaların tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

45. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

46. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir

47. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı yekunlaşdıran kollegiya bildirir ki, iddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin işi obyektiv araşdırmamasına istinad etsə də, bu dəlilləri təsdiq edən sübutları əsaslandırmamış, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində sadalanan dəlillər mülahizə xarakterli olmaqla, formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar