Məhkəmə qərarları › İş №2(3-8)-318/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-318/2026

22.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-318/2026 22.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X1 və X2 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil4 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh Cavabdeh 17.000 (on yeddi min) manat məbləğində pulun və iddiya görə ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ilə Sumqayıt şəhər * saylı notariat ofisinin notariusunun təsdiqi ilə ##.##.2022-ci il tarixli kredit müqaviləsi bağlayaraq 17.000 manat (on yeddi min) manat məbləğində borc pul vermişdir. Həmin kredit müqaviləsində kreditin faizsiz verilməsi şərtləşdirilmişdir. Belə ki, cavabdeh kredit götürdüyü pulu ##.##.2023-cü il tarixə kimi geri qaytarmağı öhdəsinə götürmüşdür. Kredit götürdüyü vaxtdan bu günə kimi cavabdeh ödəyəcəyini deyərək iddaçını aldatmış, səbəbsiz bəhanə gətirərək borcunu ödəməkdən boyun qaçırmışdır. Dəfələrlə müraciətlər nəticəsiz qalmışdır. Tərəfindən cavabdehə ##.##.2025-ci il tarixli, SS*********AZ №-li məktubu ilə pretenziya məktubu da göndərilmişdir. Cavabdeh həmin məktubu ##.##.2025-ci il tarixdə şəxsən qəbul etsə də yenə borcunu ödəmək istəmir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh 17000 (on yeddi min) manat məbləğində pul və 141 (bir yüz qırx bir) manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə müqavilədə nəzərdə tutulmuş qaydada pul vəsaitinin verilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq nəzərdə tutulan həmin məbləğ ödənilməmişdir. Cavabdeh tərəfindən Serebryakov Vladimiroviçin hesabına pulun ödənilməsini təsdiq edən sübut məhkəmə mübahisəsinin predmeti olmamışdır. Serebryakov Vladimiroviçin hesabına Cavabdeh tərəfindən ödənilməsini təsdiq edən sübut təqdim edilməmiş, məhkəməyə təqdim edilmiş qəbzlərdə müəyyən edilməmiş, Kapital Banka verilmiş sorğunun cavabından görünür ki, Anatolinin hesabına bir neçə şəxslər tərəfindən ödəniş edilmiş, lakin qəbzlərin içərisində Cavabdeh məxsus hesab nömrəsi müəyyən edilməmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 329.2, 560.3.2, 739.1, 740, 1091.1, 1091.2, 1092.1. 1092.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Cavabdeh onun əmisi qızıdır. Bir dəfə gəlib demişdir ki, Aytəkin adında biri təxminən 30 %-lə pul verib, batır və ona kömək eləsin. Təxminən bu hadisə 2022-ci ildə baş vermişdir. O ərəfələrdə bir neçə adama pul vermişdirlər. Bu işlə bir yerdə məşğul olmuşdurlar. Rabitəbankdan Anatoliyin adına pul götürmüşdürlər. Notariusun həyətində Sevincə pulu vermişdirlər. 17000 manatdan əvvəlcə 10000 manat pul verilmişdir. 3500 manat bank faizin pulun 3500 manat da hörmət üçün verilmiş pul idi. Az-az ödəməyə başlamışdır. 350, 500, 700 manat da ödədiyi var idi. Bəzən çox, bəzən az ödədiyini bildirmişdir. ##.##.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, təqdim olunmuş qəbzlər ödənişin bir hissəsidir. Şahid də öz ifadəsində təsdiq etmişdir ki, birgə təsərrüfat dövründə cavabdeh ödənişlər etmişdir. Hər hansı bir gecikmə olmamışdır. İddiaçı bu vaxta kimi iddia qaldırmamış, yalnız 2 il keçikdən sonra iddia qaldırmışdır. Təkcə Cavabdeh qarşı deyil, bir neçə şəxsə qarşı iddia qaldırmışdır. Sadəcə həyat yoldaşından ayrılığı üçün bir-birindən acıq çıxmaq üçün edilmişdir. Bundan əlavə Cavabdeh Sumqayıt ŞPİ-də verilmiş izahatından görünür ki, ##.##.2022-ci il tarixdə əmisi qızı Mehblıyeva Aytənin yoldaşı İddiaçı başqa şəxsə olan borcunu ödəmək üçün 17000 manat pulu * saylı Notariat ofisində müqavilə bağlamaqla borc almışdır. Hər ay minimum 600 manat və maksimum 800 manat olmaqla təxminən 2 il ərzində Mehbalıyeva Aytənin kart hesabına göndərmişdir. Təxminən 4000 manat məbləği əlbəəl vermişdir. Pulun Anatoliyə verilib-verilməməsi ilə bağlı məlumatı olmadığını bildirmişdir. Məhkəmə prossesi zamanı təqdim olunmuş qəbzlərdən görünür ki, ##.##.2024-cü il tarixli qəbzə əsasən 1500 manat, ##.##.2024-cü il tarixli qəbzə əsasən 300 manat, ##.##.2024-cü il tarixli qəbzə əsasən 500 manat, ##.##.2024-cü il tarixli qəbzə əsasən 500 manat, ##.##.2024-cü il tarixli qəbzə əsasən 1000 manat, ##.##.2024-cü il tarixli qəbzə əsasən 2000 manat, ##.##.2024-cü il tarixli qəbzə əsasən 1000 manat və ##.##.2024-cü il tarixli qəbzə əsasən isə 200 manat 523915********** nömrəli kart hesabına köçürülmüşdür. Həmçinin, ##.##.2024-cü il tarixli qəbzə əsasən 300 manat və ##.##.2024-cü il tarixli qəbzə əsasən 200 manat 416973********** nömrəli kart hesabına pul köçürülmüşdür. İddiaçı İddiaçı ümumilikdə 7500 manat kartına, 4000 manat əlbəəl və qalan 5500 manat borcu iddiacının arvadının və yaxın qohumlarının kartına tərəfindən ödənişlər edilmişdir. Lakin, iddiacı bildirmişdir ki, arvadı X3 ilə aralarında olan mübaisələrə görə o cavabdehdən 17000 manat borcu tələb edir və onun 102 xidmətinə zəng edərək X3 şikayət edərək ona verdiyi pul vəsaitlərini ondan alaraq iddiaçı İddiaçı qaytarılmasını istəmişdir. Birinci instansiya məhkəməsi tərəfindən “523915******9907” nömrəli və 416973********** nömrəli kart hesabına köçürülmüş pul vəsaitlərinin iddiaçıya məxsus olub-olmaması ilə bağlı şübhə ifadə edilmişdir. Lakin bu mövqe iş materialları və sübutlarla ziddiyyət təşkil edir. Belə ki, təqdim edilmiş ödəniş qəbzlərində pul köçürülən kart hesabının nömrəsi ilə yanaşı, iddiaçının adı və soyadı birbaşa göstərilmişdir. Bank qəbzləri rəsmi maliyyə sənədləri olmaqla, həmin sənədlərdə göstərilən məlumatlar bank tərəfindən yoxlanılaraq formalaşdırılır və yalnız kart sahibinə aid məlumatlar əsasında tərtib edilir. Qanunvericiliyə əsasən, bank sistemində üçüncü şəxsə məxsus karta başqa bir şəxsin adı ilə ödəniş sənədinin rəsmiləşdirilməsi mümkün deyildir. Eyni zamanda, cavabdeh Sevinc Mehbaliyeva tərəfindən həyata keçirilmiş ödəniş qəbzlərinin məhz cavabdehin özündə mövcud olması, həmin ödənişlərin bilavasitə onun tərəfindən edildiyini və pul vəsaitlərinin iddiaçıya məxsus karta köçürüldüyünü təsdiq edir. Əgər qeyd edilən kart iddiaçıya məxsus olmasaydı, cavabdehin bu qəbzləri əldə etməsi və məhkəməyə təqdim etməsi üçün heç bir hüquqi və faktiki əsas olmazdı. Beləliklə, ödənişlərin məhz cavabdeh tərəfindən edilməsi, qəbzlərdə iddiaçının adının açıq şəkildə göstərilməsi, kart nömrəsinin bütün qəbzlər üzrə eyni olması, birgə şəkildə onu sübut edir ki, pul vəsaitləri iddiaçıya məxsus karta köçürülmüşdür. Birinci instansiya məhkəməsinin bu sübutlara lazımi hüquqi qiymət verməməsi sübutların natamam və birtərəfli araşdırılması ilə nəticələnmiş, bu isə maddi və prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur.Bu əsaslarla, ödəniş qəbzlərinin iddiaçıya məxsus karta aid edilməsi şübhə doğurmur və həmin sübutlar iş üzrə düzgün qərar qəbul edilməsi üçün kifayət qədər əsas yaradır. Kart hesabının iddiaçıya məxsus olub-olmaması məsələsi işin düzgün həlli üçün mühüm əhəmiyyət daşıdığı halda, məhkəmənin bu istiqamətdə heç bir prosessual tədbir görməməsi işin natamam araşdırılmasına səbəb olmuşdur. Eyni zamanda, məhkəmə iddiaçının xeyrinə qətnamə qəbul edərkən cavabdeh tərəfindən artıq faktiki olaraq ödənilmiş pul vəsaitlərini nəzərə almamış və həmin məbləğlərin ümumi tələb məbləğindən çıxılmasını təmin etməmişdir. Bu hal iş üzrə real maliyyə vəziyyətinin düzgün qiymətləndirilməməsinə və nəticə etibarilə ədalətsiz qətnamənin qəbuluna gətirib çıxarmışdır. İş materiallarından göründüyü kimi, iddiaçı Anatoli Serebryakov üç il ərzində cavabdehlə heç bir əlaqə saxlamamış, hər hansı borc tələbi ilə bağlı nə yazılı, nə də şifahi formada müraciət etməmiş, habelə ödənişlərin tələb edilməsi istiqamətində heç bir hüquqi addım atmamışdır. İddiaçı yalnız cavabdehin əmisi qızı Aytən Mehbaliyeva ilə nikahı pozulduqdan sonra, yəni uzun müddət susduqdan sonra qəfil olaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu hal iddiaçının davranışında ardıcıllığın olmamasını göstərməklə yanaşı, iddia tələbinin sonradan formalaşdırıldığını və real mübahisə yaranan anda deyil, şəxsi münasibətlərin pozulmasından sonra irəli sürüldüyünü açıq şəkildə nümayiş etdirir. Belə olan halda hesab edir ki, məhkəmənin İddiaçı ilə cavabdeh, Cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığı qənaətinə gəlməsi əsassız və qanunvericiliyə zidddir. Bundan əlavə Sumqayıt şəhəri * saylı notariat ofisindən əldə edilmiş ##.##.2022-ci il tarixdə imzalanmış kredit müqaviləsinin notariat işinə baxdıqda müəyyən olundu ki, 17000 manat məbləğində pul notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməmişdir. Belə olan halda hesab edir ki, məhkəmənin İddiaçı ilə onun arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığı qənaətinə gəlməsi əsassız və qanunvericiliyə zidddir

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh nümayəndə və vəkili vəkil4 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsində cavabdehin vəkili tərəfindən ödəniş qəbzləri məhkəməyə təqdim olunmuş, lakin həmin sübutlar məhkəmə tərəfindən araşdırılmamışdır. 17000 manatın tam ödənilməsi barədə sübutları hazırda təqdim edə bilmir, 4 min manat məbləğində pul vəsaitini əlbəəl təqim etmişdir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən təqdim olunan ödəniş qəbzlərini nəzərə almamış, kart hesablarının kimə məxsus olduğunu araşdırmamışdır. Odur ki, qərar qəbul edilərkən həmin ödənişlərin də nəzərə alınmasını xahiş edir. Suallara cavabdeh isə bildirmişdir ki, iddiaçının arvadı, onun isə əmisi qızı ilə olan ailə münasibətləri gərginləşdikdən sonra iddiaçı pulu tələb etməyə başlamışdır. Həmin vaxta qədər borcla bağlı heç bir müraciətləri olmamışdır. Pulu həm əlbəəl həm də kart vasitəsilə ödəmişdir. Əslində ona 12000 manat borc pul verilsə də müqavilədə 17000 manat qeyd olunmuşdur. 17000 manatı isə artıqlaması ilə geri qaytarmışdır. 2022-ci ilin iyunundan borcu ödəməyə başlamış, hər ay 500-800 manat arası ödəniş etmişdir. Ödənişləri şəxsən özü etmiş, bəzən tapşırığına əsasən qızı da ödəmişdir. Sumqayıtda yaşamış, müxtəlif yerlərdə çalışmışdır. Bakı, Sumqayıt ərazisindən həmçinin istirahətdə olan zaman rayonlarda köçürmələr etmişdir. 2023-2024-cü illərdə İsmayıllı, Qəbələ, Quba, Gəncə, Şəmkir rayonlarında olmuşdur. Gəncədə 3-4 dəfə olmuş, əmisi qızı ilə birgə qohum ziyarətinə getmiş, vaxtını isə dəqiq tarixi xatırlamır. Gəncəyə qohum ziyarətinə gedəndə aparat vasitəsilə ödəmələr etmiş, qəbzlərin şəklini çəkib Aytənə göndərirmişdir. Anatoliyə 2-3 dəfə ödəniş qəbzi göndərmişdir. Pulu ona Aytən verdiyinə görə qəbzləri əsasən ona göndərmişdir. Qəbzlər köhnə telefonunda olmuş, həmin telefonda olan qəbzləri yeni telefona köçürmüşdür. Sabunçuda şirniyyat işində işləmiş, daimi iş olmamışdır. Gəncəyə ildə 1-2 dəfə getmiş, 2023-2024-cü illərdə getmişdir. Elə olub ki, orada yaşayan qohumlarından onun əvəzinə ödəniş etmələrini xahiş etmişdir. Üç il ərzində ödənişlər etmiş, sadəcə olaraq təqdim edə bildiyi qəbzlər bunlardır. Təqdim etdiyim qəbzlər ona aiddir. ödənişləri özüm etmişdir. Pul olmayanda Aytənin anasına demiş, onun əvəzinə aparatla ödəniş edib. Gülüstan adlı şəxsi tanımır. Axırıncı dəfə iki bundan qabaq Gəncədə olmuşdur. Gəncədəki ödənişlərdən brini özü şəxsən etmiş, bir dəfə isə əvəzimə Aytənin anası ödəmiş, pulu ona qaytarmışdır. Gəncədə 1000 manatı aparat vasitəsilə özü ödəmiş, 2000 manat isə Mətanət xanım ödəmişdir. Sabunçuda şirniyyat evində işləmiş, lakin şirniyyat evinin dəqiq ünvanını xatırlamır.

11. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndə və vəkili vəkil1 apellyasiya şikayətinin qəbul etməyərək bildirdi ki, tərəflər arasında 2022-ci ildə kredit müqavilə bağlanmış, cavabdeh hüquqlarını müdafiə etdiyi şəxsə 17000 manat məbləğində borclanmışdır. Cavabdeh 17000 manat məbləğində borcu qaytarmadığı üçün təmsil etdiyi şəxs məhkəmədə iddia qaldırmaq qərarında gəlmişdir. Birinci instansiya məhkəməsində verdiyi izahata görə, cavabdeh ümumi borc məbləğindən müəyyən bir hissəsini az-az iddiaçının arvadına vermişdir. Lakin iddiaçıda bu barədə məlumat yoxdur, bunun səbəbi isə iddiaçı ilə arvadı Aytən arasında ailə münasibətləri pozulmasıdır. Hazırda cavabdehin iddiaçının arvadına hər hansı ödənişlərin edilməsi, edildiyi təqdirdə iddiaçıya verilməməsi tam məlum deyil. Hesab edir ki, iddia təmin olunduğu halda cavabdeh və şahid Mehbalıyeva Aytən barəsində xüsusi qərardad çıxarılaraq araşdırma üçün prokurorluğa göndərilməlidir. Belə ki, Mehbalıyeva Aytən aidiyyət olmayan qəbzləri “Whatsapp” vasitəsilə cavabdehə göndərərək ondan istifadə etməsini tövsiyə edib. İddiaçı qızıl satışı ilə məşğul olduğundan müştərilər davamlı surətdə ödəniş qəbzlərini Mehbalıyeva Aytənə göndərmiş, ödənişlərin qeydiyyatı ilə Aytən məşğul olmuşdur. Apardığı araşdırmaların nəticəsinə görə cavabdehin təqdim etdiyi 10 qəbzdən ikisi daha yüksək məbləğdə ödənişi əks etdirir və həmin qəbzlər Gəncədə yerləşən salonda çalışan işçilərin göndərdiyi pul məbləğləri ilə bağlıdır. Cavabdeh və əmisi qızı birgə çalışaraq başqalarının etdiyi ödənişləri guya cavabdehin etdiyi ödənişlər kimi təqdim etmişlər. Hacıyeva Gülüstan və Cəfərova Aygün yüksək məbləğləri ödəyən şəxslərdir, adları çıxarışda qeyd olunub, ödəməni etdikləri aparat Sabunçuda yerləşən salonun yaxınlığındadır. Aparat vasitəsilə edilən ödəmələr cavabdeh tərəfindən həyata keçirilməyib, bunu telefon anten dairələri vasitəsilə sübut etmək olar. İddiaçı qızılların satışını arvadı ilə birgə həyata keçirib, qızılları “Whatsapp” statusunda paylaşaraq müştərilər qazanıb, ödənişlərlə o məşğul olub. Cavabdeh yalnız 2024-cü ilin son 6 ayının ödənişlərini təqdim edib, lakin 2022-ci ilin iyununda ödənişlər etməyə başladığını bildirir. İddiaçı iki nəfərə yüksək məbləğdə qızıl veridiyi üçün onların adının xatırlayır, lakin digər salon işçilərinin adını xatırlamır. Ödənişlərin tarixi və ardıcıllığına baxılanda görünür ki, onlar qızıl alışı il bağlı edilmiş ödənişlərdir.

İşdə olan sübutlar

12. Borcverən İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış ## ### 2022-ci il tarixli notarial qaydada bağlanılmış kredit müqaviləsinin surətindən görünür ki, borcverən borcalana 17000 manat məbləğində pulu borc verir. Borc alan krediti ##.##.2023-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir.

13. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış ## ### 2025-ci il tarixli mübahisənin məhkəməyə qədər nizama salınmasına dair pretenziyadan görünür ki, bütün borc məbləğinin tam olaraq 10 gün müddətində ödənilməsi təklif edilmiş,əks təqdirdə brcun qatarılması ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

14. Cavabdeh Sumqayıt ŞPİ-də verilmiş izahatından görünür ki, ##.##.2022-ci il tarixdə əmisi qızı Mehblıyeva Aytənin yoldaşı İddiaçı başqa şəxsə olan borcunu ödəmək üçün 17000 min pulu * saylı Notariat ofisində müqavilə bağlamaqla borc almışdır. Hər ay minimum 600 manat və maksimum 800 manat olmaqla təxminən 2 il ərzində Mehbalıyeva Aytənin kart hesabına göndərmişdir. Təxminən 4000 manat məbləği əlbəəl vermişdir. Pulun Anatoliyə verilib-verilməməsi ilə bağlı məlumatı yoxdur.

15. İddiaçı müraciətinin icrasına dair Sumqayı ŞPİ tərəfindən verilən ##.##.2025-ci il tarixli arayışdan görünür ki, araşdırma zamanı izahatı alınmış İddiaçı müraciəti ilə analoji izahat yazaraq həmin xüsusatları bir daha təsdiqləmişdir.

16. ##.##.2024-cü il tarixli qəbzdən görünür ki, 523915********** nömrəli kart hesabına 1500 manat pul köçürülmüşdür. ##.##.2024-cü il tarixli qəbzdən görünür ki, 523915********** nömrəli kart hesabına 300 manat pul köçürülmüşdür. 523915********** nömrəli kart hesabına 150 manat pul köçürülmüşdür. ##.##.2024-cü il tarixli qəbzdən görünür ki, 523915********** nömrəli kart hesabına 500 manat pul köçürülmüşdür. ##.##.2024-cü il tarixli qəbzdən görünür ki, 523915********** nömrəli kart hesabına 500 manat pul köçürülmüşdür. ##.##.2024-cü il tarixli qəbzdən görünür ki, 523915********** nömrəli kart hesabına 1000 manat pul köçürülmüşdür. ##.##.2024-cü il tarixli qəbzdən görünür ki, 416973********** nömrəli kart hesabına 300 manat pul köçürülmüşdür. ##.##.2024-cü il tarixli qəbzdən görünür ki, 416973********** nömrəli kart hesabına 200 manat pul köçürülmüşdür. ##.##.2024-cü il tarixli qəbzdən görünür ki, 523915********** nömrəli kart hesabına 2000 manat pul köçürülmüşdür. ##.##.2024-cü il tarixli qəbzdən görünür ki, 523915********** nömrəli kart hesabına 1000 manat pul köçürülmüşdür. ##.##.2024-cü il tarixli qəbzdən görünür ki, 523915********** nömrəli kart hesabına 200 manat pul köçürülmüşdür.

17. Sumqayıt şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması və aliment” tələbinin qismən təmin edilməsi, iddiaçı X3 ilə cavabdeh İddiaçı arasında Sumqayıt nikah evində ##.##.2010-cu il tarixində 40 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan ##.##.2011-ci il təvəllüdlü X9, ##.##.2013-cü il təvəllüdlü X5 və ##.##.2021-ci il təvəllüdlü X6 iddiaçı X3 yanında qalması, ##.##.2025-ci il tarixdən başlayaraq ##.##.2011-ci il təvəllüdlü X9, ##.##.2013-cü il təvəllüdlü X5 və ##.##.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulması, cavabdeh İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X3 ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.

18. ##.##.2025-ci il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 141 manat məbləğində rüsum ödəmişdir.

19. ##.##.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Cavabdeh onun əmisi qızıdır. Bir dəfə gəlib demişdir ki, Aytəkin adında biri təxminən 30 %-lə pul verib, batır və ona kömək eləsin. Təxminən 2022ci ildə baş vermişdir. O ərəfələrdə bir neçə adama pul vermişdilər. Bu işlə bir yerdə məşğul olmuşdular. Rabitəbankdan Anatoliyin adına pul götürmüşdülər. Notariusun həyətində Sevincə pulu vermişdilər. 17000 manatdan əvvəlcə 10000 manat pul verilmişdir. 3500 manat bank faizin pulun 3500 manat da hörmət üçün verilmiş pul idi. Az-az ödəməyə başlamışdır. 350, 500, 700 manat da ödədiyi var idi. Bəzən çox, bəzən az ödəmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.

Apellyasiya baxışının hədləri

22. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş üzrə şahid qismində dindirilmiş X3 cavabdehin əmisi qızı, iddiaçının isə keçmiş arvadı olmaqla, X3 ilə iddiaçı arasında bağlanmış nikah pozulmaqla onlar arasında ailə münaqişəsinin olması təsdiq olunmaqdadır. Buna görə də qeyd olunan şahidin ifadəsinin mötəbər sübut kimi qəbul edilməsi mümkünsüz olmuşdur.

25. Bundan başqa cavabdeh tərəfindən iddiaçının 523915********** nömrəli kart hesabına ## #### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixinədək olan dövr üzrə müxtəlif məbləğlər olmaqla, ümumilikdə təxminən 7000 manat pul ödənişləri edilməsinə dair ödəniş terminallarından çıxarılmış qəbzlərin surətləri təqdim edilmişdir ki, iddiaçı həmin qəbzlərin verilmiş borcun qaytarılmasına dair sənədlər deyil, ailə münasibətləri pozulmamışdan əvvəl arvadı ilə birlikdə qızıl alqı-satqısı ilə məşğul olması ilə əlaqədar onun hesabına müxtəlif şəxslər tərəfindən edilmiş ödənişlərin təsdiqi kimi arvadının telefonuna göndərilən qəbzlərin fotoşəklinin olması və həmin qəbzlərin fotoşəklinin arvadı tərəfindən cavabdehə təqdim edilməsini bildirmişdir. Məhkəmə kollegiyası sübut etmə yükünə müvafiq olaraq, cavabdehə həmin qəbzlərin əsllərinin təqdim edilməsini təklif etsə də cavabdeh həmin qəbzlərin əsllərinin onda olmadığını bildirmişdir. Buna görə də məhkəmə kollegiyası həmin qəbzlərin hazırkı kredit müqaviləsi üzrə edilmiş ödəniş sənədi kimi mötəbər hesab etməmişdir. Bundan başqa iddiaçı tərəfindən təqdim edilmiş ümumi ödəniş məbləği 5500 manat olan 4 ədəd özəniş qəbzləri üzrə ödənişlər Gəncə şəhəri və Bakı şəhərinin Sabunçu rayonu ərazisində olan ödəniş terminallarından edilmişdir ki, cavabdeh Gəncə şəhərində edilmiş ödənişlərdən birinin onun tərəfindən, digərinin isə onun xahiş ilə qohumu tərəfindən, Sabunçu rayonu ərazisindən edilmiş ödənişlərin isə həmin ərazidə işlədiyi vaxt özü tərəfindən edildiyini bildirmiş, lakin işlədiyi ünvanı xatırlamadığını bildirmişdir ki, qəbzlərin əsllərinin təqdim edilməməsi və ödəniş terminalının ünvanını dəqiqləşdirə bilməməsi halında cavabdehin qeyd olunan izahatı da inandırıcı və ağıalabatan olmamışdır.

26. Bundan başqa ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli qəbzlərə əsasən edilmiş 500 manatlıq ödənişlər isə şahidin hesabına edilmiş ödənişlər olmaqla, həmin ödənişlərin də məhz kredit müqaviləsi üzrə edilmiş ödənişlər olması təsdiq olunmamışdır. ##.##.2024-cü il tarixli qəbzdən görünür ki, həmin əməliyyat üzrə 300 manat, sonu **** nömrəli kart hesabından ödənilmişdir ki, cavabdeh həmin kart hesabının ona məxsus olması barədə sübutu da məhkəməyə təqdim edə bilməmişdir.

27. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q ƏT E T D İ :

Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar