Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-504/2026 24.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X18 ibarət tərkibdə, Əliyev Aytən İlqar qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşdə olan JN 257, KOD ******** saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayon AİK-nin ##.##.2000-ci il tarixli, **/** saylı qərarı ilə Qusar rayonu, Düztahir kəndi ərazisindən 5.86 ha torpaq sahəsi Cavabdeh, X14, X7, X4, X5, X11 mülkiyyətlərinə verilmişdir.
2. İşdə olan X12, X8, X9, İddiaçı və X21 tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli aktdan görünür ki, həqiqətən də, 2006-cı il tarixdə Cavabdeh özünə və və ailə üzvlərinə məxsus olan, Qusar rayon Aqrar İslahat Komissiyasının ##.##.2000-ci il tarixli, **/** saylı qərarı ilə verilmiş 5.86 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün ayrılmış torpaq sahəsindən Düztahir palasa sahəsindən 2.40 ha torpaq sahəsini İddiaçı satmışdır və JN:257, KOD ******** saylı Dövlət Aktını İddiaçı vermişdir. Aldığı aktdan 2013-cü ilə kimi həmin torpaq sahəsi İddiaçı istifadəsində olmuşdur, lakin İddiaçı azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğuna görə həmin torpaq sahəsi, yəni 2.40 ha torpaq sahəsi qardaşı X12 istifadəsində olmuş, X12 isə öz növbəsində həmin torpaq sahəsini Düztahir kənd sakini X8 icarəyə vermiş və və natura qaydasında 2024-cü ilə kimi, yəni hal-hazıra kimi icarə haqqı almışdır. Bu barədə Cavabdeh və onun ailə üzvlərinin xəbəri olmuş, bununla bağlı heç bir şikayəti, tələbi, iradları olmamışdır.
3. Qusar rayonu Düztahir bələdiyyəsinin ##.##.2025-ci il tarixli, ** saylı arayışdan görünür ki, X12 həqiqətən Düztahir kənd sakini Cavabdeh palasa adlanan ərazidə yerləşən 2.42 ha torpaq sahəsinə görə vergiləri 2011-ci ildən hal-hazırkı dövrə kimi Düztahir bələdiyyəsinə ödəmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh torpaq sahəsinə görə ödədiyi 3.000 (üç min) ABŞ dolları məbləğində pul vəsaitinin 2006-cı ildən hazıradək olan dövr ərzində inflyasiya və devalvasiya faizləri, o cümlədən torpaq sahəsinin dəyərinin artması nəzərə alınmaqla cəmi 24000 manat məbləğində pul vəsaitinin alınaraq, həmçinin dövlət rüsumu kimi tərəfindən ödənilmiş 162 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu, Düztahir kənd sakini olmaqla ailəsi ilə birlikdə həmin kənddə yaşayır. 2006-cı ildə həmkəndlisi Cavabdeh Qusar rayon Aqrar İslahat Komissiyasının ##.##.2000-ci il tarixli, **/** saylı qərarı ilə həmin şəxsin özünə və ailə üzvlərinin mülkiyyətinə verilmiş, KOD30112018, JN-*** saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmiş 5.86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.40 ha hissəsini 3000 (üç min) ABŞ dollarına satın almışdır. Torpaq sahəsinin dəyəri kimi 3000 ABŞ dolları onun tərəfindən yaşadığı evdə ailə üzvlərinin yanında Cavabdeh verilmiş, həmçinin həmin şəxs torpaq sahəsinin dəyərinin ödənilməsi barədə qəbz yazıb vermiş və torpaq sahəsinə dair Dövlət Aktının əslini ona təqdim etmişdir. Həmin torpaq sahəsi 2013-cü ilədək onun faktiki sahibliyində və istifadəsində olmuşdur. O, 2013-cü ildə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2021-ci ildə cəzasını çəkib azadlığa buraxılmışdır. 2013-cü ildən 2021-ci ilədək cəzaçəkmə müəssisəsində olduğundan Cavabdeh satın aldığı torpaq sahəsini bir müddət faktiki olaraq qardaşı X12 istifadə etmiş, daha sonra həmin torpaq sahəsini onun tərəfindən Cavabdeh faktiki satın alınmasına şahidlik etmiş X8 icarəsinə vermiş və 2024-cü ilədək həmin şəxs tərəfindən istifadə olunmuşdur. Bahaddin Həbibov həmin torpaq sahəsində buğda əkmiş və buna görə qardaşı Heydər Heydərova hər il üçün icarə haqqı ödəmişdir. 2006cı ildən 2024-cü ilədək Cavabdeh və onun ailə üzvləri torpaq sahəsi ilə bağlı ona, qardaşı Heydər Heydərova və ya Bahaddin Həbibova qarşı hər hansı tələbi olmamış, həmin şəxslər torpaq sahəsinin faktiki mülkiyyətçisinin onun olmağı faktını etiraf etmişlər. 2024-cü ilin sonlarında torpaq sahəsinə görə subsidiyalar alınması üçün torpaq sahəsinə dair çıxarış tələb olunduğundan o, həmin torpaq sahəsini öz adına rəsmiləşdirmək istəyərkən məlum olmuşdur ki, Cavabdeh 2024-cü ilin noyabr ayında torpaq sahəsinə dair öz adına çıxarış almışdır. Bundan sonra o, cavabdehə müraciət edərək, torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi məqsədilə notariat orqanında alğı-satqı müqaviləsinin bağlanmasını təklif etsə də, həmin şəxs bundan imtina etmişdir. Göründüyü kimi onunla cavabdeh Cavabdeh arasında alğı-satqı müqaviləsi bağlanmış, lakin həmin müqavilə lazımi formada bağlanmadığından, yəni notarial qaydada təsdiqlənmədiyindən əhəmiyyətsiz əqd olmuşdur. Əqd həmiyyətsiz olsa da, həmin razılaşma üzrə o, cavabdehə 3000 ABŞ dolları vermişdir. Cavabdeh torpaq sahəsinin rəsmiləşdirilməsindən yayınmaqla və ondan aldığı pulu ona qaytarmamaqla uzun müddət, yəni 2006-cı ildən bu günədək özündə saxlamaqla əsassız varlanmış, eyni zamanda bunun nəticəsində ona zərər dəymişdir. Belə ki, əgər cavabdeh Cavabdeh yuxarıda qeyd etdiyi torpaq sahəsini ona satmaq niyyəti yox idisə ondan aldığı pulu geri qaytarmalı idi. Lakin qeyd etdiyi kimi 2024-cü ilin noyabr ayına kimi həmin şəxs nə ona torpaq sahəsini geri qaytarmağı tələb etmiş, nə də ona verdiyi pulu qaytarmışdır. 2024-cü ilin noyabr ayında cavabdeh təsadüfən həmin torpaq sahəsinin onun öz adında qalmasını bildikdən sonra təkrarən torpaq sahəsini öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. Bu səbəbdən də onun həmin şəxsə verdiyi pul vəsaitini geri tələb etməyə subyektiv hüququ yaranmışdır. Həmin şəxsə verdiyi pul vəsaiti xeyli miqdarda inflyasiya və devalvasiyaya uğramış, ölkə üzrə istehlak qiymətlərinin indeksi bir neçə dəfə artmışdır. Bundan başqa, cavabdeh Cavabdeh faktiki olaraq ona satdığı torpaq sahəsini sonradan öz adına təkrar qeydiyyata aldırmaqla onu torpaq sahəsindən məhrum etmişdir. Belə ki, 2006-cı ildə dəyəri 3000 (üç min) ABŞ doları olan 2.40 ha torpaq sahəsinin indiki dəyəri 24.000 (iyirmi dörd min) manat təşkil edir. Çünki həmin torpaq sahəsinin 1 hektarının dəyəri 10.000 (on min) manatdır. Bununla da o, 24.000 (iyirmi dörd min) manat dəyərində əmlakdan məhrum olmuşdur. Halbuki cavabdeh Cavabdeh ondan aldığı pul vəsaiti hesabına özü və ailə üzvləri üçün əmlaklar əldə etmiş, övladı üçün ev inşa etmişdir. Bu səbəbdən də hesab edir ki, yuxarıda göstərilən torpaq sahəsinin alınması ilə əlaqədar onun tərəfindən ödənilmiş 3.000 (üç min) ABŞ dolları, o cümlədən həmin pulun 2006-cı ildən hazıradək olan dövr ərzində inflyasiya və devalvasiya faizləri, torpaq sahəsinin dəyərinin bahalaşması və s. hallar nəzərə alınmaqla cəmi 24.000 (iyirmi dörd min) manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh alınıb ona verilməlidir. Həmçinin, onun tərəfindən ödənilmiş 162 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq ona verilməlidir.
6. Cavabdehin nümayəndəsi X5 iddiaya etirazında qeyd etmişdir ki, tamamilə qondarma və uydurma olan iddia ərizəsini qəbul etmir. İddia tələbi tamamilə əsassız və yalan ifadələrdən ibarətdir. Qusar rayon Aqrar islahat Komissiyasının ##.##.2000-ci il tarixli, **/** saylı qərarı ilə ona və ailə üzvlərinin mülkiyyətinə verilmiş, KOD 30112018, JN-*** saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmiş 5.86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.40 ha hissəsini iddiaçıya satmamışdırlar. Necə ola bilər ki, ailə üzvlərinə məxsus torpaq sahəsi heç kimin razılığı olmadan satılsın. Həmin torpaq sahəsinin satılması ilə bağlı ailə üzvlərinin razılığı olmamışdır. Deyilənlər tamamilə yalandır və həqiqəti əks etdirmir. Belə ki, əgər iddiaçının dediyinə inanılsa guya o, 2006-cı ildə cəmi 2.4 ha torpaq sahəsini 3000 (üç min) ABŞ dollarına almışdır. Sual olunur ki, Qusar rayonu ərazisində torpağın hektarı 2006-cı ildə nə qədər olmuşdur? Təkcə bu hala diqqət yetirmək kifayət edir ki, bu iddia ərizəsinin tamamilə qondarma olması məlum olsun. Həmin tarixlərdə rayon ərazisində göstərilən məbləğə dəfələrlə ondan çox ərazini almaq olardı. Lakin iddiaçı bu məqamı unudaraq həmin vaxtı torpağın real dəyərini ən azı 10 dəfə artırmışdır. İddiaçı ərizəsində 2013-cü il tarixdən 2021-ci il tarixə kimi cəzaçəkmə müəssisəsində cəza çəkdiyini bildirmiş, amma niyə görə cəza çəkdiyini və hansı maddə ilə ona ittiham irəli sürüb barəsində hökm elan edilməsi barədə qeyd aparmağı unutmuşdur. Hökmün surəti ərizəyə əlavə edilməmişdir. Yaxşı olardı ki, həmin hökmü məhkəməyə təqdim etsin. İddiaçının təqsirləndirilən şəxs qismində cəlb olunması və onun barəsində ittihamın irəli sürülməsinin səbəbi dələduzluq etməsi olmuşdur. Buna diqqət yetirilməlidir. İddiaçı öz hərəkətləri ilə onları da aldatmaq istəyib. Digər bir hal iddiaçı torpağa görə ödənilmiş 3000 (üç min) ABŞ dollarının alınmasına dair cavabdehin qəbz imzaladığını iddia edir ki, mülki iş materiallarında bununla bağlı hər hansı sənəd yoxdur. Çünki reallıqda belə bir alğı-satqı olmamışdır. İddia ərizəsi üzrə irəli sürülən digər arqument üzrə torpağa dair sənədlərin əslinin iddiaçıda olması faktı ilə bağlı qeyd edirilər ki, iddiaçı həmin torpaq sahəsini satacağı vədi ilə həmin sənədlərin əslini cavabdehdən almış, hər dəfə müxtəlif bəhanələrlə onu aldatmış, 2013-cü ildə isə həbs olunduğundan cavabdehə ona məxsus sənədlərin də cinayət işi üzrə istintaq aparan Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində saxlanıldığı bildirilmişdir. Daha sonra bundan çəkinən cavabdeh iddiaçının cəzaçəkmə müəssisəsindən çıxmasını gözləmişdir. Həmin müddət ərzində torpağın istifadədə olduğunu bilməmişdir. Əksinə indiki iddia ərizəsi ilə iddiaçının qardaşı tərəfindən torpağın icarəyə verildiyini öyrənmiş, oradan icarə haqqı alınaraq qazanc əldə edildiyi ona məlum olmuşdur. Əsassız varlanma ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməlidir. İddiaçı qabaqdangəlmişlik edərək bugünki iddia ərizəsi ilə çıxış edərək özünün əsassız varlanma əsasında cavabdehin torpağını icarəyə verməklə əldə etdiyi gəlirləri qaytarmaq əvəzində cavabdehdən də pul tələb etməkdən çəkinmir. İddiaçı öz iddia ərizəsində 2024-cü ildə alğısatqı bağlamaqla qanunsuz istifadə etdiyi cavabdehə məxsus torpağı əldə etmək istədiyini etiraf etmişdir. Buradan da məlum olur ki, o hər hansı formada torpaq almamış, oranı qanunsuz olaraq istifadə etmiş və gəlir götürmüşdür. Daha sonra oranı almaq istəmiş, lakin cavabdeh bununla razılaşmadıqda belə iddia ilə məhkəməyə müraciət edərək əməlini reallaşdırmaq istəmişdir. Buna qətiyyən yol vermək olmaz. İddia ərizəsində göstərmişdir ki, torpaq istifadədə olmasına baxmayaraq cavabdeh nə ona, nə də ki, icarəyə götürən X10 qarşı hər hansı bir tələb və etiraz etməmişdir. Bu nüanslarla bağlı qeyd etmişdir ki, həmin torpağın icarədə olduğu cavabdehə məlum olmamışdır və hazırkı iddia ərizəsi ilə bu hal aşkar olunmuşdur. Digər tərəfdən iddiaçının özünə qarşı hər hansı pretenziya vermək mümkün olmamışdır, çünki 2013cü ildən o, cəzaçəkmə müəssisəsində olmuşdur. Cavabdeh isə onun cəzasını çəkib qurtarmasını gözləmişdir. İddiaçı isə bu müddət ərzində əgər həmin torpağı almış idisə onun rəsmiləşdirilməsi ilə bağlı hər hansı tədbir görməməsinin səbəbini nə ilə izah edə bilər? Əgər cəzaçəkməsi ilə bağlı əsaslandıracaqsa bu hal qəbuledilməzdir. Çünki faktiki olaraq özünün dediyi kimi torpaq sahəsi iddiaçının qardaşının istifadəsində olmuş, torpağı qardaşı icarəyə vermişdir. Ən azından qardaşı vasitəsilə bu istəyi cavabdehə çatdıra bilərdi. Bunu etməməsi bir daha onun hər hansı formada torpaq almadığını və iddia etdiyi sövdələşmənin real olmadığını, qondarma və yalanla dolu olduğunu sübut edir. Bundan əlavə iş materiallarına iddiaçı tərəfindən qondarma bir akt əlavə olunmuş və guya həmin aktla torpaq sahəsinin cavabdeh tərəfindən satılmasını təsdiq edən bir sıra şəxslər bu aktı imzalamışlar. Maraqlısı odur ki, həmin aktda imza edən şəxslərin hamısı iddiaçının qohumları yaxın insanlarıdır. Belə olan halda həmin aktın iddia tələbinin əsası kimi sübut sayılması mümkünsüzdür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda bu sənəddən təsdiq olunmuş çıxarışı təqdim edilir. Qanunvericiliyin tələbləri baxımından iddiaçı tərəfindən təqdim edilən kserosurət olan akt yazılı sübut sayıla bilməz. Digər tərəfdən o hal da qeyd olunmalıdır ki, iddiaçının tələbi əsaslı olsa idi belə o, hazırkı iddia ərizəsini iddia müddətini ötürməklə vermişdir. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı ərizəni məhkəməyə 2025-ci il tarixdə təqdim etmiş, iddiaçının tələb etdiyi məbləği 2006-cı il tarixi üzrə tələb edir. Həmin müddətdən 3 ildən artıq, yəni 20 ilə yaxın müddət keçmişdir. Belə olan halda iddiaçı tərəfindən iddia müddəti ötürülməklə hazırkı iddia ərizəsi məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bütün bu deyilənləri ümumiləşdirilsə qeyd edilə bilər ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi sövdələşmə tərəflər arasında olmamış, cavabdehdən torpağa dair sənədlərin əslini torpağı satmaq vədi ilə götürmüş iddiaçı daha sonra həbs olunmuş, bütün müddət ərzindən iddiaçının qardaşı torpaq sahəsini icarəyə verməklə gəlir götürmüş, iddiaçının cəza çəkdiyi müddət cavabdeh tərəfindən gözlənilmiş və həmin müddətdə sənədlər istintaq orqanında olmuş, daha sonra torpağın cavabdehin adına rəsmiləşdirildiyini görən iddiaçı torpağın ona satılmasını istəmiş, razılıq olmadıqda belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
7. Cavabdehin nümayəndəsi və vəkili vəkil1 İlham oğlu etiraz ərizəsi ilə müraciət edərək qeyd etmişdir ki, iddia tələbi üzrə iddia müddəti iddiaçı tərəfindən aşkar surətdə ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Hətta iddiaçının iddia etdiyi “əsassız varlanma” faktı nəzərdən keçirilsə belə, Mülki Məcəllənin 1095-ci maddəsinə görə, əsassız varlanma obyektini qaytarmaq hüququ şəxsə öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra qüvvədən düşür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Qanunun mənasından göründüyü kimi Mülki Məcəllənin 1095-ci maddəsində əsassız varlanma obyektini qaytarmaq üçün iki illik iddia müddəti nəzərdə tutulsa da, əqdin əhəmiyyətsiz olmasından irəli gələn əsassız varlanma tələblərinə xüsusi norma kimi həmin Məcəllənin 354.1-ci maddəsindəki bir illik iddia müddəti tətbiq edilir. İddianın hüquqi əsası isə əhəmiyyətsiz əqdin olmasından irəli gələn əsassız varlanma tələbidir. İddiaçı öz ərizəsində pulun 2006-cı ildə ödənildiyini və alğısatqı müqaviləsinin həmin vaxt baş tutduğunu qeyd edir. Hazırkı iddia isə məhkəməyə 2025-ci ildə, yəni hadisədən təxminən 19 il sonra təqdim edilmişdir. Bu qanunla müəyyən edilmiş 3 illik ümumi və müqavilə üzrə iddia müddətlərinin dəfələrlə ötürülməsi deməkdir. Yəni iddiaçı eyni zamanda 10 illik ümumi iddia müddətini də ötürmüşdür. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçı 2006-cı ildə əqdin notarial qaydada təsdiqlənmədiyini və torpağın rəsmi sənədləşmədiyini bildiyi halda, bu illər ərzində heç bir hüquqi addım atmamış, həmin hallarla bağlı susmuş, hərəkətsizlik göstərmişdir. Bununla belə iddiaçı 2013-2021-ci illər aralığında torpaq sahəsinin qardaşı X12 istifadəsində olduğunu bildirmişdir. Lakin öhdəlikdə şəxsin dəyişməsi halı da iddia müddətinin axımına təsir etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 378-ci maaddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Göründüyü kimi iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür və bu hal məhkəmənin iddiadan imtina etməsi üçün əsasdır. İddiaçının torpaqdan uzun illər istifadə edərək, faydalanaraq gəlir götürməsi, yəni əmlakın onda olduğu bütün vaxt ərzində götürdüyü və ya götürməli olduğu bütün gəlirlər mülkiyyətçinin (cavabdehin) hüquqlarını pozmaqla əldə edilmiş bəhər, artım sayılır və bu vəsaitlər iddiaçının əsassız varlanmasına gətirib çıxarmışdır. İş üzrə qətnamə çıxararkən iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddiasına münasibətdə iddia müddətini tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, həmin torpaq sahəsini Nəbi satın almışdır. Xavərin həmin torpaq sahəsini Nəbiyə satmasını kənd camaatı hamı bilir. Nəbi azadlıqdan məhrum edildikdən sonra torpaq sahəsindən 10 il o özü istifadə etmiş, buna görə Nəbiyə hər il 300 kq. taxıl vermişdir. Torpaq sahəsinin vergilərini isə Nəbinin qardaşı Heydər ödəmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçını və cavabdehi tanıyır, Xavər onun sinif yoldaşı olmuş, Nəbi isə qonşusudur. O, 1999-cu ildə Düztahir bələdiyyəsinin üzvü, 2005-ci ildə isə bələdiyyənin sədri seçilmişdir. 2002-2005-ci llərdə kənd camaatı torpaq sahələrini satmağa başlamışdır. İddiaçı palasa ərazisində Xavərin adında olan torpaq sahəsinin vergilərini bələdiyyəyə ödəmişdir. Xavərin adından həmin torpaq sahəsinin vergilərinin ödənilməsi olmamışdır. Nəbi Xavərin torpaq sahəsini aldığına görə vergiləri də o ödəmişdir. O, Xavərdən torpaq vergilərini istəyəndə, torpağı Nəbiyə satdığını bildirmişdir.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, iddiaçını və cavabdehi tanıyır. Xavər onun qonşusu, Nəbi isə yeznəsidir, onlarla ədavəti yoxdur. O, Nəbinin həyətində usta kimi işləmişdir. Həmin vaxt Xavər Nəbiyə müraciət edərək özünə məxsus torpaq sahəsini satdığını bildirmiş, almasını Nəbidən xahiş etmişdir.
11. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** saylı məktubu ilə göndərilmiş daşınmaz əmlakın dövlət kadastrı və reyestr publik hüquqi şəxsinnin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qusar rayonu, Düztahir kəndində yerləşən 2.4067 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət üzrə Cavabdeh, X14, X7, X4, X5, X15 adlarına 301013086093 reyestr nömrəsi, 2824028166 qeydiyyat nömrəsi ilə ##.##.2024-cü il tarixdə qeydiyyata alınmışdır.
12. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Qusar rayonu Düztahir bələdiyyəsinin ##.##.2025-ci il tarixli, ** saylı məktubda qeyd edilmişdir ki, JN-257, KOD 30112018 olan Dövlət aktına əsasən Cavabdeh və onun 5 nəfər ailə üzvünə Düztahir palasa adlanan ərazidən pay torpaq olaraq verilmiş 2.42 ha torpaq sahəsindən 2012-ci ildən halhazırkı dövrə kimi Düztahir kənd sakini X8 istifadə edir.
13. Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 11.100 (on bir min yüz) ABŞ dolları məbləğində pul vəsaiti qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanmaqla tutularaq, həmçinin məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 162 (yüz altmış iki) manat məbləğində pul vəsaitinin iddianın təmin olunan hissəsinə mütənasib olan 146.61 manat hissəsi tutularaq iddiaçı İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 19 il ərzində hərəkətsizlik göstərərək həm xüsusi, həm də 10 illik ümumi iddia müddətini kobud şəkildə ötürmüşdür. İddiaçı 2006-cı ildə pulu verdiyini və əqdin notarial qaydada rəsmiləşdirilmədiyini bildiyi andan (yəni 19 il əvvəl) hüququnun rəsmi olaraq tanınmadığını bilirdi. Həmçinin iddiaçı iddia ərizəsində alğı-satqının əhəmiyyətsiz olduğunu xüsusi olaraq vurğulamışdır. İddiaçı 2006-cı ildə icra etdiyi öhdəlik üzrə (halbuki həmin pulu verilməsinə dair heç bir maddi sübut yoxdur) 2025-ci ildə iddia qaldırmaqla həm bu bir illik xüsusi müddəti, həm də 10 illik ümumi iddia müddətini dəfələrlə ötürmüşdür. Yəni iddiaçı 2006-cı ildə əqdin qanuna müvafiq rəsmiləşdirilmədiyini bildiyi üçün iddia müddətinin axımı məhz həmin tarixdən başlamışdır. Həmçinin iddiaçının bu uzun illər ərzində hüququ var idi ki, alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddia qaldırsın. Lakin iddiaçı bu subyektiv hüququndan istifadə etməmiş, əksinə öz iddiasının hüquqi əsası kimi əqdin əhəmiyyətsiz olduğunu göstərmişdir. Əgər alıcı əmlakın əldə edilməsi üçün qanunvericiliyin tələb etdiyi hərəkətləri vaxtında etməyibsə, bu, onun “laqeyd münasibəti” kimi qiymətləndirilməlidir. 19 ildən sonra qaldırılan iddia mülki dövriyyənin sabitliyinə və davamlılığına xələl gətirir, şəxslərin dövlət tərəfindən tanınmış hüquqi statusunun qeyri-müəyyən qalmasına səbəb olur. Nəticə olaraq iddiaçının 2006-cı ildən bəri əqdin “əhəmiyyətsiz” olduğunu bildiyi halda 19 il ərzində məhkəməyə müraciət etməməsi, onun subyektiv hüquqlarını müdafiə etmək imkanını itirməsi ilə nəticələnir. Hətta fərz edilsə ki, iddia müddəti keçməyib, belə olan halda da məhkəmənin indeksləşmə (zərərin əvəzinin ödənilməsi) barədə qərarı tərəflər arasında ədalətli tarazlığı, mülki hüquq subyektləriin bərabərliyi prinsipini pozmuşdur. İddiaçının torpaq sahəsindən 19 il ərzində qanunsuz sahiblik edərək maddi mənfəət götürməsi faktına hüquqi qiymət verilməməsi həm Mülki Məcəllənin normalarına, həm də Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə ziddir. Belə ki, məhkəmə 3000 (üç min) dolların 3.7 dəfə artırılmasını qət etsə də, iddiaçının 19 il ərzində torpaqdan istifadə etməsi və onu başqa şəxsə (B.Həbibova) icarəyə verərək gəlir götürməsi faktına hüquqi qiymət verməmişdir. Məhkəmə cavabdehin puldan istifadəsini indeksləşdirdiyi halda, digər tərəfin, yəni iddiaçının torpaqdan 19 illik istifadəsini və ondan gəlir götürməsini nəzərə almamışdır. İddiaçı uzun illər ərzində torpağı özgəninkiləşdirməyə dair hüquqi əsası (notarial müqavilə və reyestr qeydi) olmadan torpağa sahiblik etmiş və onu icarəyə verməklə gəlir (icarə haqqı) əldə etmişdir. Hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak (və ya mənfəət) əldə edən şəxs əsassız varlanmış sayılır. Nəticədə məhkəmə iddiaçının torpaqdan 19 il ərzində istifadə etməsi və onu başqa şəxsə (Bahaddin Həbibova) icarəyə verərək gəlir götürməsi faktına uyğun olaraq cavabdehin iddiaçıya ödəyəcəyi məbləğin həcmini əhəmiyyətli dərəcədə azaltmalı və ya tamamilə sıfırlamalı idi. Bir məqamda xüsusi olaraq vurğulanmalıdır ki, iddiaçı öz iddiasında 2006-cı il tarixdə olan əqdin əhəmiyyətsiz olduğunu bildirsə, o cümlədən iddiasının hüquqi əsası kimi əqdin etibarsızlığına dair maddi hüquq normalarına istinad etsə də, məhkəmə həmin əqdin bəyənildiyi qənaətinə gələrək əqdi öz təşəbbüsü ilə etibarlı hala gətirmişdir. Göründüyü kimi iddiaçı özü əqdin əhəmiyyətsiz olmasını etiraf etməsinə baxmayaraq məhkəmə həmin əqdə sonradan etibarlı hala gətirilən əqd donu geydirməyə çalışmışdır. Halbuki əhəmiyyətsiz əqd özlüyündə əhəmiyyətsizlik ünsürü olan əqddir və həmin əqdə sonradan tərəflərin iradəsi ilə hüquqi qüvvə vermək olmaz. Bu kimi əqdlər mübahisələndirilə bilən deyil, məhkəmə tərəfindən etibarsız hesab edilibedilməməyindən asılı olmayaraq bağlandığı andan əhəmiyyətsiz əqdlərdir. Bu mənada məhkəmə qanunun təfsirində səhvə yol vermişdir. Təqdim olunan sənədlər və hüquqi normalara əsasən 3000 ABŞ dolları məbləğində pul vəsaitinin verilməsinin sübuta yetirilməsi məsələsini təhlil etdikdə müəyyən olunur ki, bu məbləğin verilməsi qanunla müəyyən edilmiş mötəbər sübutlarla təsdiq olunmamışdır. İddiaçı 3000 dollar kimi o dövr üçün külli miqdarda olan vəsaitin mənbəyini, onun rəsmi verilməsini (məsələn, bank köçürməsi və ya notarial təsdiq) sübut edən heç bir mötəbər sənəd təqdim etməmişdir. Məhkəmə tərəfindən isə 3000 dolların verilməsi sübut olunmamışdır. Təqdim olunan kserosurətlər mötəbər sübut deyil, şahid ifadələri isə bu növ əqdlər üçün yetərli sübut növü sayılmır. Məhkəmənin bu faktı “sübut olunmuş” sayması maddi və prosessual hüquq normalarının (MPM 77, 88, 89 və MM 337, 340) kobud şəkildə pozulmasıdır. Daha sonra MPM-in 260.5-ci maddəsinin pozulması (İcraatın qanunsuz təzələnməsi) ilə bağlı qeyd edir ki, ## ###### 2025-ci ildə tərəflər gəlmədiyi üçün iddia baxılmamış saxlanılmışdır. İcraatın təzələnməsi üçün üzrlü səbəb sübut olunmalıdır. İddiaçının “belə fikrə gəldik ki, təxirə salınacaq” mülahizəsi qanunla üzrlü səbəb sayılmır. Üzrsüz səbəbdən icraatın təzələnməsi MPM-in 260.5-ci maddəsinin və Ali Məhkəmə Plenumunun ##.##.2011-ci il tarixli qərarının kobud pozuntusudur. Hətta məhkəmənin icraatın təzələməsi barədə ##.##.2026-cı il tarixli qərardadı, işə mahiyyəti üzrə baxıldıqdan, qətnamə elan olduqdan sonra, ##.##.2026-cı il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Məhkəmə pulun verilməsini iddiaçının qohumları və tanışları olan şahidlərin ifadələrinə əsasən sübut olunmuş saymışdır. Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarına (N.Əbilovun şikayəti üzrə) əsasən, lazımi qaydada təsdiq olunmamış kserosurətlər sübut kimi istinad edilə bilməz. Həmçinin, daşınmaz əmlakla bağlı sövdələşmələr yalnız şahid ifadəsi ilə təsdiq edilə bilməz (MPM 81) Mülki Prosessual Məcəllənin (MPM) 89.3-cü maddəsinə əsasən, yazılı sübutlar məhkəməyə əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti formasında təqdim edilməlidir. İddiaçı pulun verilməsinə dair “qəbz” olduğunu bildirmiş ki, həmin qəbz işlə müəyyən edilmir. Həmçinin “akt”ın yalnız təsdiq olunmamış kserosurətini təqdim etmişdir Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə ## #### 2008-ci il tarixli qərarında birmənalı göstərilir ki, lazımi qaydada təsdiq olunmamış kserosurətlər sübut kimi istinad edilə bilməz və belə sənədə əsasən borcun verilməsini sübut olunmuş saymaq MPM-in 89-cu maddəsinin kobud pozuntusudur. “İddianın etirafı” mülahizəsinin əsassızlığı ilə bağlı xüsusu olaraq vurğulayır ki, Qusar Rayon Məhkəməsi cavabdehin “iddia müddətinin tətbiqi” barədə ərizə verməsini faktiki olaraq pulun alınmasının etirafı kimi qiymətləndirmişdir. Lakin cavabdeh öz etiraz ərizəsində iddia tələbini tamamilə rədd etmiş, pulu almadığını, iddianın qondarma olduğunu və torpağa dair sənədlərin onda vədlərlə alındığını bildirmişdir. MPM-in 106.1-ci maddəsinə görə, tərəfin izahatı yalnız o halda mötəbər sübut sayılır ki, o, iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. İddia müddətinin tətbiqi barədə vəsatət hüquqi müdafiə vasitəsidir və bu, heç bir halda borcun maddi-hüquqi cəhətdən etirafı sayıla bilməz. Mülki icraat qaydasında baxılan işlərdə məhkəmələr tərəflərin tələbləri çərçivəsində, ancaq qanuna müfaviq olaraq qərar qəbul edə bilərlər. Başqa sözlə, mülki icraat qaydasında işlərdə məhkəmələr tərəflərin tələbləri ilə bağlıdır, ancaq bu tələblərin hüquqi tövsifi və hüquqi əsaslandırması ilə qətiyyən bağlı deyildir. Məhkəmələr mübahisələri həll edərkən yol verilmiş qanun pozuntularını tərəflərin irəli sürüb-sürməmələrindən asılı olmayaraq qanunən nəzərə almaq məcburiyyətindədirlər. Çünki qanunvericlik normlarının düzgün tətbiq olunması və qanun pozuntularına yol verilməməsi məhkəmələrin ən ümdə vəzifəsidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Dəmirov Müşfiq İlham oğlu apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
19. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
21. Maddə 375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır
22. Maddə 377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.
23. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...)
24. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
27. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 8. Qanun və məhkəmə qarşısında bərabərlik 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. (...)
29. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
30. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
31. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32 Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
34. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
35. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməməlidir.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
38. Baxılan iş üzrə iddia tələbi - cavabdehdən torpaq sahəsinə görə ödənilmiş 3.000 (üç min) ABŞ dolları məbləğində pul vəsaitinin 2006-cı ildən hazıradək olan dövr ərzində inflyasiya və devalvasiya faizləri, o cümlədən torpaq sahəsinin dəyərinin artması nəzərə alınmaqla cəmi 24000 manat məbləğində pul vəsaitinin alınması barədədir.
39. İş materiallarından isə görünür ki, iddiaçı cavabdeh Cavabdeh Qusar rayonu, Düztahir kəndi ərazisində kənd təsərrüfatı təyinatlı 2.40 ha torpaq sahəsinin 3000 (üç min) ABŞ dolları verərək aldığını qeyd etmiş, lakin bununla bağlı, o cümlədən cavabdehə pulun verilməsini təsdiq edən (qəbz, müqavilə, iltizam və s.) mötəbər sübut təqdim etməmişdir. Cavabdeh isə ona qarşı irəli sürülən mövcud tələbi etiraf etməmişdir.
40. İddiaçının 10 il müddətində cəzaçəkmə müəssisəndə olması barədə göstərdiyi dəlili isə iş materiallarına əsasən öz təsdiqini tapmışdır.
41. Belə ki, iş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusu əsasında təqdim olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2013-cü il tarixli *(***)-***/**** nömrəli hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinin tələblərinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən, İddiaçı Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cəza təyin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
42. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Hazırki halda, iş materiallarına əsasən iddia tələbinin əsası kimi istinad edilən hallar – torpaq sahəsinin cavabdehdən alınması üçün 3000 ABŞ dolları məbləğində pulun verilməsi sübut edilməmişdir.
43. Əksinə, cavabdeh tərəf göstərmişdir ki, iddiaçı torpağa görə ödənilmiş 3000 (üç min) ABŞ dollarının alınmasına dair cavabdehin qəbz imzaladığını iddia edir ki, mülki iş materiallarında bununla bağlı hər hansı sənəd yoxdur. Çünki reallıqda belə bir alğı-satqı olmamışdır. İddia ərizəsi üzrə irəli sürülən digər arqument üzrə torpağa dair sənədlərin əslinin iddiaçıda olması faktı ilə bağlı qeyd edir ki, iddiaçı həmin torpaq sahəsini satacağı vədi ilə həmin sənədlərin əslini cavabdehdən almış, hər dəfə müxtəlif bəhanələrlə onu aldatmış, 2013cü ildə isə həbs olunduğundan cavabdehə ona məxsus sənədlərin də cinayət işi üzrə istintaq aparan orqanda saxlanıldığı bildirilmişdir. Daha sonra bundan çəkinən cavabdeh iddiaçının cəzaçəkmə müəssisəsindən çıxmasını gözləmişdir. Həmin müddət ərzində torpağın istifadədə olduğunu bilməmişdir. İndiki iddia ərizəsi ilə iddiaçının qardaşı tərəfindən torpağın icarəyə verildiyini öyrənmiş, oradan icarə haqqı alınaraq qazanc əldə edildiyi ona məlum olmuşdur. İddia müddətinin tətbiqi barədə ərizə isə hüquqi müdafiə vasitəsidir və bu heç bir halda borcun maddi-hüquqi cəhətdən etirafı sayıla bilməz.
44. Eyni zamanda cavabdeh tərəf göstərir ki, iddiaçının torpaqdan uzun illər istifadə edərək, faydalanaraq gəlir götürməsi, yəni əmlakın onda olduğu bütün vaxt ərzində götürdüyü və ya götürməli olduğu bütün gəlirlər mülkiyyətçinin (cavabdehin) hüquqlarını pozmaqla əldə edilmiş bəhər, artım sayılır və bu vəsaitlər iddiaçının əsassız varlanmasına gətirib çıxarmışdır.
45. İşdə olan JN 257, KOD ******** saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayon AİK-nin ##.##.2000-ci il tarixli, **/** saylı qərarı ilə mübahisəli torpaq sahəsi yalnız cavabdeh Cavabdeh deyil, eyni zamanda X14, X7, X4, X5, X11 ümumi birgə mülkiyyətlərinə verilmişdir.
46. Kollegiya iddiaçının təqdim etdiyi yuxarıda adları çəkilən sübutları mövcud mübahisə üzrə iddianın təmin edilməsi üçün mötəbər hesab etmir. Həmçinin qeyd edir ki, cavabdehin özünü müdafiə üçün nəzərdə tutulmuş mülki hüquqi vasitə kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi halı ona iddiaçının torpaq sahəsinin alğı-satqısına görə məhz 3000 ABŞ dolları məbləğində pul vəsaiti verməsini təsdiqləmir.
47. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında əqd bağlanması (şfahi və ya yazılı), buna görə iddiaçının cavabdehə 3000 ABŞ dolları məbləğində pul vəsaiti ödəməsi mötəbər sübutlarla təsdiq olunmadığından və iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddia müddətinin tətbiqinə dair mövcud ərizəsinə qiymət verilməsinə də zərurət yoxdur.
48. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2006-cı il tarixli qərarı).
49. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar işdə olan sübutlarla müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə düzgün olmamışdır.
50. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Mülki Prosessual Məcəllənin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
52. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
53. Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara və təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.