Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(3-8)-286/2026 03.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2135/2025 nömrəli, 15 dekabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Xaçmaz Rayon Məhkəməsinin 15 dekabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim S.Bayramov) iddianın qismən təmin edilməsi, Cavabdeh maddi ziyanın əzəzi olaraq 5000 manat, hüquqi yardıma görə ödənilmiş 300 manat və dövlət rüsumu olaraq ödənilmiş 70 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 97 manatı iddiaçının özünə aid edilməsi, iddianın qalan hisədə təmin edilməməsi qət edilmişdir. İddiaçı və Cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişlər. Xaçmaz Rayon Məhkəməsinin 23 fevral 2026-cı il tarixli məktubuna əsasən, Xaçmaz Rayon Məhkəməsinin 15 dekabr 2025-ci il tarixli, 2(067)-2135/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətləri İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işlə birlikdə apellyasiya qaydasında baxılması üçün xx.xx.2026-ci il tarixdə göndərildiyi, xx.xx.2026-ci il tarixdə Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən şikayəti məhkəməyə daxil olduğu, həmin şikayətin mümkünlüyü məsələsinə baxılması məqsədi ilə 2(067)-2135/2025 nömrəli mülki işin Xaçmaz Rayon Məhkəməsinə göndərilməsinə göstəriş verilməsini xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən daxil olmuş apellyasiya şikayətinə baxılması üçün mülki iş Xaçmaz Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6. maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki işin icraata qəbul edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2026-cı il tarixli qərardadı ləğv edilməli, mülki iş apellyasiya icraatından çıxarılaraq, Xaçmaz Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 269, 365, 384.0.6-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Apellyasiya şikayətinin icraata götürülməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2026-cı il tarixli qərardadı ləğv edilsin. İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri apellyasiya baxışından çıxarılaraq, Cavabdeh tərəfindən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən verilmiş şikayətə baxılması üçün mülki iş Xaçmaz Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-8)-286/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-286/2026
03.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver