Məhkəmə qərarları › İş №2(3-8)-520/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-520/2026

23.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-520/2026 23.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı borc tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh cavabdeh2, cavabdehin nümayəndəsi vəkil Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı borc tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 14350 ABŞ dolları və cavabdeh1 1***** manat məbləğində pulunun 12 ay qanunsuz sahibliyində və istifadədə saxladığına görə pulun əvəzi 50000 manat Azərbaycan manatını və ödənilmiş 51 manat dövlət rüsumunun alınaraq, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2 14300 ABŞ dolları və cavabdeh1 1***** manat məbləğində pulunun 12 ay qanunsuz sahibliyində və istifadədə saxladığına görə pulun əvəzi 50000 manat azərbaycan manatını və ödənilmiş 331 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Qahirlə o, çoxdan tanışdır. Qahir müxtəlif vaxtlarda ondan çoxlu miqdarda pullar alaraq alver etmiş və ticarət işləri görmüş pullar qazanmışdır. O, heyvandarlıqla məşğul olur, inək, qoyun, toyuq, cücə alıb, satıb. Qahir bir müddət əvvəl Rusiyaya alver məqsədi ilə gedəndə ondan 14350 ABŞ dolları almış və o, aldığı pulu qaytaracağını demişdir. Qahirə ondan aldıqları pulu geri qaytarması barədə dəfələrlə desə və xəbər göndərsə də o, aldığı pulları geri qaytarmamışdır. O, Qahirə müxtəlif vaxtlarda külli miqdarda qarşılıqsız pullar verib. Həmin vaxtlarda Qahir ona deyib ki, qardaşı oğlu cavabdeh1 Bakı şəhəri, Xırdalan qəsəbəsində iş görür, ev tikir, ona pul lazımdır, o, işləyən adamdır, işləyib pulunu alıb artıqlaması ilə qaytaracaq. Həmin vaxt o, Talehlə görüşüb və ona 1***** manat pul verib. Taleh ona bildirib ki, 10 ay müddətinə ona 1*****-dən əlavə 1***** manat əlavə pul verəcəkdir. Taleh ondan pulu alandan sonra dediyi vaxtda deyil, uzun söz-söhbətdən sonra pulu 22 aydan sonra qaytardı. Taleh onu bu illər ərzində aldadaraq, ondan aldığı pulu 10 aya deyil aldığı vaxtdan 12 ay uzun söhbətlərdən sonra 22 aya qaytardı. O, pulunun 12 ay Talehdə qalmasına, özünün qanunsuz sahibliyində saxladığına görə ondan 50000 manat tələb edir. Taleh ona aldığı pulu vaxtında qaytarsaydı o, 12 ay ərzində 50 000 manatdan çox pul əldə edərdi. Qahir ondan aldığı 14350 ABŞ dollarını qaytarmadığına Taleh isə 1***** manat pulunun 12 ay öz istifadəsində qanunsuz sahibliyində saxladığına görə pulunun əvəzində ondan 50000 manat tələb edir. O, 12 ay müddətində həmin pulla 50000 manatdan çox pul qazana bilərdi. O və pulun verilməsində iştirak edən şəxslər cavabdehlərlə uzun müddət söhbətlər aparsalar da, cavabdehlər bu barədə könüllü razılığla gəlmədilər, o, bu barədə polisə müraciət etsə də, nəticə olmayıb.

4. Şamaxı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Q.Abasov) iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh2 12 000 ABŞ Dolları (pul ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 2000 manat məbləğində pul və 157 manat 20 qəpik dövlət rüsumu alınıb, iddiaçı İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. İddia tələbinin qismən təmin edilməsi qənaətinə gələn aşağı instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi cavabdeh cavabdeh2 iddiaçıdan 12 000 ABŞ dolları və 2000 manat borc pul aldığını etiraf etsə də, həmin məbləğin ona qaytardığını təsdiq edən hər hansı mötəbər sübutun məhkəməyə təqdim edilməməsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh cavabdeh2 Şamaxı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçıdan aldığı pulların artıqlaması ilə hamısını qaytarmağına baxmayaraq, ona qarşı əsassız iddia verdiyi üçün 2014- 2015-ci illərdə verildiyi iddia olunan pul tələbinə dair əlyazma ilə ərizəni belə məhkəməyə təqdim etməyə imkan verməmişdir. Sanki, hər şey qabaqcadan danışılmışdır. Bununla da məhkəməyə sədrlik edən hakim onun hüquqlarını pozmuşdur. Məhkəmə iclasına sədrlik edən hakimi Konstitusiyanın bu tələbini pozmuş, iddiaçıya tam şərait yaratmış, ona isə ümumiyyətlə danışmağa belə imkan verməmiş, iddia müddətinin tətbiqinə dair ərizəni qəbul etməmiş, hansı məbləğin nə vaxt verilməsini, həmin pulun nə vaxt qaytarılmasına dair dəlilləri dinləməmiş, sifarişli, əsassız bir qətnamə çıxarmaqla onun Azərbaycan Respublikası qanunları ilə qorunan hüquqlarını pozmuşdur. Məhkəmə mövcud mübahisəli məsələsini həll edilərkən formal mülahizələrdən çıxış edərək, tələb ilə bağlı kimi işin əhəmiyyətli hallarını araşdırmamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil X1 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Aşağı instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etsə də, şikayətin məzmununa əsasən qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir.

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdeh Qahir Niftəliyevin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. ## ###### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarda cavabdeh cavabdeh2 iddiaçıdan 12 000 ABŞ dolları və 2000 manat borc pul aldığını bildirməsi işin mübahisəsiz halıdır.

20. Baxılan iş üzrə iddia tələbi borcun qaytarılması barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir.

21. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc müqaviləsi bağlanmış olmalıdır və bu cür tələblər üzrə pulun verildiyini sübut etmək yükü iddiaçının üzərində olsa da, o bu yükdən o zaman azad edilir ki, cavabdeh bu pulun ona verilmədiyini təkzib edən sübutlarla təsdiq etsin.

22. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).

23. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna, yaxud iddiaçı öz tələbini təsdiq edən müəyyən halları sübut etdiyi və ya bunlar işin mübahisələndirilməyən halları olduqda iddiaya etirazın əsasları kimi istinad olunan halları sübut etmə yükü cavabdehin üzərinə qoyula bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

24. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.

25. Prosessual qanunvericiliyə əsasən heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Əgər məhkəmə iş üzrə hər hansı sübutu (məsələn şahid ifadəsini) statusuna və ya alınma mənbəyinə görə daha üstün olan digər sübutdan (məsələn səlahiyyətli dövlət orqanı tərəfindən lazımi qaydada tərtib olunmuş rəsmi sənəddən) daha mötəbər hesab edirsə, yaxud eyni qüvvəli, lakin məzmunca biri-biri ilə ziddiyyət təşkil edən sübutlardan birini qəbul, digərini qəbul etmirsə bununla bağlı mövqeyini işdə olan digər sübutlarla müqayisəli şəkildə inandırıcı və ağlabatan qaydada əsaslandırmalıdır.

26. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

27. Göründüyü kimi iddiaçının cavabdeh Q.Niftəliyevə borc verməsi hər iki tərəfin izahatları və iş materialları ilə müəyyən olunsa da, həmin pulun iddiaçının tələb etdiyi 14300 ABŞ dolları məbləğində deyil, 12000 ABŞ dolları və 2000 manat olduğu, lakin cavabdeh tərəfindən həmin məbləğin iddiaçıya qaytarılması öz təsdiqini tapmır.

28. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri).

29. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

30. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri)

31. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli qərarı).

32. Cavabdeh Q.Niftəliyev apellyasiya şikayətinin iddiaçıya tam şərait yaradıldığı halda, ona isə belə bir imkanın yaradılmaması, həmin pulun nə vaxt qaytarılmasına dair dəlillərinin dinlənilməməsi, eləcə də tələb olunan pul tələbinə dair əlyazma ilə ərizənin məhkəməyə təqdim edilməsinə imkan yaradılması barədə dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, əksinə məhkəmə tərəfindən onun məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə məhkəmə iclası təxirə salınmış və ##.##.2026-cı il tarixli məhkəmə iclasında şəxsən iştirak edərək iddiaçıdan aldığı 12000 ABŞ dolları və 2000 manat pulun iddiaçıya qaytarılmış 1***** manatın üzərində əlavə verilmiş 50000 manat puldan ona düşən 25000 manatın əvəzi olaraq verildiyini bildirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası şikayətin bu dəlillərini də əsaslı hesab etmir.

33. Məhkəmə kollegiyası həmçinin cavabdehin birinci instansiya məhkəməsində, apellyasiya şikayətində, istərsə də apellyasiya baxışında iddiaçıya borclu olduğu 12000 ABŞ dolları və 2000 manatı məhz 1***** üzərinə əlavə verilmiş 50000 manatın içərisində saymaqla sonuncuya qaytarması barədə izahatlarını inandırıcı hesab etmir. Bu izahat iddiaçıya olan borcun qaytarılmasından yayınmaq məqsədi daşıyır. Çünki iddiaçının Q.Niftəliyevə 100.000 manat pul verməsi və həmin puldan əldə ediləcək qazancının yarısının Qahir Niftəliyevlə bölüşəcəyi barədə razılaşmasının olması iş materialları ilə öz təsdiqini tapmır. Hətta iddiaçının şikayəti əsasında polisdə araşdırma aparılması zamanı cavabdeh Q.Niftəliyev verdiyi (cinayət işinin başlanmasının rədd qərarı) izahatında da İddiaçı geri qaytarılmış 150000 manatın içərisində həmin borcun sayıldığını iddiaçıya bildirmədiyini, bir gün sonra Ədalətin ondan həmin pulu istədikdə o, həmin pulun 150.000 manatdan çıxmasını bildirsə də, İddiaçı onunla razılaşmamışdır. Bu hal həmin məbləğin (12000 ABŞ dollar + 2000 manat) cavabdehin iddiaçıdan müstəqil şəkidə əldə edildiyi və 50000 manata heç bir adiyyətinin olmadığını bir daha təsdiq edir.

34. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqi barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə isə qeyd edir ki, Mülki Məcəllənin 375.2. maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edir. Lakin iş materiallarında cavabdeh tərəfindən məhkəməyə belə bir ərizənin təqdim edilməsi görünmür. Hətta məhkəmə kollegiyası tərəfindən tərəflərin iştirakı ilə birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarına baxış keçirilərkən cavabdeh tərəfindən belə bir ərizənin verilməsi müəyyən edilməmişdir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlili ilə razılaşmır.

35. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etdiyi halda cavabdeh bunu təkzib edən o cümlədən, qaytarılmasını təsdiq edən tutarlı sübut məhkəməyə təqdim edə bilmədiyindən, iddia tələbini mübahisələndirilən hissədə qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

36. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar