Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-406/2026 02.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpasından imtina) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X1 və X2 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdeh Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9223,05 manat əsas, 221,75 manat faiz, cəmi 9444,80 manat məbləğində vəsaitin və ödənilmiş 114,45 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə cavabdeh Cavabdeh ##.##.2023-cü il tarixli, RGTK*******B*** saylı kredit müqaviləsinə əsasən 9223,05 manat əsas borc, 221,75 manat faiz borcu olmaqla, cəmi 9444,80 manat borc və ödənilmiş 114,45 manat dövlət rüsumunun əvəzinin İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.
3. Həmin qətnamədən narazı qalan Cavabdeh ##.##.2025-ci il tarixli şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ****/**** saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş ##.##.2025-ci il tarixli şikayət elektron qaydada deyil, kağız daşıyıcıda verildiyinə görə şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır.
5. Qətnamə ilə razı olmayan cavabdeh həmin qətnamədən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh Cavabdeh şikayət ilə yanaşı şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verərək Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim Elçin Kazımov) Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iş üzrə cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət rədd edilmişdir.
8. Həmin qərardaddan narazı qalan Cavabdeh ##.##.2026-cı il tarixli şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)- ****/**** saylı qərardadın ləğv edilməsini xahiş etmişdir.
9. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim Elçin Kazımov) şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilən ##.##.2026-cı il tarixli şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, o, qərardadı qanunsuz və əsassız hesab edir və onun ləğv edilməsini xahiş edir. Sumqayıt şəhər Məhkəməsi göstərib ki, apellyasiya şikayətini vermək üçün prosessual müddətin üzrlü səbəbdən ötürülməsinə dair hər hansı sübut təqdim edilməyib. Məhkəmənin diqqətinə çatdırır ki, o, Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi poçt vasitəsi ilə yaşadığı ünvana çatdırıldıqdan sonra qanunla nəzərdə tutuilmuş 1 ay müddətində apellyasiya şikayətini göndərmişdir. Onun hüquqi savadı yoxdur, şikayətin hansı formada, hansı məzmunda yazılacağını və hansı formada göndərilməsi qaydasını bilmir. Sumqayıt şəhər Məhkəməsi ## ###### 2025-ci il tarixli qərardadla şikayətini geri qaytardıqdan sonra, məhkəmənin qeyd etdiyi nöqsanları düzəldib apellyasiya şikayətini düzgün formada və qaydada göndərmişdir. Bu zaman ondan asılı olmayan səbəblərdən şikayətin verilməsi üçün nəzərdə tutulmuş 01 aylıq müddət ötürmüş olub. Bu müddct məhkəmə ilə yazışmalar dövründə ötürülüb, çünki o, vaxtında apellyasiya şikayətini vermişdir, sadəcə düzgün formada təqdim etməmişdir. Məhkəmənin ## ###### 2025-ci ildə qərardadla şikayətini qəbul etməkdən imtina etməsi və həmin qərardadın ona göndərilməsinə müəyyən zaman sərf olunub. Buna görə də o, düzgün formada apellyasiya şikayətini təqdim edərkən həm də prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsini xahiş etmişdir. Vəsatətdə o, müddətin nəyə görə ötürülməsini izah etmişdir, məhkəmə isə heç bir əsas olmadan qeyd edib ki, o, bununla bağlı sübut təqdim etməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə apellyasiya şikayətinin (həmçinin, qərardaddan verilən şikayətlərin) verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpasına o halda yol verilə bilər ki, prosessual müddətin bərpa edilməsi hüquqi müəyyənlik prinsipinə və ədalətli məhkəmə araşdırılması hüququna zidd olmasın. Avropa Məhkəməsi bir sıra qərarlarında qeyd edib ki, şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir. Apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə üzrə qərar qəbul edən məhkəmə, hər bir halda, qərarını əsaslandıran səbəbləri göstərməlidir. Sumqayıt şəhər Məhkəməsinin ## ###### 2026-cı il terixli qərardadında vəsatətin rədd edilməsi üçün hər hansı əsaslandırma etməyib, gəldiyi nəticəni əsaslandırmayıb. Sadəcə qeyd edib ki, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. O, müddəti hər hansı xəstəlik, ezamiyyə və ya başqa səbəblərdən dolayı ötürməmişdir. O, apellyasiya şikayətini vaxtında məhkəməyə təqdim etmiş, lakin şikayəti düzgün formada təqdim etməməsi, məhkəmənin şikayəti geri qaytarması, onun qərardadının yazılı şəkildə ona çatdırılması müəyyən vaxt alıb və bununla şikayətin verilməsi üçün nəzərdə tutulmuş 01 aylıq müddət ötürülmüş olub. Onun şikayəti vaxtında verməsinə dair sübutları (poçt konverti) məhkəməyə də təqdim etmişdir. Buna görə də məhkəmənin ## ###### 2026-cı il tarixli qərardadı ədalətli məhkəmə araşdırması hüququnun tərkibi kimi qəbul edilə bilməz və şikayətinin qəbul edilməməsi, müddətin bərpasına dair vəsatətinin təmin edilməməsi, onun məhkəməyə müraciət hüququnu pozmuş olub.
11. Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Apellyasiya baxışının hədləri
14. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
16. Göründüyü kimi birinci instansiya məhkəməsi apellyasiya şikayəti vermə müddətinin bərpasından imtina edilməsinə dair mövqeyni onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsini cavabdeh Cavabdeh ##.##.2025 il tarixdə poçt göndərişi vasitəsi ilə qəbul etmişdir. Göründüyü kimi Cavabdeh ##.##.2026-cı il tarixdə şikayət verməklə şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti buraxmışdır. Apellyasiya şikayətini vermək üçün prosessual müddətin üzrlü səbəbdən ötürülməsinə dair iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Odur ki, vəsatət rədd edilməlidir.
17. Məhkəmə qərardadı ilə razılaşmayan cavabdeh Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından şikayət vermişdir.
18. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə qiymətləndirmə apararaq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, şikayətin dəlillərini əsassız hesab edir. Kollegiyanın qənatincə birinci intansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardad prosessual hüquq normalarının tələblərinə uyğundur, qərardadın ləğv edilməsi üçün əsas yoxdur.
19. Kollegiya həmçinin aşağıda şərh olunanları qeyd edir:
20. Qüvvədə olan mülki prosessual qanunvericiliyin normalarından göründüyü kimi şikayət onun verilməsi üçün müəyyən edilmiş müddət ötürüldükdən sonra verilirsə, qəbul edilmir. Şikayət vermiş şəxs müddət ötürülməsinə səbəb olan hallar göstərməklə həmin müddətin bərpa edilməsi barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər. Lakin vəsatətin veriməsi müddətin mexaniki bərpa edilməsinə səbəb olmur. Məhkəmə ilk növbədə müddətin buraxılmasının səbəblərini arşdırır. Əgər o, müddətin şikayəti verən şəxsdən asılı olmayan səbəblərdən (xəstəlik, ezamiyyət və s.) buraxıldığı qənaətinə gələrsə, vəsatəti təmin edərək müddəti bərpa edir, əks halda isə vəsatəti rədd edir.
21. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarının qeyri-müəyyən vaxtdan sonra onlara yenidən baxılması hüquqi müəyyənlik prinsipini pozur. Bu cür hallar Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə baxışına olan hüququnun mahiyyətinə ziddir.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı ## ###### 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır.
23. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunmaması ilə bağlı mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir. Tərəfin göstərdiyi dəlil buraxılmış prosessual müddətin bərpa edilməsinin üzürlü səbəb kimi qiymətləndirilməsinə əsas vermir. Odur ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq
qərara a l d ı:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.