Məhkəmə qərarları › İş №2(3-8)-306/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-306/2026

20.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-306/2026 20.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” QSC-nin cavabdeh Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçının nümayəndəsi nümayəndə1, cavabdeh Cavabdeh iştirakı ilə Siyəzən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1.İddiaçı İddiaçı QSC tərəfindən cavabdeh Cavabdeh onunla ##.##.2023-cü il tarixdə bağlanmış kredit razılaşmasına əsasən aylıq faiz dərəcəsi 1.4167% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan * saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 32500 manat məbləğində kredit verilmişdir. Bundan başqa, Cavabdeh İddiaçı QSC ilə ##.##.2023-cü il tarixdə bağladığı ***KK************ saylı kredit müqaviləsi əsasında ona “X1 Cards” növlü kart hesabı və 36 ay müddətinə, 500 manat məbləğində kredit limiti ayrılmışdır. Hazırda iddiaçı kredit razılaşması və kredit kartı üzrə cavabdehdən borcun ödənilməsini tələb edir, cavabdeh isə kredit kartı üzrə borcu tam şəkildə qəbul etsə də, əsas müqavilə üzrə yalnız əsas borcun tutulmasını, faiz və cərimə borcunun silinməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı “xxxx” QSC cavabdeh Cavabdeh qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı Bankın xeyrinə ## ### 2023-cü il tarixli, ***A********** saylı kredit razılaşmasına əsasən 24041,28 manat əsas, 1857,54 manat faiz, 477,94 manat cərimə borcu olmaqla, cəmi 26376,76 manat borcun və ## ### 2023-cü il tarixli, ***KK************ saylı kredit razılaşmasına əsasən 497,5 manat əsas, 72,36 manat faiz borcu olmaqla, cəmi 569,86 manat borcun, ümumilikdə 26946,62 manat borcun və ödənilmiş 170,84 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. 3.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə ##.##.2023-cü il tarixdə bağladığı ***A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.4167% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan * saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 32500 (otuz iki min beş yüz) manat məbləğində kredit götürmüşdür. O, ##.##.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 8458,72 manat ödəniş etmiş və оnun iddiaçıya 24041,28 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirilmişdir ki, cavabdeh kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 142 gün üçün hesablanmış faiz borcu 1857,54 manat təşkiledir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. ##.##.2025-ci il tarixə 142 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 477,94 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumişərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Bundan başqa, Cavabdeh İddiaçı QSC ilə ##.##.2023-cü il tarixdə bağladığı ***KK************ saylı kredit müqaviləsi əsasında cavabdehə “X1 Cards” növlü kart hesabı və 36 ay müddətinə, 500 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdehə yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Cavabdehin əsas borc üzrə 497,5 manat məbləğində kredit borcu qalmış və ##.##.2025-ci il tarixə 113 gün hesablanmış faiz borcu 72,36 manat təşkil edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 4.Belə ki, iş materiallarında olan cavabdeh Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış ##.##.2023-cü il tarixli ərizədən görünür ki, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını cavabdeh öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.4167% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan * saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 32500 (otuz iki min beş yüz) manat məbləğində kredit götürmüşdür. 5.İşdə olan cavabdeh Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış ##.##.2023-cü il tarixli ərizədən görünür ki, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını cavabdeh öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh “X1 Cards” növlü kart hesabı və 36 ay müddətinə, 500 manat məbləğində kredit limiti ayrılmışdır. 6.İşdə olan “xxxx” QSC-nin ## ###### 2025-ci il tarixli maliyyə arayışlarının surətlərindən görünür ki, həmin tarixlərə cavabdeh Cavabdeh ##.##.2023-cü il tarixli ***A********** saylı müqavilə üzrə “xxxx” QSC-yə 24041,28 manat əsas, 1857,54 manat faiz, 477,94 manat cərimə borcu olmaqla, cəmi 26376,76 manat borcu, ##.##.2023-cü il tarixli ***KK************ saylı müqavilə üzrə isə banka 497,50 manat əsas, 72,36 manat faiz borcu olmaqla, cəmi 569,86 manat borcu vardır. 7.İşdə olan “xxxx” QSC-nin cavabdehə ünvanladığı ## ###### 2025-ci il tarixli xəbərdarlıqların surətlərindən görünür ki, həmin tarixlərə cavabdehin “xxxx” QSC-yə ***A********** saylı müqavilə üzrə 24041,28 manat əsas, 1857,54 manat faiz, 477,94 manat cərimə borcu olmaqla, cəmi 26376,76 manat, ***KK************ saylı müqavilə üzrə isə 497,50 manat əsas, 72,36 manat faiz borcu olmaqla, cəmi 569,86 manat borcu vardır. 8.Siyəzən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** saylı qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən ## ###### 2025-ci il tarixdə verilmiş */**** saylı rəydən görünür ki, cavabdeh Cavabdeh “xxxx” QSC-yə ## ### 2023-cü il tarixli ***A********** saylı kredit müqaviləsi üzrə bildirişin göndərildiyi ## ###### 2025-ci il tarixə, əsas borc 23912,48 manat və faiz borcu 1918,63 manat, iddia ərizəsi məhkəməyə verilən ## ##### 2025-ci il tarixə əsas borc 23912,48 manat və faiz borcu 2494,52 manat müəyyən edilmişdir. Həmin müqavilə üzrə cərimə məbləği və ## ### 2023-cü il tarixli ***KK************ saylı müqavilə üzrə tədqiqat aparılması mümkün olmamışdır. 9.Siyəzən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddinın qismən təmin edilməsi, cavabdeh Cavabdeh ## ### 2023-cü il tarixli, ***A********** saylı kredit razılaşmasına əsasən 23912,48 manat əsas, 1857,54 manat faiz, 477,94 manat cərimə borcu olmaqla, cəmi 26247,96 manat borc və ## ### 2023-cü il tarixli, ***KK************ saylı kredit razılaşmasına əsasən 497,50 manat əsas, 72,36 manat faiz borcu olmaqla, cəmi 569,86 manat borc, ümumilikdə 26817,82 (iyirmi altı min səkkiz yüz on yeddi manat səksən iki qəpik) manat borc və ödənilmiş 170,84 (bir yüz yetmiş manat səksən dörd qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” QSC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspert tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Günel Quluzadə) 10.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1., 421.2. , 421.3. , 442., 445.2.1. , 448.1. , 462.1. , 465.2. , 467-ci maddələrinə## ####### 2023-cü il tarixədək qüvvədə olan Mülki Məcəllənin 739.1 və 741-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarının 1 və 4-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.1. , 76.2., 77.1. , 88., 217.1. , 217.3., 217.4., 218.3. və 222.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri 11.Cavabdeh Cavabdeh apellyasiya şikayəti verib, Siyəzən rayon Məhkəməsinin e- *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Siyəzən rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə ilə qəti razı deyil. Belə ki, qətnamədə onun müqavilə ilə götürdüyü 32500 manat məbləğində kredit borcundan hər ay vaxtlı-vaxtında qrafik üzrə 14145 manat etdiyi ödənişlərdən sonra 23880 manat məbləğində borcu qalmalıdır. İddiaçı bankın hesabladığı cərimə, gecikmə faizləri və dəbbə pulu həqiqətə uyğun deyil. Bir daha bildirmək istəyir ki, hesablanmış faiz borcu və cərimə borcu əsassızdır. Həmin borclar silinməlidir. (Ödəniş barədə bank çıxarışlarımı məhkəməyə təqdim edəcəkdir) Bildirmək istəyir ki, ailəsi 5 nəfərdən ibarətdir, 3 azyaşlı övladı var. Özü bu bankdan əlavə daha bir banka – ABB-na ayda 620 manat ödəniş edir. Xəstəliyilə əlaqədar bir müddət müalicə və müayinələrinə xeyli vəsait sərf etmişdir. Kommunal xərclər, dolanışıq xərcləri çıxılandan sonra demək olar ki, bank pulunu ödəməyə maddi imkanı qalmır. Lakin buna baxmayaraq, əsas və faiz borcunu hər ay əmək haqqından hissə-hissə ödəməyə hazırdır. Bu barədə banka dəfələrlə müraciət etmiş və pulun yeni qrafik açılaraq, uzun müddətə hissə-hissə ödəniş etməyinə razılıq vermələrini xahiş etmişdir, lakin buna razı olmayıblar. Borcun araşdırıılması üçün onun tələbinə əsasən müstəqil məhkəmə ekspertizası təyin olunmalı idi və həmin ekspertizanın rəyinə əsaslanaraq borcun hissə-hissə ödənilməsi təmin olunmalı idi. AR ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** saylı ekspert rəyinə əsasən mənim ##.##.2023-cü il tarixli, ***KK************ saylı müqavilə üzrə istifadə edilmiş və ödənilmiş məbləğləri təyinatı üzrə müəyyən etmək mümkün olmamışdır. Ona görə də iş materiallarında olan mövcud sənədlərlə ekspert qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparılaraq rəy verilməsi mümkün olmamışdır. Qətnamənin icrasına möhlət verilməsi, və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Yuxarda qeyd olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasaiya qaydasında ləğv edilməsi üçün əsasdır. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 13.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları 14.Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. 15.Məhkəmə iclasında iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 16.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 17.Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 18.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 19.Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 20.Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 21.Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 22.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 23.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 24.Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 25.Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 26.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 27.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 28.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 29.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 30.Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri 31.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 32.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 33.Apellyasiya şikayətindən görünür ki, cavabdeh Cavabdeh apellyasiya şikayəti verib, Siyəzən Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etsə də, apellyasiya şikayətindən gönür ki, o qətnamənin faiz və cərimənin tutulması hissəsində mübahisələndirmişdir. 34.Ona görə də kollegiya Siyəzən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 35.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 36.Apellyasiya şikayətin dəlillərindən görünür ki, iddiaçı Siyəzən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsini faiz və cərimənin tutulması hissəsində mübahisələndirmişdir. 37.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşamayaraq hesab edir ki, birinci instansiya məhkəməsi faiz və cərimə borclarına dair iddia tələbinin əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir. 38.İddianı qismən təmin edən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı öz tələbini təsdiq edən sübutları məhkəmə təqdim edərək cavabdehin kredit müqaviləsi üzrə borcunun yarandığını sübut etmiş, cavabdeh isə hər iki müqavilə üzrə banka borclu olduğunu qəbul etmişdir. Məhkəmə tutulmalı məbləğlərlə bağlı qeyd edir ki, ## ### 2023-cü il tarixli ***KK************ saylı müqavilə üzrə tələb olunan 497,50 manat əsas və 72,36 manat faiz borcu olmaqla, cəmi 569,86 manat məbləğində borc cavabdeh tərəfindən də etiraf edildiyi üçün iddia bu hissədə təmin edilməlidir. ## ### 2023-cü il tarixli ***A********** saylı kredit müqaviləsi üzrə tutulmalı məbləğlərlə bağlı məhkəmə qeyd edir ki, iddia tələbində əsas borc 24041,28 manat göstərilsə də, ekspert rəyi ilə bu məbləğ 23912,48 manat müəyyən edilmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ekspert rəyinə uyğun şəkildə əsas borcun tutulmasına etiraz etməmişdir. Həmin müqavilə üzrə faiz borcu qismində 1857,54 manat məbləğində pul tələb edilmiş, həmin məbləğ ## ###### 2026-cı ilbildiriş göndərilən tarixə hesablanmış faiz məbləği ilə eynilik təşkil etsə də, ekspert rəyində bu məbləğ 1918,63 manat müəyyən edilmişdir. Bu hissədə məhkəmə MPM-nin 218.3-cü maddəsinin tələblərini rəhbər tutaraq 1857,54 manat faiz borcunun tutulmasını əsaslı hesab edir. Həmçinin həmin müqavilə üzrə məhkəmə hesab edir ki, 23912,48 manat əsas borca hesablanmış 477,94 manat cərimə borcu əsas borca mütənasib hesab edilməlidir. 39.Birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşan məhkəmə kolegiyası qeyd edir ki, apellyatorun apellyasiya şikayətində qeyd etdiyi dəlillər sübuta yetirilə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 40.Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. 41.Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə ##.##.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə ##.##.1982-ci il tarixli, “X3rşı” iş üzrə ##.##.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. 42.Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. 43.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsini apellyasiya şikayətinin dəlilləri həcmində yoxladığından, belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Siyəzən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 44.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar