Məhkəmə qərarları › İş №2(3-8)-280/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-280/2026

09.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-280/2026 09.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili vəkil2, cavabdeh Cavabdeh, onun nümayəndəsi və vəkili vəkil1 İsax oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: 1.İşin halları 2.##.##.2022-ci il tarixli iltizama əsasən Cavabdeh İddiaçı 20.000 ABŞ dolları borc pul götürmüşdür. 3.##.##.2022-ci il tarixli iltizama əsasən Cavabdeh İddiaçı 10.000 ABŞ dolları borc pul götürmüşdür. 4.##.##.2023-cü il tarixli qəbzə əsasən 536 manat, ##.##.2023-cü il tarixli qəbzə əsasən 350 manat, ##.##.2023-cü il tarixli qəbzə əsasən 200 manat, ##.##.2023-cü il tarixli qəbzə əsasən 752 manat, ##.##.2023-cü il tarixli qəbzə əsasən 185 manat, ##.##.2023-cü il tarixli qəbzə əsasən 415 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 1050 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 921 manat, ##.##.2023-cü il tarixli qəbzə əsasən 500 manat, ##.##.2023cü il tarixli qəbzə əsasən 1000 manat, ##.##.2023-cü il tarixli qəbzə əsasən 820 və 536 manat olmaqla, Cavabdeh tərəfindən ümumilikdə 6729 manat məbləğində İddiaçı hesabına ödəniş həyata keçirilmişdir. 5.##.##.2023-cü il tarixli qəbzə əsasən 500 manat, ##.##.2023-cü il tarixli qəbzə əsasən 1500 manat, ##.##.2023-cü il tarixli qəbzə əsasən 990 manat, ##.##.2023-cü il tarixli qəbzə əsasən 1000 manat, ##.##.2023-cü il tarixli qəbzə əsasən 700 manat, ##.##.2023-cü il tarixli qəbzə əsasən 500 manat, ##.##.2023-cü il tarixli qəbzə əsasən 1200 manat, ##.##.2023-cü il tarixli qəbzə əsasən 50 manat, ##.##.2023-cü il tarixli qəbzə əsasən 150 manat, ##.##.2023cü il tarixli qəbzə əsasən 1000 manat, ##.##.2023-cü il tarixli qəbzə əsasən 1100 manat, ##.##.2023-cü il tarixli qəbzə əsasən 1000 manat, ##.##.2023-cü il tarixli qəbzə əsasən 2000 manat, ##.##.2023-cü il tarixli qəbzə əsasən 100 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, ##.##.2022-ci il tarilxi qəbzə əsasən 1200 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, ##.##.2022-ci il tarixli 1200 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, ##.##.2022-ci il tarixli 1200 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 950 manat olmaqla, Cavabdeh tərəfindən ümumilikdə 22340 manat məbləğində Gülşad Dadaşovanın kartına ödəniş həyata keçirilmişdir. 6.##.##.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 950 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, ##.##.2022ci il tarixli qəbzə əsasən 1200 manat, 26.07.2022ci il tarixli qəbzə əsasən 1200 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 1200 manat olmaqla Cavabdeh tərəfindən ümumilikdə 15350 manat məbləğində Tuncay Hacıyevin kartına ödəniş həyata keçirilmişdir 7.##.##.2023-cü il tarixli qəbzə əsasən 600 manat, ##.##.2023-cü il tarixli qəbzə əsasən 465 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 400 manat, ##.##.2022-ci il tarixli qəbzə əsasən 600 manat olmaqla Cavabdeh tərəfindən ümumilikdə 2065 manat məbləğində Gülşad Dadaşovanın hesabına ödəniş həyata keçirilmişdir. 8.Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş kartdan karta olan köçürmə qəbzləri və ##.##.2020-ci il tarixdən ##.##.2023-cü il tarixədək olan dövrləri əhatə edən “xxxx” ASC tərəfindən verilmiş hesabdan çıxarışa əsasən ##.##.2022-ci il tarixdə 1200 manat, ##.##.2022ci il tarixdə 1200 manat, ##.##.2022-ci il tarixdə 1200 manat, ##.##.2022-ci il tarixdə 150 manat, ##.##.2023-cü il tarixdə 300 manat, ##.##.2023-cü il tarixdə 150 manat, ##.##.2023-cü il tarixdə 1400 manat, ##.##.2023-cü il tarixdə 50 manat, ##.##.2023-cü il tarixdə 404 manat, ##.##.2023cü il tarixdə 300 manat, ##.##.2023-cü il tarixdə 100 manat, ##.##.2023-cü il tarixdə 200 manat, ##.##.2023-cü il tarixdə 595 manat, ##.##.2023-cü il tarixdə 100 manat, ##.##.2025-ci il tarixdə 100 manat, ##.##.2023-cü il tarixdə 1005 manat, ##.##.2023-cü il tarixdə 500 manat, ##.##.2023-cü il tarixdə 200 manat, ##.##.2023-cü il tarixdə 300 manat, ##.##.2023-cü il tarixdə 1515 manat, ##.##.2023-cü il tarixdə 505 manat, ##.##.2023-cü il tarixdə 1500 manat, ##.##.2023-cü il tarixdə 202 manat, ##.##.2023-cü il tarixdə 52 manat, ##.##.2023-cü il tarixdə 151,50 manat, ##.##.2023-cü il tarixdə 101 manat, ##.##.2023-cü il tarixdə 2020 manat olmaqla, cəmi 15500.50 manat manat məbləğində pul Gülşad Dadaşova məxsus (4****************) nömrəli karta köçürülmüşdür. 9.##.##.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərara əsasən, Nicat Əlyarlının əməlində cinayət tərkibi olmadığından HK-*/**** saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. 10.Qərardan edilmiş şikayət üzrə ##.##.2025-ci il tarixdə toplanmış material nəzarət qaydasında Nəsimi rayon Məhkəməsi tərəfindən ləğv edilmiş və material əlavə araşdırma aparılması üçün Nəsimi rayon prokurorluğu vasitəsilə Nəsimi RPİ-nin İŞ-yə göndərilmişdir. 11.##.##.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərara əsasən, Nicat Əlyarlının əməlində cinayət tərkibi olmadığından HK-*/**** saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. 12.Birinci instansiya məhkəməsində icraat 13.İddiaçı İddiaçı ##.##.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 20.000 ABŞ dolları (ödəniləcək tarixə Azərbaycan manatına məzənnəyə uyğun) məbləğində pulun və tərəfindən ödənilmiş 192 (bir yüz doxsan iki) manat dövlət rüsumunun məcburi qaydada tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 14.Daha sonra ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 10.000 ABŞ dolları (ödəniləcək tarixə Azərbaycan manatına məzənnəyə uyğun) məbləğində pulun və tərəfindən ödənilmiş 141 (bir yüz qırx bir) manat dövlət rüsumunun məcburi qaydada tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 15.Quba Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair *(***)-***/**** nömrəli mülki işlə məhkəmənin icraatında olan iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair *(***)-****/**** nömrəli mülki iş bir icraatda birləşdirilmişdir. 16.İddia tələbini onunla əsaslandırılmışdır ki, o, cavabdeh Cavabdeh 2016-cı ildən tanıyır. Elə həmin dövrdə, o, sığorta şirkətində işləyirdi və müxtəlif əmlakların sığortalanması ilə əlaqədar ona köməklik göstərmişdi. Onların işgüzar münasibətləri yaranmışdı və Nicat 2022-ci ilə qədər ondan dəfələrlə borc pul almışdı, aldığı pulları vaxtında qaytarmışdı. 2022-ci ilin mart ayında Nicat ona müraciət edərək, ona təcili 20.000 ABŞ dolları pul lazım olduğunu, uzağı bir aya pulu qaytaracağını bildirdi. Yuxarıda da qeyd etdiyi kimi, Nicat bundan əvvəl də ondan dəfələrlə borc pul almışdı və vaxtında qaytarmışdı. Bu səbəbdən ona inanıb, 20.000 ABŞ dolları borc pulu ona vermişdir. Bundan sonra Nicat pulu qaytarmağı müxtəlif bəhanələrlə gecikdirdi. Hər dəfəsində o, bizneslə məşğul olduğunu, tezliklə pulunu qaytaracağını bildirirdi. Pulu alarkən Nicat ona yazılı qəbz verdi ki, ondan 20.000 ABŞ dolları borc aldı və bunu öz imzası ilə təsdiq edir. Lakin dəfələrlə ondan borcunu ödəməsini tələb etsə də, hal-hazıra qədər Nicat borcunu qaytarmır. 17.Həmçinin, iddiaçı digər iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin aprel ayında Nicat ona müraciət edərək, ona təcili 10.000 ABŞ dolları pul lazım olduğunu, uzağı bir aya pulu qaytaracağını bildirdi. Nicat bundan əvvəl də ondan dəfələrlə borc pul almışdı və vaxtında qaytarmışdı. Bu səbəbdən ona inanıb, 10.000 ABŞ dolları borc pul vermişdir. Bundan sonra Nicat pulu qaytarmağı müxtəlif bəhanələrlə gecikdirdi. Hər dəfəsində o, bizneslə məşğul olduğunu, tezliklə pulumu qaytaracağını bildirirdi. Pulu alarkən Nicat ona yazılı qəbz verdi ki, ondan 10.000 ABŞ dolları borc aldı və bunu öz imzası ilə təsdiq etdi. Lakin dəfələrlə ondan borcunu ödəməsini tələb etsə də, hal-hazıra qədər Nicat borcunu qaytarmır. 18.Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. (hakim Günel Kamilli) 19.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 106.3, 107, 119.1, 217.3, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 739.1, 740.1, 740.2, 442, 443.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə ## #### 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə, N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2006-cı il tarixli Qərarındakı hüquqi mövqeyinə istinad etməklə əsaslandırmışdır. 20.Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları 21.Apellyasiya şikayətinin dəlilləri 22.İddiaçı İddiaçı apellyasiya şikayəti verib Quba rayon məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qismən ləğv olunmasını, iddianın 44.246 manat (qırx dörd min iki yüz qırx altı) manat məbləğində təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. 23.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim iddianı rədd edərkən, əsaslandığı halları aşağıda araşdıraraq, iddianın tam rədd olunmasının əsassız olduğunu izah edir: 24.Qətnamənin 29-cu bəndi: “İşə əlavə edilmiş digər ödəniş sənədlərindən isə müəyyən olunur ki, Cavabdeh tərəfindən elektron ödəmə sistemi (terminal) vasitəsilə Tuncay Hacıyevə məxsus karta 15350 manat və Gülşad Dadaşovaya məxsus karta 24405 manat, eyni zamanda Gülşad Dadaşovaya məxsus karta hesabdan hesaba köçürmə yolu vasitəsilə ümumilikdə 15500.50 manat məbləğində ödənişlər həyata keçirilmişdir. 25.Məhkəmə bildirir ki, ödənişlərin sözügedən şəxslərin hesabına həyata keçirilməsi elektron ödəmə sistemi (terminal) vasitəsilə aparılan ödəmələrdə onların ad və soyadlarının görünməsi ilə müəyyən olunur. Kartdan karta olan ödəmələrdə isə (4****************) nömrəli hesabın Gülşad Dadaşovaya məxsus olması faktı tərəflər arasında whatsap platforması üzərindən aparılan yazışmalardan öz təsdiqini tapır. Belə ki, iddiaçı həmin yazışmalarda sözügedən şəxsə məxsus üzərində nömrəsi əks olunmuş kartı pul köçürülməsi məqsədilə cavabdehə göndərmişdir. 26.İddiaçı İddiaçı məhkəmə iclasında cavabehin yuxarıda adları çəkilən şəxslərə borcunun olması səbəbindən ödəniş etdiyini qeyd etsə də, cavabdeh Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdə olan səs yazılarında İddiaçı cavabdeh tərəfindən ödəniş məbləğlərinin “Gülşad” və “Tuncay” adlı şəxlərə məxsus kartlara edilməli olmasını bildirir. Qeyd edilən halları tərəflər arasında whatsap platforması ərindən aparılmış yazışmalar da təsdiq edir. Bundan əlavə iddiaçı məhkəmə iclasında verdiyi izahatlarda həmin şəxslərdən Cavabdeh tərəfindən borcun alınması ilə bağlı hər hansı bir qəbz və s. sənədin mövcud olmadığını da qeyd etmişdir. 27.Məhkəmədə araşdırma zamanı müəyyən olundu ki, Cavabdeh Gülşad Dadaşovadan da pul almışdır və onun müxtəlif şəxslərdən borc pul almasında İddiaçı vasitəçi olmuşdur, Bu səbəbdən həmin şəxslər Nicat ilə bərabər öz pullarını vasitəçi olan İddiaçı da tələb edərkən, o, Nicatdan bu şəxslərə pul köçürməsini tələb etmişdir. 28.İş materiallarında digər şəxslərə köçürülmüş pulların İddiaçı aid olmasını təsdiq edən heç bir sübut yoxdur. Hakim qətnamənin yuxarıdakı bəndlərində göstərdiklərini araşdırmaq üçün həmin digər şəxsləri məhkəməyə dəvət edərək, şahid qismində dindirilməsini də təklif etməyib. Bir daha qeyd edir ki, hakimin başqa şəxslərə ödənilmiş pulların İddiaçı aid olmasını təsdiq edərkən hansı sübutlara və ya hansı elmi metoda əsaslandığı aydın deyil. Əgər hakim fərziyyə edirsə ki, bu pullar İddiaçı aid pullardır, fərziyyələrə əsaslanmaqla, dövlətin adından qətnamə çıxarıla bilməz. 29.Hakim ödənilmiş məbləğləri hesablayarkən səhvə yol vermişdir. Belə ki, Cavabdeh borcu barədə qəbz verdikdən sonra İddiaçı 754 manat pul köçürmüşdür. Deməli, cavabdeh iddiaçıya 44.246 manat borclu qalmışdır (30.000 ABŞ dollarıX1,70 manat=51.000 manat-6.754 anat=44.246 manat). 30.Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara ülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni yfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 443.1. öhdəliyini icra etməyən borclu kreditora ymiş zərərin əvəzini ödəməyə borcludur. Hər iki maddədə alınmış pulun geri qaytarılmalı olması nəzərdə tutulur. 31.Qətnamədən belə məlum olur ki, hakim Cavabdeh sözlərini əsas tutaraq, iddianı rədd edir. Bu necə olur ki, hakim Cavabdeh sözlərinə Quran ayəsi kimi inanır, ancaq onun özünün imzaladığı borc qəbzində göstərilən məbləği tam ödəməməsini nəzərə almır. Bu hal onun Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş bərabərlik hüququnun (Ham nun və məhkəmə qarşısında bərabərdir) pozulması deyilmi? Göründüyü kimi, hakim bu hallara qiymət verməkdə çətinlik çəkmişdir və nəticə etibarı ilə ədalətsiz və qanunsuz qərar qəbul etmişdir. 32.Əgər hakimin mövqeyindən çıxış etsək, belə çıxır ki, Cavabdeh özünün imzaladığı borc qəbzində göstərilən məbləği tam ödəməməsinə baxmayaraq, hakim Nicatın sözlərini əsas götürüb, pulun tam ödənildiyini deyir. Qəribə məntiqdir, elə deyilmi? O, inanır ki, apellyasiya instansiyası məhkəməsi hakimin bu əsassız mövqeyinə lazımi qiymətini verəcək və iş üzrə ədaləti bərpa edəcəkdir. 33.Yuxarıda göstərilənləri təsdiq edən bütün sənədlər məhkəmə işindədir. Hesab edir ki, Quba Rayon Məhkəməsi tərəfindən işə baxılarkən tək yuxarıda göstərdiyi qanunvericilik aktları yox, həmçinin onun Azərbaycan publikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ da pozulmuşdur. Belə ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 34.Bir daha qeyd edir ki, Cavabdeh özünün imzaladığı borc qəbzində göstərilən məbləği tam ödəməməsinə baxmayaraq, məhkəmə cavabdehin xeyrinə qətnamə çıxarmışdır. 35.Bildirir ki, Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi qismən ləğv olunmalı, iddia 44.246 manat (qırx dörd min iki qırx altı) manat məbləğində təmin olunmalıdır. 36.Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 37.Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsini, Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 38.Etirazı belə əsaslandırmışdır ki, iddiaçı İddiaçı Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinə etiraz edir, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi qüvvəsində saxlanılmalıdır. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, guya cavabdeh tərəfindən ##.##.2022-ci il tarixdə 20000 ABŞ dolları, ##.##.2022-ci il tarixdə isə 10000 ABŞ dolları məbləğində pul vəsaitini borc olaraq götürdükdən sonra qaytarmayıb, buna görə 44246 manat pul vəsaitinin qaytarılmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətində göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, iddiaçıya olan borcun qaytarılmasından ötrü pulun onun bank hesabı və ya bank kartına köçürəcəyini bildirəndə o bildirmişdir ki, müəllimə işləyir kartı əmək haqqı kartı olduğundan ora pul vəsaiti köçürülə bilməz çünki sonra DSMF ilə problem yaşanar, buna görə pulu *(*-*)-***/**** saylı iş üzrə iddiaçı X2 oğlu X3 və böyük bacısı X6 bank kartlarına köçürməyini istəmiş, öz vatsap nömrəsindən həmin şəxslərin bank kartalarının surətini ona atmışdır. O da onun istəyinə və tapşırığına uyğun borc pulun böyük hissəsini bacısı Gülşad Dadaşovanın və Tuncay Hacıyevin kart hesablarına köçürmüşdür. Eyni zamanda iddiaçı özünün, bacısı X6 və qardaşı arvadı X8 banklara olan kredit borclarının bağlanması üçün bank krediti kodlarınida ona vatsap nömrəsindən ataraq vaxtaşırı həmin banklara pül köçürülməsini istəmişdir. Beləliklə iddiaçının istəyi, göstərişi və tapşırığına əsasən ondan borca pulu alandan sonra ki dövr onun tərəfindən X3 elektron ödəmə sistemi (terminal) vasitəsi ilə 15350 manat və kart hesabından kart hesabına (kartan karta) 1400 manat olmaqla cəmi 16750 manat; X6 elektron ödəmə sistemi (terminal) vasitəsi ilə 24405 manat və kart hesabından kart hesabına (kartan karta) 15500,50 manat olmaqla cəmi 39905,50 manat; İddiaçının, X6 və X8 banklara olan kredit borclarının bağlanması üçün bank krediti kodlarına ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixə kimi cəmi 11577 manat pul vəsaiti köçürülmüşdür ki, bununla da aldığı 51000 manat qarşılığında iddiaçıya 68232,50 manat (51000 manat əsas vəsait və 17232,50 manat faiz) pul vəsaiti qaytarmışdır. Belə olan halda 44246 manat pul vəsaitinin hansı haqla tələb edilməsi anlaşılan deyil. 39.İddiaçı bu iddia ilə əlaqədar nədənsə nə X3 nə də X6 birinci instansiya məhkəməsində 11 ay ərzində keçirilmiş səkkiz hazırlıq iclaslarına şahid qismində çağırılmasına təşəbbüs göstərməmişdir. Apellyasiya instansiyasında isə təkcə bacısı X6 şahid qismində dindirilməsini məhkəmədən xahiş etmişdir, buna baxmayaraq yenə X3 məxsus karta köçürülən 15350 manat məbləğdə pul vəsaitinin ona ödənilməsini tələb edir lakin Tuncay Hacıyevin məhkəmə iclaslarına gəlməsini istəmir. Tuncay Hacıyevi tanımır, onunla heç bir zaman görüşməmişdir, ondan borca pul vəsaiti almamışdır nə də borca dair ona qəbz verməmişdir, onunla nə telefon nə də vatsap danışıqları sms yazışmaları olmayıb, eyni ilə X6 və X8 borca pul almamışdır, onlarla nə telefon nə də vatsap danışıqları sms yazışmaları olmayıb, belə olan halda hansı məntiqlə o tanımadığı şəxslərin (iddiaçı tərəfindən ona göndərilmiş) kart hesablarına və bank kredit kodlarına 68232,50 manat pul vəsaitini vaxtaşırı olaraq davamlı köçürməli idi? Tuncay Hacıyevin, Gülşad Dadaşovanın və Təranə Əmirbəyovanın ona borca pul vermələrinə dair bir sübut olsaydı iddiaçı məhkəməyə təqdim edərdi. X3 və atası X2 iddiaçı tərəfindən məqsədyönlü şəkildə məhkəmə iclaslarından uzaq saxlanılmaqdadırlar. İddiaçıya olan 20000 ABŞ dolları və 10000 ABŞ dolları borc onun tərəfindən artıqlaması ilə ödənilərək bağlanmışdır, buna dair bütün sübutlar; ödəmə və köçürmə qəbzləri, ödəmə və köçürmələr barədə iddiaçıya vaxtaşırı sms və səs yazışmaları ilə hesabat verilməsi və onun tərəfindən yönləndirilməsinə dair iş materiallarında bütün sübutlar vardır. 40.Apellyasiya icraatı iştirakçılarının izahatları 41.Məhkəmə iclasında iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdilər. 42.Məhkəmə iclasında cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili vəkil1 İsax oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. 43.Tətbiq edilən hüquq 44.Azərbaycan Respublikası Mülki Məcəlləsi 45.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 46.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 47.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 48.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 49.Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 50.Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 51.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 52.Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 53.Maddə 739.1, 739.2. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin ## ####### 2023-cü il tarixədək olan redaksiyası) 54.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 55.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 56.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 57.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 58.Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 59.Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 60.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 61.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 62.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 63.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 64.Apellyasiya baxışının hədləri 65.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 66.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 67.Apellyasiya şikayətindən görünür ki, iddiaçı İddiaçı Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qismən mübahisələndirdiyindən kollegiya Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir. 68.Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 69.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 70.Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 71.Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı əvvəla qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). 72.Belə ki, apellyasiya şikayətinin dəlillərini nəzərə alan kollegiya məhkəmə iclasında X6 şahid qismində dindirmiş, şahid verdiyi izahatında Cavabdeh 85000 manat məbləğində pul vəsaitinin borc verməsini göstərsə də, cavabdeh həmin halı inkar etmiş, şahidlə hər hansı borc münasibətlərin mövcud olmamasını bildirmişdir. 73.Belə olan halda kollegiya hesab edir ki, iddiaçı tərəfindən X3 və X6 adına köçürülən pul vəsaitinin təyinatı (digər borc müqaviləsi üzrə) barədə mötəbər sübut təqdim edilmədiyindən, məhkəmə araşdırması zamanı cavabdehin qeyd olunan şəxslərlə (X3 və X6 ilə) borc münasibətlərin mövcudluğu öz təsdiqini tapmadığından, həmin pul vəsaitinin İddiaçı qaytarılan borc məbləğləri kimi qiymətləndirilməsi birinci instansiya tərəfindən düzgün olmuşdur. 74.Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. 75.Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 76.Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətlərinin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. 77.Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından sadalanan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ilk iddiaçının əmlakına dair iddiasının tam təmin edilməsi üçün əsaslı şübhələrdən kənar sübutlar kifayət deyildir. 78.Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədə göstərilən qaydada iddianı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. 79.Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. 80.Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli Qərarı). 81.Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 82.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. 83.Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir. 84.Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 85.Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 86.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar