Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-308/2026 05.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh 1500 (min beş yüz) manat məbləğində pulun və ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumunun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Xaçmaz rayonu Qımılqışlaq kənd sakini Cavabdeh 2017-ci ildən tanıyır və münasibətləri yaxşı olmuşdur. 2023-cü ilin mart ayında cavabdeh Cavabdeh 1,5 sot torpaq sahəsi almaq üçün ona 1500 (min beş yüz) manat pul vermişdir. Bu məbləğin 1000 manatı torpağın ilkin ödənişi, qalan 500 manatı isə sənədləşmə işləri üçün nəzərdə tutulmuşdur. Ilqar Kazımov həmin torpaq sahəsinin sənədlərini və alqı-satqı ilə bağlı rəsmi sənədləri təqdim edəcəyini bildirmişdir. Lakin bu günə qədər Cavabdeh nə torpaq sahəsini təqdim etmiş, nə də aldığı pulu geri qaytarmışdır. Bu səbəbdən Xaçmaz rayon Polis Şöbəsinə ərizə ilə müraciət elmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, 2023- cü ilin mart ayında İddiaçı üçün 1,5 sot torpaq sahəsi satmaq məqsədilə ondan 1500 (min beş yüz) manat almışdır. Bu məbləğin 1000 manatı torpaq sahəsinin dəyəri, 500 manatı isə həmin sahənin qeyd olunan ünvana hasar çəkməsi üçün nəzərdə tutulmuşdur. Daha sonra məlum olmuşdur ki, göstərilən torpaq sahəsinin sənədləşməsi ilə bağlı problemlər mövcuddur və Cavabdeh bu torpaq sahəsini sənədləşdirə bilməmişdir. Xaçmaz RPŞ-nin TB-nin ## ### 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərardaddan da görünür ki, cavabdeh ondan aldığı pulu etiraf etmişdir.
3. Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim S.Səmədzadə) iddianın təmin edilməsi, Cavabdeh 1500 manat məbləğində pul və 35 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir.
4. Iddia tələbini təmin edən birinci instansiya məhkəməsi məhkəmədə müəyyən olunmuş faktiki halların tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəlməsi, eləcə də cavabdehin iddiaçının hesabına əsassız varlanması, bu faktın iş materialları ilə sübuta yetirilməsi ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdeh Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin onun qəbul etdiyi həcmdə - 1000 (min) manat pulun alınmasına dair hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
6. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara istinad etmişdir. Lakin həmin qərar məhkəmə üçün hadisənin olub-olmaması hissəsində preyudisial əhəmiyyət daşıyır. Bildirir ki, iddiaçı tərəfindən ona torpaq sahəsinin alqı-satqısına görə 1000 (min) manat məbləğində pul verilmişdir. Xaçmaz rayon Polis Şöbəsi tərəfindən onun izahatı düzgün yazılmamışdır. Torpaq sahəsinin hasarlanması və əlavə işlərin görülməsinə görə xərcləri iddiaçı özü çəkmişdir. Lakin məhkəmə göstərilən halları nəzərə almamış, işin hallarını hərtərəfli araşdırmamışdır. Məhkəmə işin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etməmiş və sübutları düzgün qiymətləndirməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara istinad etmişdir. Lakin həmin qərar məhkəmə üçün hadisənin olub-olmaması hissəsində preyudisial əhəmiyyət daşıyır. Qeyd edilənlər qətnamənin əsaslandırılmadığını və məhkəmə tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * saylı qərarının 2-ci bəndinin tələblərinin pozulduğunu deməyə əsas verir. Qeyd edilən qərarın müvafiq bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Məhkəmə tərəfindən iş üçün əhəmiyyəti olan torpaq sahəsinin alınmasına görə iddiaçı tərəfindən ona pul verilibverilməməsi aydınlaşdırılmamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
11. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
12. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
13. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
14. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
16. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
19. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnaməni iddia tələbinin təmin olunan 500 manat hissəsində mübahisələndirmişdir.
23. Ona görə də məhkəmə kollegiyası Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak etmiş şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun F.Bayramovun şikayəti üzrə ## #### 2017-ci il tarixli qərarı).
26. Iddiaçının cavabdeh Cavabdehla 1500 (min beş yüz) manat müqabilində 1,5 sot torpaq sahəsinin alınmas üçün razılaşması işin mübahisəsiz halıdır.
27. Baxılan iş üzrə iddia pul tələbi barədədir. Iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1092-ci maddəsi təşkil edir.
28. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
29. Işdən göründüyü kimi iddiaçı cavabdehə pul vermiş, cavabdeh isə aldığı pulu geri qaytarmamış, iddiaçı ödəmiş olduğu pulun cavabdehdən alınaraq ona verilməsini tələb etməkdə haqlı olmuş və birinci instansiya məhkəməsi isə Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.
30. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir.
31. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
32. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
34. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz.
35. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.