Məhkəmə qərarları › İş №2(3-8)-290/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-290/2026

31.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-290/2026 31.03.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment məbləğinin dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment məbləğinin dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2021-ci il tarixli qətnaməsinin dəyişdirilərək, ##.##.2010-cu il təvəllüdlü X1 və ##.##.2008-ci il təvəllüdlü X2 üçün cavabdehdən hər ay hər biri üçün 300 manat, cəmi 600 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə ##.##.2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahlarından ##.##.2010-cu il təvəllüdlü X1 və ##.##.2008-ci il təvəllüdlü X2 adlı övladları var. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2021ci il tarixli qətnaməsi ilə nikahlarına xitam verilmiş, birgə nikahlarından olan uşaqlarının iddiaçının yanında və himayəsində qalması, onların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay Cavabdeh qazancınının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Hal-hazırda iddiaçı səhhətilə bağlı işləyə bilmir, uşaqlara baxır. Cavabdehin ödədiyi aliment çox azdır. Övladlarından ##.##.2008-ci il təvəllüdlü X2 hal-hazırda Tibb Universitetinin Müalicə işi fakültəsinin tələbəsidir. O, 666 balla universitetətə daxil olub. Digər övladı ##.##.2010-cu il təvəllüdlü X1 isə hal-hazırda hazırlıq kurslarına gedir. Hazırki aliment onları qane etmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) iddiaçı İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2021-ci il tarixli qətnaməsinin dəyişdirilərək, ##.##.2010-cu il təvəllüdlü X1 və ##.##.2008-ci il təvəllüdlü X2 üçün cavabdehdən hər ay hər biri üçün 300 manat, cəmi 600 manat sabit pul məbləğində alimentin tutulması barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini cavabdeh Cavabdeh aylıq qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olmadığı üçün cavabdehdən uşaqların saxlanılması üçün sabit pul məbləğində alimentin tutulmaması ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. İddiaçı İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və ədalətsizdir, ləğv edilməli iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Hal-hazırda səhhəti ilə bağlı işləyə bilmir, uşaqlara baxır. Cavabdehin ödədiyi aliment çox azdır. Onun əmək haqqından ödədiyi aliment 2 uşağa 350 manatdır. Bu isə 2026-cı ilin minimumunu ödəmir. Övladlarından ##.##.2008-ci il təvəllüdlü X2 hal-hazırda Tibb Universitetinin Müalicə işi fakültəsinin tələbəsidir. O, 666 balla universitetətə daxil olub. Digər övladı ##.##.2010-cu il təvəllüdlü X1 isə hal-hazırda hazırlıq kurslarına gedir. Hazırki aliment onları qane etmir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

7. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 34. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

11. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər

12. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Maddə 17. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.

13. Mülki Prosessual Məcəllə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri

14. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.

16. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini cavabdeh Cavabdeh aylıq qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olmadığı üçün cavabdehdən uşaqların saxlanılması üçün sabit pul məbləğində alimentin tutulmaması ilə əsaslandırmışdır.

17. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir.

18. Cavabdeh ilə İddiaçı arasındakı ##.##.2008-ci il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş ##.##.2010-cu il təvəllüdlü X1 və ##.##.2008-ci il təvəllüdlü X2 iddiaçının yanında və himayəsində qalması, onların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay Cavabdeh qazancınının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması işin mübahisəsiz halıdır.

19. Hazırkı iş üzrə iddia tələbi aliment məbləğinin dəyişdirilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112-ci maddəsi təşkil edir.

20. Konstitusiyanın 34-cü maddəsinin IV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

21. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz (Ailə Məcəlləsinin 56.1., 58.1. 58.2. və 60.1. maddələri).

22. Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

23. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar.

24. Həmin Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.

25. Qeyd etmək lazımdır ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Bu zaman ilk növbədə həmin valideynin aylıq qazancının olub-olmaması aydınlaşdırılmalı, əgər hər hansı bir aylıq qazancı yoxdursa və ya şəxsin qazancı uşaqların saxlanılması üçün yetərli hesab olunmazsa, onda ondan sabit məbləğdə aliment alınmalıdır. Alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayışı minimum həddə təmin edilsin. Uşağın saxlanılması üçün yaşayış minimumdan az olmayaraq, daha yüksək həddə də alimentin tutulması istisna edilmir. Uşağın tələbatı yaşı artıqda onun saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı da artırıla bilər. Hazırkı iş üzrə tərəflərin birgə nikahından olan ##.##.2010-cu il təvəllüdlü X1 və ##.##.2008-ci il təvəllüdlü X2 üçün ## #### 2021-ci il tarixdə müəyyən edilmiş alimentin miqdarı cavabdeh Cavabdeh qazancınının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında müəyyən edilmişdir ki, hazırda həmin vaxtdan beş ilə yaxın müddətin keçməsi və uşaqların tələbatının artması nəzərə alınarsa, alimentin artırılmasını qaçılmaz edir.

26. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, ##.##.2010-cu il təvəllüdlü X1 və ##.##.2008-ci il təvəllüdlü X2 üçün Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin məbləği dəyişdirilərək, cavabdeh Cavabdeh qazancınının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması saxlanılmaqla, hər ay hər uşaq üçün 75 (yetmiş beş) manat olmaqla, 150 (yüz əlli) manat sabit pul məbləğində aliment müəyyən edilməlidir.

27. Bu baxımdan məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli ailə hüquq münasibətinə tətbiq edib, tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almaqla hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

28. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

29. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri).

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2016-cı il tarixli *- * saylı qərarının 8.14. bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

31. Məhkəmə kollegiyası hesab edir ki, alimentin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2016-cı il tarixli *-* saylı qərarının 8.14. bəndinə uyğun olaraq məhkəmə aktının qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2., 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh ##.##.2010-cu il təvəllüdlü X1 və ##.##.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2021ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş cavabdeh Cavabdeh qazancınının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması saxlanılmaqla, hər ay hər uşaq üçün 75 (yetmiş beş) manat olmaqla, 150 (yüz əlli) manat sabit pul məbləğində aliment müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar