Məhkəmə qərarları › İş №2(3-8)-397/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-397/2026

25.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-397/2026 25.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, iddiaçı İddiaçı, onun nümayəndəsi vəkil Vəkil, cavabdeh Cavabdeh, onun nümayəndəsi vəkil Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları

1. ##.##.2024-cü il tarixli Sumqayıt şəhər Polis İdarəsinin İddiaçı müraciətə cavabdan görünür ki, müraciətdə qeyd etdiyi xüsusatlar mülki xarakterli olduğundan məhkəmə orqanlarına müraciət etmək hüququ olduğu tövsiyyə olunmuşdur. 2.##.##.2025-ci il tarixli xxxx tərəfindən sorğuya cavabdan görünür ki, 523915********** №-li plastik kartdan birbank tətbiqi ilə 409858******3987, 541124******7525, 409809******3245, 409858******3489, 416973******4341 və 510307********** №-li plastik kartlara edilən köçürmə əməliyyatları aşkar olunmamışdır. 3.##.##.2025-ci il tarixli, */**** nömrəli AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş elektron ödəniş qəbzlərinə əsasən 1) 416973******6858 2) 523915******5695 3) 416973******3159 4) 416973******5234 5) 416973******4341 6) 409858******5400 7) 510307******5952 9) 409858******5172 10) 409858******0366 11) 541124******7525 12) 409809******3245 13) 409858****** 8433 14) 409858******3489 15) 409858******5688 16) 541124******7248 17) 416973******0092 18) 416973******8198 19)521267********** nömrəli kartlara müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə olmaqla ümumilikdə 44.058,00 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bildirilmişdir ki, ekspertiza tədqiqatına təqdim olunan İddiaçı məxsus mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ASC-yə və "xxxx" (Leobank) ASC-yə aid hesabdan çıxarış məlumatlarında köçürülən pul vəsaitlərinin təyinatı (hansı nömrəli karta köçürülməsi) öz əksini tapmamışdır. 4.Whatsapp yazışmalarından görünür ki, İddiaçı Cavabdeh müxtəlif vaxtlarda müəyyən məbləğlərdə pul vermiş və cavabdeh tərəfindən pul ödənilməmişdir. 5.Səs yazıları ilə müəyyən edilir ki, bir neçə şəxs cavabdehin pul ödənişini lotereya məbləğlərinin gecikdirilməsi ilə bağlı narazılıqlar bildirmişdirlər.

6. Cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə verdiyi izahatdan görünür ki, İddiaçı bildirdiyinə görə ona 1300 manat borcu yaranmışdır.Lakin ona heç bir borcu olmadığından heç bir məbləğdə pul verməyəcəyini bildirmişdir. 7.Müxtəlif tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən cavabdeh Cavabdeh kart hesabına ödənişlər edilmişdir

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh Cavabdeh 1895 manat məbləğində pulun və ödənilmiş 39 manat dövlət rüsumunun alınaraq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin oktyabr ayının sonunda tanışı Cavabdeh ona bildirmişdir ki, xeyli miqdarda borcu var. Ona köməklik göstərsin, ümidi onadır. O, köməklik göstərsə, borcu verib qurtarar.1 ay ərzində bildirmişdir ki, borcu ona qaytaracaqdır.O da inanmışdır. ## ###### 2023-cü il tarixdə Cavabdeh 5239 1517 4676 **** nömrəli Kapitalbank kartına 2180 manat pulu göndərmişdir. Bu puldan ona 214 manat qaytarmış, 695 manat lotereya ödəyəcəyinə söz vermişdir. 1895 manat borcu qalmışdır.Yenə də ona bildirmişdir ki, narahat olmasın, tezliklə 1 ay müddətinə pulu qaytaracaqdır.O gündən bu günə qədər Cavabdeh dəfələrlə zəng etmiş, smslər yazmış, pulunu istəmiş, hələ də 1895 manat pulunu qaytarmamışdır.Hər dəfə pulunu istədikdə min bir bəhanə gətirir. Artıq başa düşmüşdür ki, onu aldadır, 1895 manat pulunu qaytarmaq istəmir. Odur ki, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməyi qərara almışdır.

10. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh 23.058 manat pul və 159.17 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ödənilməsi, cavabdeh Cavabdeh ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli) manat və iddiaçı İddiaçı ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli) manatın tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN 1401555071, Müxbir hesab AZ41NABZ01360100000000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN 1700326621, Hesab AZ34CTRE00000000000002088501) hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Aynur Behbudova).

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh arasında şəxsi ticarət ilə məşğul olmaq üçün münasibətlər yaranmışdır.Aralarında yazılı iltizamın olmasına baxmayaraq cavabdeh vaxtında borcunu ödəməmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli rəyinə əsasən kartdan karta müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə olmaqla ümumilikdə 44.058 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Hazırda iddiaçının tələbi 24.500 manat pul məbləğidir. Cavabdeh isə bildirmişdir ki, 37.891 manat məbləğində pulu iddiaçıya qaytarmışdır.Hər iki tərəfin məhkəmə iclasında mübahisələndirmədiyi ödənilən məbləğ 21 min manat məbləği (cavabdeh tərəfin bildirdiklərinə əsasən daha çox məbləğ qaytarılmışdır) cavabdeh iddiaçıya qaytarmışdır. Beləliklə, ekspert rəyinə əsasən müəyyən olunmuş 44.058 manat məbləğ hesab ödəniş edilmişdir. Belə ki, cavabdeh tərəf etiraz bildirərək tələb edilən məbləğdən belə artıq məbləğin qaytarıldığını bildirsə də etiraz və mülahizələrinin əsasını məhkəmə iclasında sübut edə bilməmiş, əksinə ekspertiza təyin olunduqdan sonra tərəflərə məhkəmə iclasında MPM-nin 97.5-ci maddəsinin tələbləri izah olunmasına baxmayaraq (dəfələrlə ekspertiza təyin edilmiş), ödəniş qəbzlərini təqdim etməkdən imtina etmişdir.Ekspertin rəyi daxil olduqdan sonra heç bir əsaslı sübut təqdim etmədən etiraz və mülahizələri bildirilmişdir. Məhkəmənin qənaətinə görə ödənilmiş 21 min manat məbləğ çıxarıldıqda cavabdehin iddiaçıya 23.058 manat məbləğində borcu qaldığı məhkəmə gedişatında öz təsdiqini tapmışdır. Məhkəmə Cavabdeh 23.058 manat pul tutulması hissəsində əsaslı olması qənaətinə gəlməklə, qalan hissədə iddia tələbi sübut olmadığından iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlmişdir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmişdirlər. Belə ki, cavabdehin varlanmasına, yəni iddiaçının 23.058 manat pulunu əldə etməsinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyildir. Odur ki, məhkəmə iddianı bu hissədə əsaslı saymış və belə qənaətə gəlmişir ki, əsassız varlanmış şəxs-cavabdeh əldə etdiklərini məhrum olana-iddiaçıya qaytarmalıdır.

12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəlləsinin 5.3, 329.2, 385.1, 386.1, 442, 601, 1091.1, 1091.2, 1092.1 və 1092.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.Cavabdeh Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işdən görünür ki, məhkəmə AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli rəyinə əsasən kartdan karta müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə olmaqla ümumilikdə 44.058, manat məbləğində pul vəsaitindən iddiaçının etiraf etdiyi 21000 manat məbləğində pul vəsaitini çıxmış və qalan 23.058 manat məbləğində cavabdehin borcu qalması qənaətinə gəlmiş və həmin məbləğin də cavabdehin tutulmasını təmin etmişdir. Məhkəmənin bu mövqeyi ilə qəti şəkildə razı deyil. İddiaçı və onun nümayəndəsinin məhkəmə iclasında verdikləri izahatlarında ziddiyyət var. Yəni iddiaçı və onun nümayəndəsi konkret olaraq iddiaçının cavabdehə nə qədər pul vəsaiti verməsi barədə ortaq məxrəcə gələ bilməyiblər. Ekspert isə həmin məbləği 44.058 manat müəyyən etmişdir. Maraqlısı budur ki, məhkəmə iddiaçının təqdim etdiyi qəbzləri nəzərə almış və 44.058 manatdan 21000 manat çıxmış və qalan pulu cavabdehdən tutmuşdur. Halbuki iddiaçı özü məhkəmə iclasında bildirmişdir ki, o, cavabdehə cəmi 36000 manat pul verib və onun 21000 manatı qaytarılıb. Belə olan halda məhkəmənin ekspert rəyini əsas götürərək iddianı təmin etməsi qanunsuz və əsassızdır. İddiaçı 36000 manat pul verdiyini bildirir, cavabdeh isə iddiaçının öz adına olan kartlarına özünə məxsus kartlardan 34351 manat və digər tanışlarının vasitəsilə 6000 manat cəmi 40351 manat pul köçürürür. Belə olan halda cavabdehin iddiaçıya borcunun qalması, iddiaçının cavabdehin kartına atdığı pul vəsaitinin borc kimi qəbul olunması, cavabdehin iddiaçının kartına atdığı pul vəsaitinin isə borcun qaytarılması kimi qəbul olunmaması əsassızdır. Hesab edir ki, məhkəmə işə birtərəfli olaraq baxmış, yalnız iddiaçının sübutlarına qiymət vermiş, cavabdehin sübutlarına isə nəzər belə yetirməmişdir. Hazırkı qətnamə iddiaçının əsassız olaraq varlanmasına səbəb olmuşdur. Çünki cavabdehin iddiaçının kartına 40351 manat pul göndərməsi iş materillarına əlavə olunmuş qəbzlə öz təsdiqini tapır. Belə olan halda iddianın təmin olunması tamamilə qanunsuz və əsassızdır. Ona görə də hesab edir ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv olunmalı və iddia tələbi rədd olunmalıdır. Məhkəmənin gəldiyi əsassız nəticəyə görə iddiaçı əsassız olaraq varlanmış, cavabdeh isə qanunsuz və əsassız olaraq maddi ziyana düşmüşdür.

Apellyasiya şikayətinə etiraz

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh, onun nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı, onun nümayəndəsi vəkil Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

19.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə pul məbləğinin tutulmasına dair hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla cavabdeh Cavabdeh 10.667 (on min altı yüz altmış yeddi) manat pul və ödənilmiş dövlət rüsumuna görə 81 (səksən bir) manat tutularaq iddiaçı İddiaçı ödənilməli, iddia digər hissədə təmin olunmamalıdır.

21. Belə ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında cavabdeh Cavabdeh və onun nümayəndəsi vəkil Nümayəndə birinci instansiya məhkəməsində cavabdeh tərəfindən iddiaçıya məxsus bank kart hesablarına müxtəlif vaxtlarda pul vəsaitlərinin köçürülməsini təsdiq edən ödəniş qəbzləri təqdim edilsə də, birinci instansiya məhkəməsi tərəfindən həmin hesablamaların nəzərə alınmadığı bildirilərək qətnamənin ləğv olunmaqla idddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər.Bununla əlaqədar məhkəmə kollegiyası tərəfindən cavabdehə məxsus 523915******5695, 416973******3159, 416973******6858, 416973******5234, 5239************ nömrəli kartlardan iddiaçıya məxsus 523915******0770, 409858********** nömrəli bank kartlarına məhkəmə kollegiyasının özünün apardığı sadə hesablamalara əsasən cəmi 34581 manat köçürüldüyü müəyyən edilmişdir.

22. Cavabdeh tərəfindən ona məxsus 5 ədəd bank kartları vasitəsi ilə iddiaçıya məxsus 2 ədəd bank kartlarına birinci instansiya məhkəməsinə təqdim olunan qəbz nömrələri ilə ümumilikdə 34581 manat pul köçürüldüyü təsdiq olunur. Lakin birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır.İddiaçı həmin qəbzlərin həqiqətə uyğun olmadığını bildirsə də, onun qeyd olunan 2 bank kartına həmin pul vəsaitlərinin köçürülməsini təkzib edən sübutlar təqdim edə bilməmişdir.

23. Eyni zamanda iş materiallarında olan sübutlar, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, iddiaçı tərəfindən müxtəlif tarixlərdə müxtəlif bank kartlarına ümumilikdə 44.058 manat məbləğində pul vəsaiti köçürülmüşdür.Cavabdeh tərəf bu cür hesablamanı sübut kimi qəbul etməyərək qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehin yalnız 5 bank kartına pul vəsaitlərinin köçürülməsini qəbul edir, digər bank kartlarına köçürülmüş pul vəsaitlərini isə qəbul etmir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əsassız hesab edir. Belə ki, cavabdeh özü birinci instansiya məhkəməsində verdiyi izahatlarında digər şəxslərin bank kartlarına onun göstərişi ilə iddiaçı tərəfindən pul köçürülməsini təsdiq etmişdir (buna misal olaraq birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli baxış iclası 16:50-17:00 dəqiqələr).

24. Cavabdeh həmçinin onun tanışları vasitəsi ilə iddiaçının bank kartına 12.020 (on iki min iyirmi) manat köçürülmüş pul vəsaitinin də nəzərə alınmalı olduğunu bildirsə də, iddiaçı həmin dəlilləri qəbul etməmiş, cavabdeh isə həmin dəlillərin əsaslı olduğunu sübut edə bilməmişdir.

25. Bundan başqa, məhkəmə kollegiyasının iclasında cavabdeh onun xahişi ilə iddiaçının onun həyat yoldaşına 700 ABŞ dolları məbləğində pul vəsaiti verməsini etiraf etmiş, lakin həmin məbləğin qaytarılmasını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, həmin məbləği ödəmək də cavabdehin öhdəliyindədir. 26.Beləliklə, iş üzrə müəyyən edilmiş hallar, təqdim olunmuş sübutlar və tərəflərin izahatları birlikdə qiymətləndirildikdə, iddiaçı tərəfindən köçürülmüş 44.058 manat məbləğindən cavabdeh tərəfindən qaytarıldığı sübuta yetirilmiş 34.581 manat çıxıldıqdan sonra, habelə qaytarılması sübuta yetirilməyən 700 ABŞ dollarının məzənnə üzrə 1.190 manat təşkil etdiyi nəzərə alınmaqla, cavabdehin iddiaçı qarşısında 10.667 manat məbləğində pulu qaytarmaq öhdəliyinin qaldığı müəyyən edilir. Buna görə də məhkəmə kollegiyası iddianın həmin hissədə əsaslı olması qənaətinə gəlir. 27.Dövlət rüsumuna münasibətdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən apellyasiya şikayətinə görə ödənilmiş 82 manat dövlət rüsumunun ½ hissəsi iddiaçı, ½ hissəsi cavabdehdən tutulmalıdır. Cavabdehdən tutulmalı olan dövlət rüsumu tutulmalı olan 10.667 manata uyğun olaraq 122 manat olduğundan, 122-41=81 manat tutulmalıdır. 28.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə pul məbləğinin tutulmasına dair hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. Cavabdeh Cavabdeh 10.667 (on min altı yüz altmış yeddi) manat pul və ödənilmiş dövlət rüsumuna görə 81 (səksən bir) manat tutularaq iddiaçı İddiaçı ödənilsin. İddia digər hissədə təmin olunmasın. Qətnamə ekspertiza tədqiqatının dəyərinin tərəflərdən tutulmasına dair hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar