Məhkəmə qərarları › İş №2(3-8)-398/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-398/2026

04.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-398/2026 04.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: dövlət rüsumu) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X3 və X2 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı "icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ######## 2025-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış 7800 manat borcun və ödənilmiş 98 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1 iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh icarə müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 4300 manat tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ######## 2022-ci il tarixli icarə müqaviləsinə əsasən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 79,2 kv.m sahəni əhatə edən qeyriyaşayış binası 1 il müddətinə Cavabdeh icarəyə verilmişdir. İcarə haqqının hesablanması tarixi ## ######## 2022-ci il tarixi hesab edilmişdir. İcarə müqaviləsinin 6.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddətinin bitməsinə 15 gün qalmış tərəflərdən heç biri müqaviləyə xitam vermədikdə, hazırkı müqavilə eyni şərtlərlə və eyni müddətə yenidən uzadılmış hesab edilir. ## ######## 2022-ci il tarixli icarə müqaviləsinə edilmiş * saylı əlavəyə əsasən icarəçi icarə müddəti ərzində aylıq əlavə dəyər vergisi daxil 300 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 26 ay ərzində icarə haqqını ödəməmiş və nəticədə icarə haqqına görə hesablanmış borc məbləği ƏDV daxil olmaqla 4300 manat təşkil edir. İcarə müqaviləsinin 4.1.2-ci bəndinə əsasən icarəçi tərəfindən icarə haqqının vaxtında və gecikdirilmədən ödənilməsini tələb etmək icarəyə verənin hüququdur. İcarə müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar LPO İddiaçı tərəfindən Cavabdeh borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **- */*-S-*-****/**** saylı, ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və icarə borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdeh Cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. 2023-cü ilin fevral ayından cavabdeh Cavabdeh icarə haqqı üzrə onlara ödəniş etmir. Məlumat üçün bildirir ki, onlar 2024-cü ilin aprel ayında obyekti təhvil almışdırlar. Qeyd edilənlərə əsasən iddiaçı şirkətin nümayəndəsi iddianın təmin edilməsini xahiş etmiş, daha sonra növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı olaraq iddia tələblərini tam müdafiə etdiklərini bildirmiş və hazırkı mülki iş üzrə iddianın tam təmin edilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

5. ## ######## 2022-ci il tarixli, İC/066 saylı daşınmaz əmlaka dair icarə müqaviləsi və ona * saylı Əlavədən görünür ki, icarəyə verən İddiaçı ASC ilə icarəçi Cavabdeh arasında icarə müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən icarəyə verən İddiaçı ASC tərəfindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 79,2 kv.m sahəni əhatə edən qeyri-yaşayış binası 1 il müddətinə icarəçi Cavabdeh icarəyə verilmiş, icarə haqqının hesablanması tarixi ## ######## 2022-ci il tarixi hesab edilmiş və icarə müqaviləsinin 6.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddətinin bitməsinə 15 gün qalmış tərəflərdən heç biri müqaviləyə xitam vermədikdə, hazırkı müqavilənin eyni şərtlərlə və eyni müddətə yenidən uzadılmış hesab edilməsi nəzərdə tutulmuş, həmçinin ## ######## 2022-ci il tarixli icarə müqaviləsinə edilmiş * saylı Əlavəyə əsasən icarəçi Cavabdeh icarə müddəti ərzində aylıq əlavə dəyər vergisi daxil 300 manat ödəməyi öhdəsinə götürmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

6. Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh ## ######## 2025-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış 4300 manat borc və ödənilmiş 98 manat dövlət rüsumunun tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 700.1, 700.2, 700.3, 676, 692.2.1 və 697.1 -ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 217.4, 216-220-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

8. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ondan tutulması qət edilmiş 98 manat dövlət rüsumuna aid hissədə ləğv edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı ilə ondan tutulması qət edilmiş dövlət rüsumuna aid hissədə razı deyil və aşağıda qeyd edəcəyi prosessual hüquq pozuntuları səbəbilə apellyasiya instansiya tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməli olduğu qənaətindədir. İddia tələbinin həcminin azaldılmasına dair ərizədən də göründüyü kimi iddiaçı ödənilmiş 98 manat dövlət rüsumunun ondan tutulmasını tələb etməmişdir. Belə ki, ilkin iddia ərizəsində borc məbləği iddiaçı tərəfindən 7800 manat göstərilmiş və iddiaçı tərəfindən də 98 manat dövlət rüsumu ödənilmişdir. Lakin iddiaçı borc məbləğini artıq göstərdiyini qəbul edərək iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş və borc məbləğinin 4300 manat olduğunu qəbul etmişdir. Lakin göstərilənlərə baxmayaraq məhkəmə 4300 manat borc məbləği ilə yanaşı 98 manat dövlət rüsumunun da ondan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etmişdir. Prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində düzgün olmayan qətnamə qəbul edilmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

11. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

12. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsini dövlət rüsumunun tutulması hissədə mübahisləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

15. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ######## 2025-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış 7800 manat borcun və ödənilmiş 98 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, bundan sonra iddiaçının nümayəndəsi X1 iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh icarə müqaviləsi üzrə İddiaçı ASCnin xeyrinə 4300 manat tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir /bax bənd 6/.

17. Məhkəmə qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.

18. Şikayətin dəlillərindən göründüyü kimi apellyator məhkəmə qərarı ilə ondan tutulması qət edilmiş dövlət rüsumuna aid hissəni mübahisələndirmişdir.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq şikayəti qismən əsaslı hesab edir.

20. Məhkəmə kollegiyası işin hallarını, tətbiq edilməli hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, qətnamə - cavabdeh Cavabdeh ödənilmiş 98 manat dövlət rüsumunun tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi hissəsində dəyişdirilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək cavabdeh Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 (otuz beş) manat tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməli, qalan 63 (altmış üç) manat ödənilmiş dövlət rüsumu iddiaçı LPO İddiaçı ASC-nin özünə aid edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 49 manat iddiaçıdan alınaraq cavabdeh Cavabdeh ödənilməlidir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi - cavabdeh Cavabdeh ödənilmiş 98 manat dövlət rüsumunun tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi hissədə dəyişdirilsin. Cavabdeh Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 (otuz beş) manat tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş 63 (altmış üç) manat dövlət rüsumu iddiaçı LPO İddiaçı ASC-yə aid edilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 49 (qırx doqquz) manat iddiaçı LPO İddiaçı ASC-dən alınaraq cavabdeh Cavabdeh ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar