Məhkəmə qərarları › İş №2(3-8)-31/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-31/2026

01.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-31/2026 01.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, İddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin cavabdeh İsayev Sahil Bədəl oğluna qarşı kredit borcu tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh İsayev Sahil Bədəl oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: «xxxx» KB ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 6096,41 AZN əsas, 1383,66 AZN faiz, 401,70 AZN cərimə, 0 AZN komisyon haqqı, cəmi 7881,77 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 99,22 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə cavabdeh İsayev Sahil Bədəl oğlundan 6096,41 manat əsas borc, 621,57 manat faiz borcu və 5 manat cərimə olmaqla, cəmi 6722,98 AZN borc və 99,22 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, iddiaçı «xxxx» KB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. (hakim Nigar Xəlilova). Cavabdeh İsayev Sahil Bədəl oğlunun nümayəndəsi nümayəndə1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı qətnaməsini ləğv edib, işə yenidən baxılmasının təmin edilməsi və cavabdeh Sahil İsayevin sağlamlıq və psixi durumunun, qazilik statusunun və ailənin sosial vəziyyətini nəzərə alaraq kredit borcunun tamamilə silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh İsayev Sahil Bədəl oğlunun nümayəndəsi nümayəndə1 ##.##.2026-cı il tarixdə teleqramla məhkəməyə müraciət edərək bildirmişdir ki, apellyasiya şikayətindən imtina edir, səbəb qarşı tərəflə razılaşmalarıdır. Həmçinin məhkəmə iclasında fiziki prolemləri səbəbindən iştirak eə bilməyəcəyini, nəzərə alınmasını xahiş edir. İş üzrə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən də razılaşmaları barədə eyni məzmunlu ərizə ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət daxil olmuşdur. Həmçinin həmin tarixli ərizələri ilə #.##.2026-cı il tarixli məhkəmə iclasının itirakları olmadan keçirilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəfərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, ərizəni nəzərdən keçirərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən imtina barədə ərizə qəbul edilməli, apellyasiya baxışı üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Yenə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.3-cü maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası, qətnamədən cavabdeh İsayev Sahil Bədəl oğlu tərəfindən verilmiş apellyasiya şikayətindən imtina ərizəsini araşdıraraq Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsində nəzərdə tutulan əsasların olmamasını, o cümlədən şikayətdən imtinanın işdə iştirak edən digər şəxslərin mənafeyinə zidd olmamasını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 263-264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh İsayev Sahil Bədəl oğlunun nümayəndəsi nümayəndə1 Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh İsayev Sahil Bədəl oğlunun nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar