Məhkəmə qərarları › İş №2(3-8)-464/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-464/2026

18.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-464/2026 18.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər X19, cavabdeh5, cavabdeh2, cavabdeh4, cavabdeh3 və cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi zərər, sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər X19, cavabdeh5, cavabdeh2, cavabdeh4, cavabdeh3 və cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1.Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2013-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı İddiaçı iddiası təmin edilmiş, cavabdehlər X20, X6, X21, cavabdeh5, cavabdeh4, cavabdeh6, X1, X13, X14, cavabdeh3, X3, X7, X8 ailə üzvləri ilə birlikdə Abşeron rayonunun keçmiş Məmmədli sovxozunun Kürdəxanı fermasında yerləşən İddiaçı əmlak payı kimi verilmiş sağıcı evindən, süni mayalanma məntəqəsindən, tövlənin bir hissəsindən və həmin tikililərin yerləşdiyi ərazi ilə birlikdə cəmi 3986 kv.m torpaq sahəsindən çıxarılması və həmin torpaq sahələrində qanunsuz tikilmiş tikililərin onların hesabına sökülməsi qət edilmişdir. 2.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,01573 ha qeyri-yaşayış binası xüsusi mülkiyyət kimi İddiaçı adına ##.##.2014-cü ildə daşınmaz əmlakın dövət reyestrində * nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. 3.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,0747 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi İddiaçı adına ##.##.2020-ci ildə daşınmaz əmlakın dövət reyestrində **** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. 4.Azərbaycan Respublikası Abşeron rayonu, Məmmədli südçülük sovxozunun Aqrar Islahat Komissiyasının ##.##.2000-ci il tarixli, ** nömrəli iclas protokolundan çıxarışın surətindən görünür ki, sovxozun əmlak payçılarından İddiaçı əmlakdan pay haqqının verilməsi *** nömrəli aktla təsdiq edilmişdir. 5.Cinayət işinin başlanmasının rədd edilməsi barədə ##.##.2005-ci il tarixli qərarın surətindən görünür ki, cavabdeh6 şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. 6.Cinayət işinin başlanmasının rədd edilməsi barədə ##.##.2007-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. 7.Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən Zəngilan Rayon Məhkəməsinə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-**-**/*-******/**** nömrəli məktubundan aydın olur ki, Abşeron rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2013-cü il tarixli icra sənədinə əsasən borclular X20, X6, X21, cavabdeh5 qız, cavabdeh4 və qeyriləri ilə birlikdə Abşeron rayonunun keçiş Məmmədli sovxozunun kürdəxxanı fermasında yerləşən İddiaçı əmlak payı ilə verilmiş sağıcı evindən, süni mayalanma məntəqəsindən, tövlənin bir hissəsindən və həmin tikiliərin yerləşdiyi ərazi ilə birlikdə cəmi 3986 kv.m torpaq sahəsidən çıxarılmalsı və həmin torpaq sahələrində qanunsuz tikilmiş tikililərin onların hesabına sökülməsi qət edilmişdir. Qeyd olunan icra sənədi üzrə ##.##.2020-ci il tarixdə icraata başlanılmış və icraat zamanı mübahisəli torpaq sahəsinə icra məmuru tərəfindən və mütəxəsisin iştirakı ilə baxış keçirilmiş və orada olan tikililərin sərhədləri müəyyən edilmişdir. Bu barədə ##.##.2022-ci il tarixdə akt tərtib olunmuşdur. Bununla yanaşı icra sənədinin icrası ilə əlaqədar ayrı-ayrı vaxtlarda olmaqla sonuncu dəfə ##.##.2025-ci il tarixli məktubla “Azərbayca Respublikasının Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə” müraciət olumaqla borclulara işğaldan azad olunmuş ərazilərdə mənzillərin təklif olunması və həmin ərazilərdə evlə təmin olunubolunmaması barədə məlumatm verilməsi xahiş olurmuşdur. Sorğuya verilmiş ##.##.2025-ci il tarixli məktubda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq sözügedən ünvanda məskunlaşan məcburi köçkün ailələrinin qeydiyyatda olduqları doğma yurdlarına köçürülmələri başlanan zaman oların da həmin ərazidən evlə təmin olunması həyata keçiriləcəyi qeyd olunmuşdur. Həmçinin “Qaçqınların və Məcburi Köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17,09.1998-ci il tarixli, 895№-li Sərəncamına əsasən Məcburi Köçkünlərin 1992-1994-cü illərdə müvəqqəti məskunlaşdıqları mənzillərdən çıxarılmasının qarşısı alınması nəzərdə tutulmuşdur. 8.Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məktubundan aydın olur ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq cavabdeh5 ailə üzvləri ilə birgə Füzuli şəhərinə köçürülməsi ilə bağlı ## ###### 2024cü il tarixdə sorğu aparılmış və doğma yurduna köçürülməsi təklif olunmuşdur. Lakin, cavabdeh5 uşaqlarının təhsili ilə bağlı hələlik doğma yurduna köçə bilmədiyini bildirərək, imtina etmişdir. Füzuli şəhərinə ilkin mərhələ üzrə köçürülmə başa çatmışdır. Zəngilan şəhərindən məcburi köçkün X22 şəhid ailəsi olaraq 7 nəfər ailə üzvləri ilə birgə dövlət tərəfindən yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə ## #### 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 40.** saylı 3 otaqiı fərdi yaşayış evi ilə təmin olunmuş, Zəngilan rayonunun Dərə Gülətağ kəndindən məcburi köçkün X20 və X13, həmçinin Füzuli rayonunun Yağlıvənd kəndindən məcburi köçkünlər X6, X2, X15, cavabdeh3, X4, X7 və X9 ailə üzvləri ilə birgə sözügedən ünvanda və onun ətraf ərazilərində müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin edilməmişlər. X21 və cavabdeh4 ailəlidirlər. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”na uyğun olaraq sözügedən ünvanda məskunlaşan məcburi köçkün ailələrinin qeydiyyatda olduqlari doğma yurdlarına köçürülmələri başlanan zaman onların da həmin ərazidən evlə təmin olunması həyata keçiriləcəkdir. 9.Abşeron rayon İcra Hakimiyyəti Başçısının Məmmədli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin *** nömrəli, ##.##.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, Məmmdəli kənd bələdiyyəsilə birlikdə Abşeron rayonunun keçmiş Məmmədli sovxozunun Kürdəxanı fermasında yerləşən İddiaçı əmlak payı kimi verilmiş tövlənin bir hissəsinə baxış keçirilmiş, həmin ərazidə cavabdeh3 Cəhət oğlu tərəfindən tikilmiş 1 fərdi yaşayış evi, X7 və cavabdeh1 tərəfindən isə 1 fərdi yaşayış evinin tikilməsi müəyyən olunmuş, həmin vətəndaşlar özləri, mülkləri və ailə üzvləri haqqında məlumat verməkdən imtina etmişlər. 10.İddiaçı sifarişi əsasında «Caspian Valuation» Qiymətləndirici Təşkilatı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının 2ci mərtəbəsində yerləşən ümumi sahəsi 17.0 kv.metr təşkil edən qeyri-yaşayış binasının (sağıcı evi) ## ####### 2025-ci il tarixinə orta aylıq kirayə haqqı 150,0 manat/1 ay, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 1 mərtəbəli ümumi sahəsi 58.6 kv.metr qeyri-təşkil edən qeyri-yaşayış binasının (tövlə) ## ####### 2025-ci il tarixinə orta aylıq Kirayə haqqı: 200,0 (iki yüz) manat/1 ay, Abşeron rayonu, Məmmədli kəndində xüsusi mülkiyyətdə olan, yaşayış məntəqəsi təyinatlı 0.0747 ha torpaq sahəsinin ## ####### 2025-ci il tarixinə orta aylıq icarə haqqı 300,0 (üç yüz) manat/1 ay təşkil edir. 11.Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məktubundan aydın olur ki, Zəngilan şəhərindən məcburi köçkün X22 şəhid ailəsi olaraq 7 nəfər ailə üzvləri ilə birgə dövlət tərəfindən yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə ## #### 2023- cü İl tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 40.** saylı 3 otaqlı fərdi yaşayış evi ilə təmin olunaraq sözügedən ünvandan köçürülmüş, Füzuli şəhərindən məcburi köçkün cavabdeh2, həyat yoldaşı X16 «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı» na uyğun olaraq ## ####### 2023-cü il tarixdə doğma yurdu olan Füzuli şəhərində ** saylı binanın *** nömrəli 2 otaqlı mənzili ilə təmin olunaraq sözügedən ünvandan Köçürülmüşdür. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı"na uyğun olaraq cavabdeh5 ailə üzvləri ilə birlikdə Füzuli şəhərinə köçürülməsi ilə bağlı ## ###### 2024-cü il tarixdə sorğu aparılmış və doğma yurduna köçürülməsi təklif olunmuşdur. Lakin, cavabdeh5 tərəfindən, övladı cavabdeh4 uşaqlarının təhsili ilə bağlı hələlik doğma yurduna köçə bilmədiyini bildirərək, imtina etmişdir. Füzuli şəhərinə ilkin mərhələ üzrə köçürülmə başa çatmış, növbəti mərhələdə Füzuli şəhərinə köçürülmə başlanan zaman sözügedən ailənin də doğma yurduna köçürülməsi məsələsinə baxılacaqdır. cavabdeh4 tərəfindən Gürcüstan Respublikasının vətəndaşı olan həyat yoldaşından ayrıldığını bildirmiş, Füzuli rayonunun Yağlıvənd kəndindən məcburi köçkün X15 və övladı cavabdeh3, həmçinin cavabdeh1 ailə üzvləri ilə birlikdə sözügedən ünvanda məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin edilməmişdir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”na uyğun olaraq Füzuli rayonunun Yağlıvənd kəndindən olan məcburi köçkün ailələrinin qeydiyyatda olduqları doğma yurdlarına köçürülmələri başlanan zaman X15 və cavabdeh1 da ailəsinin həmin ərazidən köçürülməsi məsələsinə baxılacaqdır. Birinci instansiya məhkəməsində icraat 12.İddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0747 ha torpaq sahəsi, həyat yoldaşı X10 mülkiyyətində isə 0.1 146 ha torpaq sahəsi vardır. Yoldaşına məxsus torpaq sahəsinin üzərində ona məxsus ümumi sahəsi 372 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binası var. O, cümlədən Abşeron rayonu, Məmmədli südçülük sovxozunun Aqrar Islahat Komissiyasının ##.##.2000-ci il tarixli, ** nömrəli iclas protokolundan çıxarışla Mansurova (Imanquliyeva) Gülşən Oktay qızının istifadəsinə verilmiş torpaq sahəsinin 1986 kv.m hissəsini ##.##.2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında almış və həmin torpaq sahəsinin üzərində ona məxsus 123 2 kv.m-lik qeyri-yaşayış binası vardır. 1988-1994-cü illərdə erməni qəsbkarlarının torpaqların işğal etməsi nəticəsındə bir çox məcburi köçkün ona məxsus torpaq sahəsində və tikililərdə məskunlaşmışlar. O, Abşeron Rayon Məhkəməsinə ona məxsus torpaqlarda və qeyriyaşayış şahələrində məskunlaşmış məcburi köçkünlərin həmin torpaq sahələrindən çıxarılması və tikdikləri qanunsuz tikililərin sökülməsi tələbi ilə müracıət etmiş, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2013-cü il tarixli qətnaməsi ilə X24, X6, X21, cavabdeh5, cavabdeh4, X25, X1, X13, X14, cavabdeh3, X3, X7, X8 ailə üzvləri ilə birlikdə Abşeron rayonunun keçmiş Məmmədli sovxozunun Kürdəxanı fermasında yerləşən, ona əmlak payı kimi verilmiş sağıcı evindən, süni mayalanma məntəqəsindən, tövlənin bir hissəsindən və həmin tikililərin yerləşdiyi ərazi ilə birlikdə ona məxsus torpaq sahəsindən çıxarılmaları və həmin torpaq sahələrində qanunsuz tikilmiş tikililərin onların hesabına sökülmələri qərara alınmışdır. Onların bəziləri həmin torpaq sahəsini boşaltsalar da, bəziləri dövlət tərəfindən mənzillə təmin olunana kimi sözügedən məhkəmə qərarının icrasını təmin etmək mümkün olmamışdır. Lakin, ona məlum olmuşdur ki, həmin məcburi köçkünlərin bəziləri dövlət tərəfindən mənzillə təmin olunmuşdur. cavabdeh5 ailə üzvləri ilə birlikdə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq Füzuli şəhərinə köçürülməsi ilə bağlı ## ###### 2024-cü il tarixdə sorğu aparılmış, ancaq cavabdeh5 bu təklifdan imtina etmişdir. Zəngilan şəhərindən məcburi köçkün cavabdeh6 şəhid ailəsi olaraq 7 nəfər ailə üzvü ilə birlikdə dövlət tərəfindən yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə ## #### 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən **** saylı 3 otaqlı mənzillə təmin olunmuşdur. Ona məxsus 372 kv.m-lik tikilınin 2-ci mərtəbəsindəki 3 otaq cavabdeh5 və onun övladları cavabdeh4 və cavabdeh2, 2 otaq isə X25 qanunsuz istifadəsındədir. cavabdeh5 Füzuli şəhərinə köçməkdən imtina etsə də, həmin ərəfələrdə oğlu cavabdeh2 ailəsi ilə birlikdə Füzuli şəhərinə köçmüşdür. Ancaq bununla belə köçdükdən sonra əvvəllər yaşadığı otağın açarını ona qaytarmamışdır. Həmçinin cavabdeh4 də 2013-cü ildən ailəli olmasına baxmayaraq, məqsədli olaraq ona məxsus tikilidə yaşamağa davam edir. Göründuyü kimi adları qeyd olunan şəxslər dövlət tarefindən menzillə təmin olunmaqlarına baxmayaraq dövlətin mecburi köçkünlər üçün apardığı humanist siyasətdən öz maraqları naminə yararlanmağa çalışır, ona məxsus tikilini tərk etmək istəmir, onu öz əmlakları kimi idarə etmeyə çalışırlar. Həmçinin cavabdeh5 dövlətin ona yaratdığı imkandan yararlanmamışsa, Füzuli şəhərinə köçməkdn imtina etmişsə, onda niyə məhz onun mülkiyyaətiədə olan tikilidə onun icazəsi olmadan yaşamalıdır? Həmçinin X19 da dövlət tərəfindən evlə təmin olunmasına baxmayaraq, ona məxsus tikilida məskunlaşdığı 2 otağı təhvil vermək istəmir. Hətta ona məxus 0.0747 ha torpaq sahəsini də 2005-ci ildən hasara alaraq öz mülkü kimi hal-hazırda da istifadə edir. Şəhid ailəsi və məcburi köçkün olmağından sui-istifada edir. Həmçinin cavabdeh3 və cavabdeh1 da ona məxsus 123.2 kv.m sahəsi olan qeyri-yaşayış binasını qanunsuz zəbt etmişlər. Hətta onlar bununla da kifayətlənməmiş, həmin torpaq sahəsində 2 fərdi yaşayış evi tikərək həmin evlərdə yaşayır. Bu halı cavabdeh3 *(***)***/**** saylı məhkəmə işi üzrə 2013-cü ildə keçirilmiş məhkəmə İclaslarında özləri bildirmişlər. Lakin, onlar ona məxsus 123.2 kv.m-lik tikilidən çıxmaqdan da imtina edirlər. O, dəfələrlə Abşeron Rayon İcra Şöbəsinin əməkdaşları ilə oraya getsə də, cavabdeh1 ona məxsus həmin tikilidə anasının tək yaşadığını bildirmişdir. Yaşlı, kənar şəxslərin köməyinə ehtiyacı olan bir qadının oğlu ilə deyil, təkbaşına, həmçinin 123 kv m-lik tikilidə yaşaması nə dərəcədə məntiqə sığır? Göründüyü kimi, adları qeyd olunan şəxslər ona məxsus qeyri-yaşayış binalarını və torpaq sahəsini tərk etmək istəmirlər. Halbuki o, həmin daşınmaz əmlakları müəyyən məbləğ qarşılığında icarəyə verib gəlir əldə edə bilərdi. Lakin, cavabdehlərin qanunsuz əməlləri nəticəsində o, bu günə kimi kifayət qədər məbləğdə maddi ziyana düşmüş və bu zərər getdikcə artmaqdadır. Belə ki, cavabdeh5, X26, X38, cavabdeh6 qanunsuz məskunlaşdıqları otaqların hər birini ayda 200 manat məbləğində cavabdeh3 və cavabdeh1 qanunsuz məskunlaşdıqları 123.2 kv m-lik qeyri-yaşayış binasını ayda 600 manat məbləğində, həmçinin həmin tikilinin yerləşdiyi torpaq sahəsini isə yüksək məbləğdə icaraya verə bilərdi. Lakin, onlar məcburi köçkün olduqlarından və dövlət proqramı əsasında mənzillə təmin olunana kimi onları ona məxsus torpaq sahələrindən və tikililərdən çıxarmaq mümkun olmamışdır. Indi isə vəziyyət dəyişmişdir. Hesab edir ki, cavabdeh5 Füzuli şəharinə köçməyə imtina etdiyi vaxtdan, onun oğlu cavabdeh2 Fuzuli şəhərinə koçdüyü vaxtdan, qızı X34 ailə qurduğu vaxtdan, cavabdeh6 isə mənzillə təmin olunduğu vaxtdan bu günə kimi qanunsuz zəbt etdikləri otaqların hər biri üçün hər biri ayrı-ayrılıqda hər ay üçün 200 manat məbləğində, cavabdeh3 və cavabdeh1 isə ona məxsus torpaq sahəsində qanunsuz tikililər tikib yaşadığı vaxtlardan, yəni 2010-cu ildən bu günə kimi hər biri ayrı-ayrılıqda hər ay üçün 300 manat məbləğində ödəniş etməlidirlər. Belə ki, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2013-cü il tarixli qətnaməsi ilə Abşeron rayonunun keçmiş Məmmədli sovxozunun Kürdəxanı fermasında yerləşən, ona əmlak payı kimi verilmiş sağıcı evindən, süni mayalanma məntəqəsindən, tövlənin bir hissəsindən və həmin tikililərin yerləşdiyi ərazi ilə birlikdə ona məxsus torpaq sahəsindən çıxarılmaları və həmin torpaq sahələrində qanunsuz tikilmiş tikililərin onların hesabına sökülmələrinə dair barəsində qərar qəbul edilmiş şəxslərdən biri də İsmayılov Natiq Şamil oğlu və anası X24r. X24 1993-cü ildən 2025-ci ilin aprel ayına kimi ona məxsus sağıcı evinin birinci mərtəbəsindəki 1 otaqda yaşamış, oğlu İsmayılov Natiq Şamil oğlu isə həmin tikilinin ikinci mərtəbəsində öz ailəsi ilə birlikdə yaşamağa davam edir. X24 2025-ci ilin aprel ayında vəfat etmişdir. Daha sonra o, İsmayılov Natiqə anası Şərifova Nargilənin yaşadığı otaq daha böyük olduğuna görə həmin otağa köçüb yaşamasını təklif etmiş, əvvəl İsmayılov Natiq onunla razılaşsa da, daha sonra məhkəməyə pul tələbi ilə müraciət etdiyi şəxslərin siyahısında adının olmadığını bildikdən sonra hər iki otağı öz istifadəsində saxlamaqda davam edəcəyini bildirmişdir. O, dəfələrlə ona bu barədə desə də, Natiq nə əvvəllər anasının istifadə etdiyi, nə də indi ailəsi ilə yaşadığı otağı təhvil verməmişdir. Bu səbəbdən İsmayılov Natiq Şamil oğlu hazırki işdə cavabdeh kimi cəlb edilməli və anası X24 vəfat etdiyi vaxtdan bu günə kimi zəbt etdiyi 1 otağa görə hər ay 200 manat olmaqla, ümumilikdə 1400 manat pul tutularaq, ona ödənilməlidir. 13.İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh2, cavabdeh4, cavabdeh3, cavabdeh1 qarşı iddia qaldıraraq, ona dəymiş maddi ziyana görə cavabdeh5 3400 manat, cavabdeh cavabdeh2 3400 manat, cavabdeh cavabdeh4 29200 manat, cavabdeh cavabdeh6 9600 manat, cavabdeh cavabdeh3 Zəhəd oğlundan 54000 manat, cavabdeh cavabdeh1 54000 manat məbləğində pulun və dövlət rüsumi kimi ödənilmiş 443,60 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, hal-hazırda iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, iddia ərizəsində də qeyd etdiyi kimi ona məxsus 0.0747 ha torpaq sahəsi də cavabdeh cavabdeh6 qanunsuz sahibliyindədir. O, həmin torpaq sahəsini hasara alaraq öz mülkiyyəti kimi istifadə edir. Dəfələrlə ona məxsus torpaq sahəsini boşaltmağını bildirsə də, o, bundan imtina etmişdir. Sözügedən torpaq sahəsini o, 2005-ci ilin may ayından etibarən zəbt etmişdir. Bu səbəbdən hesab edir ki, cavabdeh6 torpaq sahəsini zəbt etdiyi hər ay üçün ona 100 manat olmaqla, bu günə kimi ümumilikdə 12400 manat məbləğində pul ödəməlidir. Həmçinin digər cavabdeh cavabdeh5 qanunsuz ona məxsus 372 kv.m tikilinin 2-ci mərtəbəsində yerləşən 1 deyil 2 otaq var. Bu səbəbdən ondan zəbt etdiyi hər bir otağa münasibətdə aylıq 200 manat məbləğində olmaqla, ümumilikdə 6800 manat məbləğində pul tutularaq ödənilməlidir. Məhkəmədən yekun olaraq dəymiş maddi ziyana görə cavabdeh cavabdeh5 6800 manat, cavabdeh cavabdeh2 3400 manat, cavabdeh cavabdeh4 29200 manat, cavabdeh cavabdeh6 34000 manat, cavabdeh cavabdeh3 54000 manat, cavabdeh cavabdeh1 54000 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 471,40 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia tələbini müdafiə edib, iddia ərəizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ferma ona deyil, sovxoza aid olmuş, orada baş mühasib və direktor vəzifəsində işləmiş, sovxoz islahata gedib bölünmüşdür. Məhkəmə qətnaməsi var, amma icra məmuru torpaqlar azad olduqdan sonra qətnaməni icra edəcəyini demişdir. cavabdeh6 iki ildir ki, ev verilmişdir. Torpağın çıxarış var. Cavabdehlərdən İsmayılov Natiq Şamil oğlundan 1400 manat pulun tutub ona verilməsini xahiş edir. Binanın çıxarışı var, həyətin sahəsi 20 sot olmuşdur. Torpaq sahəsini 2021-ci ildə almışdır. Cavabdehlərə qarşı qoyduğu məbləğləri aylıq kirayə haqqını 200-300 manatdan götürüb hesablamışdır. Qiymətləndirmə ilə bağlı ekspertində rəyi var və məhkəməyə təqdim etmişdir. Cavabdehlərdən cavabdeh6, cavabdeh5, cavabdeh2, cavabdeh4, cavabdeh3 və cavabdeh1 onun mülkiyyəti olan evdən çıxmırlar və hal-hazırda orda yaşayırlar. cavabdeh3 və cavabdeh1 başqa binada yaşayırlar. Sonda iddiaçı məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. 15.Məhkəmə iclasında iştirak edən cavabdeh İsmayılov Natiq Şəmil oğlu iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, 1993-cü ildən həmin sözü gedən fermada məskunlaşmış, onlara oranı Müslim müəllim vermişdir. Həmin dövrlərdə o, müharibədə olmuş, onun qardaşına və anasına fermada işləməklərinə baxmayaraq, heç bir pay verilməmişdir. Onlar 1993-cü ildə köçkün kimi gələndə Sabunçu rayonunda yerləşən ferma dövlətə aid olmuşdur. Orda valideyinləri, qardaşı, bacısı və o, məskunlaşmışdırlar. Onlar məskunlaşdıqları zamanda orda başqa ailələrdə məskunlaşmışlar. Ona hələ ev verilməmişdir. Ona ev verilməsi ilə bağlı müxtəlif yerlərə müraciət etmiş, ordan ona 2030-cu ilə kimi onları da evin siyahısına alınıb köçürüləcəklərini bildirmişlər. İddiaçının sonradan gəlib hansı yolla o torpaqları almasını isə bilmir. Onlar məskunlaşdıqları fermada 7 ailə məskunlaşmışlar. Onun anası və qardaşı o fermada sağıcı işləmişlər. O, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Sonda cavabdeh məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. 16.Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh4 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, onlar 1994-cü ildən həmin fermada məskunlaşmışlar. O, 7 ildir ki, yoldaşından ayrılmış və məcburi köçkündür. Onun məhkəmələrə gəlməməsinə səbəb işdən icazə alıb gələ bilməməsi olmuşdur. Ona ev verilsə o evdən bu gün çıxar. Məskunlaşdığı evin heç bir şəraiti də yoxdur. Ev ona deyil, qardaşına verilmişdir. 4 uşaqla tək ana olaraq harasa çıxıb getməyə heç bir yeri yoxdur. 1994-cü ildə ailəsinə orda evi Müslim müəllim vermişdir. Sonda cavabdeh məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. 17.Cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh2, cavabdeh3 və cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 18.Zəngilan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. (hakim Gülsarə İmanova) 19.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 152.1, 152.5, 157.2, 1096.1 və 1097.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı İddiaçı apellyasiya şikayəti verib, Zəngilan Rayon Məhkəməsinin ##.##.2025-

20. *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə ci il tarixli qətnamə qəbul edilməsini xahiş etmişdir. 21.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, iddia tələbinin əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi təşkil edir. Həmin normaya əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan normadan göründüyü kimi, zərərə şəxsin əmlakından məhrum olması, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər, yəni əldən çıxmış fayda da daxildir. 22.İşin hallarından göründüyü kimi, mübahisə predmeti olan əmlaklar iddiaçının mülkiyyətindədir və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə cavabdehlərin həmin əmlaklardan çıxarılması qət edilmişdir. Lakin buna baxmayaraq, cavabdehlər iddiaçının mülkiyyətində olan əmlaklarda qalmağa davam etməklə onu əmlakından məhrum etmişlər. Hətta məcburi köçkün olan cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən mənzillərlə təmin olunmalarına baxmayaraq, iddiaçının mülkiyyətində olan əmlakları boşaltmaqdan imtina edirlər və hazırda da orada yaşayırlar. Beləliklə, Konstitusiyaya və qanunlara zidd olaraq iddiaçını mülkiyyətində olan əmlaklardan qanunsuz olaraq məhrum edirlər. Əmlakların qeyri-yaşayış sahələri olduğunu nəzərə aldıqda, cavabdehlər həmin əmlakları vaxtında boşaltsaydılar, yəni iddiaçının hüquqları pozulmasaydı, həmin əmlakların icarəyə verilməsi ilə gəlirlər əldə ediləcəkdi ki, hazırkı halda iddiaçı bu gəlirlərdən də məhrum olmuşdur. Yuxarıda göstərilən hallara əsasən, hazırkı iddia tələbi ilə həmin gəlirlərin ödənilməsi tələb edilir ki, bu da Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə tam uyğundur. Həmin gəlirlər, yəni iddiaçıya dəymiş zərər də «Caspian Valuation» Qiymətləndirici Təşkilatı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli rəylə müəyyən edilmiş icarə haqqı məbləğlərinə əsasən hesablanmışdır. Cavabdehlər tərəfindən mütəxəssis rəyi ilə müəyyən edilmiş icarə haqqı məbləğlərini təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlardan göründüyü kimi, cavabdehlərin hərəkətləri nəticəsində iddiaçı hazırda da mülkiyyətində olan əmlaklardan, eyni zamanda həmin əmlakların qeyriyaşayış binaları olduğunu nəzərə aldıqda, həmin əmlaklardan adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən, yəni əldən çıxmış faydadan məhrum olmuşdur. Bütün bu hallar iş materiallarına əlavə olunmuş sübutlarla tam sübuta yetirildiyi halda, birinci instansiya məhkəməsi bunların heç birini nəzərə almadan iddianı yalnız ziyanın hansı meyarlarla hesablandığını guya sübuta yetirə bilmədiyinə görə təmin etməmişdir. 23.Birinci instansiya məhkəməsi meyarlar deyərkən hansı meyarları nəzərdə tutduğunu konkret göstərməmişdir. Halbuki, iddiaçı hesab edir ki, iddia tələbində hər hansı meyar axtarıla bilməz, çünki hər bir hal açıq-aydın ortadadır. Belə ki, cavabdehlər iddiaçının əmlaklarını zəbt etmişlər, məhkəmə qətnamələri olmasına baxmayaraq həmin əmlaklardan hazırda da çıxmırlar. Əmlaklar qeyri-yaşayış binalarıdır, yəni adi mülki dövriyyədə istifadə olunmalı əmlaklardır. Həmin əmlaklardan sahibkarlıq məqsədilə və ya icarəyə vermək yolu ilə gəlir əldə edilə bilərdi ki, cavabdehlərin hərəkətləri nəticəsində iddiaçı bu gəlirlərdən məhrum olmuşdur. Göründüyü kimi, bütün hallar və xüsusatlar açıq və aydın olmaqla Mülki Məcəllənin 21-ci maddəsində öz əksini tapan zərərin tam tərkibini yaradır. İddiaçının qeyd etdiyi kimi, hər bir hal və xüsusat açıq-aydın göründüyü halda burada ziyanın hansı meyarla hesablanmasından söhbət gedə bilər? Ümumiyyətlə, birinci instansiya məhkəməsinin sübut edilmədiyini hesab etdiyi hansı meyarı axtardığı və tapa bilmədiyi iddiaçıya məlum olmamaqla, məhkəmə ondan buna dair sübut da tələb etməmişdir. Halbuki, icarə haqqının hesablanmasına dair mütəxəssis rəyi təqdim edilmişdir ki, həmin rəydə bütün meyarlar göstərilmiş və əsaslandırılmışdır. Lakin məhkəmə mütəxəssis rəyini araşdırmamış, ümumiyyətlə, ona heç bir münasibət bildirməmişdir. 24.Əgər məhkəmə icarə haqqı məbləğini nəzərdə tutursa, həmin icarə haqqı məbləğləri barədə hər bir əmlak üzrə aylıq icarə haqqı məbləğinin müəyyən edilməsinə dair mütəxəssis rəyi təqdim edilmişdir. Məbləğin ümumi həcminə gəldikdə isə onun ayrıca sübuta ehtiyacı yoxdur. Çünki mütəxəssis rəyi ilə aylıq icarə haqqı məbləği müəyyən edilmişdir ki, həmin icarə haqqı məbləğlərini iddiaçının əmlaklarından məhrum olduğu müddətlərə vurmaqla ümumi məbləği müəyyən etmək mümkündür. Bu da adi riyazi hesablama olmaqla xüsusi biliyə malik olmağa ehtiyac yaratmır. Belə olan halda, birinci instansiya məhkəməsi mütəxəssis rəyini əsas götürməklə zərəri özü də hesablamaqla müəyyən edə bilərdi ki, bunu etməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 25.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları 26.Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. 27.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 28.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 29.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 30.Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 31.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 32.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 33.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 34.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 35.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 36.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 37.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 38.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 39.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri 40.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 41.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 42.Apellyasiya şikayətindən görünür ki, iddiaçı İddiaçı apellyasiya şikayəti verib, Zəngilan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 43.İddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında vəsatətlə müraciət edərək öz doğma yurdlarına köçürüləcəkləri və humanizm prinsipi əsası ilə cavabdehlər İsmayılov Natiq Şamil oğluna, X19, cavabdeh5, cavabdeh2, cavabdeh4 qarşı iddiasını geri götürdüyünü yenidən cavabdeh cavabdeh3 və cavabdeh cavabdeh1 qarşı yeni hesablamaqla pul tələb etdiyini bildirmişdir. 44.Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, 2(3- 8)-464/2026 nömrəi qərardadı ilə İddiaçı İddiaçı oğlunun iddia tələbindən imtinası qəbul edlməsi, Zəngilan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qismən- “İddiaçı İddiaçı cavabdehlər İsmayılov Natiq Şamil oğluna, X19, cavabdeh5, cavabdeh2, cavabdeh4 qarşı “pul tələbi ilə bağlı” iddiasına dair hissəsində ləğv edilməsi, iddiaçı İddiaçı cavabdehlər İsmayılov Natiq Şamil oğluna, X19, cavabdeh5, cavabdeh2, cavabdeh4 qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. 45.Ona görə də Zəngilan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsini cavabdehlər cavabdeh3 və cavabdeh1 aid hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 46.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər cavabdeh3 və cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. 47.Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 48.Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı əvvəla qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). 49.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, işin mübahisəsiz halları bundan ibarət olmuşdur ki, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2013-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı İddiaçı iddiası təmin edilmiş, cavabdehlər X20, X6, X21, cavabdeh5, cavabdeh4, cavabdeh6, X1, X13, X14, cavabdeh3, X3, X7, X8 ailə üzvləri ilə birlikdə Abşeron rayonunun keçmiş Məmmədli sovxozunun Kürdəxanı fermasında yerləşən İddiaçı əmlak payı kimi verilmiş sağıcı evindən, süni mayalanma məntəqəsindən, tövlənin bir hissəsindən və həmin tikililərin yerləşdiyi ərazi ilə birlikdə cəmi 3986 kv.m torpaq sahəsindən çıxarılması və həmin torpaq sahələrində qanunsuz tikilmiş tikililərin onların hesabına sökülməsi qət edilmişdir. 50.İşin hallarından görünür ki, Füzuli rayonunun Yağlıvənd kəndindən məcburi köçkün olan cavabdehlər cavabdeh3, cavabdeh1 ailə üzvləri ilə birlikdə sözügedən ünvanda məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin edilməmişdir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”na uyğun olaraq Füzuli rayonunun Yağlıvənd kəndindən olan məcburi köçkün ailələrinin qeydiyyatda olduqları doğma yurdlarına köçürülmələri başlanan zaman cavabdehlərin ailəsinin həmin ərazidən köçürülməsi məsələsinə baxılacaqdır. 51.Odur ki, kollegiya birinci instansiya məhkəməsinin mövqe ilə razılaşaraq hesab edir ki, iddiaçı hazırkı iddia tələbini əvvəlki iddia tələbinin eyni ilə əsaslandırmış, ona maddi zərər dəyməsinə dair sübutu nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiyası məhkəməsində təqdim etməmişdir. 52.Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 53.Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətlərinin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. 54.Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından sadalanan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ilk iddiaçının əmlakına dair iddiasının tam təmin edilməsi üçün əsaslı şübhələrdən kənar sübutlar kifayət deyildir. 55.Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədə göstərilən qaydada iddianı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. 56.Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli Qərarı). 57.Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 58.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. 59.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. 60.Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 61.Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Zəngilan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi cavabdehlər cavabdeh3 və cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. 62.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi cavabdehlər cavabdeh3 və cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar