Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-304/2026 28.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçı bankın xeyrinə 9156,30 ABŞ dolları əsas, 2816,86 ABŞ dolları faiz, 5039,02 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1303,02 ABŞ dolları faiz borcu olmaqla, cəmi 18315,20 ABŞ dolları borcun və 183,41 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bank ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ********* saylı ##.##.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 12.600 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə ## #### 2015-ci il tarixdə Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 11665,13 ABŞ dolları təşkil edir. Kreditin müddəti ##.##.2020-ci il tarixədək təyin olunur. Daha sonra, həmin Kredit müqaviləsinə ## #### 2017-ci il tarixdə ** nömrəli Əlavə Saziş bağlanmış, habelə Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit”) 12900,15 ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilir. Əlavə Sazişə əsasən cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **-*/*-M-**- ****/**** saylı, ##.##.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh cavabdeh2 ##.##.2025-ci il tarixə kredit üzrə borcu 9156,30 ABŞ dolları əsas, 2816,86 ABŞ dolları faiz, 5039,02 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1303,02 ABŞ dolları faiz borcu olmaqla, cəmi 18315,20 ABŞ dolları təşkil edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili Vəkil zaminin öhdəliyinə xitam verilməsi barədə ## ###### 2025-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edərək, vəsatətini onunla əsaslandırmışdır ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu istehlak krediti müqaviləsindən əmələ gələn öhdəlik üzrə iddia ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət edərək, 9156,30 ABŞ dolları əsas, 2816,86 ABŞ dolları faiz, 5039,02 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1303,02 ABŞ dolları faiz borcu olmaqla, cəmi 18315,20 ABŞ dolları borcun və 183,41 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq, iddiaçı bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia ərizəsində də göstərildiyi kimi, iddiaçı LPO “xxxx" ASC ilə cavabdeh cavabdeh2 arasında ##.##.2025-ci ıl tarixdə illik 20 faiz dərəcəsi ilə 48 ay müddətinə 12600 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlanmışdır. Cavabdeh üzərinə düşən öhdəliklərini bir müddət icra etsə də, 2015-ci ildə dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı ölkədə baş vermiş 2 dəfə ardıcıl devalvasiya nəticəsində şəxsin maddi durumunda əhəmiyyətli dərəcədə sarsılma baş vermiş və ABŞ dolları ilə götürdüyü istehlak krediti üzrə ödəmə qabiliyyəti zəifləmiş, bunun da nəticəsində, iddiaçıdan ABŞ dolları ilə borc aldığı pul vəsaitini qaytara bilməmiş və bank qarşısında vaxtı keçmiş kredit üzrə öhdəliklərinin artmasına, faiz və cərimə borcunun hesablanmasına səbəb olmuşdur. Daha sonra tərəflər arasında əldə olunmuş qarşılıqlı razılığa əsasən, həmin kredit müqaviləsinə ## #### 2017-ci il tarixdə ** nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit”) 12900,15 ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilir. Əlavə Sazişə əsasən cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Tərəflər arasında qarşılıqlı razılıq əsasında bağlanmış ## #### 2017-ci il tarixli Əlavə sazişə əsasən, borcalan əsas öhdəliyinin təminatı kimi kreditor ilə cavabdeh1 arasında ## #### 2017-ci il tarixində *********/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 5-ci bəndi zaminliyə xitam verilməsi qaydasını tənzimləyir. Həmçinin, müqavilənin 5.1.1-ci bəndinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, müqavilənin 5.1.2-ci bəndində əsasən əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, müqavilənin 5.1.3-cü bəndində əsasən kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə, müqavilənin 5.1.4-cü bəndində əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin etmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, iddiaçı bank ilə cavabdeh1 arasında ## #### 2017-ci il tarixdə bağlanmış *********/ZM nömrəli zaminlik müqaviləsinin müddəti bitdiyinə görə, həmçinin həmin müqavilənin 5.1.4-cü yarımbəndindən çıxış edərək zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun, yəni LPO İddiaçı ASC-nin zaminə qarşı iddia sürmədiyi nəzərə alaraq, həmin sazişin qüvvədən düşmüş hesab edilərək öhdəliyinə xitam verildiyini, bundan başqa işdə cavabdeh tərəf kimi göstərilən cavabdeh1 baxılan iş üzrə iştirakına xitam verilməsi və əsl cavabdeh cavabdeh2 ilə məhkəmə icraatının davam etdirilməsi xahiş edilmişdir.
3. Siyəzən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim G.Quluzadə) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı kredit borcunun ödənilməsinə dair iddia tələbi cavabdeh-zamin cavabdeh1 münasibətdə rədd edilməsi, iddia tələbinin cavabdeh-əsas borclu cavabdeh2 münasibətdə qismən təmin edilməsi, cavabdeh cavabdeh2 9156,30 ABŞ dolları əsas, 2816,86 ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1303,02 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13776,18 (on üç min yeddi yüz yetmiş altı ABŞ dolları on səkkiz sent) ABŞ dolları məbləğində borc ödəniş gününə ABŞ dollarının Azərbaycan Respublikası manatına olan məzənnə nisbətində tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 183,41 manat məbləğində dövlət rüsumunun 75 faizi, yəni 137,56 (bir yüz otuz yeddi manat əlli altı qəpik) manatı cavabdeh cavabdeh2 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, qalan 45,85 (qırx beş manat səksən beş qəpik) manatı isə iddiaçının özünə aid edilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni cavabdeh cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirməməsi ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdeh cavabdeh2 Siyəzən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı tərəflər arasında mövcud olmuş müqavilə münasibətlərinə tətbiq olunmalı olan maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, eləcə də işin hallarının tam şəkildə araşdırılmaması ilə qəbul olunduğundan apellyasiya qaydasında ləğv edilməlidir. Işin mübahisəsiz hallarındandır ki, iddiaçı bank ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ********* saylı ##.##.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 12.600 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə ## #### 2015-ci tarixdə əlavə saziş bağlanmışdır. Müqaviləyə əsasən kreditorun borcalana (birgə borcalanlara) verdiyi kreditin qalıq məbləği 11665,13 ABŞ dolları təşkil edir. Kreditin müddəti ##.##.2020-ci il tarixədək təyin olunur. Daha sonra, həmin kredit müqaviləsinə ## #### 2017-ci il tarixdə ** nömrəli əlavə saziş bağlanmış, habelə əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit”) 12900,15 ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilir. əlavə sazişə əsasən cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bununla bağlı bir neçə məqamları qeyd etmək yerinə düşər ki, tərəflər arasında imzalanmış ##.##.2015-ci il tarixli, ********* saylı müqavilə qüvvəyə mindikdən bir ay sonra, yəni 2015-ci ilin fevral ayında dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı ölkədə baş vermiş birinci devalvasiya dalğası nəticəsində dolların məzənnəsi milli manat qarşısında 2 (iki) dəfəyə qədər yüksələrək dəyər qazanmışdır. Bu da öz növbəsində təbii olaraq iqtisadiyyatın durumuna və vətəndaşların maddi rifahına təsirsiz ötüşməmişdir. Buna baxmayaraq, iddiaçı bank imzalanmış ilkin ##.##.2015-ci il tarixli kredit müqaviləsində vətəndaşa pul vəsaitini faktiki 20 faiz illik dərəcə ilə verdiyi halda, devalvasiya fonunda güzəştlər tətbiq etməklə vətəndaş tərəfindən borc öhdəliyinin vaxtında və qrafik üzrə yerinə yetirilməsinə bir növ əlverişli şərait yaratmaq əvəzinə, heç bir zərurət olmadan ##.##.2015-ci il tarixdə müqaviləyə dəyişiklik edərək illik faiz dərəcəsini 3 (üç) dəfəyə qədər artıraraq 58,97 faiz etmiş və bununla da borclunun ödəmə qabiliyyətini əlverişsiz etmişdir. Birinci instansiya məhkəməsi işin mübahisəsiz olan bu hallarına nə öz mövqeyində, nə də ki işin yekun nəticəsinə gələrkən münasibət bildirməmiş və buna dair iddiaçının mövqeyi öyrənilmədən işin araşdırılmasını yetərli hesab edərək tələsik yekun nəticəyə gəlinmişdir. Digər tərəfdən işin halları ilə bağlı məhkəmə qərarında qeyd edilməli və nəzərə alınmalı olan, lakin qeyd edilməyən digər bir məsələ ondan ibarətdir ki, iddiaçı İddiaçı ##.##.2017-ci il tarixdə borclu ilə qarşılıqlı şəkildə razılığa gələrək, ##.##.2015-ci il tarixli sazişə yeni şərtlərin və müddəaların salınması yolu restrukturizasiya etmişlər. Iddiaçı bank ##.##.2017-ci il tarixli növbəti restrukturizasiyanı həyata keçirərkən artıq dəyişikliklərin daxil edildiyi ##.##.2015-ci il tarixli kredit müqaviləsini nəzərə almadan yenidən müqaviləyə dəyişikliklər edərək kreditin müddəti ##.##.2022-ci il tarixədək uzadılmışdır. Bu hissədə də birinci instansiya məhkəməsi tərəfindən heç bir münasibət bildirilməmiş və iş materiallarında yer alan bu sənədlərə dair hərtərəfli, tam və obyektiv araşdırma təmin edilməmişdir. Belə ki, işin düzgün həlli üçün iddia tələbinin əsaslandığı halların sübut edilməsi vəzifəsi prosessual qanunvericiliyin tələblərinə görə iddiaçının vəzifəsinə aid edilmişdir. Bundan başqa işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də, tərəflər arasında mövcud olan və xarici valyuta ilə ifadə edilən borca dair öhdəlik münasibətlərinə birbaşa aidiyyəti və tətbiq edilməli olan normativhüquqi aktlardan fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə, fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli Fərmanı olmuşdur. Həmin Fərmanda birbaşa göstərilir ki, 2015-ci ildə dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı ölkədə baş vermiş devalvasiya nəticəsində fiziki şəxlərin xarici valyutada, xüsusən ABŞ (X4) dolları ilə götürdükləri istehlak kreditləri üzrə ödəmə qabiliyyəti zəifləmiş, bunun da nəticəsində, kredit təşkilatlarından ABŞ dolları ilə borc almış vətəndaşların banklar qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına, faiz və cərimə borcunun hesablanmasına səbəb olması əsas götürülmüşdür. X1 Əliyev tərəfindən əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək, eyni zamanda Fərmanda da vurğulandığı kimi, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasının qarşısının alınması ilə məqsədi ilə qəbul edilmişdir. Lakin nədənsə birinci instansiya məhkəməsi işin mahiyyət etibarı ilə hallarına aid edilən bu məsələlərə dair iddiaçının nümayəndəsinin prosesdə bilavasitə iştirakını təmin edib izahını almadan və ya sorğu verilərək buna dair sübutları, materialları tələb etmədən işin bütün faktiki hallarının araşdırılmasını bitmiş hesab edərək yekun nəticəyə gəlmiş, bununla da Mülki-prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, iddiaçı tərəf cavabdehin həm əsas borc məbləğini, həm də faiz dərəcəsini və məbləğini düzgün hesablamamış və ##.##.2019-cu il tarixli Fərmanın şəxsə tətbiq olunub-olunmaması, tətbiq olunduğu halda hansı məbləğdə kompensasiya və ya güzəştin hesablanmasına dair məlumatları məhkəməyə təqdim etməmiş və məhkəmə də təqdim olunmuş sübutlar yetərli hesab edərək tələsik yekun nəticəyə gəlmişdir. Eyni zamanda digər bir prosessual pozuntu ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tətbiq edilməli olan qanunvericilik aktının əvəzinə digər normativ-hüquqi akta istinad edərək qanunun tələblərinin təfsirində yalnışlığa yol verərək yekun nəticəyə gəlmişdir. Digər bir önəmli qeyd edilməsi zəruri məsələ ondan ibarətdir ki, tərəflər arasında mövcud olmuş kredit müqavilələrindən əmələ gələn və icra müddət müəyyənləşdirilmiş öhdəlik münasibətlərində iddiaçının ümumi iddia müddətini ötürərək məhkəməyə müraciət etməsi olmuşdur. Yuxarıda sadalanan bütün bu hallar məhkəmə tərəfindən işin tam, hərtərəfli, obyektiv araşdırılması üçün kifayət qədər və yekun nəticəyə gəlməyə imkan verən sübutların toplanmadığını, yekun məbləğ üzrə hesablamanın səhv aparılması və tətbiq edilməli olan normativ-hüquqi aktın tətbiq edilməməsi və digər əhəmiyyətli pozuntular məhkəmənin yanlış yekun nəticəyə gəlməsinə səbəb olmuşdur.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçı və digər cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, cavabdeh cavabdeh1 iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmiş, iddiaçı isə məhkəmə kollegiyasına ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
11. Cavabdeh cavabdeh2 isə bu nəticə ilə razılaşmayaraq qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir.
12. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin ##.##.2013-cü il tarixli qərarı).
13. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Iş Iş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir.
16. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni cavabdeh cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirməməsi ilə əsaslandırmış, cavabdeh cavabdeh2 isə bu nəticə ilə razılaşmayaraq qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir.
17. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir.
18. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin.
19. Işin mübahisə olunmayan halı ondan ibarətdir ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh cavabdeh2 arasında ## ###### 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi bağlanmış, 48 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 12.600 manat məbləğində kredit verilmişdir.
20. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış borcun düzgün müəyyən edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
21. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi, tam hüquqlu məhkəmə kimi gəlinən nəticənin tam, hərtərəfli araşdırılması məqsədilə mülki iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli *-**-**-**/*- ****/**** nömrəli ekspert rəyinə əsasən cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış ##.##.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi və ##.##.2017-ci il tarixli əlavə saziş üzrə banka ödənilməli olan kredit borcu əsas borc üzrə 9156,29 ABŞ dolları və faiz borcu 2616,14 ABŞ dolları müəyyən edilmişdir.
22. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
23. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
24. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Qeyd edilməlidir ki, iddiaçının tələb etdiyi faiz məbləğləri ilə ekspertiza rəyində göstərilən həmin məbləğ arasında fərq olduğundan, iddiaçının tələb etdiyi faiz məbləği isə əksinə tələbdə göstərilən məbləğdən az olduğundan, qətnamə əsas məbləğə münasibətdə deyil, faiz məbləğinə münasibətdə ekspert rəyinin əsaslı olmasını qaçılmaz edir.
26. Bu baxımdan məhkəmə kollegiyası faiz məbləğinin tutulması hissəsində keçirilmiş ekspert rəyində göstərilən 2616,14 ABŞ dolları (Mərkəzi Bankın manata olan məzənnəsi nəzərə alınmaqla) faiz məbləğinin tutulmasını məqsədəuyğun hesab edir.
27. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilməli, faiz məbləği 2616 (iki min altı yüz on altı) ABŞ dolları 14 (on dörd) sent (Mərkəzi Bankın manata olan məzənnəsi nəzərə alınmaqla) müəyyən edilməlidir.
28. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər.
29. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh cavabdeh2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 300 (üç yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XIIS) hesabı, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ01360100000000003944, SFIFT BIK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE00000000000002088501) hesabına keçirilməlidir.
30. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi).
31. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDI Cavabdeh cavabdeh2 apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilsin və faiz borcu 2616 (iki min altı yüz on altı) ABŞ dolları 14 (on dörd) sent (Mərkəzi Bankın manata olan məzənnəsi nəzərə alınmaqla) müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh cavabdeh2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 300 (üç yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XIIS) hesabı, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ01360100000000003944, SFIFT BIK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE00000000000002088501) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.